Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   4   5   6   7   8   9   10   11   ...   39
    Bu səhifədəki naviqasiya:
  • Salam.

 
30
üstündən qara xətt çəkən xristianlar taleyin qəddar və acı 
iradəsiylə zaman keçdikcə onların möhtəşəmliyinin  əsirinə 
çevrildilər. Zaman öz intiqamını beləcə alır. Amma hələ XIII 
əsrdə Dante onların hamısını cəhənnəmdə yerləşdirirdi (Ver-
gilidən başqa. Niyə  məhz Vergili?! Bunun öz səbəbi var). 
Bütpərəst kim olursa olsun, lap elə Platon olsun – inkara la-
yiqdir. Renessans bu mübarizəyə son qoymasaydı, siviliza-
siyanın taleyi necə olacaqdı – bunu təsəvvür etmək çətindir. 
İnkarçılıq ruhu başqa-başqa "libaslarda", amma nifrət-
dən uzaq, sonralar da tez-tez “öz yuxusundan ayıldı”. XVIII 
əsrdə ("ol zamanlarda"?) “Şturm und dranq” adlı fəlsəfi-ədə-
bi cərəyan da məhz inkarçılıq üzərində yarandı. Bu hücum 
çağırışlı, gurultu və ehtirasdan yoğrulmuş qorxunc adın 
özündə bir əlahiddəlik iddiası var idi. Bu iddianın heç də 
əsassız olmadığını gənc Şiller və Höte sonralar öz yaradıcı-
lıqları ilə  təsdiq etdilər. Amma onlar da bunu klassik irsə 
dərin sevgi və hörmət hisslərini qoruyaraq etdilər. 
Bir qədər keçdi, Fransada romantizmin yaranması  və 
intişarı  ğənc Hüqonun «Ernani» pyesinə yazdığı girişdən, 
əslində, manifestdən sonra daha böyük vüsətlə gerçəkləşmə-
yə başladı. Bu gün bizə bakirə və məsum, hətta utancaq gö-
rünən romantizm özü də yarandığı zaman özündən  əvvəlki 
hər şeyi, az qala, həyasızlıqla inkar edir, özündən olmayanı 
amansızlıqla kəsib atırdı. Amma yenə  də nifrətdən kənar 
şəkildə. Beləcə, "ol zamanlar"ın müharibələrində ayağa bir 
qəlpədən-zaddan dəyəndə, süngü yarası alanda bütün ayağı 
kəsib atırdılar. Müalicənin incə  və  rəngarəng üsulları yox 
idi. İndi isə başqa cürdür. Müalicə, sağaltma (oxu: barışma) 
üsulları  bəşər övladının  ən böyük nailiyyətidir və ona da 
xidmət edir. Bəs sivilizasiya nə üçünmüş?! Bu gün Hollivud 


 
31 
filmlərində də məcburən qatil olanlar öz qurbanlarına nahaq-
dan belə bir söz demirlər: "Sənə qarşı şəxsi heç nəyim yox-
dur!" Bu sözlər öz etik mənşəyini uzaq zamanlardan alan 
sözlərdir. 
Salam.  Yəni, siz demək istəyirsiniz ki, barışığa yol 
var? 
Kamal Abdulla. Barışığa həmişə yol var. 
Əslində, yuxarıda haqqında söhbət gedən ədəbi, estetik 
mübarizələr əvvəlki və sonrakı dövrlərin bir-birilə mübarizə-
si idi. Bu isə təbiidir. Axundovun Füzuliyə münasibətini ya-
da salaq. Əvvəlki dövr və sonrakı dövr. Bunların həmişə mü-
barizəsi olub. Dövrlər heç zaman özləri-özlərinə bərabər ol-
mayıblar. Hər sonrakısı əvvəlkindən nə iləsə fərqlənib. Məş-
hur rus alimi Averintsev erkən orta əsrlər Vizantiya ədəbiy-
yatı ilə bağlı deyir ki, əgər hər hansı bir dövr ancaq özü 
özünə  bərabər olsaydı, sonrakı dövr, sadəcə, gələ bilməzdi. 
Doğrudan da hər sonrakı dövr, əslində, əvvəlki dövrün için-
dən pardaxlanmağa başlayır. Bu mənada  ədəbi dövrlər də 
istisna deyil. 
“Kitabi-Dədə Qorqud”un belə bir ideoloji tumurcuğu 
var: “ol zamanlar...” Bu ifadə müxtəlif dövrlər arasına kəs-
kin, bəzən də yumşaq, amma yenə də sərhəd qoyur. Dastan-
da oxuyuruq ki, ol zamanlar oğul ata sözün iki eləməzdi, elə-
səydi, ona oğul deməzlərdi, ol zamanlar qızlar belə idi, elə 
idi və s. və i.a. 
Ol zamanlar bu, belə deyildi, deməli, indiki zamanda 
bu, belədir, oğullar ata sözünü iki edə bilirlər. Bu ideoloji 
xətt,  əslində, keçmiş “qızıl” dövr barədə nostaljinin Dədə 


 
32
Qorqud kitabındakı  təzahürüdür.  İki dövrün – keçmişin və 
indinin qarşılaşdırılmasıdır. 
İndi isə  gələk bizdəki "inkarçılar"a. Mən bir şeyi heç 
cür başa düşmürəm. Bu cür ehtirasla «qan-qan» deyənlərin 
(ədəbi barrikadanın hər iki tərəfindəkiləri nəzərdə tuturam) – 
mən çox banal danışacağam – əlindən qələmlərinimi aldı-
lar?! Bəlkə, kağızları tükəndi?! Ya, bəlkə, yazdıqlarını  işıq 
üzünə  çıxarmaq onlar üçün problemə dönüb?! Bu kimi adi 
həqiqətləri uzatmaq istəmirəm. Elə bir təsəvvür yaranır ki, 
iki qütb formalaşıb. "Bizdə bu gün əsər yoxdur" qışqıranlar 
qütbü və "bizdə bu gün əsər var" qışqıranlar qütbü. "Bizdə 
bu gün əsər yoxdur"çular haman inkarçılıq (oxu: infantillik!) 
üstündə  ədəbi həyatlarını qurmaq istəyənlərdir.  Əslində, 
rədd etmək görməməyin bir başqa adıdır. Qeyri-ciddi mə-
qamdır. 
“Bizdə bu gün əsər var” deyə hamıya bunu qışqıra-qış-
qıra sübut eləmək istəyənlər isə heç cür anlamaq istəmirlər 
ki,  əsərlərin yazılmasını inkar etməmək də olar, amma bu 
əsərlər ədəbi cameədən kənardakılara – həkimlərə, polislərə, 
mühəndislərə... təqdim edilə bilirmi, təqdim edilməyə layiq-
dirmi – sual budur! Yazıçı Məmməd yazıçı Əhmədə, yazıçı 
Əhməd  şair Məmmədə, o da dramaturq “Səftər  əmioğluya” 
(bunlar hamısı Yazıçılar  İttifaqının, ya da AYO-nun üzvlə-
ridir! Ya da təəssübkeşləridir) yazdıqlarını verirlər. Oxuyan 
oxuyur, oxumayan oxumur. Resenziya yazılır, onu da bu 
"qaqaşlardan" başqa oxuyan olmur. Yaşlı nəslə bu mənzərə 
yaxşı tanış olmalıdır. Eynən sovet dövründə eynən eyni əsər-
lər belə bir "Odisseya"dan keçirdilər. Və bununla hər şey bi-
tirdi. Təəssüf ki, bu gün də ol zamanlarda olduğu kimi hər 
şey  ədəbi cameənin içində qalır.  Ədəbi cameə öz qınından 


 
33 
çıxa bilmir. Digər cameələrə yol tapmır. Bu yalandımı? Çıxa 
bilirsə, deyin mənə görüm, TV-lər niyə bu gündədi, niyə 
orada çıxış edən bir nəfər belə düşünmür ki, sözümə, ifadə-
mə, lap elə  hərəkətimə fikir verməliyəm, axı  mənə yazıçı 
Məmməd, yaxud dramaturq Səftər əmioğlu baxa bilər, ayıb 
olar... 
İndi məsələyə o biri tərəfdən (barrikadanın o biri tərə-
findən) nəzər yetirək. Sən söhbəti generallardan saldın. Söy-
lərmisən, hansı  ədəbi general ədəbi hünər göstərmək üçün 
alışıb-yanan ədəbi yefreytorun qarşısına qadağa qoyub dedi 
ki, olmaz?! Vaxtilə yefreytorların hakimiyyəti  ələ keçirmə 
üsulundan bəhrələnmək istəyi azdır. Bunu həyata keçirmək 
üçün "laf" deyil, başqa baqaj lazımdır. 20-ci əsrin  əvvəllə-
rində bu baqajın içindəkilərlə bu gün onun içindəkilər başqa-
başqa yüklərdir. Bu gün bu baqaj intellektual yüklə dolduru-
lur. Saf əməllə doldurulur. Şair demişkən,"ayinəsi işdir ki-
şinin, lafə baxılmaz..." 
Qayıdaq barrıkadaya. "Dayan! Qoymaram! Burdan o 
tərəfə keçmə!" Bu sözlər oldumu?! Olmadı. Bu sözləri heç 
kim, heç vaxt demədi. Bu yefreytorlar hamısı, maşallah, qə-
zet səhifələrindən düşmürlər. Amma həqiqət naminə onu da 
demək lazımdır: təəssüf ki, bu qəzetlər  ədəbiyyat qəzetləri 
deyil. 
Bəli, təəssüflə demək lazımdır ki, rəsmi  ədəbiyyat or-
qanları, xüsusilə, qəzetləri yox kimidir. Onlar olsaydı, barri-
kadalar daşdan-kərpicdən yox, bəlkə də, kağızdan qurulardı. 
Onların fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi (xüsusilə, 
bu deyilənlər "Ədəbiyyat qəzeti"nə aiddir) bütövlükdə  ədə-
biyyata baha başa gəlir. Açıq deyək, haqqında danışdığımız 
xunveybinlər arasında da istedadlıları (infantillikdən uzaqda 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə