Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   2   3   4   5   6   7   8   9   ...   39

 
14
Amma hökmən bir məqamın altından cızıq çəkmək la-
zımdır:  ədəbiyyata kitabdan gəlməklə internetdən gəlmək 
arasında yer-göy fərq var və bu, gün işığı kimi aydın görü-
nür.  Ədəbiyyata kitabdan gələrlər, belə olmasa, onun intel-
lektual əsası olmasa, o yaşamaz. Brodski, 20-ci əsrin ən nə-
hənglərindən biri ədəbiyyata hardan gəlmişdi?! Uydurma 
"məkanlar" icad eləməyə nə hacət?! 
Bəzən deyirlər ki, bu şeir ürəkdən gəlib, bu isə beyin-
dən. Gülməlidi. Ürəkdə gəzən və tüğyan eləyən hər şeyin və-
təni beyin deyilmi?! Bunun, əlbəttə ki, belə olduğunu fizio-
loqlar yaxşı bilir. 
Amma mən nə düşünürəm, bilirsənmi? Banal bir şey 
deyəcəyəm, hərçənd, kontekstdə banal görünməyə  də bilər. 
Mən düşünürəm ki, şeir və ya nəsr gərək yazmamaq müm-
kün olmayanda yazılsın. Bədii  əsərdə bir var, sən duymuş, 
içdən yaşamış oldugun bir şeyi, məsələn, dərdin özünü gös-
tərirsən, bir də var, dərd haqda uzun-uzadı danışırsan. Biri 
əsl sənətdir, o biri isə sənətətrafı gəzişmə, var-gəldir. Dərdin 
özünü o zaman göstərirsən ki, yazmaya bilməyəndə yazır-
san. Dərd haqda isə o zaman yazırsan ki, nə vaxt gəldi alır-
san əlinə qələmi, qılınc kimi sıyırırsan. Marsel Prust idi, de-
yəsən, deyirdi ki, hiss haqda düşüncəni hissin özündən fərq-
ləndirmək lazımdır. 
Etimad. Məncə, üslubçuluq kimi qorxulu bir hal da elə 
qələmi qılınc kimi sıyıranda meydana çıxır. 
Kamal Abdulla. Tamamilə doğrudur. Gərək özünü 
zorlamayasan, öz rolunun əndazəsindən çıxmayasan. Roma 
papasından artıq katolik ola bilməzsən. Nə vaxt ki, bədii əsər 
duyğunun özünü göstərir, ora əlavə dil materialı daxil olmur. 


 
15 
Üslub üslubçuluğa çevrilmir. Forma şərti məsələdi. Deməyə 
söz olmayanda isə  əndazə itir və  sən duyğunu yaşamırsan, 
onun haqqında danışırsan və bu zaman başlayır forma əlla-
məçiliyi. Amma digər tərəfdən – forma nədir?!  Ən böyük 
problemlərdən biri buna cavab tapmaqdır. 
Stendalın «Qırmızı və qara» əsərində bir qəhrəman var 
– Jülyen Sorel. O, zadəgan, kübar gənclərin bir məclisinə 
düşür. Ona yeni bir zadəgan libası geydirirlər. Onun o məc-
lisdəki gənclərdən üstünlüyü o olur ki, Jülyen Sorel öz geyi-
minə qətiyyən fikir vermir. Amma başqaları geydikləri pal-
tarı aşkar və ya gizli şəkildə nümayiş etdirir, paltarın üstün-
lüklərini gözə soxmaq istəyirlər. XIX əsr fransız aristokrat 
məclisinin tipik bir mənzərəsi. Üslub, forma Jülyen Sorelin 
paltarı kimidir. Diqqəti onun üzərində quranda səndə heç nə 
alınmayacaq. Geyiminə fikir verməyəndə isə öz-özlüyündə 
gözəl görünəcək. Gözəl görünmək ona yaraşacaq. Elə bi-
lirsən, gözəl görünmək bütün gözəllərə yaraşır?! Əsla və qə-
tiyyən! 
Hər bir ədəbi cərəyanın içində forma iddiası var. Ro-
mantizmin də, realizmin də, sentimentalizmin də öz forma 
iddiaları olub. Amma onu son dərəcə qabarıqlaşdıranda, çıl-
paqlaşdıranda bəzən gülünc və bəzən də qəribə nümunələrə 
gəlib çıxıblar. 
A.Voznesenskinin «Xoruzların döyüşü» adlı bir şerini 
xatırlamamaq olmur. O şeir başdan-başa ancaq bir-birilə dö-
yüşən xoruzların çıxardığı müxtəlif səsləri təqlid edir, mətn 
büsbütün mənasız səs yığımından ibarətdir.  Şair buradakı 
səsləri  ətraf aləmdən çıxararaq tanış bir mənzərəni kitab 
səhifəsində canlandıra bilir. Ultraformalizmin ideal təzahü-
rü! Sadəlövh adamda “hamı bunu yaza bilər” təsəvvürü oya-


 
16
nır. Amma Voznesenskinin də, Rembonun da, Xlebnikovun 
da başqa şeirləri var. Onlar bütün ölçüləri, vəzn və qafiyələri 
son dərəcə cilalanmış bir hala sala bilirlər. Başqa sözlə, əv-
vəlcə «klassik» boylu-biçimli əsər yaza bilmə bacarığını 
ortaya qoyandan sonra sənətkar hər hansı eksperiment etmə 
səlahiyyəti qazanır.  Ən abstraksionist rəssam belə  əvvəlcə 
adamı olduğu kimi, realistcəsinə  çəkə bilməlidir – ən ab-
strakt və romantik ştrixin arxasında min illərin sərt təcrübəsi 
və içdən gələn ilahi bir şey durmalıdır. Bir sözlə, oxucu və 
seyirci “Xoruzların döyüşü” zamanı olan kimi çaşmamalıdı. 
O, Rembrandtın “Gecə qarovulu” tablosunun qarşısındakı 
kimi heyrətlənməlidi. 
Salam.  Siz oxucunun çaşdırılmasını deyirsiniz. Müm-
künsə, bu məqamın üzərində bir balaca gəzişək. Neçə illərdir 
ki, ədəbiyyatla oxucu çiyin-çiyinə addımlayır. Bununla belə, 
ədəbiyyatla oxucu arasındakı münasibətlərdə oturuşmuş, bir-
mənalı qaydalar da, sanki, yoxdur. Hətta biz yazıçılar bu 
kontekstdə  həddən artıq eqoistik də. Gah şeiri oxucuyçün 
yox, özümüzçün yazdığımızı iddia edirik… Gah oxucunu bi-
zim yazdıqlarımız səviyyəsində olmamaqda suçlayırıq… 
Gah Azərbaycan oxucusunun başı üstdən keçib dünyaya çıx-
maq istəyirik… Gah oxucuyla Allah arasında ikinci dərəcəli 
peyğəmbərlik iddiasına düşürük… Gah oxucu zövqünü for-
malaşdırmaq vəzifəsini daşıdığımızı bildiririk və sair. Ancaq 
oxucuya necə yanaşmağımızdan asılı olmayaraq bir şey 
aydındır ki, ədəbiyyat oxucuyla vəhdətdə bütövdür. Baxın, 
oxucu çox böyuk  eqoizmlə  bizim hansısa yazımızı, hansısa 
eksperimentimizi, hansısa «yeniliyimizi» qəbul etməyəndə 
biz də eyni eqoizmlə onu zövqsüzlükdə, «bizi başa düşmə-


 
17 
məkdə» ittiham eləyirik. Və o dəqiqə hikkədən doğan bir bə-
yanat veririk ki, deməli, bu dövrdə bizi anlamadılar, biz 
gələcək nəsillərin dahisiyik . 
Mənə belə gəlir ki, ədəbiyyat ilahi faktdır və ilahi bütün 
dövrlərdə göndərdiyi  ədəbiyyata onun oxucu elitasını da 
göndərir. Və yaxud bütün dövrlərdə hazır oxucu kütləsinin 
bədii ehtiyacına uyğun ədəbiyyat da göndərir. Problem – ila-
hidən gəlmə bu ədəbiyyat – oxucu mütənasibliyinə, bu me-
xanizmə  kənar detallar kimi soxulmaq istəyən «ədəbiyyat-
çının» öz problemidir. Günahı nə oxucuda, nə də başqa yer-
də axtarmaq lazım deyil. Yəni mövcud oxucu elə mövcud 
səviyyəsiylə də istənilən yeniliyi qəbul etməyə hazır vəziy-
yətdədir. Hansısa «yenilik» qəbul olunmursa, deməli, o, baş 
tutmamış eksperimentdir. Bu mənada, məncə, oxucu heç 
vaxt çaşmır və oxucu hər kəsi öz yerində oturda bilən əda-
lətli hakimdir. 
Kamal Abdulla.  Məncə, sən məsələnin canını  həm 
tutdun, həm də buraxdın. Bunu uzun illərin sovet məfkurəsi 
ehkam etmişdi ki, əsər oxucu üçün (yəni, xalq üçün) yazılır. 
Səhvin kökü, məncə, elə burdadır. Doğrudan da, axı sən niyə 
elə düşünürsən ki, şeir oxucu üçün yazılır?! Bəlkə də, sənət 
ilk yarandığı primitiv dövrdə, o uzaq "mağara dövründə" ət-
rafdakılar üçün (belə deyək: qəbilə, tayfa, xalq üçün) yarana 
bilərdi. Amma zaman yeknəsəq şəkildə keçib gedirdi və ma-
ğaradan "darıxıb" çıxanlar fərdlərə çevrildikcə, daha şerin, 
sənətin çözümləyici mahiyyətinə elə böyük ehtiyac duyul-
mayanda  şeir, sənət də müstəqilləşir, yavaş-yavaş öz içinə
öz qınına çəkilməyə başlayır. Mənə belə  gəlir ki, şeir ilk 
növbədə adamın özünün özü ilə mübarizəsidir. Markesin xo-


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə