Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

 
38
böyük rus ədəbiyyatı rəhbərliyin, çinovniklərin diqqətsizliyi 
ucbatından, onların gözündən yayınaraq ərsəyə gəlib; çinov-
niklər vaxtında xəbər tutsaydılar, belə bir ədəbiyyatın yaran-
masına  əsla yol verməzdilər. Ümumiyyətlə, hakimiyyət və 
ədəbiyyat arasındakı münasibətlər zaman-zaman ən çox mü-
zakirə edilən mövzulardandır. Biz ədəbiyyatın total “dövlət 
himayəsi” altında olduğu vaxtları da görmüşük, unudularaq, 
bir növ, asan qazanc tanrısı Mammonun ixtiyarına verildiyi 
zamanları da. Təcrübədən məlumdur ki, hakimiyyət son də-
rəcə gözəl əsərlərin meydana gəlməsinə vəsilə ola bilər, am-
ma eyni zamanda ədəbiyyatın qənimi kəsilə bilər. Sizcə, 
“Şair, hökmdarın hüzurundasan” (“Bunu sizsiz belə düşünü-
rəm mən” – görəsən, onsuz da, bunun fərqində olan yazara 
əlavə xatırlatmaya nə ehtiyac varmış?) deyimi, sadəcə, bir 
tarixi diskursdur, yoxsa bu, əbədi dartışılacaq mövzular-
dandır? 
Kamal Abdulla.  Əbədi mövzudur və  əlbəttə,  əbədi 
misradır. Ümumiyyətlə, mən belə düşünürəm ki, Azərbaycan 
ədəbiyyatını şairlərin, yazıçıların yaradıcılıq tarixi kimi yox
misraların, cümlələrin tarixi kimi yazmaq zamanı yetişib. 
Belə bir dolğun tarix üçün kifayət qədər  şahanə misra var. 
Yazılı  ədəbiyyatımızın  şah misralarından biri olan “Şair, 
hökmdarın hüzurundasan!” belə xəbərdarlıq təbili çalan mis-
ralardandır (maraqlıdır ki, başqa bir şahanə misranın müəllifi 
də Vaqif Səmədoğludur. Onun "Bir axşam taksidən düşdüm 
payıza" misrasının ləzzətindən doymaq olmur). 
Şair hökmdara heç də həmişə lazım olmur – belə, ara-
dabir, darıxdığı zaman... Hökmdar isə – həmişə! Hökmdar 
həmişə şair üçün vacib olub. Hətta hökmdar olmayanda şair 


 
39 
onu uydurub (təxminən, Volterin həyasızcasına əziz Allahı-
mız barədə dediyi kimi!). “Allah – hökmdar – sevgili” – şair 
həyatı bu yol ilə  əvvəldən sona, sondan əvvələ var-gəl et-
məkdən ibarətdir (var-gəl etməyə məhkumdur). 
Salam. Kamal müəllim, hərçənd ki mən  ədəbiyyatda 
nəsillər üzrə bölgünü absurd hesab eləyirəm. Məncə, ədəbiy-
yat bütövlükdə təklərin cəmidir. Hətta belə bir bölgüdən ba-
xanda belə görürsən ki, yaşlıların arasında diri qalmışlar da 
var, ədəbi əcəliylə çoxdan «ölmüş», ədəbi mühiti öz meyitlə-
riylə zəbt eləyənlər də… Gənclərin arasında diri qalmışlar da 
var, vaxtsız «vəfat» eləyənlər də. Qəribəliksə orasındadı ki, 
«ədəbi döyüşlərdə» bu nəsillərin «ölüləri» daha çox canfə-
şanlıq eləyirlər. 
Ancaq məni maraqlandıran başqa məsələdir. Biz hələ 
də dünyaya Azərbaycan  ədəbi məhsulunu bütün qüdrətilə 
çıxara bilməmişik. Nədir bunun səbəbləri: Azərbaycanı yaz-
maqmı, Azərbaycan dilində yazmaqmı, Azərbaycanda yaz-
maqmı, azərbaycanlı kimi yazmaqmı? Bəlkə, başqa ciddi 
səbəblər də var, necə fikirləşirsiniz? 
Kamal Abdulla. Bizim şairlərin dünya çapında  ədəbi 
meydana çıxmamaları birinci növbədə obyektiv şəraitlə bağ-
lıdır. Yəni, yaxın keçmişdə dünya ilə bizim aramızda köhnə 
SSRİ dururdu, ədəbiyyat müstəvisində rus və SSRİ xalqları 
ədəbiyyatı məkanı dururdu. Rus ədəbiyyatının hüdudsuz ma-
neələrini aşıb-keçmək, demək olar ki, mümkün deyildi. Ən 
yaxşı halda Azərbaycan üçün iki-üç (bəlkə 4-5-?) ad icazəli 
şəkildə simvollaşdırılmışdı. Və rus (sovet!) tənqidçiləri ümu-
mi sovet ədəbiyyatına nəzər salıb təhlil edəndə məhz bu ya-
zıçıların  əsərlərinə adda-budda şəkildə inayətlə müraciət 


 
40
edirdilər. Bu adlar yaxşı  bəllidir, Səməd Vurğun başda ol-
maqla bütün o biri ədəbi sosialist əməyi qəhrəmanları, mən 
onları bir-bir sadalamaq istəmirəm. Yəni, bunlar Azərbaycan 
sovet ədəbiyyatının göstəriciləri və onun ideologiyasının gö-
zətçiləri, Azərbaycan sovet ədəbiyyatının simvollaşmış adla-
rı idi. Ondan o tərəfdəki geniş dünyaya isə bizimkiləri bu-
raxmırdılar, buraxsaydılar da gücləri çatmayacaqdı – bunu 
etiraf etmək lazımdır – tövşüyə-tövşüyə gedib oralara çata 
bilməyəcəkdilər. Oralara aparan qatarda bizimkilərə yer yox 
idi. Səməd Vurğunun İngiltərədə, Konstantin Simonovun bə-
dii şəhadətilə, gərək ki, Çörçillə kişi kimi “mənim babam ol-
muş iyirmialtılar” deməyi indi ancaq yüngül dodaqqaç-
masına gətirə bilər – bu qədər! 
Bəs niyə bizimkilərə üzü xaricə şütüyən o ədəbi qatarda 
yer yox idi? Şoloxov, Pasternak, Edenburq, Tvardovski, Ay-
tmatov (gözdən yayınıb – biletsiz), Belov, Bitov... daha kim-
lər, daha kimlər... Siyahını uzatmaq da mümkündür. Amma 
mən  ədəbi dəyər sahiblərinin adlarını  çəkdim. Layiq ol-
madıqları halda böyük-böyük adlar, ünvanlar almış Qriba-
çov, Tixonov, Safronov... kimiləri də var idi ki, onlar da o 
qatara sosialist realizminin ədəbi zəliləri kimi yapışmışdılar. 
Məncə, acı həqiqəti söyləməsək daha “iyi” olar. Amma çalı-
şaq məsələyə bir qədər aydınlıq gətirək. 
Suala qayıdaq – nəyə görə bizimkilər o qatarda arzu-
edilməz idilər?! Məni ittiham etməyə  tələsməyin.  Əsərlərin 
keyfiyyətinə görə demirəm. Ola bilərdi ki, bizimkilərin – o 
qatarda olmayanların əsərləri özlərinə ədəbi paradizdə layiq-
li yer də tuta bilərdi. Məsələn, mən güman edirəm ki, bu gün 
bizim bir çox yazarlarımız ( heç kimi xüsusi qeyd etməyə 
həvəsim yoxdur) öz yaradıcılıqları ilə Azərbaycan  ədəbiy-


 
41 
yatının bütöv, tam simvoluna (həm prozada, həm  şeirdə
həm  ədəbiyyatşünaslıqda, həm dramaturgiyada...) çevrilə 
biliblər. Amma "ol zamanlar" “oralarda” başqa  şərtlər var 
idi. Mən bir şeyə əminəm. Əsərin “ol zamanlar”, “oralarda" 
layiqli yer tapması üçün müəllifin meteor kimi zühur etməsi 
və bir göz qırpımında yanıb kül olması, heç olması lazım idi. 
Ya o, həyatını faciəli  şəkildə  dəyişməli idi (Martin İden 
kimi), ya faciəli bir həyat yaşamalı idi (Fitcerald kimi), ya da 
sərgərdan bir adam, dünya vətəndaşı olmalı idi (Heminquey 
kimi). Sovetlər məkanında isə bunları  əvəz edən amil ya 
sistemə qarşı icazəli (Şoloxov kimi) və yaxud icazəsiz (Pas-
ternak kimi) pozaya durmaq, ya da susub sistemə ürəyində 
nifrət birtəhər yaşamağa çalışmaq idi. Müşfiqlə, Cavidlə, 
Hadi ilə bağlı  əlimizdə belə bir obyektiv imkan vardı, biz 
onların rejimə qarşı  mətanətlə duruş  gətirmək çabalarını 
bilirik, ürəklərində əsən rüzgarlardan xəbərimiz var. Amma 
biz bundan istifadə edərək onları qızıl imperiyaya qarşı dal-
ğalanan bayraqlara çevirə bilmədik – ya cəsarətimiz çatma-
dı, ya da başımız özümüzə bərk qarışmışdı… 
Bəs bizim sağ-salamat, şad-xürrəm, Kəlbəcərli, Şuşalı, 
Laçınlı dönəmimizdən üzü bəri "əsən" sərin dağ mehinin qır-
mızılığını bu gün də məlum qüssə və fəxrlə, ən azından or-
den kimi yanağında "daşıyan" şair və yazıçılarımızın mənəvi 
əcdadları yaxın keçmişdə nə edirdilər? Onlar hər sabah səhər 
tezdən yeməklərini yedikdən sonra Allahlarına şükürlər edib 
("pis günümüz belə olsun") evdən çıxır və Yazıçılar  İttifa-
qına gəlir və oxucularla görüşdən-zaddan keçirib, iclasdan-
zaddan edib (əslində, qiybət? − qiybət!) qayıdırdılar yenə ev-
lərinə, salamat ötən gün üçün bir daha dualar edib şükranlar 
yağdırır, ya da oturub səhərdən-axşamacan  əsər yazırdılar. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə