Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

 
59 
Bəli, Süleyman Rəhimovun «Mehman»ı bütövlükdə 
müəllifinin öz dövrünə (sovet dövrünə) səmimiyyətini açıb 
ortaya qoymalı idi – bu aydındır. Amma əsərin içində necə
ayrı-ayrı hallarda səmimi və ya qeyri-səmimi olmaq 
mümkündürmü? 
Qaloşlu adamın “səmimiyyəti” ilə müəllifin səmimiy-
yəti hansı müstəvidə kəsişir?! 
Monstrların canlı, professional (sevgi ilə) təsviri − bu, 
səmimiliyin nəticəsidir, yoxsa qeyri-səmimiliyin?! 
Monstru qeyri-səmimi təsvir etmək əsərin bütövlüyünə 
xələl verir, ya yox?! 
Süleyman Rəhimov Qaloşlu adamı sevir, yoxsa yox?! 
Sevmirsə, bu mükəmməl təsvir bəs nədir?! 
Əgər bu belədirsə, onda ən qeyri-səmimi yazıçı Servan-
tes deyilmi?! 
Don Kixotu o sevirdimi, yaxud ona kinayə ilə baxırdı?! 
Hər bir dövr bu suala öz fərdi cavabını vermədimi?! 
Servantes düşündüyünü, inandığınımı yazdı, yoxsa bir 
cür düşünüb başqa cür yazdı?! 
Bəs Sanço Pansa necə?! 
Bəs Servantesin dahiyanə bir sənətkarlıqla qələmə aldı-
ğı, sevdiyi Don Kixotu dolayan, yenə  təkrar edirəm, sənət-
karlıqla (deməli, sevə-sevə) qələmə alınan yalançı saray 
əyanları necə?! 
Servantes həm öz kinayəsində, həm də sevgisində eyni 
şəkildə  səmimidirsə, o zaman o, Don Kixota "xəyanət" et-
mirmi?! 
16-cı  əsrdən üzü bu yana bu dəhşətli dərəcədə mü-
kəmməl və təsirli təsvirdə nə dəyişib?! 


 
60
Bu gün biz o dövrün romanını yazmağa çalışsaq, bun-
dan nə çıxar?! 
Borxes belə bir cəhdi etdi. Onun parlaq hekayələrindən 
biri elə bu cür də adlanır: "Don Kixotun müəllifi". Hekayə-
nin müasir qəhrəmanı "Don Kixot" romanını yenidən yaz-
mağa qərar verir və işə başlayır. İlk öncə 4 əsr (16-cı əsrdən 
20-ci əsrə qədər) insanlıq tarixində nə baş veribsə onu unut-
mağa və ondan təcrid olmağa çalışır. Maraqlıdır, deyilmi?! 
“Bu avantüra nə ilə bitəcəkdir” sualı bizə rahatlıq vermir. Bu 
kiçik hekayənin qaldırdığı  ağır yükü Borxes harasa qoy-
malıdır, ya yox?! Qoymalıdır. Bu qəribə məsələ nə cür bitə 
bilər?! Hekayəni axı bitirmək də lazımdır. Ağlasığmazdır. 
Artıq Borxesə xas mistisizm öz vualını qaldırmaqdadır. Vual 
tam qalxanda isə biz son dərəcə  qəribə bir mənzərə ilə 
üzbəüz qalırıq. 
Həmən adam hekayənin sonunda yüzdə yüz olduğu 
kimi Servantesin “Don Kixot” əsərini yenidən, yeni yox, ye-
nidən yazmış olur. Borxes isə yenə  də başqa cür düşünür. 
Borxes israr edir ki, bu mətnlər eyni yox, ayrı-ayrı mətnlər-
dir. Borxes öz sevdiyi üsulu ilə hekayənin içinə (adətən, yu-
xunun içinə girdiyi kimi) girərək (yuxunun içinə ideal 
şəkildə girən misilsiz Paviç olsa da) hər iki "Don Kixot"dan 
bir böyük abzas misal gətirib oxucuya sual edir: baxın, 
görürsünüzmü, necə fərqli mətnlərdir?! 
Mən, boynuma alıram, dəfən-dəfən bu iki parçanı (söz-
bəsöz) oxumuşam, dəfən-dəfən tutuşdurmuşam, amma yenə 
də bir kiçicik də olsa, fərq tapa bilməmişəm. Düşünmüşəm 
ki, yəqin, Borxes fərqi sözlərdə deyil, durğu işarələrində giz-
lədib. Bu şəkildə parçaların intonasiya və ahəngini bir-
birindən ayırıb. Yenə yox. Vergüllər, nöqtələr güzgüdə  əks 


 
61 
edən kimi hər biri öz eyni yerində! O yalançı saray əyanları, 
o riyakar mühit 4 əsr sonra da eyni "görkəmində!" Eyni "sə-
mimiyyətində"!! 
Müəllif bizə deyir, baxın, görürsünüzmü, bu parçalar 
arasında fərq, özü də böyük fərq var. Əslində isə fərq qətiy-
yən yoxdur, ya da biz onu, bəlkə, görmürük?! Borxes dəh-
şətli yazıçıdır. 
Səmimiydimi  Şekspir Yaqo kimi monstru sevə-sevə 
qələmə alanda?! 
Ya bəlkə, bu onun əsl ədəbi günahı idi?! 
Sənətkarlıq və  səmimiyyət bir əsərin içində qol-qola, 
baş-başa dura bilirlərmi?! 
Ən böyük dələduz obrazlarını yaradan, özü də sevə-
sevə (obrazın yüksək səviyyəsidir ki, biz belə deyə bilirik) 
yaradan sənətkarın səmimiyyət hissini əsərin hansı nöqtəsin-
də axtarmaq lazımdır?! 
Yəqin ki, bu suallara «təmtəraqlı» cavablar vermək 
olar, amma səmimiyyətlə cavab vermək istəsək, səmimilik 
nəsr üçün uydurma bir meyardır, hal deyil, ədəbiyyatda bu 
adda ancaq məqam var, nəticə var, meyar kimi isə  zəif 
meyardır. 
C.Cabbarlının Hacı Əhmədi, eləcə də İmamyarı, S.Rə-
himovun Qaloşlu adamı sevilə-sevilə (yəni, səmimiyyətlə) 
yaradılmasaydı, bu gün biz deyə bilərdikmi, onlar əsl qey-
rətli adamlar kimi hələ sovetlərin qurulduğu o vaxt yaran-
maqda olan imperiya ilə mübarizə aparırdılar?! Bu iki obra-
zın qan qardaşı Fərman Kərimzadənin Kərbəlayisidir. 
F.Kərimzadə Kərbəlayini elə açıq şəkildə və eyhamsız 
yaradıb ki, istənilən zamanada onu sovetlərin düşməni kimi 
qəbul etməkdən başqa çarə yoxdur. C.Cabbarlı  və S.Rəhi-


 
62
mov isə ondan fərqli olaraq daha "hiyləgərcəsinə" hərəkət 
ediblər. Onların qəhrəmanları sovet dövründə düşmən, müs-
təqillik dövründə isə az qala, millət qəhrəmanı kimi görünür-
lər. Burada bir məsələni də unutmaq düzgün olmazdı. Cab-
barlının, eləcə  də Süleyman Rəhimovun yazdıqları vaxtla 
Fərman Kərimzadənin yazdığı vaxt eyni deyil. Fərmanın 
vaxtında artıq ciyər dolusu nəfəs almağa imkan verən külək-
lər, daha dəqiqi bu olardı  –  meh əsməyə başlamışdı. Bu 
faktoru unutmaq olmaz. Amma bizlər unutqan adamlarıq. 
Biz tez unuduruq ki, çox yox, cəmi iyirmi-otuz il bundan 
əqdəm bu adamlar mənfi qəhrəmanlar idilər və onların ədəbi 
"qanları" halal idi. Biz indi səmimiyik, ya o zaman səmimi 
idik?! Uzun yozmaların qısası, mən nəsrdə bu səmimiyyət 
məqamı ilə bağlı belə bir "yekun" söz demək istəyirəm. 
Əsərin səmimiliyini oxucunun səmimiliyi formalaşdırır. 
Bəs görək, şeirdə məsələ nə cürdür?! Məncə, bir qədər 
fərq olsa da, nəticə yenə  də eynidir. Şerin məkanı spesifik 
olduğundan, bəli, şeir səni inandırmayanda sən fikrində qəti 
olursan: səmimi deyil! Niyə? Nə üçün? Nə üçün sənin şairin 
olmayan kimsəni (və  sənin  şeirin olmayan nəsəni) qeyri-
səmimilikdə günahlandıra bilirik (o isə,  əslində, gözəl ola 
bilər) – bunu mən anlaya bilmirəm. Amma tutalım, Vaqif 
Bayatılının bütün şeirləri inanırsan ki, içindəki daxili səba-
tından, inamından gəlir, inanırsan ki, o öz içində azaddır, 
sərbəstdir, buna görə  də doğmadı. Bizdə sinonimlik mərəzi 
var, elə ki, bu «doğma» sözü gəldi, onun yanına «səmimi» 
sözünü də o saat qoymalıyıq (ən azı, qəşəng səslənir, bir az 
da sirlidir) və işlər qurtarıb gedir. 
Amma siz "səmimi" Şekspir təsəvvür edə bilirsinizmi?! 
"Səmimi" Nizami, Füzuli?! 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə