Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   15   16   17   18   19   20   21   22   ...   39

 
75 
skini, daha nə bilim kimi, biz tərəfdən vaxtilə Akif Hü-
seynovu, indi isə Vaqif Yusiflini, Tehranı,  Əsəd Cahangiri 
misal gətirə bilərsiniz. Amma, yenə  də amma. Bunların, 
demək olar ki, hamısı ilk öncə ya ədəbiyyatşünas, ya estet, 
ya filosof, ya da... və s. və i.a.-dırlar. "Təmiz" tənqidçi isə 
yoxdur, ola da bilməz. Tənqidin – yəni qiymətvermənin özü 
bir yaradıcılıqdır. Mən resenziyaşünaslığı nəzərdə tutmuram, 
o, sırf jurnal-qəzet işidir – sabahdan yox, dünən olmuş ha-
vadan danışır. Tənqidi yanaşım isə məhz "sabahkı havadan" 
danışmaq deməkdir, təsərrüfatı yerbəyer və saf-çürük elə-
mək, yaradıcılıq laboratoriyasına baş vurmaq, irəli sürülən 
estetik meyarlarla ictimai meyarları uyğunlaşdırmaq və daha 
nə kimi vacib strateji və mürəkkəb məsələlərdən bəhs etmək 
deməkdir. Daha çox artıq mövcud olanlardan yox, Mendele-
yev cədvəlindəki kimi ola biləcəkdən, potensial boşluqdan, 
onun nə cür dolumundan bəhs etməkdir. Olan faktdan resen-
ziya yazan danışır, ola biləcəkdən isə  tənqidçi dediyimiz, 
amma alim, amma ədəbiyyatşünas, amma filosof danışır. 
Məsələn, Salamın bir misrası  məni vaxtilə tutmuşdu, 
özü də yaman tutmuşdu: «Öləsən, bir düşmən sevindirəsən». 
Bu misra məni, bilirsinizmi, hara apardı – Dədə Qorqud alə-
minə. Mən gördüm ki, bütöv bir dastan, bütöv bir mənəviy-
yat layı Çin səddi kimi sənin bu bir misrana qarşıdır, ona 
ziddir. Niyə? O dövrün etik mənzərəsi belə idi ki, əvvəlcə 
düşmən öldürüb sonra sevinirdilər. Uzun müddət ictimai me-
yar məhz bu olub, bu gün də çox zaman belədir. Sən isə 
özün ölüb düşmənini sevindirmək istəyirsən. Fərqi hiss edir-
sənmi?! Etmirsən, etsəydin, belə  dərinliyə baş vurmazdın. 
Ölüb düşmən sevindirmək hissi Azərbaycan mənəviyyatında 
olmuş, ancaq indi unudulmuş bir hissin adıdı. Bir ucu bu 


 
76
misranın Tolstoyun məşhur “sənin bir üzünə sillə vursalar, o 
biri üzünü çevir” əxlaqi fəlsəfəsinə, o biri ucu isə Füzulinin 
“Gəldim ki, olum qəmin hərifi” dahiyanə misrasına gedir. 
Bəli, dünən biz düşməni öldürüb sevinirdik. Bu gün isə 
biz əgər öz ölməyimizlə düşmən sevindirmək kimi dərin psi-
xoloji hissin içinə girə biliriksə, hansısa etik-fəlsəfi çevrənin 
qapanmasının şahidi oluruq. Bu, durğun okean sularında baş 
verən mənəvi sunami kimi bir şeydir. Sənin özündən xəbər-
siz Azərbaycan mənəviyyatına gətirdiyin bu duyum, öz-öz-
lüyündə çox çalar yaşadır. Mən onu adekvat duyuram, ip-ip 
bu kələfi aça da bilərəm. Yaxşı, indi bunları deməklə  mən 
dönüb tənqidçi oldum?! 
Yaxud sən Etimad Başkeçidi, Murad Köhnəqalanı gö-
türək. Duyumun çılpaqlığına can atmaq istəyi – bu, sizə 
aradan bir çox illəri, yox, il nədi, hətta yüzilləri "əyninizdən" 
paltar kimi soyunmaq imkanı verdi (bundan əvvəlki məqam-
da haqqında danışdığım “Don Kixot”un yeni müəllifi yada 
düşür) və sizlər bu gün artıq yazdıqlarınız ildə yox, çox 
uzaqda, orta əsrlərdə dayanıb qalıbsız və ordan bizə baxır, 
orta  əsrlərin dil təravətini, başlıcası, duyum özəlliyini bizə 
ötürməyə cəhd edirsiz, özü də uğurla cəhd edirsiz. İndi mən 
durub tənqidçilikmi etdim? Əlbəttə, yox. 
Salam. Kamal müəllim, təkcə bizdə yox, elə dünyada 
da ədəbiyyatşünaslığın həcminin ədəbiyyatın həcmindən çox 
olması sizə qəribə gəlmirmi? Bizdə lap ağını çıxarıblar: dis-
sertasiya mövzularının əksəriyyəti, təxminən, bu xarakterdə-
di: Filankəsin "Filan" əsərində Filanə obrazıyla Bəhmənkəsin 
"Bəhməniyyə" divanındakı  Bəhmən obrazı arasındakı mü-
qayisə müstəvisində gender problemləri… Heç dəxli varmı? 


 
77 
Kamal Abdulla. Dissertasiya mövzuları iki ali məq-
sədlə verilir və yaxud verilməlidir. Birinci məqsəd elmdəki 
müəyyən boşluğun doldurulması ehtiyacından yaranır. İkinci 
məqsəd isə mövzunu işləyən adamın elmi səriştəsini yoxla-
maq ehtiyacından. Bu iki amili bir-birinə qarışdıranda (mə-
sələn, mövzu verərkən istedadın dərəcəsini nəzərə almayan-
da...) sən dediyin və demədiyin bir çox problemlər yaranır, 
bir çox mətləblər üzə çıxır. Əslində, burda da vəziyyət ədə-
biyyatda olan kimidir. Salam bayaq dedi, yüzlərlə  "şairin" 
içindən 5-ini, 6-sını görürsən. Eynən elmdə  də belədir.  Gə-
rək kəmiyyətin hansı şəkildə keyfiyyətə çevrilməsi qanunu-
nu  unutmayaq. Və öz müstəvimizdə o qanunu diqqətlə öy-
rənək. 
Əslində, biz yenə də nədən başlamışdıqsa ona da qayıt-
dıq. Azərbaycan bizim üçün nədir? Azərbaycan dünya üçün 
nədir? Azərbaycanı dünya üçün maraqlı etmək uğrunda  əsl 
mücadilə, sanki, indicə haqqında danışdığımız xırda detallar-
dan yaranır... 


 
78
 
 
Ədəbi uydurmalar.  
Bəlkə, oyunlar?.. 
 
 
 
 
Etimad.  Söhbətimizdə bir qədər  əvvəl siz 
Litinstitut uydurmalarından danışdınız. Mən də 
oranı bitirmişəm deyə, bu yanaşma mənə ma-
raqlı  gəldi. Dediklərinizə daha nələri  əlavə edə 
bilərsiniz? Bunun üzərində bir az dayanaqmı? 
Kamal Abdulla. "Litinstitut uydurmaları" 
özü haqqında böyük bir kitab yazılmasına layiq 
mövzudur. Bu institut bütövlükdə sovet əxlaqına, sovet məf-
kurə  və dünyagörüşünə  ədəbiyyat məkanından dəstək veril-
məsi üçün yaradılmış bir yaradıcılıq məkanı idi. Siyasi aksi-
ya idi. Sovet ideologiyası özünü həm də bu cür qoruyurdu. 
Amma həqiqəti də unutmayaq. Ədalətsiz də olmayaq. Bu 
institut həm də çox ciddi ədəbi enerji qaynağı idi. Bu insti-
tutda spesifik, heç yerdəkinə oxşamayan bir tədris sistemi 
vardı – şeir, nəsr seminarları, tənqidçilik dərsləri, tərcüməçi-
lik ixtisası… Sovet dövründə bizim bir çox, həqiqətən, iste-
dadlı  şair və nasirlərimiz bu institutun məzunları olublar. 
Hələ bu azmış – institutun ikiillik kursları da var idi – vətən-
də artıq ali məktəb bitirmiş istedadlı yaradıcı  gənclər Mos-
kvaya rəsmən  şair, yazıçı olmağa yollanırdılar. Qərəz, bu 
Litinstitut qəribə bir qurama idi, amma yenə də deyirəm, bu 
   5-úè ìÿãàì 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə