145
Salam.'>Etimad. Yox.
Salam. Mənim də yadımda deyil. Amma, Kamal müəl-
lim, dediklərinizi düzmü anladım?! Belə çıxır ki, kompüter-
də yazmağa heç vaxt keçməyəcəksiniz?
Kamal Abdulla. Demək çətindir. İndi artıq yavaş-ya-
vaş "qurddalanıram". Amma bilirəm ki, internet mənimçün
heç vaxt vətən ola bilməyəcək. Ən yaxşı halda o, mənimçün
qürbət ola bilər. Ya da məcburi mühacirət... "Əlləyazanlar"
ölkəsindən mənim kimilər ancaq mühacirətə gedə bilərlər.
Hərdən mən fikirləşirəm ki, www.sizkompüterdəyazanlar
"partiyası" əllə yazmağa geri dönmək üçün, başqa sözlə,
kompüterə xəyanət üçün möhkəm bəhanələr axtarmaqdası-
nız (virus, yaddaş və s.). Belə bir "xəyanət", məncə, nə vaxt-
sa baş verəcək.
Etimad. Kamal müəllim, “ədəbiyyatda bəxti gətir-
mək”, “ədəbi tale” kimi sıx-sıx hallandırdığımız məsələlərə
münasibətiniz necədir? Tutalım, diqqətsizlik və ya dünya-
sında sözükeçən insanların özünü görməməzliyə vurması uc-
batından gözəl bir əsərin it-bat olması, birdəfəlik dövriyyə-
dən çıxması mümkündürmü?
Kamal Abdulla. Xeyr, mümkün deyil. Dünya ədəbiy-
yatı təcrübəsində belə bir halı xatırlamıram. Əgər bunu oxu-
yub kimsə mənə “bəs filan əsər necə olsun, onu görmədilər
və o da it-bat oldu” kimi etirazlar bildirərsə, əslində, özü-
özünü inkar etmiş olar. Çünki bu “filan” əsərin it-bat olma-
masının ən böyük göstəricisi onun ən azından bu məqamda
adının çəkilməsidir.
146
Görməməzlik isə... əlbəttə, ola bilər. Onu təbii qarşıla-
maq lazımdır. Biz hələ də bir məsələdə ədəbi vəhşilik döv-
ründən (ədəbi cəngəllikdən) çıxa bilməmişik. Bu ədəbi
vəhşiliyin bir gözəl büruzəsi var. Dönə-dönə təkrar etmək-
dən usanmayacağam. Biz hələ də “bu, mənim romanım de-
yil” deyə bilmirik. Yəni, mən qəbul edirəm ki, bu romandır,
hətta bir qədər də irəli gedək, mən qəbul edirəm ki, bu
roman gözəl romandır, əsl ədəbiyyat nümunəsidir, amma bu
roman mənim romanım deyil. Mənim onu bəyənməməyim
hələ o demək deyil ki, onun yaşama haqqı, başqaları tərəfdən
təqdirolunma perspektivi yoxdur. Bax bu cür düşünə bilmə-
məyimiz ədəbi cameəmizin ən dərin problemlərindəndir. Əsl
dərddir. Doğrudur, ədəbi vəhşiliyimizin bir sürü başqa
təzahürləri də var...
Salam. Qıl körpü, görün, bizi özündən keçirib haralara
gətirdi?!
Kamal Abdulla. Qıl körpünün kəraməti böyükdür.
147
“Heç kəs heş kəsin kitabını
oxumur!..”
Etimad. Belə bir ifadə var: "Heç kəs heç
kəsin kitabını oxumur..."
Salam. Elə sizin də yaradıcılığınıza daha
çox, daha dəqiq xaricdə qiymət verirlər. Bu, nə
deməkdir, əsərləriniz bizim xörəyimiz deyil,
yoxsa bizdə, doğrudan da, “heç kəs heç kəsin
kitabını oxumur?"
Kamal Abdulla. Nə deyim?! Mən elə dü-
şünmürəm. Yazdıqlarıma burada qiymət verənlərin intellek-
tual çəkisi ilə qiymət verməyənlərin, daha dəqiqi, verə bil-
məyənlərin (bu sonuncular sayca çox olsalar belə), üst-üstə,
bir yerdə həm “intellektual”, həm də fiziki çəkiləri tərəziyə
qoyulsa, “bizimkilər” mütləq qalib çıxar. Məsələ sayda de-
yil.
Əlbəttə, bu yarızarafatla mən vəziyyətin o qədər də bər-
bad olmamasına işarə edib bir növ "təskinlik" tapmaq istə-
dim. Sayca çoxluq isə, gəlin boynumuza alaq ki, real bir
mənzərədir. Və o çoxluq bəzən devlərlə, əjdahalarla dolu ke-
çilməz mənəvi məkan kimi görünür. Amma yalnız görünür.
Gücü buna çatır.
13-cö
ìÿãàì
148
Ciddiyyətə qalanda isə tərəzinin "ağır" tərəfində mənim
üçün bir Rəhman Bədəlov, bir Zeynal Məmmədli, Rəşad
Məcid, Niyazi Mehdi, Əli Abbasov, Aydın Talıbzadə, Bəsti
Əlibəyli, bir Eldar Eyvazov var. Bir Salam, bir Etimad, bir
Tehran, bir Arif Acalov, bir Aqil Abbas var. Bir Vaqif İbra-
himoğlu, İrfan Ülkü, Vidadi Məmmədov, Natiq Səfərov, Ay-
dın Məmmədov var idi. Təbii ki, adlarını yuxarıda çəkdiyim
Anar, Elçin, Ramiz Rövşən, Rəşad, Vaqif Bayatlı, adlarını
hələ çəkmədiyim Azər Mustafazadə, Məhərrəm Qasımlı, İs-
mayıl Məmmədov, Zakir Fəxri, Arif, İntiqam, Yaşar, Elçin,
Nəriman, Səlim, Əsəd, Rüstəm, Aqşin... hələ xaricdəki “biz-
dən olanları” demirəm, bu adamlar yüzlərlə, minlərlə o biri-
lərə dəyər. Özü də hər biri ayrı-ayrılıqda. Mənim üçün ən
yaxşı tərifi, bilirsənmi həm də kimlər edir?! Oxuyub susan-
lar. Bundan böyük tərif mən tanımıram.
Salam. Deməli, oxuyurlar?!
Kamal Abdulla. “Heç kim heç kimin kitabını oxumur”
deyiminin vaxtı keçdi. Elə gözəl oxuyurlar ki, bal kimi. Son-
ra da susurlar. Yəni, oxumamışam. Bu, nəsə yeni bir metod-
dur. Mənasını və adını hələ tapmaq gərəkir.
Salam. Ümumiyyətlə, oxucu sizin üçün nə deməkdir?
Kamal Abdulla. “Oxucu” mənim üçün dil kimi, üslub
kimi bir şeydir. Yazını yazarkən o, məni qətiyyən maraqlan-
dırmır. Bir az əvvəldə, bir başqa məqamla bağlı dedim ki,
üslub Jülyen Sorelin (Stendalın “Qırmızı və qara” romanının
qəhrəmanının) paltarı kimidi. O, öz paltarına fikir vermə-
dikcə kənardan diqqəti daha çox cəlb edirdi. Oxucu da elə.
149
Etimad. Bir dəfə isə yazmışdınız ki, oxucu sizin üçün
çox önəmlidir. Hətta romanlarınızı bitirdikdən sonra hələ
əlyazma şəklində müəyyən ədəbiyyat adamlarına oxumağa
verirsiniz. Və bu adamların cavabını... bunu mən bilirəm, hə-
yəcanla gözləyirsiniz. Mən də, Salam da sizin romanlarınızı
məhz əlyazma variantında oxuyanlarıq.
Kamal Abdulla. Elədir, düz deyirsən. Oxucunun məni
maraqlandırmaması, əslində, kateqorial hökm deyil, dediyim
kimi, yazı prosesinə (!!) aiddir. Yazıb bitirdikdən sonra −
“məşəqqətdən və zülmdən sonra” demək istədim, deməmiş
kimi qəbul edin, çünki mən orta əsrlərdə müqəddəs Benedik-
tin dağ döşündə, gözdən-izdən uzaq yerdə qurduğu bir mo-
nastıra sığınmış və əvvəl-əvvəl asketçilik etmiş “dönük
estetlər” zümrəsinin üzvləri kimi (onların inkvizisiya işgəncə
dəzgahlarından tonqallara qədər amansız təqibi çox ibrəta-
mizdir) riyakarlıq etmək istəmirəm. Yazıb bitirdikdən sonra,
yəni, dəhşətli mənəvi ləzzət və relaksiya (utancaqlar bunu
“təmizlənmə” – “katarsis” kimi də qəbul edə bilər) hissindən
sonra oxucu mənim üçün öz statusunu dəyişir. O, oxucudan
Oxucuya dönür. Təbii ki, bu zaman mən “oxuyucuları” heç
yada da salmıram. Yazıya son nöqtəni qoyduqdan yalnız
sonra Oxucu mənim “mürşidi-kamilim” olur. Bu zaman artıq
mənim üçün bu Oxucunun fikri son dərəcə qiymətli və
əzizdir. Mənim cavab gözləmə həyəcanım bu zamana aiddir.
Mənim inandığım bir neçə adam var ki, bəli, onların fikrini
“məşəqqətlə” gözləyirəm. Bir qədər yuxarıda adlar çəkildi,
bax, onlardır Oxucu! Amma oxucu (kiçik hərflə yazılan, sı-
ravi oxucu) öz rəyində sərbəstdir. Oxuyucuya gəldikdə isə o,
məni çox az və yaxud heç maraqlandırmır.
Dostları ilə paylaş: |