155
dönə oxumaqdan usanmırdım) tələbəlik illərinə çatana qədər
pis bilmədiyim yunan mifoloji sistemi ilə uyğun müqayisələr
aparmaq barədə düşünüm. İki xətt beləcə birləşdi.
Salam. Adətən, “Dədə Qorqud” mövzusuna müraciət
edənlər onun boylarını olduğu kimi təsvir eləyib. Siz isə, cə-
sarətlə demək olar ki, yeni boylar yaratmısınız. “Yarımçıq
əlyazma” romanında “At bazarı”nı, “Günortac”ı, “Selləmə
çayı”nı məkan kimi verməklə “Dədə Qorqud” cəmiyyətini
şəhərləşdirmisiniz. Bu şəhərin hətta qala divarları da var.
Gözətçiləri var. Xan sarayı var. Qılbaşı var. Bir çox obrazla-
rın, məsələn, Şirşəmsəddin obrazının miqyasını böyütmü-
sünüz...
Etimad. Gözümüz önündə, həqiqətən, bir Oğuz cənga-
vəri canlanır. Dastanda hər boy bir qəhrəmana həsr edilmiş-
dir. Şirşəmsəddin adlı igidin isə adı bir dəfə “ümumi si-
yahı”da çəkilir. “Yarımçıq əlyazma” Şirşəmsəddin obrazını
ədəbiyyatımıza qazandırdı.
Kamal Abdulla. Şirşəmsəddini, həqiqətən, sevə-sevə
yazdım. Mən belə deyərdim: "Yarımçıq əlyazma" Dastanda-
kı epizodik obrazların romanıdır.
Etimad. “Yarımçıq əlyazma” Şirşəmsəddin kimi heç-
dən yaranmış personajlardan başqa, Salam bunu qeyd etdi,
heçdən yaranmış məkan konturlarına da malikdir...
Kamal Abdulla. Qədim oğuzların – türklərin, tütkmən-
lərin, Azərbaycan türklərinin və bir sıra başqa xalqların əc-
dadları çox zəngin bir həyat tərzi sürüblər. “Dədə Qorqud”
dastanları bu həyatın ancaq eskizləşmiş işarətləridir. Əslin-
də, bütün xalqlar öz tarixlərini yaşamları ilə yazıblar – ta
156
qədimdən bu günə qədər. Bəzi xalqların bəzi nümayəndələri
isə öz xalqlarının tarixinə, belə deyək: “əl gəzdiriblər”, mü-
əyyən, bəzən çox ciddi boşluqları doldurublar. Amma bu,
indi baş verməyib, iki-üç əsr, bəlkə, hələ bir az da ondan
əvvəl baş verib. Və indi o doldurulmuş məqamlara hamı ina-
nır. Biz isə bu məsələdə əməlli-başlı gecikmişik və o düzə-
lişləri indi-indi “elmi” şəkildə həyata keçirmək istəyirik. Bu,
bizə müyəssər olmur. Alınmır. Elmi şəkildə buna inanmaq,
hələ başqalarını da buna inandırmaq artıq çox gecdir, ətrafı-
mızda hamı "ayılıb". Tarixi əvvəllər yazmaq lazım idi. Hər
kəs öz tarixi ilə məşğul olanda.
Salam. Bəs bu gün nə etməli?
Kamal Abdulla. Bu gün biz həmən doldurmaq istədik-
lərimizi bədiiyyat sahəsində həyata keçirə bilərik. Boşluqlar
(potensiya şəklində) bizim dastanlarımızda, nağıllarımızda,
əfsanələrimizdədi. “Dədə Qorqud” dastanı kimi mətnlər bi-
zim üçün bir tramplin, bir fundament olmalıdır. Yeni süjet-
lərə, yeni istiqamətlərə çıxmaq – məqsəd budur. Bu dastanı
olduğu kimi təkrar etməyə (dediyim kimi başqa ədəbi janr-
larda) nə hacət?! Bu dastanın qollarını, şaxələrini aparıb ge-
niş dünyaya çıxarmaq gərəkir. Onun mayasını istədiyin şə-
kildə, məsələn, güclü avtoritar dövlət və iyerarxiyaya, şəhər
mədəniyyəti çərçivəsinə, ağa və vassal münasibətlərinə vur-
maqla və onları bərpa etməklə lokal tariximizə, ən vacibi –
Tarixə pərçimləmək lazımdır. Dastanı bu torpağa – Günorta-
ca, Düzəngah yoluna, Selləmə çayına, At meydanına bağla-
maq lazımdır. Selləmə adlı çay olmayıbsa, onu uydurmaq la-
zımdır, bu qədər. Bütün başqa söhbətlər diletant və demoqo-
giya alanına aiddir.
157
Heç düşünmüsən ki, nə üçün “Dədə Qorqud” dastanı
çox-çox qədim dövrün və hətta dövrlərin ədəbi məhsulu ola-
ola orta əsrlərdə, daha sonra isə intibah və maarifçilik zama-
nında ictimai şüurumuza daxil olmadı?! Heç bir klassik-
imizdə bu Dastana işarə belə yoxdu. Bir Axundovda nəsə
xırda bir ştrix var. Niyə?
Salam. Doğrudanmı, bu belədir? Bəlkə...
Etimad. Bəlkə, deyirlər ki, şifahi söz yaradıcılığı nü-
munəsidir, ona görə?
Kamal Abdulla. Xeyr, əsla ona görə yox ki, bizim das-
tan yaşamını şifahi şəkildə sürürdü. Bu bir bəhanədir və
çağrılmış bayatıdır. Homer şifahi şəkildə o boyda iki nəhəng
aysberqi ("İliada"nı və "Odisseya"nı) “doğdu” və onlar Ya-
zıya qədər üzə-üzə gəlib çıxdılar. “Dədə Qorqud” dastanları
Homer dastanlarının Oğuz müstəvisindəki təqdimidi həm də.
Niyə o yaşadı, bu – yox?! Çünki nə orta əsrlərdə, nə də XX
əsrdə biz bu Dastana sahib çıxmadıq. Nəsihətlərinə qulaq
asmadıq, ənənələrini unutduq. Nə adları babalarımızın, nənə-
lərimizin adı oldu, nə də etik-əxlaqi yasaqlarına riayət etdik.
Elə bircə “qarı düşmən dost olmaz” ifadəsi nəyə desən də-
yər. Biz bu ifadəni hər dəfə sonradan – "qarı düşmən"lə növ-
bəti dostluq qurub növbəti dəfə pəjmürdə olandan sonra
xatırlamırıqmı?!
Aqata Kristinin məşhur qəhrəmanının adı yadınızda-
mı?! Puaro. Bu – soyadı, bəs adı nə idi Puaronun? Erkül. Er-
kül adı sizə bir şey deyirmi?! Bəli, bəli, Erkül Heraklın avro-
palaşmış (fransızlaşmış) variantıdır. Yaxud, Coysun “Ulis”i-
ni götürək. O, özündə Odissey adını yaşadır. Romalılar
Odisseyə Ulis deyirdilər. Avropalıların bədii-ictimai şüur
158
tarixinin hansı nöqtəsinə baxırsan bax, mifoloji keçmişin iz-
lərini görəcəksən.
Hələ orta əsrlərdə bütpərəst Aristotelin (daha çox qeyri-
katolik məkanda) və bütpərəst Platonun (daha çox katolik
məkanda) ideyalarına əməlli-başlı səcdə edirdilər. Düzdür,
XII əsrdə artıq bu səcdə Aristotelin xeyrinə xeyli dəyişdi.
Amma yenə də əsl qəhrəmanlıq odu ki, bu ehtiram və mə-
həbbəti avropalılar ilk orta çağlardan bu günə kimi kilsənin
və dinin formal qadağalarına rəğmən (bütpərəstlik və onun
mədəniyyəti məsələsi!) yaşatdılar. Qadağalar isə amansız
idi.
Dante nahaqdan antik filosof və yazarları öz “İlahi
komediya”sında cəhənnəmdə yerləşdirməmişdi – Vergili
istisna ilə. Nə üçün Vergili istisna idi – bunun öz maraqlı sə-
bəbi var. İsa peyğəmbərin doğumu ilə bağlıdır. Vergili şeir-
lərinin birində yaxın bir zamanda dünyanı xilas edəcək bir
peyğəmbərin doğuluşunu öncəgörlüklə qələmə almışdı. Bəl-
kə də, o, konkret heç kimi nəzərdə tutmurdu. Amma qırx il
sonra həqiqətən İsa peygəmbər doğuldu. Xristianlıq bu öncə-
görlüyün borcunu ödədi. Vergili yeganə qadağan edilməyən
antik (yəni, bütpərəst) dövr şairi oldu. Bütün antik dövrdən,
sadəcə – Vergili! Təkcə o, xristianlığın rəsmi baryerini ke-
çə bildi. Baryer isə demək olar ki, keçilməz idi. Avropa bu
keçilməz baryeri qeyri-rəsmi şəkildə (adamların ürək və
beyinlərinin diqtəsi ilə) keçdi. Bu, çox mürəkkəb və gərgin
bir prosesin nəticəsində baş verdi. Demək istədiyim odur ki,
Avropa və eləcə də dünya antik dövr mədəniyyətini həm
gizli şəkildə (orta əsrlərdə – qeyri-rəsmi), həm də aşkar şə-
kildə (İntibah dövründən üzü bu yana – rəsmi) yaşatdı.
Dostları ilə paylaş: |