10
mütəxəssislər, elmi işçilər, iqtisadçılar, ali məktəb tələbələri və
habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
11
I FƏSİL
AZƏRBAYCANIN NEFT-QAZ SƏNAYESİNİN MÜASİR
VƏZİYYƏTİ VƏ İNKİŞAF MEYLLƏRİ
1.1. Mövcud infrastrukturun və ehtiyatlar potensialının
qiymətləndirilməsi
Azərbaycanın ərazisinin dünyanın ən qədim neft hasil
edilən regionlarından biri, daha dəqiq desək, birinci olması,
neftə aid ilkin biliklərin, məlumatların, təəsürratların bu
məmləkətdən dövriyyəyə çıxışı beynəlxalq aləmdə geniş
mübahisələr doğurmayan tarixi faktdır. Bu sıradan dünya
xalqlarının ensiklopediyaları, neftlə bağlı ədəbiyyatları,
məlumat kitabçaları, iqtisadçı və tarixçi alimlərin müvafiq
əsərləri neftin beşiyinin Azərbaycan olmasını təsdiqləyən
dəlillərlə zəngindir. Bu ellərdən keçən səyyahlar, tacirlər,
alilər, əli qələm tutan yolçular ekzotik görnüşlü maddəni-nefti
vəsf etmiş, ölkəmizin «qara» sərvətinin şöhrətinin dünyaya
yayılmasında yardımçı olmuşlar.
Aşkarlığının 3 min illik inkişaf tarixinin mütləq
əksəriyyəti bizim məskun olduğumuz yurdla bağlı, mənşəcə
türk sözü olan «neft» ayrı-ayrı ərazilərdə az fərqlə müxtəlif cür
səslənsə də planetimizdə müvafiq mənanı ifadə edən ən geniş
anlamdır. Makedoniyalı İsgəndərdən 3-cü reyxə qədər böyük
fatehlərin marağına tuş gələn neftimizin taleyi keşməkeşli
omuşdur. Onun şöhrətinin daha geniş əks-sədası texnoloji iqi-
labdan gəlmişdir. Daxiliyanma mühərrikləri buxar maşınlarını
əvəz etməyə başlayanda neft özünün çox illər istilik və şölə
saçan libasını mexanizmləri hərəkətə gətirən energetik gücü ilə
daha da zənginləşdirmişdir. Maye yanacağa artan tələbat onun
hasilatının sürətli yüksəlişinə gətirmiş, emal prosesində aşkar-
lanan yeni keyfiyyətlər isə kimya sənayesinin istehsal çşidinin
artımında köklü dəyişikliklərə səbəb olmuşdur. Planetar
miqyasda mücərrəd deyimdə belə bir fikir formalaşmışdır ki,
12
Günəş Kürreyi ərzi enerji ilə təmin etdiyi kimi neft də
bəşəriyyətin enerji təminatını verir.
XIX əsrin ortalarında ABŞ-da, Peruda, Rumıniyada eyni
zamanda Azərbaycanda neftin mexaniki üsulla çıxarılmasının
genişlənməsi bu dövrlərdə hasilatın sənaye xarakteri almasına
səbəb olmuşdur. Rus imperatorluğunda 1872-ci ildə icarə sise-
minin ləğvi isə Azərbaycanda neft hasilatının
sürətləndirilməsinə güclü təkan vermişdir. Məhz bu məqamdan
Azərbaycanda statistik hesabatlarda əks olunan, intensiv istis-
mar tarixi start götürür. Bu illər həm dünyada, həm də
Azərbaycanda «neft bumu», «neft affekti» kimi
səciyyələndirilir. Bu tarixi məqamlardan çox illər ötmüş, əsrlər
dəyişmişdir. İndi Xəzərin nəhəng karbohidrogen yataqlarının
aşkarlanması respublikamıza yeni neft bumu gətirmişdir. Milli
istiqlal, dövlətçiliyin bərpası yaşadığımız dövrdə Azərbaycan
neftinin tarixi ilə bağlı tədqiqatların say artımına təsir
göstərmişdir. Bu təbii prosesdir. Tarixin təkrarlıq məqamında
keçmişi aramaq milli şüura xas olan əlamətdir. İftixarla tarixi-
mizin şanlı səhifələrini vərəqlədikdə biz eyni zamanda milli
neft-qaz sənayemizin mövcud potensialını elmi-praktiki
aspektdən qiymətləndirərək əldə olunmuş nəaliyyətlərin yeni
reallıqlar prizmasından təhlilinin aparılmasını məqsədə müva-
fiq hesab edirik. Məhz bu məziyyətləri nəzərə alaraq biz həm
də milli neft-qaz sənayemizdə son 120-130 il ərzində for-
malaşmış infrastruktur, sənaye və ehtiyatlar potensialına daha
çox diqqət yetirməyə üstünlük veririk.
XIX əsrin sonlarında neft sənayemizin inkişaf prosesinə
bir çox xarici sərmayədarlar, milli sahibkarlar cəlb olunmuşlar.
Avropanın kerosin bazarında ABŞ-la rəqabətdə təşəbbüsü ələ
almaq, neftin axtarışı, kəşfiyyatı hasilatı, istismarı, emalı, nəqli
və habelə müvafiq sahədə xidmət
şəbəkəsinin
genişləndirilməsi, yeni mütərəqqi üsulların, texnologiyaların
tətbiqi prosesləri artıq Azərbaycanda neft biznesinin forma-
ladığını, müvafiq sənaye infrastrukturun qurulduğunu diqqətə
13
gətirən əlamətlər və faktlar idi. Bu əsasda Bakıda neftin emalı
ilə bağlı zavodların sayı artmaqda davam edirdi. İlk çağlarda
neft ixracatında nəqliyyatda əsas rolu dəniz ifadə edirdisə, at
arabaları ilə daşınan kerosini həcmi də yetərli hesab edilirdi.
Artan neft hasilatı bu baxımdan nəqliyyatın inkişafına güclü
təsir göstərirdi. Daşınmada səmərəliliyin artırılmasında 1883-
cü ildə inşa edilən Zaqafqaziya Dəmir Yolu böyük hadisə oldu.
1888-ci ildə Sabunçu və Suraxanı mədənlərini birləşdirən
dəmir yolu xətti işə salındı. 1900-cu ildə isə Petrovsk-Dərbənd-
Biləcəri dəmir yolu ilk qatarları qəbul etdi. Texniki nailiyyətlər
Bakı neftinin dünya bazarına daha ucuz çıxışını təmin etməyə
imkanlar açdı. 1907-ci ildə kerosinin ötürülməsini nəzərdə tu-
tan Bakı-Batumi neft kəməri işə düşdü. 1859-cu ildə Bakı por-
tunun inşaası dəniz nəqliyyatında, xüsusən neftdaşınmada yeni
perspektivlər açdı. O, illərdə məşhur olan «Qafqaz» və
«Merkuri» Səhmdar Cəmiyyətlərinin Xəzər dənizində artıq 15
buxar gəmisi var idi. Bu zaman Xəzərdə təşəkkül tapan dəniz
donanması Rusiya dəniz donanmasının daşıdığı yükün 40%-i
qədərini əlində cəm etmişdi Sonrakı illərdə neftin tankerlərə
daşınmasında onun payı daha da yüksəldi. Artıq bu illərdə
Xəzərdə neftin, kerosinin daşınmasını təmin edən 176 gəmi var
idi. Bununla belə Xəzərdə həm də Rusiya Ticarət Dəniz
Donanmasının strukturu kimi Bakı Ticarət Donanması
fəaliyyət göstərirdi. Bu donanmanın potensialı sonralar
Sovetlər İttifaqı zamanı yaradılmış Xəzərdəniz Gəmiçiliyi və
Xəzərdənizneftdonanmasının əsas bazasını təşkil etmişdir.
Şirvanşahların mərkəzi qədim Bakı XIX əsrin
əvvələrində, Rusiya istilasının ilk illərində əhəmiyyətsiz şəhər
hesab edilirdi. Şamaxı zəlzəsi quberniya mərkəzinin bu şəhərə
köçürülməsi amilinə çevrildikdən sonra yeni gerçəkliklər,
böyük neft kəşfləri onu əhəmiyyətini daha da gücləndirdi. Neft
Bakının simasını sürətlə dəyişdirməkdə idi. Burada istehsal
ounan neft Amerika neftini Avropa, Rusiya bazarlarında sıxış-
dırmağa başlamışdı. Bakı nefti və Bakı şəhəri ilə bağlı bir çox
Dostları ilə paylaş: |