29
Xəzərdəki Neka terminalına, daşınmasını lazım gələrsə, ikinci
neft-kəməri Neka-Reyin inşasını təklif edir. Bütün bunlar hələ
Xəzər nefti ilə bağlı əsas nəqliyyat problemi kimi qarşıda
durur.
Azərbaycan neftinin yeni bazarlar fəth etməsi göründüyü kimi
olduqca strateji əhəmiyyət daşıyan dövləti məsələdir.
Məsələnin həlli uzun vaxt tələb etsə də, onun qısaldılmasında
bütün imkanlar cəm olunmalıdır. Böyük neft kəmərləri prob-
lemi həllini tapmadıqca, böyük tərəqqi də şirin xəyal olaraq
gerçəkləşməyəcəkdir.
Azərbaycan neft-qaz potensialı, mövcud infrastruktur bu-
rada hasilatın daha böyük templərdə davamlılığını şanslı edir.
Aparılan təhlil göstərir ki, XXI əsrin ortalarına qədər
Azərbaycan iqtisadiyyatında neft sektoru aparıcı mövqedə dur-
araq və respublikamızı dünyanın neft mərkəzləri sırasına
qovuşduracaqdır.
Milli neft sənayemizin inkişafı planetar qloballaşmadan,
inteqrasion meyylərdən kənarda böyük effektlərdə təzahür ol-
una bilməz. Yeni infrastrukturun formalaşmasında və
genişlənməsində bu amil ciddi nəzərə alınmalı, onun reallaş-
ması bütünlüklə xarici sərmayədarların üzərinə qoyul-
mamalıdır. Tarixi neft ölkəsinin yeni inkişaf zolağına
keçidində daxili təbii resurslar təməldə dayandığı kimi, onun
elmi potensialı da texnoloji nailiyyətlərin hərəkətverici
qüvvəsinə çevrilməlidir. Böyük iqtisadi yüksəlişə nail olunması
isə heç şübhəsiz ehtiyatların rasional bölgüsündən, onların
milli dövlət mənafelərinə uyğun səmərəli istifadə edilməsindən
keçir.
1.3. İnteqrasion proseslər və inkişaf perspektivləri
30
Ölkənin enerji resurslarının onun siyasi müstəqiliyinin,
iqtisadi təhlükəsizliyinin təməlini təşkil edən əsas amil kimi
qiymətləndirilir. Mineral xammal ehtiyatlarının yer kürəsində
yerləşməsi, paylanışı qeyri-bərabər bölgü ilə xarakterikdir. Bu
da şübhəsiz ki, təbii, tektonik, geoloji dövrlərdə faydalı qazıntı-
ların yaranma şərtləri və digər bu kimi proseslərlə bağlıdır.
Müasir iqtisadi inkişafı təbii resursların köməyi olmadan
təsəvvür etmək çətindir. Təbii enerji daşıyıcılar arasında
əlverişli istifadəyə, faydalılığına görə neft-qaz resursları daha
çox seçilir. Dünya sənayesi və nəqliyyatı son dərəcə neft-qaz
resurslarının inhisar sferasına daxil olmuşdur. Resursların qey-
ri-bərabər yerləşməsi beynəlxalq əmək bölgüsünə də təsir edir.
Sənaye məhsulu istehsalının bazasını təşkil edən mineral-
xammal sektoru dünya iqtisadiyyatında aparıcı mövqedə durur.
Bu baxımdan Azərbaycanın artan neft-qaz potensialına müasir
mərhələdə müvafiq resursların beynəlxalq aləmdə yerləşməsi,
neftin istehsalı, emalı ilə bağlı komplekslərin sayı, beynəlxalq
neft biznesində və bazarlarında gedən meyllər, aparıcı neft
şirkətlərinin və investorların gücünə diqqət yetirməyimizi
zəruri edir. Qloballaşma, inteqrasion proseslər planetin ener-
getik bazasına, onun tələblərinin, gücünün inkişafına resurslar
bazasında nəzər yetirməyə sövq edir.
Müasir zamanda dünyanın şərti yanacaq ehtiyatları
bölgüsündə neft və təbii qaz 27% paya malikdir. Bu müvafiq
daş-kömür ehtiyatlarından 2 dəfədən də azdır. Lakin bununla
belə istehsalda və hasilatda fərqli mənzərə mövcuddur. Burada
neft və qazın həcmi 67-70% təşkil edərək daş-kömür hasilatın-
dan 2 dəfə çoxdur. Hər 3 təbii resursun illik hasilatı neftə
ekvivalentdə 7,6 milyard ton təşkil edir. Neftin və qazın
dünyəvi ehtiyatları haqqında məlumatlar müxtəlifdir. Bu da
ehtiyatlarlar amilinin dəyişkənliyi və dinamikliyi ilə izah edilir.
Son onilliklərdə güclənən axtarış-kəşfiyyat işləri, innovasion
nailiyyətlər ehtiyatlar potensialının artımına xeyli təsir
göstərmişdir. XX əsrin sonunda daha çox dəqiqləşdirilmiş
31
məlumatlarda dünya neftinin həqiqi ehtiyatları 136 milyard
ton, kəşf edilmiş ehtiyatlar 900 milyard ton təşkil edir. Təbii
qaz ehtiyatları isə 141 trilyon kubmetr hesablanır. Əsas neft
istehsalçıları və ixracatçılarını təmsil edən OPEK ölkələri
dünya neft ehtiyatlarının 77%, qaz ehtiyatlarının 41%-ə malik-
dir. Neft-qaz resurslarına tələblərin neçə illər ödənəcəyi
haqqında mülahizələr də müxtəlifdir. Bunun da ən azı 50 il, ən
çoxu isə 2-3 əsr sürəcəyi ehtimal edilir. Dünyada neft-qaz hasi-
latı hər il artmaya məruz qalır. Regional bölgüdə Yaxın Şərq
ölkələri liderlik edir. Burada ehtiyatların həcmi 90 milyard ton
hesablanır. Yaxın Şərq ölkələri hər il 900-950 milyon ton neft
çıxararaq hasilatda da liderlik edirlər. Böyük neft ehtiyatları
Amerika qitəsində, Avropada və Afrikada yetərincədir. Son
illər Avstraliyada da xeyli miqdarda yeni neft-qaz resursları
kəşf edilmişdir. Dünya neft ehtiyatlarının cəm olduğu ən böyük
ölkə Səudiyyə Ərəbistanıdır. Burada dünya neft ehtiyatlarının
1
/
4
-i cəmləşmişdir.
Aşağıda dünyanın 10 əsas neft və qaz potensiallı ölkələri
mümkün düzümdə verilib:
Neft. Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt, İran, Ru-
siya, Venesuela, ABŞ, Meksika, Norveç;
Qaz. Rusiya, İran, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ, Qa-
tar, Əlcəzair, Kanada, Norveç, Türkmənistan.
Neft ehtiyatlarının adambaşına bölgüsündə BƏƏ 8400
ton, Küveyt 6300 t, Qatar 1300 ton bölümdə liderdirlər. Neft-
qaz ehtiyatları hazırda quru yataqlarda istismar edilməklə
yanaşı, həm də dənizdə hasil edilir. Dəniz şelfində indi 2000-
dən çox neft-qaz yatağı aşkarlanmışdır. Dünyanın şərti yana-
caqdan istifadəyə ehtiyacları hər il artmaqdadır. Proqnozlara
görə yaxın 10 il ərzində şərti yanacaqdan istifadənin həcmi 3
milyard ton da artaraq 2010-cu ildə 12 milyard tona qədər
yüksələcəkdir. Proqnozlara görə 2010-cu ildə enerji daşıy-
ıcılardan istifadədə neft öz mövqeyini qoruyub saxlayacaq,
qazdan istifadə isə artacaqdır.
Dostları ilə paylaş: |