14
dövri məqalə və yazılarda şəhərin sürətli inkişafı haqqında
təəsürratlar diqqəti cəlb edir. Bu baxımdan bolşeviklərin
rəhbəri V.İ.Leninin «Neftin demək olar ki, hamısı Bakı
quberniyasında hasil edilir, buna görə də Bakı şəhəri
əhəmiyyətsiz bir şəhər ikən dönüb Rusiyada 112 min əhalisi
olan birinci dərəcəli sənaye mərkəzinə çevrilmişdir»
1
-
söyləməsi sürətli yüksəlişi təsdiq edən yetərli ifadədir.
XIX əsrin son illərində Azərbaycan neft hasilatında
planetdə liderliyi ələ aldı. Əsrin ilk illərində dünyada çıxarılan
neftin yarısını Abşeronun neft yataqları verirdi. Lakin bu
yüksəliş uzun sürmədi. Baş verən siyasi çəkişmələr, I Dünya
müharibəsi neft hasilatında templərin azalmasında ciddi əks
olundu. Oktyabr çevrilişi ərəfəsində-1917-ci ildə Azərbaycan
Rusiyada hasil edilən neftin 76%-ni verirdi. Bu 1901-ci ildəki
şöhrət zirvəsindən 40% aşağı həddə idi. Böyük siyasi
çevrilişlər ərəfəsində Azərbaycanda artıq bütün neft
dövriyyəsini-hasilatdan son satış məhsuluna qədər ifadə edən
müvafiq sənaye infrastrukturu mövcud idi. Dünyanın tanınmış
neft eksperti Deniel Yergin özünün məşhur «Hasilat»
2
əsərində
Bakı neftinin əks-sədasına rəğmən yazmışdır: «Həqiqətdə bir
neçə ilin axınında Bakı ətrafı rayon neft hasilatında dünyada
birinci yeri tutmuşdur. O nəhəng hasiledici rayon kimi bolşevik
inqilabından sonra da qalmış və 1941-ci ilin iyununda Sovetlər
İttifaqına nasist müdaxiləsinin strateji məqsədlərindən biri ol-
muşdur». Lakin siyasi çaxnaşmalar neft işi ilə ciddi məşğul
olmağa imkan vermirdi. Azərbaycan Demokratik Respub-
likasının mövcudluğu illərində hakimiyyət orqanlarının neft
sənayesində azalan templərin bərpası səyləri də vaxt
məhdudluğundan nəticəsiz qaldı. Sovet hakimiyyəti quruldu-
qdan sonra isə bu strateji istiqamət başqa bir müstəvidə davam
etdirildi. Neft iqtisadiyyatı milliləşdirildi. Ədalət naminə qeyd
1
Lenin V.İ.. Əsərləri. 3-cü cild. Səh. 523.
2
Дэниел Ергин «Добыча» Всемирная история борьба за нефть, деньги
и власть. М.: Издательство «Денево» 1999. səh. 139.
15
olunmalıdır ki, bolşevik hakimiyyətində bu əvəzsiz enerji re-
surslarının sonrakı istismarını təmin etmək üçün mümkün
cəhdlər, təşəbbüslər edildi və yeni perspektivli neftli-qazlı
yataqların kəşfinə, hasilatın artmasına nail olundu. Lakin
möhtəşəm ölkənin sürət götürən mühərrikini qüvvətləndirmək
üçün aramsız daha geniş həcmli hasilat tələb olunurdu. Bu
tələblərin gerçəkləşməsi isə Abşeronun neft yataqlarının
vəhşicəsinə istismarı ilə müşayiət olunurdu. II Dünya
müharibəsinə Sovetlər İttifaqı cəlb olunduqdan sonra mərkəzi
hökumət Azərbaycan hakimiyyət orqanları qarşısında neft hasi-
latının daha da artırılması tələblərini qoymuşdu. 1941-ci ildə
23541 min ton hasil edildi. Bütün Azərbaycan tarixi ərzində bu
ən yüksək hasilat göstəricisi idi. Sonralar 1966-cı ildə dəniz və
quru sahələrində ümumi hasilat pik nöqtəyə-21729 min tona
yüksəlsə də, 1941-ci ildəki hədd təkrarlanmada Respublikam-
ızda bu qədər və bundan çox neft hasilatının yaxın 4-5 il
ərzində gerçəkləşməsi ehtimal olunur.
Sovet hakimiyyəti illərində Azərbaycanın neft
sənayesində mötəbər işlərin görülməsi danılmaz faktdır. Yeni
yataqların kəşfi geniş, istehsal sahələrinin yaradılması, infra-
strukturun yeniləşməsi, elmi texniki nəaliyyətlər, dünyada ilk
dəfə açıq dənizdə neft hasilatına başlanması bu tarixin şanlı
səhifələrindəndir. Bununla yanaşı potensialına görə ABŞ-dakı
müvafiq təşkilatdan sonra ikinci yerdə dayanan
Xəzərdənizneftdonanmasının yaradılması da bu tarixi dövrə
təsadüf edir. Ümumi istehsal gücü 18 mln.ton olan neftayırma,
emal zavodları kompleksi, analoji olaraq qazın təmizlənməsi və
istehsalı müəssisələri, dənizdə qazma, hasilat və istehsalı real-
laşdıran nəhəng Dərin Dəniz Özülləri Zavodu, qaz yığım an-
barları, müəyyən nisbətdə müvafiq tələbatı ödəməklə yanaşı,
izafi neftin və qazın tranzitini təmin edəcək geniş nəqletmə
şəbəkəsi, indiki iqtisadi potensiala müvafiq energetik və yana-
caq-enerji kompleksləri, nəqliyyat və rabitə vasitələri, inşaat
idarələri, sosial xidmət, mənzil-komunal təsərrüfatları həmin
16
illərdə təşəkkül tapan və bizə miras qalmış milli neft
sənayemizin gücünü xarakterizə edən konturlarıdır. Neft
sənayesinin inkişafının artan tə’siri həm də respublikada yeni
sənaye sahələrinin yaranışına təkan vermişdir. İndi böhranlı
vəziyyətlə əhatə olunsa da, ölkədə iqtisadiyyatı müəyyən
kəsikdə stimullaşdıracaq səviyyədə neft-kimya kompleksi
fəaliyyət göstərir. Bununla belə ölkə hüdudlarından kənarda
yerləşən bazarlara daim məhsul çıxarmış neftmaşınqayırma
zavodları şəbəkəsi də öz istehsal gücünü milli neft amilindən
qaynaqlandırmışdır. Lakin daha uğurlu və qiymətli fakt isə
Azərbaycan alimlərinin, mütəxəssislərinin, mühəndislərinin
neft elminin fundamental əsasda təşəkkülü, formalaşması və
inkişafında göstərdikləri xidmətdə, apardıqları tədqiqatlarda,
cəhd və səylərdə aramaq olar. Həm yanacaq energetika
kompleksində və həm də Elmlər Akademiyası nəzdində
fəaliyyət göstərən müvafiq Elmi-Tədqiqat İnstitutlarında indi
minlərlə neft mütəxəssisi çalışır. Təhsil sahəsində çox geniş
bazaya elmi potensiala malik Neft Akademiyasının şöhrəti isə
artıq çox illər öncə sərhədlərdən kənarda qiymətini almışdır.
Azərbaycan neftçiləri və alimləri 3 qitədə neftin axtarışı,
kəşfiyyatı və işlənməsi prosesində mütəxəssis qismində
fəaliyyət göstərmiş, bir çox yeni yataqların kəşfinə yardımçı
olmuşlar.
Respublikamızın müasir neft infrastrukturu
müstəqilliyimiz illərində yeni tikintidərə sövq etmişdir. Bakı-
Supsa, Bakı-Novorossiysk neft kəmərləri, Səngəçal, Dübəndi
terminallarının bərpası və inşası, dərin dəniz qazma qurğu-
larının modifikasiyası, beynəlxalq neft kontraktları ilə əlaqədar
inkişaf tapmış yeni servis şəbəkəsi, bu infrastrukturu daha
güclü və müasir etmişdir. Mövcud infrastrukturu dəyərincə
qiymətləndirərək onun potensialının artan neft-qaz hasilatına
uyğunlaşdırılması sahəsində geniş miqyaslı işlər görülməsi da-
vam edir. Bakı-Ceyhan neft, Xəzəraşırı qaz kəmərlərinin real-
laşan inşaası, yeni sənaye və xidmət sahələrinin yaranışı bu
Dostları ilə paylaş: |