49
Formasına görə kələm girdə, yastı, oval və sivri uclu, bərkliyinə görə isə
yumşaq və bərk olur. Uzun müddət saxlamaq üçün yaxşı inkişaf etmiş bərk kələm
götürülür. Yetişmə müddətindən asılı olaraq aşağıdakı kələm sortları vardır.
Tezyetişən kələm sortlarından «Nömrə bir», «Qribovski-147»-dir. Çox
yayılmış bu kələmin çəkisi 1-1,5 kq gəlir. Bu qrupa, həmçinin «Yerli
yaxşılaşdırılmış Dərbənd», «Tezyetişən» sortlar aiddir.
Orta tezyetişən kələm sortlarından «Qızıl hektar-1432», «Kolxozçu-2001»,
«Staxanovka-1513» (çəkisi 2-2,5 kq) və s. göstərilə bilər.
Orta yetişən sortlardan «Slava-1305», «Qribov şöhrəti-231» və s. Orta
gecyetişənlərdən «Belorusiya 455», «Hədiyyə», «Nadejda», «Ladoqa-22», «Qış
Qribov-13» və s.dir.
Gecyetişən kələm sortlarından «Zimovka 1474», «Amager-611», gecyetişən
«Moskva-15» (çəkisi 15 kq), «Zavodskaya», «Bipryuçekut-138», «Belosnejka»,
«Cənub-31» və s. göstərmək olar.
Azərbaycanda «Nömrə bir», «Qribovski-147», «Dərbənd-Qusar çay»,
«Slava-1305», «Likurişka-478/15», «Yerli Abşeron», «Staxanovka-1513», «Qızıl
hektar-1432» və «Yerli Dərbənd» kələm sortları becərilir.
Tezyetişən kələm sortları, əsasən təzə halda istifadə edilir. Konservləşdirmək
üçün yararsızdır. Orta yetişən və gecyetişən sortlardan isə həm konservləşdirmədə
və həm də təzə halda istifadə edilir. Gecyetişən sortları təzə halda, optimal şəraitdə
iyun ayına kimi saxlamaq mümkündür.
Ağbaş kələmin keyfiyyəti yoxlandıqda standarta əsasən, onun xarici
görünüşü, yarpaqlarının sıxlığı və çəkisi nəzərə alınır. Ümumiyyətlə,
tezyetişənlərin çəkisi 0,4 kq, orta yetişənlərin çəkisi 0,8 kq-dan az olmamalıdır.
Hər dəfə qəbul edildikdə 5%-ə qədər quru, çirk, əzik, zərərvericilərlə
zədələnmiş və s. kələmin olmasına icazə verilir.
Kələmin başı bütöv, təzə, təmiz, tam inkişaf etmiş, bərk, sağlam və formaca
öz təsərrüfat-botaniki sortuna xas olmalıdır. Kələmin başında çoxu 3 sm
uzunluğunda özək saxlanılır. Fevralın 1-dən etibarən ticarət şəbəkəsinə daxil olan
50
kələm üstü təmizlənərkən ayrı-ayrı yerlərində səthinin 1/8 hissəsi qədər
kəsilib tullanan, çəkisi 0,6 kq gələn kələmlərin olmasına icazə verilir.
Gül kələm (B. caulifiora L.) açılmamış gül zoğlarından ibarətdir.
Bu zoğlar bütöv ətli və zərif ağ kütlə əmələ gətirir.
Gül kələmin tərkibində 90,9% su, 2,5% zülal, 4,0% şəkərlər, 0,5%
nişasta, 0,9% sellüloza, 0,1% üzvi turşu, 0,8% mineral maddə, 70 mq%
C vitamini (48-155 mq%) olur. Gül kələmdə, həmçinin B
1
, B
2
, B
3
, PP, P
vitaminləri və karotin vardır. Mineral maddələrdən kalium, fosfor,
kalsium və dəmir vardır. Gül kələm qidalılığına və tamına görə ağbaş
kələmdən üstündür. Gül kələm orqanizmdə asan mənimsənildiyindən
uşaqlar üçün pəhriz məhsulu kimi çox faydalıdır.
Gül kələmin keyfiyyətli olmasında onun vaxtında dərilməsinin
əhəmiyyəti böyükdür, əgər gül kələm vaxtında dərilməzsə, yəni çox
yetişərsə, baş hissə cücərir, rəngi ağdan krem rənginə keçir, daha sonra
bənövşəyi rəng alır. Tez, orta və gecyetişən sortları vardır.
Gül kələmin geniş yayılmış sortlarından Snejinka, Vətən, Proqres,
Tezyetişən Qribovski, Konservlik Moskva və s. göstərmək olar.
Azərbaycanda, əsasən Qribovski-1355, Moskva, Iriyarpaq sortları
becərilir.
Gül kələmin başı təzə, təmiz, bütöv, sağlam, ağ, bərk və üstündə 2-
3 cərgə yaşıl yarpaqları olmalıdır. Ən böyük en kəsiyinin diametri 8 sm-
dən az olmamalıdır. 5% 6-7 sm diametrli kələmin və 10% gülü cücərmiş
kələmin olmasına icazə verilir. Bunların özəyi 2 sm-dən çox
olmamalıdır.
51
Qırmızıbaş kələmin (B. Capitata, falba rubra L.) yarpaqları
bənövşəyi-qırmızıdan tünd qırmızı rəngə qədər olur. Ağbaş kələmə
nisbətən bunlar kiçik, habelə az məhsuldar, lakin soyuğa davamlıdır.
Payız-qış vaxtalrı yaxşı saxlanılır.
Qırmızıbaş kələmin tərkibində 4,7% şəkər, 1,8% zülali maddə,
1,3% sellüloza, 0,2% üzvi turşu, 0,8% mineral maddə və 60 mq% C
vitamini vardır. Həm təzə halda, həm də sirkəyə qoyulmuşu istifadə
edilir. Zenit və Daş-kələm-447, Qako-741 geniş yayılmış
sortlarındandır. Daş kələm bərk, tünd qırmızı rəngdə və kürəşəkillidir.
Zenit kələmi girdə və bərk, bənövşəyi və ya bənövşəyi-yaşıl rəngdə olur.
Standart üzrə qırmızıbaş kələmin keyfiyyətinə verilən tələblər
ağbaş kələmdəki kimidir. Lakin bir baş kələmin çəkisi 0,6 kq-dan,
fevralın 1-dən etibarən 0,5 kq-dan az, özəyin uzunluğu isə 2 sm-dən çox
olmamalıdır. Qırmızı yarpaqların yaşılımtıl yarpaqlarla növbələnməsi
kələmin aşağı keyfiyyətli olduğunu göstərir.
Savoy kələmi (B. sabauda L.) boş və yarpaqlarının qırışıq olması
ilə fərqlənir. Savoy kələminin tərkibində 3-6% şəkər, 2,0-2,8% azotlu
maddə, 1,1-1,3% sellüloza, 0,8% mineral maddə, 31-58 mq% C vitamini
vardır. Əsasən aşpazlıqda müxtəlif 1-ci və 2-ci xörəklərin
hazırlanmasında istifadə edilir. Turşutmaq və qurutmaq üçün yararsızdır.
Tezyetişən Vyana, Yubiley, Vertyu və s. sortları geniş yayılmışdır.
Brüssel kələminin (B.gemmifera L.) gövdəsi 1 m-dək uzanır.
Üzərində isə 70-dən çox kiçik kələm (diametri 2-6 sm) yumaları olur.
Tərkibində 86% su, 4,8% zülal, 5,4% müxtəlif şəkər, 0,5% nişasta, 1,6%
sellüloza, 0,7% üzvi turşu, 1,3% mineral maddə və 120 mq% C vitamini
Dostları ilə paylaş: |