Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə15/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   120

 

 

49



Formasına görə  kələm girdə, yastı, oval və sivri uclu, bərkliyinə görə isə 

yumşaq və bərk olur. Uzun müddət saxlamaq üçün yaxşı inkişaf etmiş bərk kələm 

götürülür. Yetişmə müddətindən asılı olaraq aşağıdakı kələm sortları vardır. 

Tezyetişən kələm sortlarından «Nömrə bir», «Qribovski-147»-dir. Çox 

yayılmış bu kələmin çəkisi 1-1,5 kq gəlir. Bu qrupa, həmçinin «Yerli 

yaxşılaşdırılmış Dərbənd», «Tezyetişən» sortlar aiddir. 

Orta tezyetişən kələm sortlarından «Qızıl hektar-1432», «Kolxozçu-2001», 

«Staxanovka-1513» (çəkisi 2-2,5 kq) və s. göstərilə bilər. 

Orta yetişən sortlardan «Slava-1305», «Qribov şöhrəti-231» və s. Orta 

gecyetişənlərdən «Belorusiya 455», «Hədiyyə», «Nadejda», «Ladoqa-22», «Qış 

Qribov-13» və s.dir. 

Gecyetişən kələm sortlarından «Zimovka 1474», «Amager-611», gecyetişən 

«Moskva-15» (çəkisi 15 kq), «Zavodskaya», «Bipryuçekut-138», «Belosnejka», 

«Cənub-31» və s. göstərmək olar. 

Azərbaycanda «Nömrə bir», «Qribovski-147», «Dərbənd-Qusar çay», 

«Slava-1305», «Likurişka-478/15», «Yerli Abşeron», «Staxanovka-1513», «Qızıl 

hektar-1432» və «Yerli Dərbənd» kələm sortları becərilir. 

Tezyetişən kələm sortları, əsasən təzə halda istifadə edilir. Konservləşdirmək 

üçün yararsızdır. Orta yetişən və gecyetişən sortlardan isə həm konservləşdirmədə 

və həm də təzə halda istifadə edilir. Gecyetişən sortları təzə halda, optimal şəraitdə 

iyun ayına kimi saxlamaq mümkündür. 

Ağbaş  kələmin keyfiyyəti yoxlandıqda standarta əsasən, onun xarici 

görünüşü, yarpaqlarının sıxlığı  və  çəkisi nəzərə alınır. Ümumiyyətlə, 

tezyetişənlərin çəkisi 0,4 kq, orta yetişənlərin çəkisi 0,8 kq-dan az olmamalıdır. 

Hər dəfə  qəbul edildikdə 5%-ə  qədər quru, çirk, əzik, zərərvericilərlə 

zədələnmiş və s. kələmin olmasına icazə verilir. 

Kələmin başı bütöv, təzə, təmiz, tam inkişaf etmiş, bərk, sağlam və formaca 

öz təsərrüfat-botaniki sortuna xas olmalıdır. Kələmin başında çoxu 3 sm 

uzunluğunda özək saxlanılır. Fevralın 1-dən etibarən ticarət şəbəkəsinə daxil olan 



 

 

50



kələm üstü təmizlənərkən ayrı-ayrı yerlərində səthinin 1/8 hissəsi qədər 

kəsilib tullanan, çəkisi 0,6 kq gələn kələmlərin olmasına icazə verilir. 



Gül kələm (B. caulifiora L.) açılmamış gül zoğlarından ibarətdir. 

Bu zoğlar bütöv ətli və zərif ağ kütlə əmələ gətirir.  

Gül kələmin tərkibində 90,9% su, 2,5% zülal, 4,0% şəkərlər, 0,5% 

nişasta, 0,9% sellüloza, 0,1% üzvi turşu, 0,8% mineral maddə, 70 mq% 

C vitamini (48-155 mq%) olur. Gül kələmdə, həmçinin B

1

, B



2

, B


3

, PP, P 


vitaminləri və karotin vardır. Mineral maddələrdən kalium, fosfor, 

kalsium və  dəmir vardır. Gül kələm qidalılığına və tamına görə  ağbaş 

kələmdən üstündür. Gül kələm orqanizmdə asan mənimsənildiyindən 

uşaqlar üçün pəhriz məhsulu kimi çox faydalıdır. 

Gül kələmin keyfiyyətli olmasında onun vaxtında dərilməsinin 

əhəmiyyəti böyükdür, əgər gül kələm vaxtında dərilməzsə, yəni çox 

yetişərsə, baş hissə cücərir, rəngi ağdan krem rənginə keçir, daha sonra 

bənövşəyi rəng alır. Tez, orta və gecyetişən sortları vardır. 

Gül kələmin geniş yayılmış sortlarından  Snejinka, Vətən, Proqres, 

Tezyetişən Qribovski, Konservlik Moskva və s. göstərmək olar. 

Azərbaycanda,  əsasən Qribovski-1355, Moskva, Iriyarpaq sortları 

becərilir. 

Gül kələmin başı təzə, təmiz, bütöv, sağlam, ağ, bərk və üstündə 2-

3 cərgə yaşıl yarpaqları olmalıdır. Ən böyük en kəsiyinin diametri 8 sm-

dən az olmamalıdır. 5% 6-7 sm diametrli kələmin və 10% gülü cücərmiş 

kələmin olmasına icazə verilir. Bunların özəyi 2 sm-dən çox 

olmamalıdır. 



 

 

51



Qırmızıbaş  kələmin (B. Capitata, falba rubra L.) yarpaqları 

bənövşəyi-qırmızıdan tünd qırmızı  rəngə  qədər olur. Ağbaş  kələmə 

nisbətən bunlar kiçik, habelə az məhsuldar, lakin soyuğa davamlıdır. 

Payız-qış vaxtalrı yaxşı saxlanılır. 

Qırmızıbaş  kələmin tərkibində 4,7% şəkər, 1,8% zülali maddə

1,3% sellüloza, 0,2% üzvi turşu, 0,8% mineral maddə  və 60 mq% C 

vitamini vardır. Həm təzə halda, həm də sirkəyə qoyulmuşu istifadə 

edilir. Zenit və Daş-kələm-447, Qako-741 geniş yayılmış 

sortlarındandır. Daş  kələm bərk, tünd qırmızı  rəngdə  və kürəşəkillidir. 

Zenit kələmi girdə və bərk, bənövşəyi və ya bənövşəyi-yaşıl rəngdə olur. 

Standart üzrə  qırmızıbaş  kələmin keyfiyyətinə verilən tələblər 

ağbaş  kələmdəki kimidir. Lakin bir baş  kələmin çəkisi 0,6 kq-dan, 

fevralın 1-dən etibarən 0,5 kq-dan az, özəyin uzunluğu isə 2 sm-dən çox 

olmamalıdır. Qırmızı yarpaqların yaşılımtıl yarpaqlarla növbələnməsi 

kələmin aşağı keyfiyyətli olduğunu göstərir. 

Savoy kələmi (B. sabauda L.) boş  və yarpaqlarının qırışıq olması 

ilə  fərqlənir. Savoy kələminin tərkibində 3-6% şəkər, 2,0-2,8% azotlu 

maddə, 1,1-1,3% sellüloza, 0,8% mineral maddə, 31-58 mq% C vitamini 

vardır.  Əsasən aşpazlıqda müxtəlif 1-ci və 2-ci xörəklərin 

hazırlanmasında istifadə edilir. Turşutmaq və qurutmaq üçün yararsızdır. 

Tezyetişən Vyana, Yubiley, Vertyu və s. sortları geniş yayılmışdır. 



Brüssel kələminin (B.gemmifera L.) gövdəsi 1 m-dək uzanır. 

Üzərində isə 70-dən çox kiçik kələm (diametri 2-6 sm) yumaları olur. 

Tərkibində 86% su, 4,8% zülal, 5,4% müxtəlif şəkər, 0,5% nişasta, 1,6% 

sellüloza, 0,7% üzvi turşu, 1,3% mineral maddə və 120 mq% C vitamini 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə