Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə12/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   120

 

 

38



Ümumiyyətlə, kartofun 2 minə qədər təsərrüfat-botaniki sortu məlumdur. 80-

dək sort isə xalq təsərrüfatı  əhəmiyyətlidir. Təsərrüfat-botaniki sortlar bir çox 

göstəricilərinə görə bir-birindən fərqlənirlər. Bunların əsas göstəriciləri meyvəsinin 

forması, qabığının və meyvəsinin rəngidir. 

Kartofun yumru, uzunsov və yumurtavari formaları ilə yanaşı başqa 

formaları da rast gəlir. Qabığının rəngi ağ, çəhrayı, sarı, habelə bənövşəyi olur. 

Məhsuldarlığına görə çox məhsuldar, orta məhsuldar və az məhsuldar 

qruplara ayrılır. 

Yetişmə müddətinə görə tezyetişən (50-80 günə), orta tezyetişən (80-90), 

orta yetişən (90-100), orta gecyetişən (100-120) və gecyetişən (120-140) sortlara 

ayrılır. 

Tərkibində olan nişastanın miqdarına görə çox nişastalı (20%-dən çox), orta 

nişastalı (16-19%) və az nişastalı (15%-dən az) sortları vardır. 

Təyinatına görə kartof – aşxana kartofu, texniki kartof, yem kartofu və 

universal kartof qruplarına bölünür. Aşxana sortlu kartofda nişastanın miqdarı 12-

18%-dir. Yem kartofu zülal, texniki kartof isə nişasta ilə (20%-dən çox) zəngin 

olmalıdır. 

Tez və orta tezyetişən kartof sortlarına Volqa, Priekul, Epron, Falen, Iskra, 

Varmas, Sedov, Yaz kartofu, Voronej, Kuryer, Oktyabryonok, Volqalı  və s. 

göstərilə bilər. Orta yetişən kartof sortlarına Alma, Ella, Oqonyok, Kameraz, 

Majestik, Yubel və s., orta gecyetişən kartof sortlarına Lorx, Korenev, Loşinski, 

Ostbote, Ora, Berlixinqen və s., gecyetişən sortlardan isə Voltman, Kandidat, 

Olyev, Temp, Foran, Fram, Belorusiya və s. göstərmək olar. 

Kartofun keyfiyyəti aşağıdakı tələblərə cavab verməlidir. 

Kartof yumrusu təmiz, yetişmiş, sağlam, bütöv, quru, cücərməmiş, rəngi və 

forması bircinsli olmalıdır. Kartof yumrusunun diametri – tezyetişən kartofda 30 

mm-dən (5% diametri 20-30 mm ola bilər), gecyetişən kartofda 45 mm-dən (5% 

diametri 35-45 mm ola bilər) az olmamalıdır.  Əgər kartof uzunsov olarsa, onda 




 

 

39



tezyetişən sortlarda 25 mm-dən (5% diametri 20-25 mm ola bilər), gecyetişənlərdə 

isə 30 m-dən (5% diametri 20-30 mm ola bilər) az olmamalıdır. 

Gecyetişən kartof üçün yumruların böyüklüyü yumru-oval formalılar üçün 

35 mm (5% diametri 25-35 mm ola bilər), uzunsov formalılar üçün 30 mm (5% 

diametri 20-30 mm ola bilər) müəyyən edilmişdir. 

Standart üzrə 2% miqdarında (tezyetişənlərdə 3%) mexaniki zədələnmiş, 2% 

zərərvericilər tərəfindən zədələnmiş, 2% cücərmiş və yaşıl, 2% fitoftora dəymiş və 

vəz ləkəsi düşmüş, 2% səthinin 25%-i dəmgil xəstəliyinə tutulmuş kartof 

yumrularının olmasına icazə verilir. Kartofun səthinə yapışmış torpağın çəkisi 1%-

dən çox olmamalıdır. Keçmiş ilin kartofu realizə edilərkən 5% miqdarında 

büzüşmüş və səthi zəif qırışıq kartofların olmasına icazə verilir. 

Kartofa yapışmış torpağın miqdarı 10 kq kartofu yuduqdan 2-3 dəqiqə sonra 

çəkməklə  və kartofun səthindəki suyu nəzərə almamaq üçün təmiz kartofun 

çəkisindən 1% çıxmaqla hesablanır. 



Topinambur  və ya yerarmudu (Helianthustuberosus L.) çoxillik bitki olub, 

kökyumrusu 50-60 q-dır. Tərkibində 13-20% inulin, 6% şəkər, 5% protein və 2% 

mineral maddə vardır. Inulinin tərkibində 28 fruktoza qalığı vardır. Ona görə  də 

topinamburdan sənayedə fruktoza və spirt istehsal edilir. Bişirilmiş və qızardılmış 

halda yeyilir. Quraqlığa və şaxtaya davamlıdır. Yem bitkisi kimi də əhəmiyyətlidir. 

Bataq (IpomoeaBatatum Lam.)  şirin kartof da adlanır. Kartofa oxşayır. 

Əsasən Çində, Cənubi Amerikada, Yaponiyada, Hindistanda, Yeni Zelandiyada, 

Şimali Qafqaz və Türkmənistanda yayılmışdır. Bataq istisevən çoxillik bitkidir. 

Uzunsov formalıdır, çəkisi 0,3-dən 1,5 kq-a qədərdir. Tərkibində orta hesabla 

72,5% (7-175%) su, 3,75% zülal, 24% karbohidrat, o cümlədən 15-20% nişasta və 

1,2-2%  şəkər, 0,8-1,5% mineral maddə, 1% sellüloza vardır. 100 qr bataq 466 

kCoul enerji verir. Tərkibində 397 mq% K, 49 mq% P, 1 mq% Fe, vitaminlərdən 

mq%-lə: C – 23, B

1

 – 0,10, B



2

 – 0,05, P – 0,5 və 0,3 mq% karotin vardır. 

Batatın  ətli hissəsi ağ-qırmızı  və ya çəhrayı olur. Şirin xörəklərin və 1-ci 

xörəklərin hazırlanmasında istifadə olunur. 




 

 

40



 

2.2. Kökümeyvəli tərəvəzlər 

 

Yerkökü (Daucus carota L.) kökümeyvəlilər içərisində  ən çox yayılmış 

tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz 

konservləri və karotin istehsalı üçün istifadə olunur. 

Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı 

maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və 

ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda 

şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. 

Yerkökünün tərkibində orta hesabla 4-12% şəkər, 0,53-2,23% zülal, 0,1-

0,7% yağ, 0,54-3,50% sellüloza, 0,4-2,9% pektin maddəsi, 2,3-5,6% azotsuz 

ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6-1,7% kül olur. Quru 

maddələrin ümumi miqdarı 8-20%-ə qədərdir. 

Şəkərlərin  əsasını saxaroza (3,5-6%), az miqdarda qlükoza (1-2%) və 

fruktoza (0,2-1,9%) təşkil edir. Yerkökünün özək hissəsində xarici təbəqəyə 

nisbətən şəkərin miqdarı azdır. 

Nişasta toxumalarda kiçik, dairəvi və rəngsiz dənələrdən ibarət olub, ən çox 

özək ilə ətli hissənin arasında yerləşir. Özəkdə nişasta olmur. 

Pentozanların (araban, qalaktan) miqdarı yaş çəkiyə görə 0,8-1,4%-dir. 

Pektin, sellüloza, liqnin və başqa maddələr yerkökünün aşağı hissəsində 

toplanmışdır. Pektin maddəsinin bütün formaları yerkökündə vardır, lakin bunlar 

palda əmələgətirmə xassəsinə malik deyildirlər. 

Yerkökü zülalında  əvəzedilməz aminturşularından metionin, fenilalanin, 

leysin, izoleysin, valin, treonin, lizin, triptofan və s. tapılmışdır. 

Yerkökünün yağı lipoproteidlər şəklindədir. Yağda palmitin, olein, linol və 

petrozelin yağ turşuları tapılmışdır. Yerkökündə, həmçinin 0,1%-ə qədər lesitin və 

fitosterin var. 10 mq%-ə  qədər efir yağı vardır ki, bunun tərkibi pinen, limonen, 

seskviterpen və mürəkkəb efirlərdən (sirkə və qarışqa turşusunun) ibarətdir. Üzvi 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə