Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə10/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   120

 

 

30



Meyvə-tərəvəzdə  ən çox rast gələn C vitaminidir. Meyvə-tərəvəzlər C 

vitamininin mənbəyidir. Məsələn, itburnu meyvəsində 1500 mq%, kal qozda 1200 

mq%, qara qarağatda 300 mq%  C vitamini olur. 

Göy tərəvəzlər də  C  vitamininin mənbəyi sayıla bilər. 

Kələmdə, yarpaqlı və ədviyyəlı tərəvəzlərdə, tomat tərəvəzlərində C vitamini 

çoxdur. Gül kələmdə 70 mq%, göy soğanda 60 mq%, cəfəridə  və  şüyüddə 150 

mq%, ispanaqda 50 mq%, tomatda 40 mq%, saplaqlı istiotda 103-250 mq% C 

vitamini vardır. 

Tərəvəzlərin saxlanılması prosesində onlarda C vitamini azalır. C 

vitamininin miqdarı meyvə-tərəvəzin müxtəlifliyindən və onların becərildiyi 

yerdən asılı olaraq dəyişir. Meyvə-tərəvəzin müxtəlif hissələrində C vitamini 

bərabər deyildir. Almanın qabığında ətlik hissəyə nisbətən 4 dəfə, gavalıda isə 10 

dəfə çox C vitamini vardır. Sitrus meyvələrinin qabığında ətli hissəyə nisbətən C 

vitamini 3 dəfə çoxdur. Meyvə-tərəvəzdə P vitamini də rast gəlir. Ilk dəfə bu 

vitamin (sitrin) limondan alınmışdır. Meyvə-tərəvəzlərdəki flavonoidlər P vitamini 

aktivliyinə malikdir. Bu vitaminin olması şəraitində C vitaminin aktivliyi daha da 

artır. Sinqa xəstəliyini müalicə edir, sitrinlə birlikdə isə ona fəal təsir göstərir. 

Meyvə-tərəvəzdə P vitaminin miqdarı (mq%-lə) belədir: ağbaş  kələmdə – 30, 

aşxana çuğundurunda – 15-40, qırmızı istiotda – 300-400, limon qabığında – 500. 

U vitamini mədə yarasının müalicəsində bir amil kimi istifadə edilir. U 

vitamini ağbaş kələmin yarpaqlarında 85 mq%, kökündə 36 mq%, pomidorda 48 

mq%, qulançarda 100-160 mq%-dir. 

Fol turşusunun (vitamin B

9

) çatışmazlığı qanazlığına səbəb olur. Ispanaqda 



0,1-0,24 mq%, kahıda 0,15 mq%, çiyələkdə 0,16 mq% fol turşusu vardır. 

PP vitamini (nikotin turşusu) çatışmadıqda əsəb sistemi pozulur və başağrısı 

başlayır. Göy noxudda 2,0 mq%, kartofda 0,8 mq%, yerkökü, cəfəri, qırmızı 

istiotda və sarımsaqda 1,0 mq%, kələmdə 0,4-0,9 mq%, göy soğanda 0,3 mq% PP 

vitamini vardır. 



 

 

31



Yuxarıda göstərilənlərdən başqa meyvə-tərəvəzlərin tərkibində B

6

, B



3

, H və 


K vitaminləri də vardır. 

K vitamini qara ciyərdə protrombinin sintezinə və qanın laxtalanmasına təsir 

edir. Ispanaqda 4,4 mq%, kələm və gicitkəndə 3,2 mq%, almada 0,14-0,60 mq%, 

üzümdə  0,07-2,01 mq% K vitamini olur. 

 

1.4. Meyvə-tərəvəzin fiziki xassələri 

Meyvə-tərəvəzin fiziki xassələrinə onların sıxlığı, tökülmüş kütlə 

(qalaq kütlə), bərklik, istilik tutumu və s. göstəricilər aiddir. Bu xassələr 

meyvə-tərəvəzin anatomik quruluşundan və kimyəvi tərkibindən asılıdır. 

Meyvə-tərəvəz kütləsinin sıxlığı onun tərkibindəki suyun, quru 

maddələrin və toxumalardakı qazın miqdarından asılıdır. Meyvə-

tərəvəzin tərkibində quru maddənin miqdarı çox olduqda onun kütləsinin 

sıxlığı da çox olur. Lakin meyvə-tərəvəzlərin toxumadaxili qazları 

onların sıxlığını azaldır. Qaz nə  qədər çox olarsa, meyvə kütləsinin 

sıxlığı bir o qədər az olur. Məsələn, alma və armudun tərkibində, demək 

olar ki, bərabər miqdarda quru maddə vardır. Lakin almada 

toxumadaxili qazlar onun həcminin 1/4-1/3 hissəsini, armudda isə 1/100 

hissəsini təşkil edir. Ona görə də almanın sıxlığı 0,8-0,9, armudda 1,0-

1,2-dir. Toxumadaxili qazların miqdarı eyni olan meyvə-tərəvəzlərin 

sıxlığı onların tərkibindəki quru maddənin miqdarından asılıdır. Sıxlıq 

və quru maddənin miqdarı arasındakı asılılıq praktiki məqsədlər üçün 

istifadə oluna bilər. Məsələn, kartofun tərkibindəki nişastanın miqdarı 

kartof yumrusu kütləsinin sıxlığına görə  təyin olunur. Almanın, 

pomidorun və başqa meyvə-tərəvəzlərin sıxlığının çox olması, onlardan 

alınan emal məhsullarının (püre, pasta, meyvə qurusu və s.) çıxarını 




 

 

32



artırır. Meyvənin sıxlığının çox olması toxumadaxili qazların az 

olmasını göstərir ki, bunun da  germetik tarada konserv hazırlanmasında 

böyük əhəmiyyəti vardır. 

Tökülmüş kütlə (qalaq kütlə) vahid həcmdə meyvə-tərəvəzin 

kütləsidir. Onun ölçüsü taraların, anbarların və  nəqliyyatın həcminin 

hesablanmasında istifadə edilir. Meyvə-tərəvəzin saxlanılmasında, 

həmçinin qalama üsulu da tətbiq edilir. 

Tökülmüş kütlə meyvə-tərəvəzlərin ölçüsündən, formasından, 

sıxlığından və başqa amillərdən asılıdır. 1 m

3

 meyvə-tərəvəzin kütləsi 



almada 520-550, kartofda 650-700, kələmdə 333-430, soğanda 540-590, 

xiyarda 600-620, çuğundurda 600-650, yerkökündə 555-580 kq-dır. 

Meyvə-tərəvəzlərin bərkliyi onların yığılması, mal emalı, 

daşınması, saxlanması, yetişmə  dərəcəsinin təyinində  və texnoloji 

emalında böyük əhəmiyyətə malikdir. 

Sıx və  bərk toxumalı meyvə-tərəvəzlər müxtəlif növ mexaniki 

təsirlərə, mexaniki üsulla yığılmağa, sortlaşdırılmağa və daşınmağa daha 

çox davamlıdır. Onları irihəcmli taraya qablaşdırmaq və qalaq üsulu ilə 

saxladıqda daha qalın qatda tökmək olar. 

Meyvələrin və  bəzi tərəvəzlərin yetişməsi zamanı onların bərkliyi 

azalır. Bərklik meyvələrin yetişməsi dərəcəsinin obyektiv göstəricisidir. 

Lakin meyvə-tərəvəzlərin sıxlığının yalnız yetişmə  dərəcəsindən yox

həm də onların sortundan, meyvənin ölçüsündən, yetişdiyi  şəraitdən, 

toxumaların quruluşundan, kimyəvi tərkibindən və toxumaların 

turqorundan asılı olduğunu da nəzərə almaq lazımdır. Meyvə-tərəvəzin 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə