Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə13/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   120

 

 

41



turşular (0,1-0,2%), əsasən sərbəst alma, qəhvə, qall, xlorgen və benzoy 

turşusundan ibarətdir. Mannit spirti də tapılmışdır. Yerkökü külündə 

mineral maddələrdən Na, K, Ca, P, Fe, B, Cr, Cu, Mo, Pb, F, U, As və s. 

elementlər tapılmışdır. Yerkökü toxumalarının müxtəlif hissələrində 

mineral maddələrin miqdarı eyni miqdarda deyildir. Belə ki, yerkökünün 

qabığında,  ətli hissəsində  və özəyində uyğun olaraq mq%-lə: Ca – 53, 

32, 37; P – 37, 34, 60; Fe – 1,6, 0,8, 0,8-dir. Borun miqdarına görə 

yerkökü başqa tərəvəzlərdən üstündür. 

Karotin və ksantofil yerkökünə narıncı  rəngin müxtəlif çalarlarını 

verir. Karotinin miqdarı orta hesabla 8-10 mq%, narıncı  qırmızı 

yerkökündə isə 5,4-19,8 mq%-ə qədərdir. 

α-karotinin miqdarı  β-karotindən 2-3 dəfə çoxdur. Yerkökünün 

özək hissəsində karotin xarici təbəqəyə nisbətən azdır. Karotinoidlərin 

90%-i karotinin, 10%-i isə ksantofilin payına düşür. Bənövşəyi rəngli 

yerkökünün tərkibi, həmçinin antosianlar, baş hissəsi yaşıl olanlar isə 

xlorofil piqmentləri ilə zəngindir. 

Yerkökünün tərkibində yaş maddəyə görə mq/kq hesabı ilə 

vitaminlərdən B

1

 – 0,3-1,8; B



2

 – 0,2-0,62; PP – 2,0-14,7; B

6

 – 1,2-1,4; E 



– 12; pantoten turşusu – 2,5-3,5; biotin – 0,025-0,033; fol turşusu – 1,0-

1,3; askorbin turşusu – 20-100 vardır. Yerkökünün kimyəvi tərkibi onun 

təsərrüfat-botaniki sortlarından, becərilmə şəraitindən, yetişməsindən və 

başqa amillərdən asılıdır. Yerkökünün təsərrüfat-botaniki sortları bir-

birindən forma və ölçüsünə,  ətli hissəsinin rənginə, özəyinin ölçüsünə, 

səthinin vəziyyətinə, çatlamasına, saxlanılmağa davamlılığına və 

yetişmə müddətinə görə fərqlənir. 



 

 

42



Ölçüsündən asılı olaraq yerkökü 3 qrupa bölünür: qısa və ya 

karateli qrupuna aid yerkökünün uzunluğu – 3-6 sm, yarımuzunlarda – 

8-20 sm, uzunlarda isə 20-45 sm olur. Sortların çoxu orta uzun qrupa 

aiddir. Karateli qrupuna «Paris karatelisi», «Xibin» sortu aiddir. 

Bunların  ətli hissəsi zərif olduğundan orqanizmdə asan həzm edilir. 

Lakin saxlanmağa davamsızdır. 

Orta uzun sortlara daxil olanlardan Nant, Geranda, Geranda-1129, 

Ukrayna gerandası,  Şantene, Moskva gecyetişəni aiddir. Bunlar silindr 

və konusvari formada, yaxşı dada malik olur. Nant və  Şantene sortları 

uzunsov simmetriyası, zərif  ətli hissəsi və  əla dadı ilə üstünlük təşkil 

edir. Saxlanmağa davamlıdır.  Şantene sortu irimeyvəlidir və bunun 1 

ədədinin çəkisi 400 qrama qədər olur. Geranda sortu və onun 

müxtəliflikləri saxlanılmağa davamlıdır. 

Uzunölçülü yerkökü sortlarından Valeriya sortunu göstərmək olar. 

Gecyetişən sortdur, rəngi darçını-qırmızı, forması sivri konus şəklində, 

kökünün üstü hamar, üzərində kiçik gözcükləri olur. Bunun böyük və 

girdə özəyi çox kobud olmayıb, bütün qış boyu saxlanır. 

Azərbaycanda Nant-4, Biryuçekut-415, Şantene-2461 və yerli 

Abşeron yerkökü sortları yetişdirilir. 

Aşxana çuğunduru (Beta vulgaris var. conditiva Alef) qiymətli 

qida məhsuludur. Təyinatına görə 3 qrupa ayrılır: aşxana çuğunduru, 

şəkər çuğunduru və yem çuğunduru. Çuğundurun quruluşu və kimyəvi 

tərkibi onun təsərrüfat-botaniki sortlarından asılıdır. Çuğundurun 

daxilində ağ və ya açıq rəngli halqalar müşahidə olunur. Sortu qabığının 

və ətli hissəsinin rənginə, formasına və halqalarına görə müəyyən edilir. 




 

 

43



Aşxana çuğundurunun tərkibində  şəkər, mineral maddələr və 

vitaminlər nisbətən çoxdur. Onun ətli hissəsi zərif, müxtəlif çalarlı 

qırmızı  rəngdə olur. Çuğundurun rəngi betain (CH

3

)



3

C

2



H

2

O



2

 

antosianının miqdarından asılıdır. 



Çuğundurun  ətli hissəsinin quruluşu onun sortlarından asılıdır. 

Bəzilərdə dairəvilik aydın hiss olunur və dairələrin (həlqələrin) sayı 

çoxdur. Bəzi sortlarda isə tamamilə hissolunmaz dərəcədədir. Tünd 

rəngli çuğundurlar açıq rənglilərə nisbətən qidalı və dadlıdır. 

Aşxana çuğundurunda 3,0-12,0% şəkər, 0,5-3,6% azotlu maddə 

var. Bunlardan zülalın payına orta hesabla 1,5% düşür. 0,4-2,1% 

sellüloza, 0,1-2,3% kül, 0,7-2% pektin maddəsi, 1,3% pentozanlar olur. 

Quru maddənin ümumi miqdarı 15-20%-dir. Monoşəkərlərdən 

çuğundurun tərkibində 0,3-1,3% qlükoza və fruktoza vardır. Saxaroza 

çoxluq təşkil edir və onun miqdarı 2,7-10,7%-dir. Yetişmə və saxlanılma 

zamanı invertaza fermentinin az aktiv olması  nəticəsində saxaroza 

çoxalır. Saxlanılma zamanı saxarozanın inversiyası  nəticəsində 

monoşəkərlərin miqdarı nisbətən artır, lakin saxarozadan çox olmur. 

Şəkərin çox olması çuğundurun dad məziyyətlərini aşağı salır. 

Torpaqdan təzə  çıxarılmış çuğundurda 0,4% miqdarında invertli şəkər 

olur. Yetişmə dövrünün əvvəlində monoşəkərlərin miqdarı çox olur, 

yetişmənin sonuna yaxın tamamilə saxarozaya çevrilirlər. 

Çuğundurun azotlu maddələrinə betanin, klantin, hipoksantin, 

arginin, asparagin, nitratlar və başqa birləşmələr aiddir. 

Üzvi turşulardan az miqdarda alma və turşəng turşusu tapılmışdır. 




 

 

44



Vitaminlərin miqdarı orta hesabla mq%-lə belədir. C – 15-17, B

1

 – 



0,14, B

2

 – 0,05, PP – 0,2 mq%-dir. A vitamininin izi vardır. 



Aşxana çuğundurunun formaca yastı, yastı-girdə, girdə  və 

konusvari olur. Çuğundurun ətli hissəi, adətən al qırmızı və ya halqasız 

qırmızı, ya da seçilən halqalara malik, hətta ağ  rəngə  qədər çalan açıq 

rəngdə olur. Kökün en kəsiyində  ağ qatlar nə  qədər az olarsa, 

çuğundurun keyfiyyəti bir o qədər yüksək sayılır. 

Çuğundurun yastı formalı sortlarından Misir, Qribov-A 473, 

Puşkin K-18, Don-367, yastı-girdə  və girdə çuğundur sortlarından 

Leninqrad, bordo-337, konusvari formalılardan isə Erfurt, Gecyetişəni 

misal göstərmək olar. 

Misir çuğunduru. Bu çuğundurun qabığı tünd-bənövşəyi rəngdə 

azacıq qırmızıya çalır, forması isə yastı və girdədir. Bunların ətli hissəsi 

bənövşəyi-qırmızı, içi çox halqalı olur. Dadı isə yaxşı və şirindir. Qışda 

yaxşı saxlanılır. 



Bordo çuğunduru. Bu çuğundurun qabığı tünd qırmızı olur və 

bənövşəyi rəngə çalır, forması girdə,  əti tünd qırmızı, içi ağ halqasız, 

dadı yaxşı olur. Xəstəliklərə və saxlanılmağa qarşı davamlıdır. 

Nesravnennaya sortunun  qabığı tünd qırmızı, forması yastı və ya 

girdə-yastı, ətli hissəsi isə tünd qırmızı olur. Saxlanılmağa davamlıdır. 

Azərbaycanda Bordo-237, yastı Puşkin-K-18 çuğundur sortları 

becərilir. 

Yerkökü keyfiyyət göstəricilərinə görə sağlam, təmiz, bütöv, 

çatsız, mexaniki zədəsiz və  kənd təsərrüfatı  zərərvericiləri ilə 

zədələnməmiş, rəngi birnövlü (müəyyən təsərrüfat-botaniki sort üzrə), 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə