Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə14/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   120

 

 

45



forması düz olmalı, gövdə və yarpağı başcığı səviyyəsində kəsilməlidir. 

Kökün ən böyük en kəsiyinin diametri (bütün botaniki sortlar üzrə) azı 3 

sm olmalıdır, lakin Geranda sortu üçün en kəsiyi diametri 8 sm-dək, 

Nant sortunda isə 10%-ə qədər, 2-3 sm olmalıdır. 

Azca  əzilmiş başcığı  kəsik, gövdə  və yarpaqları düzgün 

kəsilməmiş, çatlı, sınıq, kənd təsərrüfatı zərərvericiləri ilə zədələnməmiş 

və ölçüyə  gəlməyən yerkökülərin ümumi miqdarı 8%-dən artıq 

olmalıdır. Yerkökünə yapışmış torpağın miqdarı 1%-dək olmalıdır. 

Keyfiyyət göstəricilərinə görə  təzə  aşxana çuğunduru solmamış, 

bütöv, sağlam və öz təsərrüfat-botaniki sortuna xas olan bir rəngdə 

olmalıdır. Formasına görə bunlar eybəcər olmamalı, gövdəsinin və 

yarpağın uzunluğu 1 sm-dən az olmalıdır. 

Aşxana çuğundurunun kökümeyvəsinin ətli hissəsi təravətli, rəngi 

isə müxtəlif çalarlı tünd-qırmızı olmalıdır. Bunların içərisində nazik ağ 

halqalı çuğundurlar ola bilər. 

Girdə və yastı çuğundur üçün ən böyük en kəsiyinin diametri azı 5 

sm və çoxu 14 sm, uzunsov çuğundurun isə azı 4 sm və çoxu 10 sm 

müəyyən edilmişdir. Çuğundurlar içərisində ümumiyyətlə  ən çox 10% 

azacıq sürtülmüş, xırda ölçülü, əzik, başı yarıq, çatlayıb bitişmiş və başı 

əyri kəsilmiş çuğundurların olmasına icazə verilir. Çuğundura yapışan 

torpağın miqdarı çəkisinin 1%-dən artıq olmamalıdır. 

Ağ turp (Raphanus Sativus L. Subap. hubernus Alef.) dadı tünd, 

acıtəhər-şirindir. Əsasən salatların hazırlanmasında istifadə olunur. Ona 

tünd dadı verən tərkibindəki 0,03-0,05% efir yağıdır. Tərkibində 7%-ə 

qədər karbohidrat, o cümlədən 6,2%-ə qədər şəkər, 2%-ə qədər zülal, 29 




 

 

46



mq% C vitamini, fosfor, dəmir və kükürd duzları vardır. Sortlarından 

Krayvoronskaya, Odessa-5, yumru ağ qış sortu, yumru qara qış sortu, ağ 

may, Dunqan və Abşeron ağ turpu və s. göstərmək olar. Azərbaycanda 

ən çox 2 sort: yumru ağ qış sortu və Abşeron ağ turpu yayılmışdır. 



Qırmızı turp (Raphanus Sativus L.) başqa kökümeyvəlilərə 

nisbətən çox qısa müddətdə (18-25 günə) yetişir. Təzə halda istifadə 

edilir. Tərkibində 4,1% karbohidrat, o cümlədən 3,5% şəkər, 1,2% 

azotlu maddə, 0,7% mineral maddə, 25 mq% C, həmçinin B

1

, B


2

, PP 


vitaminləri vardır. Rəngi ağ, çəhrayı, qırmızı və bənövşəyi, forması oval, 

dairəvi və uzunsov olur. Yayılmış sortlarından ağ uclu çəhrayı-qırmızı, 

ağ uclu çəhrayı, Moskva parnik sortu, Koreya, Rubin, Saksa göstərilə 

bilər. 


Ağköklərə cəfəri, kərəviz və şalğam aiddir. 

Cəfəri kök və yarpaq növlərinə ayrılır. Yarpaq cəfəri kök əmələ 

gətirmir. Onun iri yarpaqları xörəklərin hazırlanmasında istifadə olunur. 

Kök cəfərinin tərkibində 15% quru maddə, o cümlədən 10,7% 

karbohidrat, 1,5% zülal, 0,8% mineral maddə, 35 mq% C vitamini 

vardır. 

Cəfərinin yarpağında quru maddənin miqdarı kökündə olduğu 

kimidir. Lakin zülal və sellüloza 2 dəfə çox, mineral maddələr isə 2 dəfə 

azdır. Cəfərinin yarpağında 190 mq% C vitamini, 10 mq% karotin, 

həmçinin B

1

 və B



2

 vitaminləri vardır. Cəfəri toxumunda 2,7%, kökündə 

0,05%, yarpağında isə 0,3% efir yağı vardır. Azərbaycanda «məhsuldar» 

cəfəri sortu yetişdirilir. 




 

 

47



Kərəvizin 3 növü (kök, yarpaq və salat) bitir. Kök kərəvizdə 1,3% 

azotlu maddə vardır. Bunun tərkibində mannit spirti və apinin qlükozidi 

vardır. Kökündə 75 mq% C vitamini və karotin vardır. Toxumunda 2,4-

3%, yarpaqlarında 0,1% efir yağı vardır. Azərbaycanda «Delikates» 

kərəviz sortu yetişdirilir. 

Cırhavuc formaca kök cəfəriyə oxşayır. Bunun meyvəsi qalın və 

ətlidir. Tərkibində 2,3% şəkər, 1,4% azotlu maddə, 0,4% yağ, 8,1% 

azotsuz ekstraktlı maddə, 3,6% sellüloza, 1% mineral maddələr, C 

vitamini 40 mq%, B

1

  və  B


2

 vitaminləri var. Toxumunda 0,4-0,5%, 

kökündə isə 0,35% efir yağı vardır. 

 

2.3.Kələm tərəvəzləri 

 

Kələm tərəvəzləri içərisində ağbaş kələm qida məhsulu kimi əhali arasında 



daha çox yayılmışdır. Kartofdan sonra ikinci yeri tutur. Qırmızıbaş kələm, Brüssel 

kələmi, savoy kələmi, gül kələm və kolrabi isə daha az yayılmışdır. 

Kələm tərəvəzləri təzə halda istifadə edilməklə yanaşı, turşudulmaq və 

sirkəyə qoymaq üçün, kələm yarımfabrikatları hazırlamaq, qurutmaq və 

konservləşdirmək üçün istifadə edilir. Təzə  və qurudulmuş  kələm il boyu 

orqanizmin C vitamininə olan tələbatını ödəyə bilər. 



Ağbaş kələm (Brassica Oleracea var. Capitala falba L.) digər kələmlərdən 

fərqli olaraq yüksək məhsuldarlığı, müxtəlif müddətlərdə yetişməsi, yaxşı 

saxlanılması ilə seçilir. 

Ağbaş kələmin tərkibində orta hesabla 90,0% su, 1,8% zülal, 4,6% şəkərlər, 

0,5% nişasta, 0,7% sellüloza, 0,05% üzvi turşu, 0,7% mineral maddə vardır. Ağbaş 

kələmdə 15-70 mq% C, 0,05-0,1 mq% B

1

, 0,05-0,02 mq% B



2

, 0,4-0,9 mq% PP 

vitaminləri, 0,02-0,3 mq% 

β-karotin, K, P və  B

3

 vitamini vardır. Ağbaş  kələmin 




 

 

48



kimyəvi tərkibi torpaq-iqlim şəraitindən, təsərrüfat-botaniki sortlarından, yetişmə 

və saxlanılma müddətindən və kələmin anatomik hissələrindən asılı olaraq dəyişir. 

Kələm tərəvəzlərində olan azotlu maddələrin 50%-ə  qədərini zülallar təşkil edir. 

Aminturşularından gistidin, lizin, valin, leysin, sistin, tirozin və s. vardır. Kələm 

zülalının tərkibində kükürd vardır ki, bu da bişirilmə zamanı xoşagəlməz iyə 

(hidrogen sulfid və merkaptan) səbəb olur. Kələmdə xolin və betanin də vardır. 

Şəkərlərin  əsasını invertli şəkər təşkil edir. Cüzi miqdarda saxaroza vardır. 

Tərkibindəki sadə  şəkərlər kələmin turşudulması zamanı süd turşusuna çevrilir. 

Kələmdə 1%-dək hemisellüloza, az miqdarda maltoza və qalaktoza vardır. 

Kələmdə 0,01-1,7% lipidlər, 7 mq% xardal yağı olur. Üzvi turşulardan limon və 

alma turşusu, mineral maddələrdən Ca, P, K, Na, Mg, Fe, Zn, Mn, J və s. vardır. Fe 

– 0,4-1,1 mq%, Ca – 43,2 mq%, P – 22 mq%, K – 210 mq%, Na – 23 mq%-dir. 

Yetişmə müddətinə görə kələmin təsərrüfat-botaniki sortları 5 qrupa bölünür. 

Tezyetişən (90-115 günə), orta tezyetişən (115-125 günə), orta (125-135 günə), 

orta gecyetişən (135-150 günə) və gecyetişən (150-180 günə). 

Kələm tərəvəzlərinin, o cümlədən ağbaş  kələmin keyfiyyəti yarpaqların 

sayından və  sıxlığından asılıdır. Belə ki, tezyetişənlərdə 10-15 yarpaq, orta 

yetişənlərdə 20-22 yarpaq və gecyetişənlərdə 26-30 yarpaq olur. Kələm yarpaqları 

isə onların ağ  və göyümtül rəngindən asılı olaraq müxtəlif tərkibə malik olurlar. 

Belə ki, ağyarpaqlılar göyyarpaqlılara nisbətən  şəkərlə  və azotlu maddələrlə 

zəngindir. C vitamini iç yarpaqlarda üst yarpaqlara nisbətən çox olur. Məsələn, 

Amager sortlu kələmin üst yarpaqlarında 26,9-31,9 mq% C vitamini olduğu halda, 

daxili yarpaqlarında bunun miqdarı 45,1-50,2 mq%-ə bərabərdir. 

Yetişmə müddətinə, təyinatına, formasına, ölçüsünə  və  bərkliyinə, daxili 

özəyinin uzunluğuna görə ağbaş kələm müxtəlif sortlara ayrılır. 

Kələm başları xırda (diametri 10-18 sm), orta (20-25 sm) və iri (25 sm-dən 

çox) olur. 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə