Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə22/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   120

 

 

70



qlükozidi vardır. Yetişib ötmüş badımcanın tərkibində solanin qlükozidi nisbətən 

çoxdur. Kal badımcanın tərkibində 0,8-3,7% nişasta olur. 

Badımcan ölçüsünə  və formasına görə qruplaşdırılır. Xırdameyvəli 

armudaoxşar badımcanların uzunluğu 8-10 sm, diametri 5-7 sm, irimeyvəli 

armudaoxşar badımcanda isə uyğun olaraq 10-18 və 8-13 sm, silindrformalı orta və 

iri ölçülü badımcanların uzunluğu 10-25 sm, diametri isə 5-8 sm-dir. Çəkisi 50 qr-

dan 100 qr-a qədər (bəzən 2000 qr-a qədər) olur. Lakin çox vaxt 100-300 qr 

irilikdə dərilir. 

Yetişməsinə görə tezyetişən (120 günə), ortayetişən (120-140 günə) və 

gecyetişən (140 gündən çox) sortları olur. Açıq bənövşəyi və ya tünd bənövşəyi 

rəngdə olur. Ətli hissəsi zərif və toxum hissəsi daha cavan olanlar yüksək 

keyfiyyətli sayılır. Saxlanılacaq badımcan növlərini yetişməmiş  dərirlər. 

Həddindən artıq yetişmiş badımcanın lifləri kobudlaşdığından dadı pisləşir. 

Geniş yayılmış sortlarından Universal-6, Simferopol-105, Uzun bənövşəyi-

239, Konservlik-10, Don-14, Delikates, tezyetişən, Pekin, Silindr formalı misal 

göstərilə bilər. Bunlardan başqa Bolqar 0-14, Krım-714  və Şavqremani-9 sortları 

da vardır. 

Azərbaycanda becərilən badımcan sortlarından uzun bənövşəyi-239 və Yerli 

Abşron sortunu göstərmək olar. 

Badımcanın keyfiyyətinə aşağıdakı tələblər verilir. Meyvəsi tam yetişməmiş, 

təmiz, təzə, sağlam, forması və rəngi botaniki  sortuna müvafiq, forması eybəcər və 

qabığı isə kobud olmamalıdır.  Ətli hissəsi elastiki, toxum kamerası boşluqsuz və 

natamam yetişmiş  ağ toxumları olmalıdır. Meyvəsinin uzunluğu 10 sm-dən, 

diametri 5 sm-dən az olmamalıdır. 

Tam yetişmiş, içərisi boşluqlu və toxumu tam yetişmiş badımcanların 

miqdarı 5%-dən, qabığı büzüşmüşlərin miqdarı 15%-dən, əzilmiş və çatlamışların 

miqdarı 8%-dən çox olmamalıdır. Kənarlaşmanın ümumi miqdarı  hər göstərici 

üzrə norma daxilində 15%-dən çox olmamalıdır. Badımcanın rəngi bənövşəyi 

rəngdə, müxtəlif çalarlı və saplaqlı olmalıdır. 



 

 

71



Saplaqlı istiot (Capsicum annuum) istisevən bitki olduğundan cənub 

rayonlarında daha çox becərilir. 

Istiotun vətəni Meksika və Qvatemaladır. Rusiyanın və Ukraynanın cənub 

rayonlarında, Moldaviya, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. 

Istiotun tərkibi onun sortundan, yaşıl və ya qırmızı olmasından, yetişmə 

dərəcəsindən asılı olaraq dəyişir.  Şirin istiotun tərkibində orta hesabla 4,8-9,5% 

quru maddə, o cümlədən 1,0-1,3% zülali maddə, 4,7-7,3% ümumi karbohidratlar, 

0,5-0,6% mineral maddə və 90-350 mq% C vitamini vardır. 

Acı istiotda 9-20% quru maddə, o cümlədən 4,5-8,0% şəkər vardır. Istiotun 

acı dadı onun tərkibindəki kapsaisin qlükozidinin (C

18

H

27



NO

3

) miqdarından (0,02-



1,0) asılıdır. 

Istiot dad xüsusiyyətinə görə acı və şirin növlərinə ayrılır. Daxilində isə 2-4 

kamera yerləşir. Adətən  şirin sortlar acılardan iri olur. Şirin istiotlara bibər adı 

verilmişdir.  Şirinlərdən duza və sirkəyə qoyma, habelə salat və 2-ci xörəklərin 

hazırlanmasında istifadə edilir. Acılar isə aşpazlıqda, duza və sirkəyə qoymaq və 

qurutmaq üçün istifadə edilir. 

Istiot yetişməsindən asılı olaraq tünd qırmızı, sarı-qırmızı, sarımtıl və yaşıl 

rəngdə olur. Şirin istiot (bibər) kal dərilir və satışa buraxılır. Acı istiot döyülmüş 

quru toz halında da satışa verilər bilər. 

Bütün istiot növləri saplağı ilə birlikdə  dərilir. Acı istiotun saplağının 

uzunluğu 2 sm-dən,  şirin bibərin saplağının uzunluğu isə 3 sm-dən artıq 

olmamalıdır. 

Istiotlar formasına görə silindrik, konusvari, yumurtavari, darəvi hamar

əyilmiş, qabırğalı və çopur səthli olur. 

Ölçüsünə görə iri – 45 qr-dan çox, orta – 25-45 qr və xırda – 25 qr-a qədər 

olurlar. Ətli hissənin qalınlığından asılı olaraq nazik divarlı – 1-2 mm qalınlığında, 

orta qalınlıqda – 3-4 mm və qalındivarlı – 4 mm-dən çox qalınlıqda olurlar. 

Yetişmə müddətindən asılı olaraq tezyetişən (90-120 günə), ortayetişən (121-

140 günə) və gecyetişən (140 gündən çox) qruplarına bölünür. 



 

 

72



Şirin bibərlərin  ən çox yayılmış sortlarından ağ Krım, Bolqar-79, 

Iri sarı, Maykop, Adıgey, Kalinkov, Novoçerkask-35, Qoqaşarı, Qırmızı 

konservlik-211, Oş-Kom, Ağ Moldaviya, Ağ nikitskiy, Ratunda və 

başqaları göstərilə bilər. 

Acı istiotların  ən çox yayılmış sortlarından Həştərxan A 160, 

147/628, Kayen, Ukrayna, Kardinalskiy, Velikan, Margelan, Fil 

xortumu-304 və başqaları göstərilə bilər. 

Azərbaycanda şirin istiot sortlarından Maykop-470, acı istiotlardan 

isə Fil xortumu-304 və Həştərxan-628 sortu becərilir. 

Şirin istiotun meyvəsi təzə, təmiz, sağlam, forması  və  rəngi 

botaniki sortuna müvafiq olmalıdır. Saplaqlı, yetişmə  dərəcəsinə görə 

eynicinsli, rəngləri tünd yaşıldan, yaşılımtıl-sarı, tam yetişmişlər isə 

qırmızı və ya sarı rəngli olmalıdır. Uzunsov formalıların uzunluğu 6 sm-

dən, yumru formalıların diametri 4 sm-dən az olmamalıdır. Dadı şirin və 

istiota xas olan zəif tündlüyə malik olmalıdır. Kiçik ölçülü meyvələrin 

olmasına yol verilir. Uzunsov formalılarda 4 sm-dən 6 sm-ə qədər ölçülü 

və yumru formalılarda 3 sm-dən 4 sm-ə qədər ölçülü olanların miqdarı 

8%-dən çox olmamalıdır. 

Bir qədər solmuş, lakin büzüşməmiş, sıxılmış  və çatlamışların 

miqdarı 15%-ə  qədər ola bilər. Kənarlaşmanın ümumi miqdarı  hər 

göstərici üzrə norma daxilində 20%-dən çox olmamalıdır. 

Acı istiot təzə, meyvəsi təmiz, sağlam, bütöv, müxtəlif formalı, 

saplaqlı, yetişmiş, qırmızı  rəngli, dadı acı  və yandırıcı olmalıdır. Acı 

istiot partiyasında 5% miqdarında  əzilmiş  və çatlamışların və 5% 

miqdarında yaşıl rəngdə müxtəlif istiotların olmasına yol verilir. 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə