Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə25/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   120

 

 

84



F.V.Serevitinova görə almanın tərkibində orta hesabla 6,5-11,8% fruktoza

2,5-5,5% qlükoza, 1,5-5,3% saxaroza, 0,2-0,7% azotlu maddə, 1,05-1,49% pektin 

maddəsi, 0,02-0,2% aşı maddəsi, 0,9% sellüloza, 0,5-1,0% pentozan, 0,2-0,4% 

mineral maddə  və 0,2-0,6% üzvi turşu vardır. Almanın tərkibində 20-40 mq% C 

vitamini və az miqdarda B

1

, B



2

 və PP vitaminləri olur. 

Alma yetişmə müddətinə  və istehlakına, həmçinin saxlanılmasına görə 6 

qrupa – yay, tezyetişən payız, payız, tezyetişən qış, qış  və gecyetişən qış 

almalarına bölünür. Lakin belə qruplaşdırma şərtidir. 

Məsələn, adi Anton alması  Lipetski vilayətində qış, Krasnodar ölkəsində və 

Kursk vilayətində isə payız sortuna aid edilir. Almalar ölçülərinə görə də müxtəlif 

olurlar. Bu cəhətdən almalar 3 qrupa bölünür: xırda (75 qr-a qədər), orta iri (75-

125 qr), iri (125 qr-dan çox). 

I.V.Miçurin adına elmi-tədqiqat institutu ölçüsünə görə almanı 7 qrupa 

bölür: çox xırda (25 qr-a qədər), xırda (25-50 qr), ortadan aşağı (50-75 qr), orta 

(75-100 qr), ortadan yuxarı (100-125 qr), iri (125-175 qr), daha iri (175 qr-dan 

çox). 

Almanın yay sortları iyun-avqustda yetişir. Tam yetişmiş halda dərilir. 10-30 



gün müddətində saxlanıla bilir. Yay almalarının saxlanılmağa davamsız olmaları 

onunla izah edilir ki, onlar fizioloji xəstəliklərə daha tez tutulur və tənəffüs prosesi 

daha sürətlə gedir. Yay almalarından Ağ Naliv, Papirovka, Melba, Moskva 

armudu, Çəhrayı Naliv, ağ və qırmızı Həştərxan, Yay şafranı və s. göstərilə bilər. 

Tezyetişən yay sortlarından Stark, Tezyetişən Səmərqənd, Səmərqənd 

birincisi və Armudvari tezyetişən almalarını qeyd etmək olar. 

Azərbaycanda Papirovka, Borovinka, Qrafenşteyn və Fatimə yay alma 

sortları yetişdirilir. 

Yay almalarından fərqli olaraq payız almaları avqustun 2-ci yarısından 

sentyabrın 1-ci yarısına kimi dərilir. Ancaq bu sort almalar dərilən vaxt istehlak 

dəyərli olmur. Bu məqsədlə payız almaları dərildikdən sonra 15-25 gün müddətinə 

saxlanılır. Bu dövrdə yetişmə davam etdiyindən o, istehlak dəyərinə malik olur. 




 

 

85



Əgər dərilmə prosesi gecikdirilərsə, o zaman anaerob tənəffüs prosesi 

almanın  şəkərini azalda bilir.Yay almalarından fərqli olaraq, payız 

almalarını 2-3 ay saxlamaq olur. Payız almalarından 600 qr-lıq Anton 

almasını, Aport, Borovinka, Belfler-kitayka, Zolaqlı  ənis, Titovka, 

Zolaqlı qəhvəyi alma, Zolaqlı payız alması misal göstərilə bilər. 

Azərbaycanda payız almalarından Landsberq reneti, Azərbaycan

Sarı Belfler və  Qızıl qış Parmeni yetişir. Qeyd etmək lazımdır ki, orta 

zonada yetişən bəzi payız sortları cənubda yayda, qış sortları isə payızda 

yetişir. 

Yay və payız alma sortlarından fərqli olaraq qış almalarının bəzi 

homoloji sortları yeni məhsula kimi saxlanıla bilir. Bu qrup almalar 

sentyabrın 2-ci yarısından oktyabrın 1-ci yarısına kimi dərilir. Bunlar 

dərildikdən 2-3 ay sonra istehlak dəyərinə malik olur. Dərilərkən 

bunların tərkibində protopektin və 1,5%-ə qədər nişasta olur. Ümumi və 

invertli  şəkərin miqdarı da az olur. Odur ki, saxlandıqda yetişir və 

tərkibində  dəyişiklik gedir. Protopektin pektinə, nişasta  şəkərə çevrilir. 

Meyvənin dadı  və quruluşu yaxşılaşır. Qış almaları saxlanmağa və 

daşınmağa davamlı olduğundan daha əlverişli sayılır. Bunların bəzi 

homoloji sortları iyul ayına kimi qala bilir. Bu qrupa cənub almalarından 

Qış qızılı Parmen alması, Qəndil sinab, qış gecyetişənlərindən Şampan-

reneti, Simirenko reneti, Orlean reneti (buna qırmızı şafran da deyilir), 

Sarı sinab, Qar qəndil, Bauman reneti, Qəndil kitayka, Sarıturş, Cırhacı, 

Qızıləhmədi misal göstərilə bilər. 

Adi Anton, Daş Anton, Litov pepini, Babuşkin, Miçurin 

sortlarından  Şafran pepini, Ənis, Slavyanka kimi almalar orta zonada 



 

 

86



yetişirlər. Adi Anton şimal rayonunda qış, Ukrayna və Belorusiyada 

payız, Krasnodar ölkəsində yay sortu hesab edilir. Rəngi sarımtıl-

yaşılaçalan, dadı isə çaxırı-turş olur. 

Azərbaycanda qış almalarından Napoleon, London pepini, Şampan 

reneti, Boyken, Ağ rozmarin, Quba reneti, Simirenko reneti, Cırhacı, 

Sarıturş, Sarı sinap, Zaqatala şafranı, Quba şafranı, Qızıləhmədi sortları 

becərilir. 

Son illər Azərbaycanda palmet alma bağları salınmışdır. Bu 

bağlarda Starkinq, Conatan və Qolden Delişes alma sortları yetişdirilir. 

Gecyetişən və sentyabrın 1-dən sonra tədarük edilən almalar iki 

pomoloji qrupa bölünürlər. 

Standarta  əsasən (QOST 21122-75) gecyetişən təzə almalar 

keyfiyyətindən asılı olaraq 4 əmtəə sortuna: əla, birinci, ikinci və üçüncü 

bölünürlər. Əla əmtəə sortuna yalnız birinci pomoloji qrup almaları aid 

edilir. 

Almanın keyfiyyəti onun formasına, rənginə, səthinə,  ən böyük 

diametrinə görə müəyyən edilir. Bütün əmtəə sortlarına aid almalar 

təmiz, bütöv, forması və rəngi pomoloji sortuna müvafiq olmalıdır. Əla, 

birinci və ikinci sorta aid almalar eyni pomoloji sortdan olmalıdır. 

Üçüncü sortda isə qarışıq ola bilər.  Əla sorta ən böyük en kəsiyinin 

diametri yumru formalılarda 65 mm, uzunsov formalılarda 60 mm, 1-ci 

sortda uyğun olaraq 60-50 mm, ikinci sortda 50-45 mm, üçüncü sortda 

isə 40-35 mm olmalıdır. Almanın nöqsanları  və icazə verilən normalar 

mövcud standartlarda göstərilir. Məsələn, tədarük yerində  əla sortda 1 

sm

2

, birinci sortda 2 sm



2

, ikinci sortda 4 sm

2

 və üçüncü sortda səthinin 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə