Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə33/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   120

 

 

112



Əncir  (Ficus carica L.) öz tərkibinə görə qidalı meyvədir.  Əsasən 

Zaqafqaziya, Krımın cənub sahili, Qafqazın Qara dəniz sahilləri və Orta Asiyada 

becərilir. Zaqafqaziyada yabanı halda bitən əncir də var. 

Əncirin tərkibində 78,9% su, 15,5% şəkər, 0,2% turşu, 1,4% azotlu maddə, 

0,6% mineral maddə, 1,4% sellüloza, 0,3% yağ vardır. Bəzi  əncir sortlarında 

şəkərin miqdarı 20%-ə çatır. Qurudulmuş əncirdə 42-62% şəkər olur. Şəkərlərdən, 

əsasən qlükoza və fruktoza və az miqdarda saxaroza, turşulardan alma turşusu daha 

çoxdur. 


Əsasən təzə halda, qurutmaq, mürəbbə bişirmək və emal məqsədi üçün 

istifadə edilir. Təzə əncir saxlanılarkən həddindən artıq yetişdiyindən qıcqırır. Ona 

görə də əncirin saxlanılması və daşınması çətinlik törədir. Adi şəraitdə təzə halda 

1-2 gündən artıq saxlamaq mümkün deyildir. 0

0

-də isə 5 sutka saxlamaq olar. 



Ticarətə qurudulmuş əncir də daxil olur. Bunlar yüksək qidalılığa malikdirlər. Orta 

hesabla bir əncirin çəkisi 30-60 qr təşkil edir. Bəzən biri 100 qr gəlir. 

Əncirin 400-dən çox sortu vardır. Ən çox yayılmış sortlarından Xurma əncir, 

Kalimirna, Dalmasiya ənciri, Buzovburnu, Bənövşəyi, Soçi, Lardero, Abşeron sarı 

ənciri, Armudu əncir, Gəncə sarı  ənciri, Kadota, Bionşet, Çapla, Ağ Fraqa və s. 

göstərmək olar. Əncir qurusundan narın üyütdükdən sonra qəhvəyə qatmaq üçün 

də istifadə edilir. 

Təzə  əncirin keyfiyyəti Azərbaycan Respublika standartının (RST 226-74) 

tələblərinə cavab verməlidir. Keyfiyyətindən asılı olaraq 1-ci və 2-ci sorta bölünür. 

Xurma (Diospyros iotus L.) Qafqazın Qara dəniz sahillərində daha çox 

yayılmışdır. Qafqazda və Orta Asiyada becərilir. Bunun meyvəsi dairəvi, yumru 

konusvari və silindrik formada olur. Rənginə görə sarı  çəhrayı, tünd qırmızı, 

bəziləri isə tam qara rəngdə olur. Xurmanın 3 növü daha çox yayılmışdır. Bunlar 

Qafqaz (yabanı  xırnik), Virgen və subtropik xurmalardan ibarətdir. Subtropik 

xurma yapon xurması adlanır. 

Yapon xurmasının tərkibində 79-82% su, 15,8% şəkər, 0,2% turşu, 0,25% 

aşı maddəsi, 0,59% pektin maddəsi, 0,5% azotlu maddə, 0,5% mineral maddə, 




 

 

113



0,51% sellüloza, vitamin C və karotin vardır. Başqa meyvələrdən fərqli olaraq 

tərkibində saxaroza olmur. Tərkib xüsusiyyəti onun yetişmə dərəcəsindən asılıdır. 

Bu isə onun dad-tamına təsir edir. Subtropik xurma Çində, Yaponiyada, 

Amerikada və Avropada becərilir. Təzə halda, qurutmaq üçün, habelə  qənnadı 

məmulatı hazırlanmasında istifadə edilir. Iri-xırdalığından asılı olaraq xırda (100 

qr-a qədər), orta iri (100-250 qr) və iri (250-500 qr) olur. 

Hazırda ölkəmizdə 30-dan çox müxtəlif xurma sortu yetişdirilir. Lakin hər 

yerdə yalnız 2 sort – Xiakume və Kostata sortu çox yayılmışdır. Bunlardan başqa, 

Xaçia, Tanenaşi, Ciro, Sidlev, 20-ci əsr, Fuyyu, Tozlayıcı-8 və s. sortlar da yetişir. 

Qara dəniz sahillərində Korolkami və Şokoladlı xurma sortları yetişir. 

Tezyetişən sortlar oktyabrın 1-ci yarısında, gecyetişən sortlar isə noyabrın 2-

ci yarısı, dekabrın əvvəllərində yetişir. 

Xurmanın keyfiyyəti Azərbaycan Respublika standartının (RST 225-74) 

tələblərinə cavab verməlidir. 1-ci və 2-ci əmtəə sortuna bölünür. 



Zeytun  (Oleaceae Olea Europaea L.)  əsasən  Şimali qafqaz, Gürcüstanın 

Qara dəniz sahili, Azərbaycanda, Türkmənistanda və Krımın cənub zonalarında 

yetişdirilir. Tərkibində 55%-ə  qədər yağ olduğundan yağ istehsalı üçün istifadə 

edilir. 


Meyvəsindən duzlanmış  və sirkəyə qoyulmuş halda istifadə edilir. Zeytun 

müalicəvi  əhəmiyyətə malikdir. Xüsusən böyrək və  mədə xorası  xəstəliklərinə 

qarşı istifadə olunur. Zeytunun tərkibində 6% zülali maddə, çəyirdəyində 12-13% 

yağ, 6% mineral maddə və 23% su vardır. Tərkibində, həmçinin 9% şəkər, A, B

2

 

və C vitaminləri vardır. 



Təsərrüfatda istifadə olunmasına görə 3 qrupa bölünür: 

1.

 



konservlik sortlar (Askolano, Santa Katerina, Tolqomskaya, Armudu 

zeytun). 

2.

 

konservlik yağlı sortlar (Tolqomskaya, Aqostino, Irimeyvəli Nikita 



zeytunu, Azərbaycan zeytunu, Şirin zeytun). 

3.

 



yağlı sortlar (Della Madonna, Tiflis, Kore-ciolo, Nikita zeytunu). 


 

 

114



Azərbaycanda, əsasən Azərbaycan zeytunu, Aqostino, Armudu zeytun, Santa 

Katerina, Nikita zeytunu və Tiflis sortları becərilir. 



Feyxoa (Acca Berg Sellowiana Burret.) əsasən Krımın cənubunda, Qafqazın 

Qara dəniz sahillərində, Suxumidə, Astara rayonunda becərilir. Feyxoa təzə halda

mürəbbə, kompot, marmelad, nalivka (meyvə arağı) və karamel içliyi 

hazırlanmasında istifadə edilir. Feyxoa müalicəvi  əhəmiyyətə malikdir. Aşağı 

temperaturda 5 gündən 30 günə  qədər saxlanılır. Tərkibində 80% su, 7% şəkər, 

1,7% turşu (alma turşusu),  şəkərlərdən 4% saxaroza, 2,5% qlükoza, fruktoza 

vardır. Feyxoa C vitamini və yodla zəngindir. Yayılmış sortlardan Andre, Ətirli 

Nikitin, tezyetişən Krım sortlarını göstərmək olar. 

Z.K.Həsənova (1972) görə ən perspektivli sortlar 26E №-li sort tipi, 10E №-

li, 2E №-li və 12E №-li sort tipidir. Feyxoanın keyfiyyəti Azərbaycan Respublika 

standartının (RST 233-74) tələblərinə uyğun olmalıdır. 1-ci sorta aid meyvələrin ən 

böyük en kəsiyi 30 mm-dən, 2-ci sorta aid olanlar isə 18 mm-dən az olmamalıdır. 

1-ci sortda texniki zədələnmiş meyvələrin miqdarı 5%, 2-ci sortda 10%-dən 

çox olmamalıdır. 

Subtropik meyvələr qrupuna iydə, innab və tut da aiddir. Bu meyvələr 

Azərbaycanda daha çox yetişir. 



Innab (Ziziphus jujuba Mill.) Azərbaycanda qədimdən becərilir. Innab 

Abşeron yarımadasında, Göyçayda, Ucar və Ağdaş rayonlarında becərilir. 

Meyvəsi yumru, yumurtavari, uzunsov-girdədən armudabənzər formayadək 

dəyişir. Meyvəsinin hamar-parlaq qəhvəyi və ya qırmızı-qonur rəngli qabığı 

altında  şirin, turşməzə  və yumşaq, sarımtıl  ətliyi vardır. Azərbaycanda yetişən 

innablar qırmızıqabıqlıdır. 

Innabın tərkibində 22-30% karbohidrat, 5% zülali maddə, 1,5% üzvi turşu 

(alma və kəhrəba turşusu), 2,5% pektin maddəsi, 2% qətranlar, 1,2% aşı maddəsi, 

880 mq% C vitamini vardır. Quru meyvəsinin tərkibində karbohidratlar 70%-ə 

çatır. P vitaminin miqdarı limon qabığındakından çoxdur. Mineral maddələrdən 

kalium, kalsium, fosfor, maqnezium və dəmir vardır. 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə