Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə29/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   120

 

 

98



 

 

3.3. Giləmeyvələr 

 

Giləmeyvələr çox yayılmış meyvə növləri qrupudur. Bu qrupa daxil olan 



meyvələrin bəziləri soyuğadavamlı olduqlarından  şimal rayonlarında da becərilir. 

Bəziləri isə (üzüm və qarağat) istisevən olduqlarından ancaq ölkəmizin cənub 

rayonlarında becərilir. Bu qrupa daxil olan meyvələrin  əksəriyyəti uzun müddət 

saxlanılmağa yaramadığından tez istifadə edilir. Lakin üzümün gecyetişən 

sortlarından saxlamaq üçün istifadə olunur. 

Giləmeyvələr öz tərkib xüsusiyyətlərinə görə orqanizm üçün qidalı yeyinti 

məhsullarıdır. Bu qrupa üzüm, qarağat, moruq, quşüzümü, çiyələk və s. daxildir. 

 

3.3.1. Həqiqi giləmeyvələr 

 

Üzüm (Vitis vinifera) üzüm fəsiləsinin üzüm cinsindəndir. Üzüm cinsinin 70 

növündən ikisi Azərbaycanda bitir. Bunlardan meşə  və Amur üzümü daha geniş 

yayılmışdır. Meşə üzümü üzümçülük rayonlarında yabanı halda bitir. Üzüm 

istisevən bitki olduğundan,  əsasən cənub rayonlarında becərilir.  Əsasən 

Zaqafqaziya respublikalarında,  Şimali Qafqazda, Ukraynanın cənubunda, 

Moldaviyada, Orta Asiyada becərilir. 1000-ə  qədər müxtəlif üzüm sortları 

yetişdirilir. Üzümün ayrı-ayrı sortları ilə  məşğul olan elm ampeloqrafiyadır. 

Üzümün keyfiyyəti onun kimyəvi tərkibindən, habelə salxımın sıx, orta sıx və 

seyrək olmasından asılıdır. Seyrək salxımlar az zədələndiyindən daşınma və 

saxlanmaya nisbətən davamlıdırlar. 

Hər bir üzüm giləsi qabıq, sulu ətli və toxum hissələrindən ibarətdir. 

Üzümün toxumsuz sortları da vardır. Üzümün qabığı sıx, qalın və nazik olur. Sıx 

və qalın qabıqlılar saxlanmağa davamlıdır. Müxtəlif üzümlərdə  ətli hissənin



 

 

99



toxumun və qabıq hissəsinin bir-birinə nisbəti faizlə müxtəlif olur. Ətli hissə 

müxtəlif üzümlərdə 85-90%, qabıq 2-9%, toxum isə 5%-ə qədər olur. 

Üzümün tərkibində orta hesabla 76-83% su, 16,1% şəkər, o cümlədən 0,7% 

saxaroza, 15,4% invertli şəkər, 0,6% turşu, 0,25% pektin maddəsi, 0,9% sellüloza, 

0,3-0,5% mineral maddə vardır. 

Üzümün tərkibində olan şəkər onun keyfiyyəti üçün əsas göstərici olmaqla, 

10%-dən 30%-ə  qədər olur. Üzüm şəkəri isə qlükoza və fruktozadan əmələ 

gəlmişdir. Üzümün dadı onun tərkibindəki turşuluğun miqdarı ilə əlaqədardır. Rast 

gələn turşular şərab və alma turşularıdır. Az miqdarda isə turşəng turşusu da vardır. 

Yetişməmişlərdə isə kəhrəba və qarışqa turşuları da rast gəlir. Turşuluq 0,4-1,4%-

dək olur. Üzümün tərkibində 1,44%-ə  qədər azotlu maddələr, P vitamini, 3-10 

mq% C vitamini və ətirli maddələr var. 

Təyinatına görə üzüm 3 qrupa ayrılır: süfrə üçün, şərabçılıq və qurutmaq 

üçün. 


Süfrə üçün olanlar irigiləli, xoşgörünüşlü və çox şirəli olurlar. Süfrə üçün 

olanların yayılmış sortlarından  Şabaş, Çauş, Ağ  şasla, Qara asma, Nimrəng, 

Hüseyni (gəlinbarmağı), Ağ Təbriz (Azərbaycanın yerli sortlarındandır), Ağadayı 

(Dağıstanın yerli sortudur), Hamburq muskatı, Iskəndəriyyə muskatı, Izabella və s. 

daxil edilir. 

Şərabçılıq sortlarından həm konyak, həmçinin müxtəlif növ şərabların 

istehsalı üçün istifadə olunur. Süfrə üzümlərindən fərqli olaraq üzümün şərabçılıq 

sortları şəkərliliyinin çox olması ilə fərqlənir. 

Bu qrupa aid olan sortlardan ağ, çəhrayı, qara və Hamburq muskatlarını, 

Tokay, Gilyar, Mədrəsə, Bayan misal göstərilə bilər. Adi şərablardan fərqli olaraq 

Şampan  şərablarının hazırlanmasında daha yüksək keyfiyyətli üzüm sortlarından 

istifadə edilir. Belə üzüm sortlarından Rislinq, Rkasiteli, Şardone, Pinofran və s. 

göstərmək olar. Tokay tipli şərabların hazırlanması üçün Furminq, Qare-levelyu 

sortları, süfrə şərabları üçün az şəkərli (turşuluğu bir az çox) sortlardan Kaberne, 

Saperavi, Aliqote, Rislinq, Traminer, Solikauri və s. işlədilir. 



 

 

100



Qurutmaq üçün olan üzüm sortları çox şəkərli və az turşuluğu ilə 

fərqlənirlər. Bunların  ətli hissəsi sıx, nazikqabıqlı olur. Qurutmaq məqsədi ilə 

toxumlu və toxumsuz üzümlərdən istifadə olunur. Üzümün Orta Asiya sortları 

qurutmaq məqsədi ilə daha əlverişli sayılır. Bu sortlardan tumsuz ağ  və qara 

kişmiş, Vassarqa, Kattakurqan, Bakı  şanısı misal göstərilə bilər. Adətən toxumlu 

üzümlərdən mövüc, toxumsuzdan kişmiş hazırlanır. 

Süfrə üzümünün keyfiyyəti Azərbaycan Respublika standartının (RST 199-

74) tələblərinə cavab verməlidir. 

Ticarət  şəbəkəsində satışa bir sortlu, bütöv və dağınıq, gilələri müxtəlif 

sıxlıqda, inkişaf etmiş, yetkin, təmiz, rəngi öz sortuna müvafiq, mexaniki zədəsiz 

və zərərverici yaxud xəstəlik dəyməmiş üzüm salxımları buraxılır. 

Partlamış, basılıb əzilmiş gilələrin miqdarı 0,5%-dən, qopub tökülmüş gilələr 

isə 5%-dən çox olmamalıdır. 

Qarağat üzüm kimi çoxillik meyvədir. Rənginə görə 3 növə ayrılır: qara 

qarağat (Ribes nigrum L.), qırmızı (Ribes rubrum L.) və ağ qarağat (Ribes aureim 



Purch)

Vitaminlərin miqdarına görə qara qarağat daha üstün sayılır. Bunun 

tərkibində 400 mq% C vitamini vardır. Odur ki, qara qarağat daha çox becərilir. 

Qara qarağat gilələrlə, ağ və qırmızı qarağat isə salxımlarla dərilir. Qara qarağat 2 

həftə müddətinə, ağ  və  qırmızı qarağat isə 5-7 gün müddətinə saxlanıla bilir. 

Bunların şehli olması saxlama müddətini daha da azaldır. 

Qara qarağatın tərkibində 7-10% şəkər, o cümlədən 5,7-7% qlükoza, 0,9-

1,6% fruktoza və 0,5-2% saxaroza, 1,9-3,7% turşu (limon və alma), 1,5% pektin 

maddəsi, 3,76% sellüloza, 0,33-0,42% aşı maddəsi, 0,5% mineral maddə, 0,53-

1,41% azotlu maddə vardır. Qara qarağatın yayılmış sortlarından Məhsuldar Liya, 

Boskop nəhəngi, Lakston, 8-ci Devison, Gent, Qoliaf, Sentyabr Danielyası, 

Neapolitanski və s.-dir. 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə