Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə26/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   120

 

 

87



1/4 hissəsində yüngül sıxılmış  və dolu vurmuş hissə ola bilər. Satış 

yerində isə bu göstəricilər uyğun olaraq 2 sm

2

, 4 sm


2

, 6 sm


2

 və 1/4 hissə 

qədər olur. 

Tezyetişən almalar (QOST 16270-70) 1-ci və 2-ci əmtəə sortuna 

bölünür. 1-ci sortda ən böyük en kəsiyi 50 mm, 2-ci sortda isə 35 mm-

dir. 


Armud – toxumlu meyvələr içərisində öz zərifliyi və istisevən 

olması ilə fərqlənir. Ümumi meyvə tədarükündə az yer (5%) tutur. Təzə 

halda istifadə edilməklə yanaşı qurutmada, kompot, mürəbbə, cem və 

şirələrin hazırlanmasında istifadə edilir. Krımda, Qafqazda, Orta 

Asiyada, Moldaviyada və Belorusiyada becərilir. 

Adi armud (Pyrus communis L.) gülçiçəklilər fəsilənsindəndir. 30-

dan çox növü məlumdur. 

Soyuğadavamlı Ussuriya armudunun sortları Uzaq Şərqdə geniş 

yayılmışdır. Quruluşuna görə almadan fərqlənir. Formasına görə 

müxtəlif olur. Konsistensiyasına görə şirəli, az şirəli, quru, yağabənzər, 

iridənəli, yumşaq və ya bərk, kobud və ya ağızda asan əriyən olur. 

Dadına görə şirin, turşaşirin, çaxırı-turş, ətirli, ağızı büzən, ətirsiz olur. 

Tərkibində orta hesabla 81-84% su, 6,2-18,7% şəkər, 0,1-0,5% turşu, 

0,1-0,3% pektin maddəsi, 0,3-0,6% mineral maddələr, 0,02-0,17% aşı 

maddəsi, 0,9% sellüloza, yabanı sortlarda 12-21 mq% və  mədəni 

sortlarda 3-17 mq% C vitamini vardır. Şəkərlərdən 6,9-9,7% fruktoza, 1-

3,7% qlükoza və 0,4-2,6% saxaroza vardır. Üzvi turşulardan limon və 

alma turşusu rast gəlir. 




 

 

88



Armudun ayrı-ayrı pomoloji sortlarının kimyəvi tərkibi onların 

sortundan, torpaq-iqlim şəraitindən və yetişmə müddətindən asılı olaraq 

dəyişir. 

Yetişmə müddətinə  və saxlanılmasına görə yay, payız və  qış 

sortlarına bölünür. 

Armudun yay sortları iyul-avqustda yetişir, 10-20 gün qala bilir. 

Orta zonada yetişən yay armud sortlarından Toxumsuz, 

Naziksaplaq, Limonka, Ilinka, Cənub zonasında yetişənlərdən Yay 

Vilyamsı, Düşes, Klappın sevimlisi, Panna, Bere Jiffar daxildir. 

Azərbaycanda Abasbəyi, Yay Vilyamsı, Klappın sevimlisi, 

Cırnadiri və Qurqulə yay armud sortları yeişdirilir. 

Armudun payız sortları avqustun sonu və sentyabrın  əvvəllərində 

dərilir. Aşağı temperaturda 3 aya qədər qalır. Bere Bosk, Payız 

berqamotu, Meşə gözəli geniş yayılmış sortlardandır. 

Azərbaycanda Bere Bosk, Düşes de

Anqulem və  Lətifə payız 



armud sortları yetişdirilir. 

Armudun qış sortları sentyabrın axırı  və oktyabrda dərilir. 

Dərilərkən istehlak dəyərinə malik olmurlar. Saxlanılıb yetişdirilir və bu 

zaman dadı  və  ətri də yaxşılaşır. 4-6 ay saxlanıla bilər. Armudun qış 

sortlarından Kyure, Bere Ardan-pon, Qış dikankası, Miçurin beresi, 

Olivye de Serr, Sen Jermeni göstərmək olar. 

Azərbaycanda Bere Ardanpon, gecyetişən Tuluza, Jozefina 

Mixelskaya, Pass Krassan, Kyure, Nararmudu, Yaygörən qış armud 

sortları yetişdirilir. 



 

 

89



Armudun tezyetişən sortları  və sentyabrın 1-dən sonra tədarük 

edilən gecyetişən sortları 2 pomoloji qrupa bölünürlər. 

Armudun keyfiyyəti Azərbaycan Respublika standartının (RST 

289-76) tələblərinə cavab verməlidir. Keyfiyyətcə armud birinci və 

ikinci əmtəə sortuna bölünür. 

Birinci  əmtəə sortuna aid armudun rəngi və forması öz pomoloji 

sortuna müvafiq olmalıdır. Təmiz, saplağı ya bütöv, ya da sınıq,  ən 

böyük en kəsiyinin diametri azı 50 mm olmalıdır. Ikinci sort armudun 

diametri azı 40 mm olmalıdır. Qalan göstəricilər standartda 

normalaşdırılır. 



Heyva  (Cydonia ovlonga Mill) gülçiçəklilər fəsiləsindəndir. 4000 

ildir ki, meyvə bitkisi kimi məlumdur. Yabanı halda ən çox Şərq 

yarımkürəsində bitir. Böyük Qafqazın  şərq hissəsində, Mərkəzi 

Zaqafqaziyada və Talışda yetişir. Mədəni halda dünyanın bir çox 

ölkələrində becərilir. 

Heyvanın tərkibində 81-85% su, 5,3-12,2% şəkər, o cümlədən 5,6-

6,6% fruktoza, 2,0-2,4% qlükoza, 0,4-1,6% saxaroza, 0,85-1,1% üzvi 

turşu (alma və limon turşusu), 0,9% pektin maddəsi, 0,9% sellüloza, 0,5-

0,7% mineral maddə, 0,42-0,66% aşı maddəsi və 10-30 mq% C vitamini 

vardır. Bir meyvənin çəkisi 50 qr-dan 1,5 kq-a qədər olur. Meyvələri 

yumru, uzunsov və armud şəklində, rəngi yaşıl, açıq və ya tutqun sarı 

olur. Meyvəsinin üstü boz, tünd sarı və ya tünd qəhvəyi rəngli pənbə ilə 

örtülüdür.  Ətli hissəsi ağ  və ya sarımtıl,  əvvəlcə  bərk, lakin qalıb 

yetişdikdə yumşalır.  Ətli hissəsində daşlaşmış  bərk toxumalar vardır. 

Dadı şirin, turşaşirin və gər (büzüşdürücü) olur. Heyvadan az miqdarda 



 

 

90



təzə  və bişirilmiş halda istifadə edilir. Heyva marmelad, povidlo, jele, 

sukat, mürəbbə, kompot və cem hazırlamaq üçn qiymətli xammaldır. 

Çoxlu heyva sortu məlumdur. Azərbaycanda yetişdirilən Çiləyi, Şirvani, 

Karaman, Atbaşı, Cardalı, Sarı  Rəcəbi,  Şabrani, Zardobi, Fəhmi, 

Ağvani, Qara heyva, iri Ağdaş və s. misal göstərilə bilər. Bundan başqa 

həyətyanı sahələrdə daş heyva, əppək heyva, armudvari, almavari heyva 

sortları da xalq seleksiyaçıları tərəfindən yetişdirilir. 

Heyva keyfiyyətinə görə Azərbaycan Respublika standartının (RST 

292-76) tələblərinə uyğun olmalıdır. Keyfiyyətinə görə  təzə heyva 

birinci və ikinci əmtəə sortlarına bölünür. Brinci sortun ən böyük en 

kəsiyinin diametri 60 mm, ikinci sortda isə 40 mm-dən az olmamalıdır. 

Əzgilin iki əsas növü vardır: 1. adi əzgil (Mespilus Germanica); 2. 

subtropik və ya yapon əzgili (Eriobothrya japopica). 

Adi əzgil yabanı halda Qafqazda, Krımda və Türkmənistanda bitir. 

Adi əzgilin meyvəsi xırda olub, çəkisi 15-35 qr-dır. Təzə dərilmiş əzgil 

bərk və ağızbüzüşdürücü olur. Sonralar yeişmə dövründə yumşalır, dadı 

isə şirinləşir. 

Yapon  əzgili az miqdarda Qafqazın Qara dəniz sahilində, Krımın 

cənub sahilində becərirlər.  Əzgildən təzə halda, mürəbbə, pastila, 

karamel içliyi, duzlamaq, sirkəyə qoymaq və ekstrakt hazırlamaq 

(əzgilşərab) üçün istifadə edilir. Tam yetişmiş əzgilin yumşaq hissəsinin 

tərkibində 5,2% su, 8,5% şəkər, 0,8% turşu, 1,4% pektin maddələri, 

0,65% azotlu maddələr, 1,8-2,5% sellüloza, bir qədər alma turşusu var. 

Yetişmə  nəticəsində  şəkər və alma turşusu azalır, az miqdarda spirt və 

sirkə turşusu əmələ gəlir ki, bu da ona pis xoşagəlməyəntam verir. 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə