Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə28/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   120

 

 

95



Təzə halda və  həmçinin emal məqsədi ilə  də istifadə edilir. Alçadan 

marmelad, pastila, mürəbbə, habelə kompot hazırlanır. Yerli əhali isə ondan turşu 

və lavaşana düzəldirlər. Alçanın keyfiyyəti QOST 21405-75 üzrə müəyyən edilir. 

Azərbaycanda yetişən yerli sortlardan ən məhsuldar olanları Talobi, Qara 

alça, Göycə Soltanı, Payız mələsi (peyvənd alça), Rəcəbi,  Ərəşi və  Qəzvini 

sortlarıdır. 



Göyəm (Cornus mas L.), əsasən cənubda çox yayılmışdır. Xırda tünd yaşılı 

rəngdə  və üzərində mum tozu olur. Şaxta vurduqda onun dad-tam keyfiyyəti 

yaxşılaşır. Ən çox mürəbbə, cövhər və turşiyyat hazırlamaqda istifadə edilir. 

Zoğal  (Prunus spinosa L.),  əsasən Qafqazda, Krımda yabanı halda bitir və 

həmçinin az miqdarda mədəni halda becərilir. Zoğal xırda olub, uzunsov formada

tünd qırmızı rəngdə kəskin turş dadlıdır. Çəyirdəyi ümumi meyvənin 32%-ni təşkil 

edir. Əsasən avqustun axırları və sentyabrın əvvəllərində yetişir. Mürəbbə, pastila, 

marmelad, likör, nalivka, şirə hazırlanmasında və  təzə halda istifadə edilir. 

Sortlarından Gəncə, Sarı zoğal, Qara zoğal göstərilə bilər. 

Zoğalın keyfiyyəti QOST 16524-70 üzrə müəyyən edilir. 

Ərik (Prunus Armenika Mill) gülçiçəklilər fəsiləsindəndir. Ərik cinsinin 10 

müxtəlif yabanı forması məlumdur, bunun da 3 növü: adi, Sibir və Mancuriya əriyi 

daha çox yayılıb. Mədəni  ərik sortları,  əsasən Orta Asiyada, Zaqafqaziyada, 

Ukraynada, Şimali Qafqaz və Moldaviyada becərilir. Ərik təyinatına görə 2 qrupa 

ayrılır: qurutmaq üçün, konservlik və süfrə üçün. Ərik mənşəyinə  və botaniki 

xüsusiyyətlərinə görə K.F.Kostinovanın təklif etdiyi təsnifata  əsasən, 3 qrupa 

bölünür: 

1.

 



Orta Asiya qrupu ərikləri; 

2.

 



Iran-Qafqaz qrupu ərikləri; 

3.

 



Avropa ərikləri. 

Qurutmaq üçün istifadə olunan əriklər sıx ətli və çox şəkərlidir. Süfrə üçün 

və konserv üçün istifadə olunanlar isə birincilərdən fərqli olaraq boş ətliyə malik 

olur. 



 

 

96



Qurutma məqsədi ilə Orta Asiya sortu əriklərindən isifadə edilir. Bunların 

çəyirdəklərindəki ləpədən badam əvəzinə şirniyyat hazırlamaq üçün istifadə edilir. 

Tərkibində amiqdalin qlükozidi (4,4%-ə  qədər) olanlar isə bu məqsədlə istifadə 

edilmir.  Ətriyyat sənayesində xammal kimi işlədilir.  Əriyin çəyirdək ləpəsində 

55% yağ, 28% zülali maddə olur. 

Orta Asiya əriklərindən həm qurutmaq və həm də süfrə üçün istifadə edilir. 

Bu məqsədlə istifadə olunan sortlardan Arzami, Axrori və Ruhu cavan göstərilə 

bilər. 


Avropa sortları qurudulmur. Bunlardan konserv istehsalında və süfrə üçün 

istifadə edilir. Avropa sortlarına daxil olan əriklərdən Qırmızıyanaq, Ananas, 

Ambroziya, Nikitin və s. misal göstərilə bilər. Süfrə üçün istifadə olunanlar iri, xoş 

görünüşlü, yaxşı dadlı və ətirli olmalıdırlar. Süfrə üçün istifadə olunan Iran-Qafqaz 

qrupu ərikləri Komsomol, Naxçıvan, Şalax, Badam-ərik sortlarıdır. 

Qurutma üçün istifadə edilən Orta Asiya qrupu ərikləri Mirsəncəli, Isfarak, 

Qaysi, Xurmai, Kondak, Arzami, Xasaki, Uçma, Babai sortlarıdır. Bunların 

tərkibində turşu azdır. 

Tezyetişən süfrə ərikləri 2 həftə, gecyetişənlər isə 15-20 gün saxlanıla bilir. 

Azərbaycanda yerli sortlardan, əsasən Naxçıvanda Növrəstə, Haqverdi, 

Abutalibi, Göy badami, Alyanaq, Sarı badami, Sarı və Ağ Təbərzə, Xosrovşahi və 

Şalax sortları becərilir. 

Təzə ərik I və II pomoloji qrupa bölünür. Hər respublika üzrə sortların adı 

standartda göstərilir. Keyfiyyətindən asılı olaraq birinci və ikinci sorta ayrılır. 

Ölçüsünə görə iri (40 mm-dən çox), orta (30-40 mm) və  xırda (30 mm-ə  qədər) 

qruplarına ayrılır. Satış zamanı 8% standarta uyğun olmayan, lakin yararlı 

meyvələrin olmasına icazə verilir. 

Şaftalı (Persica Vulgaris Mill) istisevən olduğundan,  əsasən ölkəmizin 

cənub rayonlarında yayılmışdır. Sənaye  əhəmiyyətli  şaftalı Özbəkistanda, 

Türkmənistanda, Zaqafqaziya respublikalarında,  Şimali Qafqazda, Ukraynada və 



 

 

97



Moldaviyada becərilir. Şaftalıdan təzə halda itsifadə edilir, kompot, şirə, mürəbbə, 

sukat, marmelad hazırlanır və qurudulur. 

Şaftalı meyvələri yumru və oval formada olur. Təpələri düz, yumru və ya 

məməlidir. Meyvələri yaşıl, ağ, qırmızı, sarı və ya qarışıq rəngdə olur. Meyvənin 

üzəri çılpaq və ya tüklü (pənbəli) olur. Üzəri tüklü şaftalılar öz növbəsində həqiqi 

şaftalıdan (bunların çəyirdəyi  ətlikdən tamam ayrılır) və pavi şaftalısından 

(bunların  ətliyi çəyirdəkdən ayrılmır) ibarətdir. Üzəri çılpaq  şaftalıları uyğun 

olaraq nektarin və bryunyon (gərdi və ya güşdü) adlandırırlar. 

Ətli hissəsi çəyirdəyindən tam ayrılanlar daha zərif və şirəli olurlar. Bunlarda 

pektin maddələri az olur. Geniş yayılmış sortlarından Lola, Sarı nektarin, Nikitin, 

Çempion, Qızıl yubiley şaftalılarıdır. 

Ətli hissəsi çəyirdəyindən ayrılmayanlar xırçıldayan olur. Bunlarda pektin 

maddə nisbətən çoxdur. Sortları Ağ qoriyski, Brusski, Pauni, Zəfərani şaftalılarıdır. 

Azərbaycanda  şaftalının standart sortlarından Çempion, Qrinobero, Salami, 

Qızıl yubiley, Elberta, gecyetişən narıncı, gecyetişən zəfəranı, Nikita, Mayflever, 

Salvey, Fidan, Malik, Ağ nazlı yetişdirilir. Təzə  şaftalı  hər pomoloji sort üzrə 

keyfiyyətinə görə birinci və ikinci əmtəə sortuna bölünür. Ölçüsünə görə iri (50 

mm-dən çox), orta iri (35-50 mm) və xırda (35 mm-dən kiçik) qruplarına bölünür. 

Yeni perspektiv ağ ətli şaftalılardan Jemçujina, Flaminqo, Yubiley, Znamya, 

Krım, Tavriçeski+, sarı  ətli  şaftalılardan Mayak, Fakel, Krım kəhrəbası, Xəzinə 

sortlarını göstərmək olar. 

Şaftalının tezyetişən sortlarını soyuducuda (0-6

0

C-də) 6-10 gün, gecyetişən 



sortlarını isə 1-2 ay saxlamaq mümkündür. 

                                                

                                            

 

                                                     




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə