Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə19/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   120

 

 

61



yetişdirilən və uzun meyvəli sortlar üçün xiyarın ölçüsü normalaşdırılmır. 5% 

miqdarında başqa ölçülü xiyarların olmasına icazə verilir. Eybəcər formalı xiyarlar 

satışa verilmir və tədarük rayonlarında qeyri-standart xiyarlar kim duza qoyulur. 

Qarpız  (Citrullus vilgaris Schard) qalınqabıqlı (0,5-3 sm), daxilində çoxlu 

toxumu olan yumşaq ətlikli meyvəli tərəvəzdir. 

Qarpızın vətəni Afrikadır. Azərbaycanda,  əsasən Sabirabadda, Saatlıda, 

Abşeronda və digər bölgələrdə becərilir. Qarpızdan təzə halda, duzlama üçün, 

qarpız balı  və qarpız  şərabı, habelə sukat istehsalı üçün istifadə edilir. Qarpızın 

tərkibində orta hesabla 88-92% su, 5,5-10,5% şəkər, 0,8% azotlu maddələr, 0,2% 

turşu, 0,4% mineral maddələr, 0,6% yağ və 0,4% sellüloza, vitaminlərdən 8 mq% 

C, B


1

, B


2

 və A vitaminləri vardır. Qarpız toxumunda 30% yağ vardır. Şəkərlərdən 

ən çox rast gələni fruktozadır ki, bu da onun şirinliyini artırır. Sukat hazırlamaq 

üçün qalınqabıqlı qarpızlardan istifadə edilir. Sortları bir-birindən formasına, iri-

xırdalığına (ölçüsünə), üzərinin vəziyyətinə, qabığının qalınlığına,  ətliyin 

zərifliyinə görə fərqlənir. Iri-xırdalığına (ölçüsünə) görə iri, orta və xırda ölçülərə 

ayrılır. Xırdaların diametri 15-20 sm, orta irilərdə 20-25 sm və irilərdə isə 25 sm-

dən çox olur.  Ətli hissəsinin vəziyyətinə görə  zərif, ağızda  əriyən, xırda dənəli, 

boş, lifli, sıx ətli, kobud dənəli, şirəli və ya quru olur. Yetişməsindən asılı olaraq 

aşxana sortları tezyetişən, orta və gecyetişən olur. Təyinatına görə 3 qrupa ayrılır:  

aşxana üçün, yem üçün, sukat hazırlamaq üçün. 

Geniş yayılmış tezyetişən qarpız sortlarından Oqonyok, Don-39, Qalib-395, 

Ağ çəyirdəkli, Pyatiqorsk xutorunun sevimlisi, Duman və s. göstərmək olar. 

Medovka sortu xırda  şar  şəkillidir. Ölkəmizin  əksər rayonlarında becərilir. 

Orta yetişənlərdən Ajinov, Boqaev muraşkası, Bıkov-22, Melitopol-60, 142, 

Özbək, gecyetişənlərdən Zolaqlı  Həştərxan, Melitopol-143, Volqa-7, Biryuçekut-

775 çox yayılmışdır. Bunlardan başqa gecyetişənlərə Xant-kara (Özbəkistanda çox 

yayılmışdır) və Çit  sortları daxil edilir. 




 

 

62



Qabığının qalınlığına görə nazik, orta qalın və qalın olur. Ümumiyyətlə, 

qabığının qalınlığı 0,4-2,5 sm-ə qədər olur. Qalın qabıqlılar daşınma və saxlanma 

üçün daha əlverişlidir. 

Melitopol sortu iri şarşəkilli, ətli hissəsi çəhrayı-qırmızıdır. Üzəri cizgisizdir. 

Bunlar sortlaşdırılarkən yetişmə əlaməti, iri-xırdalığı nəzərə alınır. 

Azərbaycanda Melitopol-142, Biryuçekut-775, Sabirabad-53-88, Pyatiqorsk 

xutorunun sevimlisi və s. qarpız sortları yetişdirilir. 

Keyfiyyətcə standarta müvafiq qarpızlar təzə, təmiz, bütöv və sağlam, öz 

təsərrüfat-botaniki sortuna xas olan rəngdə olmalı, eybəcər və xəstə olmamalıdır. 

10% başqa sorta aid qarpızların olmasına icazə verilir. Ən iri ölçülü qarpızın 

diametri 15 sm-dən, tezyetişən və xırdameyvəlilərdə isə 12 sm-dən az olmamalıdır. 

Qarpızların içərisində 8%-ə qədər yüngül zədələnmiş, azacıq batıq və əyri formalı, 

sürtük, o cümlədən 3% kal və yaxud yetişib ötmüş qarpızlar ola bilər.  Əzik, 

çatlamış və xəstəliklə zədələnmiş qarpızlar olmamalıdır. 



Qovun  (Cucumis melo L.) qarpıza nisbətən daha çox istisevən bitkidir və 

quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum 

kamerasında yerləşir.  Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya 

respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 

1,2 mq% A, 0,5 mq% B

1

, 0,3 mq% B



2

, 0,6 mq% PP vitaminləri vardır. Mineral 

maddələrdən  ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə 

bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. 

Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə 

və kütləsinə, qabığının rənginə  və  bərkliyinə,  ətli hissəsinin konsistensiyası  və 

rənginə, dad və  ətrinə, yetişmə müddətinə  və saxlanılmasına görə  fərqlənirlər. 

Qovunun qabığı açıq yaşıl, narıncı, qəhvəyi,  ətli hissəsi isə  ağ, yaşıl, narıncı  və 

çəhrayı rəngdə olur. Ətli hissəsi konsistensiyasına görə lifli, yumşaq, xırda dənəli, 

xırçıldayan və sıx ətli olurlar. Dadına görə çox şirin,  şirin, az şirin dadsız, ətrinə 

görə çox ətirli, orta və zəif ətirli və ətirsiz olur. Yetişmə müddətinə görə tezyetişən 



 

 

63



(80 günə), ortayetişən (80-110 günə) və gecyetişən (110 gündən çox) qruplarına 

bölünür. 

Ölçüsünə görə iri, orta və xırda olur. Üzəri hamar, tor şəbəkəli və qabırğalı 

formada olur. Tezyetişən sortları 20 günə, ortayetişənlər 1-2 aya qədər, 

saxlanılmağa davamlı, gecyetişənlər isə 3 aydan çox saxlanırlar. Bunların 

saxlanma müddəti yetişmə dövrlərindən asılıdır. Qovunlar bir neçə qrupa ayrılırlar. 

1.

 

Tezyetişən Rusiya sortları; 



2.

 

Tezyetişən Orta Asiya sortları; 



3.

 

Yumşaq ətli Orta Asiya sortları; 



4.

 

Xırçıldayan ətli Orta Asiya yay sortları; 



5.

 

Cənub payız-qış sortları; 



6.

 

Sıx ətli Rusiya sortları; 



7.

 

Kantaluplar və ya Qərbi Avropa sortları. 



Kantalupların ətli hissəsi sıx və dadı ətirli olur. Geniş yayılmış sortlarından 

Komsomol-142 və Limonu-sarı misal göstərilə bilər. 

Komsomol ortayetişən sort olmaqla, xırda meyvəli və şarşəkillidir. Ətli hissə 

ağdır, zərif vanil ətri verir. 

Limonu-sarı tezyetişən sortdur. Ətliyi ağ və sıx olur. 

Sıx  ətli Rusiya sortlarına Bronzovka, Kolxozçu, şəkərli Krım, Persidskaya, 

Zimovka daxildir. 

Zimovka orta yetişən olmaqla çəkisi 8 kq-a qədər gəlir. Yaxşı saxlanılır. 

Tərkibində 10%-ə qədər şəkər vardır. 

Kolxozçu  ən çox yayılmış sortlardandır. Meyvəsi xırda,  şarşəkilli, sarı-

narıncı yaşılı rəngdə olub, çox ətirli və dadlı, tərkibində 12%-ə qədər şəkər olur. 

Orta yetişən sortdur, daşınmağa davamlı, saxlanmağa davamsızdır. 

Payız-qış sortlarına Qulyabi kara, Qulyabi sarı, yaşıl Quliyabi, narıncı 

Qulyabi daxildir. Yaşıl Qulyabi Cərco sortudur və çox gecyetişəndir. Çəkisi 4-8 

kq-a qədər olur. Ətirli ətli hissəsinin tərkibində 10% şəkər vardır. 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə