Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə17/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   120

 

 

55



2.

 

Yarımacı soğan sortları – Danilov, Qızıl  şar, Kaba, Myaçkov, Qribov, 



Sitaye, Belozer və s. 

3.

 



Şirin soğan sortları – Barleta, Krasnodar-35, Markelan, Yalta, Conson, Sarı 

ispan. 


Azərbaycanda əkilən soğan sortlarının çoxu yerli sortlardır. Burada yayılmış 

və rayonlaşdırılmış baş soğan sortları,  əsasən Masallı, Kaba-Qusarçay (sinonimi 

Xaçmaz), Luqanski və Hövsan soğanlarıdır. 

Sarımsaq  (Allium sativum L.) quruluşuna görə soğandan fərqlənir. 

Sarımsağın başı mürəkkəb quruluşlu olub, bir neçə dişdən ibarətdir. Dişlərin sayı 

iri-xırdalığından asılıdır. Xırdalarda 3-5 ədəd, orta irilərdə 6-12 ədəd, irilərdə isə 

13-25 ədəd diş olur. Hər diş öz pərdəsində yerləşir. Hamısı isə birlikdə bir ümumi 

köynəyə bürünür. Bir başın çəkisinə görə xırda (20 qr-a qədər), orta iri (20-30 qr) 

və iri (30 qr-dan çox) olur. Forması darəvi, yastı-dairəvi, oval və s. olur. Dadına 

görə acı, yarımacı və zəif acı olur. 

Sarımsağın tərkibində 35-42% quru maddə, o cümlədən 6-7,9% zülali 

maddə, 0,5% reduksiyaedici şəkərlər, 20-27% polişəkərlər, 0,84-1,44% mineral 

maddə, 7-27 mq% C vitamini vardır. Sarımsaq polişəkərlərinin əsasını nişasta və 

qlükofruktozan təşkil edir. Külün tərkibində ən çox kalium vardır. 

V.D.Yeremenkonun məlumatına görə sarımsaqda 0,005-0,10% efir yağı 

vardır. Efir yağının  əsas tərkibini allin təşkil edir. Bu kükürd tərkibli amin 

turşusudur. S-allil, L-sisteinsulfoksid (CH

2

=CH-CH


2

-SO-CH


2

-CHNH


2

-COOH). 


Sarımsağı  əzdikdə allinaza fermentinin təsirindən həmin efir yağı 

parçalanaraq allisin, ammiak və piroüzüm turşusu verir. Allisin (CH

2

=CHCH


2

-SO-


S-CH

2

-CH-CH



2

) bakterisid xassəli olmaqla, sarımsağın  əsas iyini təşkil edir. 

Sarımsaqda olan efir yağının 60%-ni allisin təşkil edir. Sarımsaqda başqa kükürdlü 

birləşmələr də vardır. 

Allil-propildisulfid (CH

2

=CHCH



2

-

-



S-O-S-CH

2

-CH



2

-CH


3

) çox fitonsid 

xassəli maddədir. Sarımsağın efir yağı fitopatogen mikrobları (fitoftora) qarşı 

bakterisid təsir göstərir. 




 

 

56



Sarımsaq dişlərlə əkilib becərilir. O, toxum vermir. Əkilməsinə görə yaz və 

payız sarımsağı ayırd edilir. Payızda  əkilən sarımsaq mürəkkəb (çoxdişli) baş 

əmələ gətirir. Onun tərkibində olan quru maddə yazda əkilənə nisbətən çox,  dadlı 

və ətirli olmaqla həmçinin çox acı olur. Sarımsaq sortları 2 qrupa bölünür: 

1.

 

tezyetişən çəhrayı sarımsaq; 



2.

 

adi ağ sarımsaq.  



Sarımsaq sortlarına becərildiyi rayonların adı verilir. Mürəkkəbdişli 

Krasnodar, Soçi, Dunqan, Özbək, Ağ Ukrayna, Qribov-260, Çokpar,  Blaqovenski, 

Enliyarpaq-220, Vitebski, Odessa və s. 

Azərbaycanda becərilən sarımsaqlardan Masallı, Ağ  şuntuk və Enliyarpaq-

220 misal göstərilə bilər. 

Soğanın başqa növlərinə porey, batun, şnit və altay soğanı, göy soğan, 

çeremşa və s. aiddir. 

 

2.5. Göyərti tərəvəzləri 

 

Kahı (Lactuca Sativa L.) çoxillik bitkidir. 3 növü becərilir – yarpaq kahı, baş 

kahı  və romen kahı. Kahının tərkibində orta hesabla 1,5% zülali maddə, 1,7% 

şəkər, 0,5% sellüloza, 1,0% kül, 8-56 mq% C vitamini, 1-1,2 mq% karotin, fol 

turşusu, B

1

, B


2

, PP, E, K vitaminləri vardır. Kahıdakı zülali maddə müxtəlif amin 

turşuları ilə  zəngindir. Onun zərif yarpaqları istehlak edilir. Baş kahının geniş 

yayılmış sortlarından Sarıdaş kahı, May, 1 May, Berlin, Buzlu qaya və s. Romen 

kahı da baş əmələ gətirir. Ancan bu daha boş və uzunsov formada olur. 

Kahı sortlarından Ballon və Paris daha geniş yayılmışdır. Yarpaq kahının 

sortlarından Moskva parnik sortu göstərilə bilər. 

Vəzəri yaz kahısı adlanır. Azərbaycanda kahının Buzlu qaya sortu becərilir. 



Ispanaq (Spinacia oleraseae L.) birillik bitkidir. Yarpaqları tünd yaşıl olub, 

çox zərifdir. Vətəni Asiyadır. Ispanaq yarpaqlarında 9,3% su, 2,3% azotlu maddə

0,3% yağ, 2,8% azotsuz maddə, 1,0% sellüloza və 1,5% mineral maddə vardır. 



 

 

57



Təzə ispanaqda 3 mq% dəmir və 100 qr-da 0,009 mq arsen vardır. 

Ispanaqda 37 

mq% C, 3,7 mq% karotin, 0,08 mq% B

1

, 0,25 mq% B



2

, 0,72 mq% PP 

vitamini vardır. Ispanağın geniş yayılmış sortlarından Virofle, Ispolin, 

Rostov, Viktoriya, Hollandiya və s. göstərmək olar. Azərbaycanda isə 

Nəhəng sortu becərilir. 

Turşəng  (Rumex acetosa L.) yabanı halda bitən çoxillik bitkidir. 

Onun tərkibində çoxlu miqdarda dəmir, kalium və kalsium vardır. 70 

mq% C vitamini, 2,9 mq% karotin vardır. Tərkibində 2,6% azotlu 

maddə, 2,2% şəkər, 1,6% sellüloza və 0,6% turşu vardır. Turşunun 

əsasını turşəng turşusu təşkil edir. Turşəngdə turşəng turşusunun K duzu 

olur və orqanizmdə Ca duzuna çevrilir və mənimsənilir. Turşəngin geniş 

yayılmış sortlarından Altay, Belvil, Odessa, Maykop və Enliyarpaq 

göstərə bilərik. 



Cavan çuğundur yarpaqlarının tərkibində 95% su, 0,8% azotlu 

maddə, 0,1% yağ, 2,4% ekstraktlı maddə, 0,8% sellüloza və 0,9% 

mineral maddə vardır.  Əsasən 1-ci xörəklərin hazırlanmasında istifadə 

edilir.  

Yabanı  gicitkən  şi və borş bişirilməsində  işlədilir. Onun 

əhəmiyyəti orasındadır ki, yazbaşı ticarətdə başqa göyərti olmadıqda 

gicitkəni tədarük etmək olur. Gicitkənin tərkibində 4,7% azotlu maddə, 

3,5%  şəkər, 1,6% mineral maddə, 2 mq% karotin və 207 mq% C 

vitamini vardır. 

Ədviyyəli tərəvəzlərin tərkibində az da olsa efir yağı vardır. 



Şüyüdün (Anethum fraveolens L.) cavan yarpaqlarından 

kulinariyada istifadə olunur. Toxumlamış  şüyüdlərdən isə xiyarı 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə