Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə11/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   120

 

 

33



bərkliyini yoxlamaq üçün müxtəlif cihazlardan (OPT-10, PP9-500 və 

DT-500) istifadə olunur. 

Saxlanma, soyuducu vaqonlarda daşıma və emal zamanı istilik 

enerjisi sərfinin hesablanmasında meyvə-tərəvəzin istilik tutumu 

göstəricisi vacib şərtdir. Meyvə-tərəvəzin tərkibində olan maddələrdən 

ən böyük istilik tutumu olan sudur. Ona görə də meyvə-tərəvəzin istilik 

tutumu onların tərkibindəki suyun miqdarından bilavasitə asılıdır. 

Meyvə-tərəvəzlərin tərkibində 80-90% su olduğundan və 

tərkibindəki qidalı maddələr çox da yaxşı  mənimsənilmədiyindən 

(şəkərlər 89-90%, yağlar 86%, zülallar 60-70%) yüksək enerjivermə 

qabiliyyətinə malik deyildir. 100 qr kartof 277, kələm 71, alma 172, 

çuğundur 164 kCoul enerji verir. Qərzəkli meyvələrdə su az, yağ isə çox 

olduğundan onların ləpəsinin 100 qramı 1592-2220 kCoul enerji verir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

34




 

 

35



 

 

II FƏSIL. TƏZƏ TƏRƏVƏZLƏR 

 

Tərəvəzlər müxtəlif göstəricilərə görə  təsnif edilir. Əmtəəşünaslıqda 



tərəvəzlərin kompleks göstəricilərə görə təsnifatı belədir: 

1.

 



Vegetativ tərəvəzlər. Bu tərəvəzlərin yeyilən hissəsi bitkinin müxtəlif 

vegetativ orqanlarıdır, yəni kökü, zoğu, yarpağı və saplağıdır. 

2.

 

Generativ və ya meyvəli tərəvəzlər. Bunların meyvəsi və hamaşçiçəyi 



istehlak edilir. 

Vegetativ tərəvəzlər 7 yarımqrupa bölünür. 

1.

 



Köküyumrulara – kartof, bataq (şirin kartof) və topinambur (yerarmudu) 

aiddir. 


2.

 

Kökümeyvəlilərə – yerkökü, aşxana çuğunduru, ağ köklər - cəfəri, kərəviz, 



cırhavuc; turp, qırmızı turp, ağ turp, şalğam, qıtıqotu aiddir. 

3.

 



Kələm tərəvəzlərinə ağbaş kələm, qırmızıbaş kələm, savoy, Brüssel kələmi 

və gül kələm, həmçinin kolrabi (daş kələm) aiddir. 

4.

 

Soğan tərəvəzlərinə baş soğan, sarımsaq, göy soğan, kəvər, altay soğanı, 



çoxcərgəli soğan, pero, porey və batun soğanı aiddir. 

5.

 



Kahı-ispanaq tərəvəzlərinə kahı (yarpaq, romen, kök), vəzəri, ispanaq, 

turşəng, cavan çuğundur yarpaqları, gicitkən, əvəlik və s. aiddir. 

6.

 

Ədviyyəli göyərtilərə – şüyüd, nanə, reyhan, tərxun, keşniş, dağ keşnişi, 



yarpız, dağ nanəsi, cəfəri və kərəvizin yaşıl yarpaqları aiddir. 

7.

 



Desert tərəvəzlərə ravənd, qulançar  və ənginar aiddir. 

Meyvəli və ya generativ tərəvəzlər 3 yarımqrupa bölünür: 

1.

 



Bostan tərəvəzlərinə xiyar, qabaq, qovun, qarpız, qabaqcıq (göy qabaq) və 

patisson aiddir. 

2.

 

Tomat tərəvəzlərinə tomat (pomidor), badımcan və saplaqlı istiot (bibər) 



aiddir. 


 

 

36



3.

 

Paxlalı və dənli tərəvəzlərə tərəvəz noxudu, tərəvəz lobyası, paxla və sütül 



qarğıdalı aiddir. 

Tərəvəzin birillik, ikiillik və çoxillik qrupları olur. Birillik tərəvəzlərə bütün 

meyvəli tərəvəzlər, turp, şüyüd, ispanaq və kahı, ikiillik tərəvəzlərə  kələm, 

yerkökü, çuğundur, baş soğan, çoxillik tərəvəzlərə sarımsaq, qıtıqotu, ravənd, 

turşəng və topinambur aiddir. Ikiillik tərəvəzlər birinci ildə istehlak ediləsi məhsul, 

ikinci ildə isə toxum verirlər. 

Yetişmə dövrünə görə tərəvəzlər tezyetişən (faraş), ortayetişən və gecyetişən 

qruplara ayrılır. Botaniki nöqteyi-nəzərdən tərəvəzlər fəsilələrə, cinslərə və növlərə 

görə  təsnif edilir. Tərəvəzlər, həmçinin bostanlarda becərilən açıq sahə 

tərəvəzindən və ya da istixanalarda becərilən qapalı sahə tərəvəzindən ibarət olur. 

 

2.1. Köküyumrulu tərəvəzlər 

 

Kartof  (Solanum tuberosum) bitkisinin vətəni Cənubi Amerikadır. Lakin 

kartof,  əsasən  şimal yarımkürəsində yayılmışdır. Kartofun 90%-dən çoxu burada 

yetişdirilir. 

Kartof öz əhəmiyyətinə görə taxıldan sonra 2-ci yeri tutur. Kartofdan 100-

dən artıq müxtəlif xörək hazırlanır. Kartofun xalq təsərrüfatı əhəmiyyəti ondan bir 

çox məhsulların alınmasında xammal kimi istifadə olunmasıdır. Kartofdan nişasta, 

patka, spirt istehsalında istifadə edilir. Tərkibində 17,5% nişasta olan 1 ton 

kartofdan 170 kq quru nişasta və 112 litr spirt almaq mümkündür. Kartofun belə 

yüksək  əhəmiyyətə malik olmasını  nəzərə alaraq onun məhsuldarlığının 

artırılmasına və əkin sahəsinin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Kartofun 

becərilməsi  şəraiti və onun məhsuldarlığının artırılması sahəsində akad. 

T.D.Lısenko görkəmli rol oynamışdır. 

Azərbaycanda kartof, əsasən Gədəbəydə, Tovuzda, Ağstafada, Abşeronda və 

digər bölgələrdə becərilir. Respublikaya Irandan və Türkiyədən də kartof gətirilir. 



 

 

37



Kartof quruluşuna görə bu hissələrdən ibarətdir: 1. qabıq hissə – 30-40%; 2. 

kontial həlqə – 15-19%; 3. xarici özək – 32-42%; 4. daxili özək (ətli hissə) – 5-9%. 

Cavan kartof yumruları nazik epidermis təbəqəsi ilə örtülmüş olur. Sonra bu 

təbəqə qalınlaşır və periderma ilə əvəz olunur. Kartofun üzərində gözcüklərin çox 

olması onun çıxar hissəsini artırır. 

Kartofun kimyəvi tərkibi onun sortundan, yetişdirildiyi şəraitdən, yumruların 

yetişməsi dərəcəsindən, daşınma və saxlanılma  şərtlərindən asılıdır. Onun 

tərkibində orta hesabla 75% su, 18,2% nişasta, 1,5% şəkər, 2% zülali maddə 

vardır. 100 qr kartof 347 kCoul enerji verir, bu isə yerkökündən 2 dəfə, kələmdən 3 

dəfə, pomidordan 4 dəfə çox, 1-ci sort buğda unundan hazırlanmış çörəkdən isə 3 

dəfə azdır. 

Kartofun tərkibində olan şəkərin miqdarı 2,5%-dən artıq olduqda xoşa 

gəlməyən şirin tam verir. Tərkibindəki azotlu maddənin 60%-ni zülali azot (40%-i 

həll olandır), 30%-ni amin azotu, 10%-ni isə amid azotu təşkil edir. Kartof zülalları 

qlobulin zülalından ibarətdir. Az miqdarda isə albumin zülalı da vardır. 

Kartofda olan tuberin zülalı,  əsasən albumindən ibarətdir. Kartofda 

əvəzedilməz aminturşularından 86 mq% lizin, 81 mq% valin, 78 mq% leysin, 62 

mq% izoleysin, 51 mq% fenilalanin, 43 mq% treonin, 24 mq% metionin vardır. 

Ümumiyyətlə, kartof zülalında 20-dən çox aminturşu tapılmışdır. Qış  fəslində 

orqanizmin C vitamininə olan tələbatı, əsasən kartofda olan C vitamininin hesabına 

ödənilir. C vitamininin miqdarı payızda 20-25 mq%, qışda 8-10 mq% və yazbaşı 5-

6 mq% olur. C vitaminindən başqa kartofun tərkibində pantoten turşusu, biotin 

(vitamin H), B

1

, B



2

, B


6

, PP, E, K vitaminləri və karotinin izi vardır. C vitamini bəzi 

hallarda 40 mq%-ə çatır. Kartofda 0,12 mq% B

1

, 0,05 mq% B



2

, 0,90 mq% PP 

vitamini vardır. 

Bəzən kartof acı dadır. Bu isə onun tərkibində solanin və çakonin (2-10 

mq%) qlükozidlərinin olması ilə əlaqədardır. 

Kartofda 1,0% sellüloza, 0,1-0,28% üzvi turşu, 1%-ə qədər mineral maddə, 

0,1%-ə qədər yağ və 0,04% fosfatidlər vardır. 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə