95
mq/100 q; yarpaqlarda – orta hesabla 114 mq təşkil edir. Saxlan-
ma xüsusiyyəti yaxşı olduğundan tərkibində vitaminlərin miqdarı
çox
olmasa belə, baş soğan ilboyu vitamin mənbəyi hesab oluna
bilər.
Baş soğanda 86,0% su, 1,4 – zülallar olur. Məhsulun 100 qra-
mında aminturşular belə olur (mq/100 q):
əvəzolunmayan amin-
turşular – 286, o cümlədən valin – 25, izoleysin – 40, leysin – 50,
lizin – 60, metionin – 10, treonin – 40, triptofan – 20, fenilalanin –
41; əvəz olunan aminturşular – 663, o cümlədən alanin – 58, argi-
nin – 160, asparagin turşusu – 70, histidin – 14, qlisin – 41, qluta-
min turşusu – 220, prolin – 30, serin – 27, tirozin – 30, sistin – 13;
aminturşuların ümumi miqdarı – 949.
Baş soğanın 100 qramında karbohidratlar və üzvi turşuların
miqdarı belə olur (q/100q); monoşəkərlər – qlükoza – 1,3, frukto-
za – 1,2; disaxaridlər (saxaroza) – 6,5; polişəkərlər – hemisellülo-
za – 0,2, sellüloza – 0,7, nişasta – 0,1, pektin – 0,4; üzvi turşular –
şərab – yox, limon – 0,01, kəhraba – 0,01, alma – 0,20.
Baş soğanın enerji dəyəri 43 kkal/100 q, göy soğan – 22, sa-
rımsaq – 106 kkal/100 q-dır.
Baş soğanın təsərrüfat - botaniki sortlarının eyniləşdirilməsi
aşağıdakı əlamətlərlə müəyyən olunur: soğanağın kütlə və forma-
sı,
sulu və quru ləçəklərin rəngi, soğanağın sıxlığı, dadın acılığı,
yetişmə və saxlanma müddəti.
Soğanaqlar kütləsinə görə xırda – 50 q-a qədər, orta – 60-120
q, iri – 120 q-dan çox; ləçəklərin rənginə görə - ağ, sarı, sarı-qəh-
vəyi, qırmızı-bənövşəyi.
Dad xüsusiyyətinə görə baş soğanın bütün sortları acı, yarımacı
və şirin olmaqla qruplaşdırılır.
Yetişmə müddətinə görə baş soğan tez yetişən (vegetasiya
müddəti 80 günə qədər), orta müddətə yetişən (80-100 gün), orta
gec (100-120 gün) və gec yetişən (120 gündən çox) olur.
Qala bitmək xüsusiyyətinə görə əla – 7-8 ay saxlanan, yaxşı –
5-6 ay və kafi – 3-4 ay saxlanan olmaqla fərqləndirilir.
Diametri 3 (oval formalar üçün) və 4 sm-dən (qalın formalar