Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə12/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   8   9   10   11   12   13   14   15   ...   36

Ömürdən düşən yarpaqlar 
 
75
 
ÖMÜRDƏN 
DÜŞƏN YARPAQLAR 
  
 
 
 
 
              


Məhəmməd Bəylər Aranlı  
 
76
 
GECƏ KEÇİB 
 
Fikirlər içində itib-batmışam, 
Günəş batıb, külək döyür qapımı. 
Zülməti ulduza-aya qatmışam, 
Gecələr özümdən uzaqlaşıram, 
Sənə həsr etdiyim şeiri yazıram. 
 
Fikirlər qısılır çəmənə, çənə, 
Gözləmir ta qədim adət-ənənə. 
Dünyadan istədin könlüm nədir, nə? 
Gecələr özümdən uzaqlaşıram, 
Sənə həsr etdiyim şeiri yazıram. 
 
Fələk yıxdı, gülzarımdan gen düşdüm, 
Yolu azdım, yoxuşlarda üşüdüm. 
Alovlarda gah qaynadım, gah bişdim, 
Gecələr özümdən uzaqlaşıram, 
Sənə həsr etdiyim şeiri yazıram. 
 
Qoymayır dincələm, arzu, murad-kam
Ağrını, acını bilməz nadan, xam. 
Pərvanə eşqinə möhtac yanan şam, 
Gecələr özümdən uzaqlaşıram, 
Sənə həsr etdiyim şeiri yazıram. 
 
Qəlbim başı qəm möhnətdi yaralı, 
Ümid yerim gümanımdan aralı. 
Səbrim yoxdu, həyat ağlı-qaralı, 
Gecələr özümdən uzaqlaşıram, 
Sənə həsr etdiyim şeiri yazıram. 


Ömürdən düşən yarpaqlar 
 
77
 
Bəylər oyan, gün-günorta  vaxt keçib, 
Bu taleyi kim bəyənib, kim seçib? 
Məhəbbətin badəsini kim içib, 
Gecələr özümdən uzaqlaşıram, 
Sənə həsr etdiyim şeiri yazıram. 
 
 
                    
 
 
 
 
 
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
78
 
XAL DÜŞDÜ 
          
Təqaüd yaşına çatan səhərim
Torpağa tökülən barım-bəhərim. 
Qüruba boylanan qəmər kəhərim, 
Zaman atlı olub, ömür yəhərim. 
 
Küləklər qovlayan qızılı yarpaq, 
Ötən gəncliyimdən gətirir soraq. 
Ruhumu  səsləyir yer, ana torpaq, 
Hələ sevməliyəm, ürəyim qıvraq. 
 
Çəkmə söz karvanın, o bir bulaqdı, 
Keçən günlərimiz daha uzaqdı. 
İncitmə qəlbimi ürək yazıqdı, 
Məhəbbətsiz ömür qardı-sazaqdı. 
 
Qalıbdı bu Bəylər qəm arasında, 
Axır dayanmadan qan yarasında. 
Arayır, çırpınır yar çarasında, 
Olsa da dünyanın lap harasında. 
 
          
 


Ömürdən düşən yarpaqlar 
 
79
 
İZTİRAB 
 
Fələk yıxdı, əcəl aldı üstümü,  
Zaman ötdü başım üstdən,yanımdan. 
Yazı yazan başlayıbdı yazmağa, 
Ad sanıma, quru şöhrət,quru şan. 
 
Ulduzludu açıq səma, göy üzü, 
Kəsir tökür haram haqqı, pis düzü. 
Süfrədəki ta çörəyin yox duzu, 
Korlanıbdı qan yaddaşı, axan qan. 
 
Min sifətə düşüb dövran, düşüb vaxt, 
Pərdələr arxasında yazılır akt. 
İş başında dirsəklənib  dincəl,yat, 
 Hər gözələ, hər göyçəyə vermə can. 
 
Çəksə bizi qucağına torpaq, yer, 
Bu gərdişə minnətdar ol, cavab ver. 
Hər oğuldan çıxmaz igid, ərən, ər, 
Al günəşdən qüdrət alıb, şəfəq,  dan. 
 
Çarmıxa çəkilib, əqidəm. gücüm, 
Qısılıb içimə ağılım, huşum. 
Sinəmin üstünü eləmişəm şum, 
Açmayır könlümü nə zaman, nə an. 
 
Yoxdur axirətdən dünyaya dönən, 
Cənnət cəhənnəmdə alışan, sönən. 
Bəylər, cocuqları başa sal, denən, 
Borcludur qanmaza, hər duyan,qanan! 


Məhəmməd Bəylər Aranlı  
 
80
 
ÜRƏYİM 
 
Ağrılı-acılı ürəyim mənim, 
Qeyrətim,namusum, köməyim mənim. 
Şəkərim, nabatım, çörəyim mənim, 
Dönüb dəryalara gözümün yaşı,  
Göynəyir qardasız qəlbimin başı! 
 
Könlüm çilik-çilik, sınıq-sınıqdı, 
Əbası paltarı  cırıq-cırıqdı. 
Yarası düyünü sarıq-sarıqdı, 
Duymaz bu ağrını hər nadan, naşı, 
Göynəyir qardasız qəlbimin başı! 
 
Məhəbbət bəslədim yara-yoldaşa, 
El oğlu, el qızı, yurda-yurddaşa. 
Çox mətləblər kökləmişəm yaddaşa
Alovlar yandırdı gözümdə yaşı, 
Göynəyir qardasız qəlbimin başı! 
 
Sevgim sevincimdən bəhrə, güc aldı, 
Çəmənlər saraldı, çiçəklər soldu. 
Saç-saqqal ağardı, dedilər çaldı, 
İtibdi qiymətli üzüyün qaşı, 
Göynəyir qardasız qəlbimin başı! 
 
Ayın öz şöhrəti, ad-sanı vardır, 
Həmdəmim üfüqlər, ulduzdur, dandır. 
Zirək ol, ya çıraq, ya şamı yandır, 
Uyuma, qalx oyat fikri, yaddaşı, 
Göynəyir qardasız qəlbimin başı! 


Ömürdən düşən yarpaqlar 
 
81
 
Ömür qalaq-qalaq, bir dastan,kitab, 
Taleyin yar ola,düşə ulduz-ay. 
Ürək bu dərdlərə gərək verə tab
Yaxşı əməlləri yığ, topla, say-say, 
Tapmaq çox çətindir könül sirdaşı, 
Göynəyir qardasız qəlbimin başı! 
 
İtirdim iki Xan, bir çiçək adlı, 
Üç qardaş doğulmuş, arxam, dayağım. 
İtirdim gəzdiyim, sevdiyim bağı, 
Daha yer tutmayır, getmir ayağım. 
Olmazdı dumansız Şirvanın başı,  
Göynəyir qardasız qəlbimin başı! 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
82
 
QOCALANDA 
        
Açma əllərini yalvarma haqqa, 
Olmaz gözlərində, yaş qocalanda. 
Qədəmin əyilib, diz bükülndə, 
Ağarar, qaralmaz qaş qocalanda. 
 
Tapmazsan özünə bir həmsöhbət, 
Ürəkdə ülviyyət, qəlbdə məhəbbət. 
Olarsan sökülmüş bir quru səbət
Oxunar üzündə, yaş qocalanda. 
 
Alqışın, duan var, ömrün içində, 
Heç nəyin gücü yox, ağıl gücündə. 
Qalmaz nə eləsən, boyun-biçimdə, 
Nala,mıxa dəyər, baş qocalanda. 
 
Azalar işığı,gözlərin nuru, 
Ayırmaz xəlbirlə atılan toru. 
Çatlasan, partlasan, fələyin  goru
Atır qənşərinə daş qocalanda. 
 
Aqilə hörmət var, aqilə  izzət, 
Ən gözəl meyardır, soy-kök, nəsil-zat. 
Gənc yaşında çəmənlərdə minər at, 
Gözlərin  görünər çaş qocalanda. 
 
Bəylərəm, möhtəşəm söz qalam abad, 
İşlərim gah əyri, gah da ki, avand. 
Düzünə olaydı, içilən hər and, 
Nə olar, olmasın, qəm qocalanda. 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə