Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə20/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   16   17   18   19   20   21   22   23   ...   36

Ömürdən düşən yarpaqlar 
 
129
 
NAXÇIVAN 
   
Ağrıdağla  yaşıddır, 
Ulu torpaq Naxçıvan. 
Üzüyümün qaşıdır, 
Ulu torpaq Naxçıvan. 
 
Burdan qalxıb ilk uçaq, 
Əshabi-Kəhf pir, ocaq. 
Şöhrətə bax, şana bax, 
Ulu torpaq Naxçıvan. 
 
Ulu öndər oğullu, 
Günü ayı, uğurlu, 
Hüseyin Cavid ruhlu, 
Ulu torpaq Naxçıvan. 
 
İntizarda Qarabağ, 
Oğlu, qızı üzüağ. 
Şimşək olub gurla, çax, 
Ulu torpaq Naxçıvan. 
 
Maxta, Qıvraq, Bata-Bat
Övladların minib at. 
Ucal, yüksəl, ərşə çat, 
Ulu torpaq Naxçıvan. 
 
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
130
 
Təbriz, İzmir qardaşın, 
Uzaq Altay sirdaşın, 
Kərkük, Mosul yurddaşın, 
Ulu torpaq Naxçıvan. 
 
 
 
 
 
 
 
 
 
 
 
        


Ömürdən düşən yarpaqlar 
 
131
 
İNCİMƏ MƏNDƏN 
 
Geriyə  qayıdan, dönən deyiləm, 
Alışıb yanıram, sönən deyiləm. 
Zirvədən ətəyə enən deyiləm, 
Küsmüşəm, sən Allah incimə məndən
Gəzib gülüstanı, dolannam gendən. 
 
Taqətim qalmayıb, bədəndə, canda, 
Yaxamdan yapışıb, qəm də, hicran da. 
Bir yalqız qalmışam, sanki, cahanda, 
Küsmüşəm, sən Allah incimə məndən, 
Gəzib gülüstanı, dolannam gendən. 
 
Bəylər eşitsəm şirin, xoş səda, 
Dərhal təzələnir könlümdə sevda. 
Hərdən yaxındayam, hərdən uzaqda, 
Küsmüşəm, sən Allah incimə məndən, 
Gəzib gülüstanı, dolannam gendən. 
   
           
 
 
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
132
 
SÜKUT 
 
Dönüb bir saata, dəqiqəm, anım, 
Alıb dörd yanımı büsbütün sükut. 
Çəmənlərin ətri hopub canımda, 
Təbiət həvəsi vardı qanımda. 
 
Həsrətin gətirdi saçıma dəni, 
İndi də  alovum qorxudur səni. 
Çoxda ki, arzular daha xəyalım, 
Sən idin dövlətim, canım, cəlalım. 
 
Aşiqəm,   tək sənə eylədim nəzər, 
Sənin üçün çalışaram xoş güzar. 
Axır sözüm sənə deyim, müxtəsər, 
Qamətli pərisən, şuxsan sərasər. 
 
Eşq bağımda saralıbdı yarpaqlar, 
Yaz günündə yağıb dolu, düşüb qar. 
Qovuşsaq çıxmaram yar otağından, 
Bülbüləm uçmuram gül budağından. 
 
Məhəmmədəm, dünya boyda qəlbim var
Bunu bilir incə, kövrək, gözəl yar. 
Bilirsən ki, sənsiz dərdə yox çara, 
Tanrını çağırıb yalvarram yara. 
 
 
    


Ömürdən düşən yarpaqlar 
 
133
 
ÖMÜR 
 
Fikrim ulduzlara dirənib yenə, 
Ağlayır özünü, ağlayır məni. 
Ürəksə, çəkilib qaranlıq tinə, 
Seyr edir ömürdən gəlib keçəni. 
 
İşıqlı arzular ömür yoldaşım, 
Özün də, seyr elə keçdiyin yolu. 
Yersiz    fikirlərlə yüklənib başım, 
Ayırmaq çətindir ağacdan, kolu. 
 
Dayanıb könlümlə ömrüm üzbəüz
Əl verib, əl almır fikir karvanı. 
Dəyişir yerini gecəylə gündüz, 
Qarışıq bilirəm günü, dövranı. 
 
Ömür, gərəkli ol, gərəksiz olma, 
Gərəksiz oldunsa, olmasan yaxşı. 
Ümidim, inamım, asiman səma, 
Yayda yağdıraram göydən yağışı. 
 
Arxalarda yatıb, qalma, ay ömrüm
İrəli addımla daim zirək ol. 
Payızı bahar et, qışı yay ömrüm, 
Millətimçün,qardaşımçun  gərək ol! 
 
 
                   


Məhəmməd Bəylər Aranlı  
 
134
 
DEYƏSƏN 
 
Çıxdı səyahətə xəyalım yenə, 
Əl çatmaz, ün yetməz zirvəyə qalxdım. 
Dağı silkələdi sualım yenə, 
Sel kimi kükrəyib, şimşək tək çaxdım. 
 
Qorxunu içimdən inamla qovdum, 
Ürəkdə artsada atəşim, odum. 
Görüb riyakarı az qala dondum
Gün çıxdı, elə bil əriyib axdım. 
 
Hökmünə bələdik, saatın, anın, 
Məlum sakiniyik məchul zamanın, 
Rəngi dəyişib ki, sökülən danın, 
Deyəsən oyandı, taleyim, bəxtim. 
 
Hissin qırovuyuq, nəfsə qurbanıq, 
Dodaqlar qapanıb, susuz yalmanıq. 
Sıldırım qayalı dağa dırmanıb, 
Həyatın qəribə oyununa baxdım. 
 
 
 
 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
135
 
GƏNCLİK 
       
Bağımda, bağçamda açan güllərim, 
Novrağlı, büsatlı ötən günlərim. 
Get-gedə ağaran qara tellərim, 
Çox qısa olurmuş, sən demə gənclik. 
 
Kütəlib yaddaşım, ay gözəl pəri, 
Yoxdur ta halımdan əsla, xəbərim. 
Qırışlar üzümün bəzəyi-zəri, 
Çox qısa olurmuş, sən demə gənclik. 
 
Eniş-yoxuşludur, ömür yolları, 
Olubdu ömrümün çətin halları. 
Cavabsız qoymadım çox sualları, 
Çox qısa olurmuş, sən demə gənclik. 
 
Ağrını qocalıq yazdı alnıma, 
Çoxdan turş ayranı qatıb balıma. 
Dövran daş-kəsək də, düzüb yoluma, 
Çox qısa olurmuş, sən demə gənclik. 
 
Üzü qürubayam, günəş, əlvida, 
Misramın sonunda üç nöqtə, nida... 
Aranlı yorulub, qalıb  piyada, 
Çox qısa olurmuş, sən demə gənclik. 
 
                  
                    


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə