Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə23/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

Məhəmməd Bəylər Aranlı  
 
150
 
Boğazlar deyingən, hulqumlar yırtıq, 
Süfrəyə qoyulur dünənki artıq. 
Qohumluq yaşamır qırx ildən artıq, 
Dünya üzün qara, yoxdu bir çara. 
 
Bəyləri izləyir əzab-iztirab, 
Günləri pəjmürdə, əhvalı tab-tab. 
Düşüb sinəsinə, qovla çapa-çap, 
Dünya üzün qara, yoxdu bir çara. 
 
 
 
            
 
 
 
 
 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
151
 
YOX OLDU 
 
İş başında yıxılanda, çaşanda, 
Bürokrata eynək taxıb baxanda. 
Sel-sulara qərq olanda, axanda, 
“Dost”dediyim “dostlar” gördüm, yox oldu. 
 
Borc sələmə boğazacan batanda, 
Haldan düşüb, ev-eşiyi satanda. 
Ac qarına üzü qoylu yatanda, 
“Dost”dediyim “dostlar” gördüm, yox oldu. 
 
Zəmanədən giley-güzar edəndə, 
Qan çıxmayan üzü dartıb didəndə. 
Bağ-bağatda kol-kos artıb bitəndə, 
“Dost”dediyim “dostlar” gördüm, yox oldu. 
 
Şair özü, elə ozan-dərvişdi, 
Adam var ki, şər-şəbədə vərdişdi. 
Tülkü, çaqqal, qafiyəsin dəyişdi, 
“Dost”dediyim “dostlar” gördüm, yox oldu. 
 
Bəylər məğrur, Bəylər yorğun, qəlbi dinc, 
Hey axtardı dincəlməkçün xəlvət künc. 
Bu “sürünün” çoxu quduz, çoxu ac, 
“Dost”dediyim “dostlar” gördüm, yox oldu. 
 
 
      


Məhəmməd Bəylər Aranlı  
 
152
 
NƏ DEYİM 
 
Nadan-naşı hey axtardı qısa yol, 
Ağlı alan vərdişlərdən uzaq ol. 
Duz-çörəyi unudanlar boldan bol, 
Dünya, sənin əməlinə nə deyim? 
 
Sərv boyunla mazaqlaşdıq, dost olduq, 
Gözəllikdən yaraqlandıq, məst olduq. 
Riyakarın sözlərinə süst olduq, 
Dünya, sənin əməlinə nə deyim? 
 
Şirin sözə uyan, oda qaçan çox
 Mədəsindən aş keçməmiş acan çox. 
Sərhədləri tanımadan aşan çox, 
Dünya, sənin əməlinə nə deyim? 
 
Aranlını danışdırdı haqsızlıq, 
İnsan oğlu insanlara paxıllıq. 
Mərdlik qanımdadı, kamanım, neyim, 
Dünya, sənin əməlinə nə deyim? 
 
 
 
                        
 
                         


Ömürdən düşən yarpaqlar 
 
153
 
ÇƏTİN 
 
Minnət var, daş-qaşdan, qızıldan baha, 
Söykən yaradana, söykən Allaha. 
Yalvarma, kimsəyə heç kəsə daha
Yaşamaq qan-xata, yaşatmaq çətin! 
 
Bir yetim yolçuyam, yollar sıldırım, 
Getdiyim yollarda çaxıb ildırım. 
Təngiyib nəfəsim, yarılıb bağrım, 
Yaşamaq qan-xata, yaşatmaq çətin! 
 
Həyat təzadlarla doludur, dolu, 
Batırıb çəhlimi gur yağış, dolu. 
Şimşək at oynadır, tapmıram yolu, 
Yaşamaq qan-xata, yaşatmaq çətin! 
 
Xeyir qaçaq düşüb, şər yallı gedir, 
İztirab qəlbləri dağıdır, didir. 
Çıxıbdı aradan qohumluq, xətir, 
Yaşamaq qan-xata, yaşatmaq çətin! 
 
Bəylər, söz bazarı artıq bağlanıb, 
Müdriklər tutulub, ustad saxlanıb. 
Gördüyün ümmanlar dərya çalxanıb, 
Yaşamaq qan-xata, yaşatmaq çətin! 
 
 
                  


Məhəmməd Bəylər Aranlı  
 
154
 
MİNACAT 
         
Şeytan iblis, şeytan mələk donunda, 
İstədiyi xəta bəladı, şərdir. 
Dondan-dona girib, çıxmaq canında, 
Verdiyi insanlara dərdi-sərdir. 
 
Ulu Tanrı, yeri-göyü yaratdın, 
Görk elədin yolladın insanlara. 
Ömür verib, onlara sonra aldın, 
Nur payladın ulduzlu camallara. 
 
Bu yaradan haqqın çiynimizdədir, 
Haqq görən gözümüzü alma, əldən. 
Məhəbbəti nur bilək içimizdə, 
Salma yaxşı ürəkləri kökündən. 
 
Ey yaradan, bizlərə kömək elə, 
Haqqa gedən  doğru yolda bəndənə. 
İçimizdə güc-qüdrət dönsün selə, 
Müdrik insanlar çatsınlar əhdinə. 
 
Zamanla nizamladın yaranışı, 
Adı sənə bağlıdı kainatın. 
Ürəklərdə minbir adın yanaşı, 
Quran-Kitab, bəşər üçün sovqatın. 
 
Hər surənin şöhrəti gəlməz saya, 
Var savabı, doğar kəramətindən. 
Siratdan, o körpüdən  hamı keçməz, 
Keçmək üçün yapış haqq ətəyindən. 


Ömürdən düşən yarpaqlar 
 
155
 
Ulu Tanrı, rəhm elə öz bəndənə, 
Ucalığla, qadir Adil varlığla. 
Qulun olaq, gələk çıxaq Kəbənə, 
Qoru təkliyinlə, haqqı-sayınla! 
  
              
 
 
 
 
 
 
 
 
 
 
 
                 


Məhəmməd Bəylər Aranlı  
 
156
  
DÜNYA 
 
Allahın lütfüylə  doğulan dünya
Qəm-kədər içində boğulan dünya. 
Zəifə qurd kimi soxulan dünya, 
Axıdıb sel kimi insan  qanını, 
Bəzən dərdə salıb, üzüb  canını. 
 
Saf-çürük eləyib, yaşayan dünya, 
Odu çiyinində daşıyan dünya. 
Abırı, isməti qaşıyan dünya, 
Atmısan insanı möhnətə-qəmə, 
Bəzən gülünc etdin bütün aləmə. 
 
Yastığa baş qoyub yatmayan dünya, 
Kiməsə çürük qoz satmayan dünya. 
Kiminsə əlindən tutmayan dünya, 
Saymirsan padşahı, sultanı, xanı, 
Çox vaxt axıdırsan sən, nahaq qanı. 
 
Yaşanan ömürün loğmanı dünya, 
Yaxşının yamanın şahmarı dünya. 
Gözəllər evinin bağbanı dünya, 
Zalımlıqda xəbərin yox özündən, 
Əyri demə, doğru sözə düzündən. 
 
Quzeyi həmişə yol çəkən dünya
Miskini dişini qıcayan dünya. 
Yıxılandan üzün çevirən dünya, 
Bəzən güldürəndi, bəzən ağladan. 
 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə