Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə19/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   15   16   17   18   19   20   21   22   ...   36

Məhəmməd Bəylər Aranlı  
 
122
 
İLHAM PƏRİSİ 
 
Ruhuma can verdin, gözəl qız mənim, 
Vəsf edib,bax, nə qəşəng təbiət səni. 
Dolannam düzləri, dolannam çölü, 
Qəlbimi üşüdər saçının dəni, 
Qoyma saralmağa gülü-gülşəni. 
 
Yığıb topladığın bu dövlət, para, 
Yaman ucuzlaşıb, gəlməyir kara. 
Tələsib gedirsən, de görüm hara, 
Ay ilham pərisi, ay zalım qızı, 
Ömrümün, günümün, payızı, yazı. 
 
Səni doğan ana, kaş doğmayaydı, 
Eşqin  Araz kimi kaş axmayaydı. 
Şimşəklər oynayıb, od çaxmayaydı, 
Büdrəyib, yıxılıb, sonra, qalxmışam, 
Enişdə-yoxuşda, tənha qalmışam. 
 
Düşmüşəm arxanca istəməsəmdə, 
Yox demə, dərmanım, səndədir, səndə. 
Çevrilib baxarsan səni ötəndə, 
Köçürəm baxışın canıma-qana, 
Ölmərəm, dönərəm Ülkərə, dana. 
 
    
    


Ömürdən düşən yarpaqlar 
 
123
 
ƏL ELƏYƏNDƏ 
 
Ürəyi yandıran bir odam, səsəm, 
İstədim üstündən meh olub əsəm. 
Uzun ayrılığın qənşərin kəsəm, 
Duram qulluğunda  əl  eləyəndə. 
 
Fitnə-fəsadlıdı bu həyat yaman, 
Pis sözdən, bəd gözdən, ay Allah aman. 
Üz-üzə dayanıb ömürlə zaman, 
Duram qulluğunda əl eləyəndə. 
 
Ey insan balası,  ey adam qızı, 
Yerli-yerindəcə etsənə nazı. 
Cənnətin özüdür Muğanın yazı, 
Duram qulluğunda əl eləyəndə. 
 
Binəva fağıram, eşqin yolunda, 
Sevməyə haqqı var, qara qulun da. 
Bir güləm bitmişəm sağda-solunda
Duram qulluğunda əl eləyəndə. 
 
Düşmüşəm arxana addımbaaddım, 
İzin ver, telinin ətrini dadım. 
Getdiyin cığırda yer salım, yatım, 
Duram qulluğunda əl eləyəndə. 
 
Aranlıyam, yandım, bişdim odunda, 
Yaddaşı var, kolun-kosun, çulunda. 
Ev tikmişəm uçurduğun yurdunda, 
Duram qulluğunda əl eləyəndə. 


Məhəmməd Bəylər Aranlı  
 
124
 
A   NAZLI  GÖYÇƏK 
 
Çəhlimdə, cığırda bitən ay çiçək, 
Gəlsənə, bu yerdən harasa köçək? 
İncənin incəsi a nazlı göyçək, 
Vücudun şeytandır, yoxsa mələkdir? 
Aşiqi yaşadan arzu diləkdir. 
 
Görünmə məzəsiz, dayanma nazsız. 
Olmasın  ömrümüz baharsız, yazsız. 
Göllər şorlaşıbdı, qalıbdı qazsız, 
Səninlə çəmənlər gülə bürünür, 
Odlu baxışında ovsun görünür. 
 
Bənövşə, yasəmən  güllərin şahı, 
Lalənin bağrında ayrılıq ahı. 
Qəm-möhnət yaradıb Şur, Çaharğahı, 
Bəylərin dərdini dildə söz deyər, 
Qəlbim alışanda baxış, göz deyər. 
 
 
 
               


Ömürdən düşən yarpaqlar 
 
125
 
ÜRƏYİM 
 
Dolan buludların dumanın, çənin, 
Yağan yağışıyam, ələnən şehi. 
Bu tala, gülüstan, gözəllik mənim, 
Darayır saçımı xəzrinin mehi. 
 
Ağrılı acılı olan a qəlbim, 
Qatlaş ağrılara, dərdə tab gətir. 
Elədə heç böyük olmayıb qəmim, 
Sevgini, fərəhi qazan, tap gətir. 
 
Sığmayır cahana istəyim, arzum, 
Vaxtından çox qabaq, qocalıb qanım. 
Halal zəhmətimdir,   bərəkət ruzim, 
Eşqimə zinətdir bu sevən canım. 
 
 
 
                   
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
126
 
VARLIĞIM 
 
Varlığım zülmətlə döyüşdə, cəngdə, 
Görürəm hər yanı qapqara rəngdə. 
Dözməz bu zillətə div də, pələng də, 
Gülüm bəxtiyar ol, harayla məni, 
Ataq qəlbimizdən o işgəncəni. 
 
Varlığım insana gərəkliyimdir, 
Nurlu əməllərə cəhdim, səyimdir. 
Zil üstə köklənmiş bir sarı simdir, 
Bağlamaz qapını gülər üzlərə, 
Yaxşı adamlara, qənirsizlərə. 
 
Bəylərəm, zəhmətdi ömrüm, kimliyim, 
Asılıb çiynimdən ağır mənliyim. 
İdrak şərəfimdir, bu saf mənliyim
Mənim məhəbbətim, əqidəm sağ ol, 
Çıxsın aydınlığa gərək cığır, yol! 
 
 
 
 
 
 
 
 
    


Ömürdən düşən yarpaqlar 
 
127
 
QALMADI 
  
Alışıb odlanır dünya, dörd yanın, 
Dərdi öz içində ölür insanın. 
Qapısı açıqdır sərin, hədyanın, 
Taleyə güvənən xoşbəxt olmadı, 
Gələnlər düz getdi, kimsə qalmadı. 
 
İnanma bütlərə, inanma daşa, 
Dönmüşəm qanadı qırılmış quşa. 
Yoxdur etibarım rütbəyə yaşa, 
Biri salam verdi, biri almadı, 
Gələnlər düz getdi, kimsə qalmadı. 
 
Heç kim  bu dünyada əbədi qalmaz, 
Davalı cahanda səadət olmaz. 
Ümid bəsləməklə möhnət azalmaz, 
Səbir kasamız da daha dolmadı, 
Gələnlər düz getdi, kimsə qalmadı. 
 
Allahla danışar hərdən Məhəmməd, 
Köksündə nə qədər xoş arzu, niyyət. 
Qazancı, qisməti, əzab-əziyyət, 
Çox erkən qocalıb, yüzə dolmadı, 
Gələnlər düz getdi, kimsə qalmadı. 
 
Əydi belimizi qəm yükü,  fikir, 
Xəyal Aranlını göylərə çəkir. 
Bədbinin gözünə qaranlıq çökür, 
Qırılıb inamın dolu qanadı, 
Gələnlər düz getdi, kimsə qalmadı. 


Məhəmməd Bəylər Aranlı  
 
128
 
BU SƏSDƏN OLMAZ 
 
Sanardım ürəyim döyünməz bir də, 
Mat qaldım bu səsə, bu əhli-dərdə. 
Aləm var,bu həzin zəngulələrdə
Ayaq saxla, qardaş, bu səsdən olmaz! 
 
İlahi töhfədir ondakı həvəs, 
Vətənlə bağlıdır aldığım həvəs. 
Şəninə gül-çiçək bağlaram dəst-dəst, 
Kim belə gülşənə meylini salmaz? 
 
Səsinlə oyatdın yatan aşiqi, 
Həsrət dəryasında batan aşiqi. 
Dərdləri get-gedə atan aşiqi, 
Kövrəltdin, bir daha bu kökdə qalmaz. 
 
“Şirvan" şikəstəsi, ”Zabul" segahı, 
Təşnə ürəklərin naləsi,ahı. 
Əzəmətli “Şuru”, gah da ”Segahı”, 
Bülbül oxumasa, səhər açılmaz! 
 
Səsinə səs verir möhtəşəm qaya, 
Gözəllik naz edir, ulduza-aya. 
Avazın oxşayır çeşməyə, çaya, 
İstedad çiçəyi heç vədə solmaz. 
 
 
 
        
                 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə