Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə18/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   14   15   16   17   18   19   20   21   ...   36

Məhəmməd Bəylər Aranlı  
 
116
 
MƏMMƏD İMAN 
Soy-kökünə, özünə böyük hörmətim olan 
Azərbaycan ziyalısı, sədaqətli ürək sahibi  
həkim-farmasevt dostum Məmməd Ağaşoğlu İmanova. 
 
Toy büsatda Aranlıdan söz açdım, 
Göylə Yerin təzadından danışdım. 
Gözəlliyə məftun oldun, alışdın, 
Söz dəryası, Məmməd İman, gözəl dost. 
 
Təzadlıdı bu təbiət əzəldən, 
Dünya alır intiqamı gözəldən. 
Məzən düşməz nə ağızdan, nə dildən, 
Söz dəryası, Məmməd İman, gözəl dost. 
 
Yazılıbdı taleh-naxış min cürə, 
Dünya ulu, dünya böyük bir kürə. 
Bənzəyirsən Alazana, həm Kürə, 
Söz dəryası, Məmməd İman, gözəl dost. 
 
Xislətindən əskilmədi şirinlik, 
Payın-parçan, idrak-ziya zənginlik. 
Dörd bir yanın alov, ocaq, sərinlik, 
Söz dəryası, Məmməd İman, gözəl dost. 
 
Yüz baharı saymalısan, birbəbir, 
Ağ rəngi heç götürərmi ləkə-kir? 
Zehin dolu, sinən açıq, sinən sirr
Söz dəryası  Məmməd İman, gözəl dost. 
                                   
18 mart, 2011-ci il. 


Ömürdən düşən yarpaqlar 
 
117
   
SÜRAYYƏ 
 
Ailəmin dostu, sənətinin, peşəsinin vurğunu, 
Sürayyə Cəbi qızına 
 
Taleyi uğurlu, taleyi nurlu, 
Qəlbinin sarayı, möhtəşəm-gurlu. 
Sevgisi tükənməz, sinəsi qorlu, 
Sürayyə müəllim! 
 
Dərya təlatümü yatar  gözündə, 
Ədəbi-ərkanı, gözü özündə. 
Mahala örnəkdi, işdə-sözündə
Sürayyə müəllim! 
 
Darayar saçını buludda, çəndə, 
Bələnər şəkərə,  bələnər qəndə. 
Gənclikdən vurğundu o doğma kəndə, 
Sürayyə müəllim! 
 
Qədrini bilir o, saatın, günün, 
Dolanar içində çiçəyin gülün. 
Dinləyər səsini sona bülbülün, 
Sürayyə müəllim! 
 
Hər məktəbli uşaq öz balasıdı, 
Gəzdiyi yurd-ocaq gül talasıdı. 
Xisləti dəyişməz “Ərk” qalasıdı, 
Sürayyə müəllim! 
 
      Qeyd: “Ərk” qalası, Cənubi Azərbaycandadır. 


Məhəmməd Bəylər Aranlı  
 
118
 
VƏTƏN 
     
Bax Araza, alov yağır, od yağır, 
Gur suları heç durulmur, qan axır. 
Köklənibdi sinən üstə, kaman hey, 
Sənə qurban, mən əsgərin, Vətən hey! 
 
O Naxçıvan, bu Astara, o Mərənd, 
Övladların  biri igid, biri mərd. 
Döşlərindən süd vermisən, mənə sən, 
Haqq-sayını itirmərəm, Vətən mən! 
 
Obaların oyma-oyma çadırdı, 
Sinən üstü, gül-çiçəkli cıdırdı. 
Övlad-uşaq  yan yörəndə çətəndi, 
Duz-çörəyim, var-dövlətim Vətəndi! 
 
Oğulların Dədə Qordud,   Xətai, 
Babəklərin, Nəbilərin yox tayı, 
Qoy yolunda şəhid olum, verim can, 
Sən Günəşsən, mən bir şölən-Azərbaycan! 
 
                    
 
 


Ömürdən düşən yarpaqlar 
 
119
 
ÖMÜR BİR KARVANDI 
 
Ömür bir nəğmədir, notu müxtəlif, 
Köklənib gah şirin, gah bəmin üstə. 
Hikməti dərindi, anları lətif. 
Ayından, ilindən, sən möhlət istə. 
 
Yazılar üst-üstə  varaq-varaqdı, 
Hər sətri bir dastan, böyük nağıldı. 
Küləkər sovurub, dağım-dağımdı, 
Verdiyi hər  bəhrə, öyüd-ağıldı. 
 
Ömür kitabından bəhrələn, yaşa, 
Ağıla, kamala yer ver içində. 
İstəsən ayağın dəyməsin daşa, 
Görün bu dövranda, bir boy, biçimdə. 
 
Bəylər deyər, heç vaxtı haqq üzülməz
Əyrinin sonuna daha az qalıb. 
Ömür bir karvandı, sonu payız, qış, 
Bəlkə də, qismətdə əlli yaz qalıb. 
 
 
 
 
 
 
 
         
 


Məhəmməd Bəylər Aranlı  
 
120
 
PEŞMAN OLMAZSAN 
 
Gözlərim axtarır, axtarır səni, 
O büllur bulağı, şehli çəməni. 
Uzaqda, arxada qalan dünəni, 
Cazibən qəlbimə, qəlbə mehirdir, 
Gözlərin əfsundur, ruha sehirdir. 
 
Əriyib itirəm için-için hey, 
Kövrəldir qəlbimi al şərab, saf mey. 
Tüstümü bacadan çıxaran ud-ney, 
Sevgidən çəkdiyim cəzamdır mənim, 
Qəlbimdə bir gizli qəzamdır mənim. 
 
Çiçəklər üstündə bərq vuran jalə, 
Hüsnünü   vəsf edir, yasəmən, lalə. 
Dalmısan çox şirin, fikrə-xəyalə
Gəzirəm ömrümün sərbəstliyində, 
Dalmışam  hissimin sərməstliyində. 
 
Gəlhagəl dövrüdür, taleyin-baxtın, 
Əl vurub uçurma, qurulmuş taxtı. 
Vaxt qızıldan baha, itirmə vaxtı, 
Payızın xofundan yarpaq saralar, 
Solub-saraldıqca, ömrü azalar. 
 
Bəylərəm, gül əkdin, bağça bellədin, 
Çəməndə naz-qəmzə, işvə əkdirdin. 
Sonda bu canımın közün yelləyib, 
Odumu, külümü dara çəkdirdin. 
 


Ömürdən düşən yarpaqlar 
 
121
                    
GECƏM VAR 
 
Xəyalın cismimi çəkibdir dara
Geymisən əyninə büsbütün qara. 
Yaman çoxalıbdı meyilin vara, 
İşığı zülmətdən gücüm yox, seçəm, 
Qarşıda yuxulu gecəm var, gecəm. 
 
Yatmaz, bu ürəyim əhdə çatmasam, 
Oduna tüstümü yanıb qatmasam. 
Gülə, gülüstana əgər batmasam, 
Çətin ki, bu yoldan adlayam, keçəm, 
Qarşıda yuxulu gecəm var, gecəm. 
 
Səni görən zaman, dilsiz lal ollam
Dönüb yanağında qara xal ollam, 
Gəl deyən dilində, dönüb bal ollam, 
Arzular ətrindən olmuşam mən dəm, 
Qarşıda yuxulu gecəm var, gecəm. 
 
Eybi yox, qoy hələ bu həyat getsin, 
Nəyim var, bu yolda, lap belə itsin. 
Ömrüm başa çatsın, qızsın, isinsin, 
Bəyləri alıbdı qüssə, kədər, qəm, 
Qarşıda yuxulu gecəm var, gecəm. 
 
 
 
 
 
 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə