Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə27/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   23   24   25   26   27   28   29   30   ...   36

Məhəmməd Bəylər Aranlı  
 
178
 
 
 
        


Ömürdən düşən yarpaqlar 
 
179
 
BİRİNCİ PƏRDƏ 
 
Muğan mahalı, 1960-cı illərin ortaları, Aran elinin könül-
dən  uzaq,  gözdən  kənar  kəndlərinin  birinə  sürgündən 
qayıtmış  Molla  Məşi  bir  neçə  vaxtdır  ki,    evində  açdığı 
dəllək dükanında xəyallar, fikirlər içində dolaşır. 
Necə eləsin ki, sürgündən sonra, Orta Asiyada yaxınları 
arasında olduğu vaxtı, bir erməni mühacirindən məclisdə 
eşitdiklərini  "dənliyinə"  yığıb,  topladığı  sərgüzəştləri, 
salam-sənanı Qarabağa necə aparsın və kiminlə yoldaşlıq 
etsin ki, bu söhbət ölənə qədər məxfi qalsın, altı alt, üstü 
üst  olsun.  Hə,”tapdım”-deyən  dəllək,  dükanında  stoldan 
qalxır,  uşaqlıq  dostu  Mizi  yadına  düşür,  onu  görmək 
arzusu  ilə  ürəyi  döyünür.  Bayıra  çıxır,  şükür-səna  edir, 
sanki, yer bu an yarılıb Mizi yerdən çıxıb, baxır ki, Mizi 
dəlləkxanaya yaxınlaşır. İki dost görüşüb, hal-əhval tutub 
içəri  keçirlər.  Səfərə  çıxacağı  hekayətinin  mahiyyətini 
Miziyə danışır və səfərə çıxacağları günün vaxtını təyin 
edirlər. (Hər ikisinin cavanlıq çağları) 
Molla Məşi: Mizi, ay Mizi,  gəlsənə! Bu vaxtacan harda-
san?  Zalımı  çıxmış!  Gəl-gəl  görüşək!  (Görüşürlər)  Sən 
mənim  bu  balaca  dükanıma  xoş  gəlmisən!  Mən  səni 
axtarırdım,  sən  öz  ayağınla  gəlmisən.  (Hal-əhval  edir, 
təkbir  söyləyir)    Mənim  səndən  gizlin  bir  söhbətim 
olmayıb,  bu  Allaha  da  agahdır,  bəndəsinə  də.  Nə  qədər 
mömin  füğara  var,  onların  da  hamısına  agahdır.  Biz 
uşaqlıqdan  bir  yerdə  böyüyüb,  bir  yerdə  məktəbə 
getmişik. Ayrılığın üzü qara olsun! Bizi sürgünə çəkənlə-
ri  lənətə  gəlsin!    Bu  da,  Allahın  işidir.  Mən  o  ayrılıq 
illərində  də,  səni  unuda  bilmədim,  hər  şeyi  xatırladım, 
vallah belə olub, belə. Özünün də, bundan yaxşı xəbərin 


Məhəmməd Bəylər Aranlı  
 
180
var.  Sən  mənim  ürəyimin  bir  parçasısan.  (Yaxınlaşıb 
Mizini  öpür,  “nə  şirinsən,  nə  şirin,  ay  Mizi”-deyərək, 
gülür) 
Mizi:  Elədir,  ay  Məşi,  elə.  Ancaq,  dünya  başqadır. 
Adamı  tanımaq  çətindir.  Adamların  indi  bir  yox,  iki 
sifəti  var.  iki.Gəl  indi  bu  sifətlərdən  baş  çıxar,  görüm, 
ha çıxardın...(Siqaret yandırır,xəyala dalır) 
Molla  Məşi:  (Ustalıqla  şirin  təbəssüm  göstərir)  Yox, 
elə demə, qadanalım! Biz o dediklərindən ola bilmərik. 
Bizim  kökümüz  var,  qanımız  var.Biz  halallıqla  nəfəs 
almışıq,  alırıq,  alacağıq,  amma,  sənin  dediyində  də 
həqiqət  var,  nə  deyim  bu  dünyanın  işlərinə,  taleyin 
yazısına?!  Həyat  belədir,  belə.  Bir  müddət  eldən-oba-
dan ayrı düşdük, əziyyətlər, nə bilim, nələr...Şükür xu-
daya ki, yenə dostlar arasındayam. Bax, bu da, həyatın 
bir yazısıdır. Həm də, Allahın mənə yazdığı alın yazısı. 
(Gülür, Mizidən bir siqaret istəyir, təkbir söyləyir) 
Mizi: Sözü havadan, nəmi kölgədən alırıq. Bu bacarıq, 
bu  istedad  həmişə  bizim  nəsildə  olub,  olacaq.  Sözə, 
sədaqətə  can  vermişik.  Sən  az-az  görüşməyimizdən  
danışdın, səbəbini isə, düz demədin.(Gülür). Eşit səbə-
bini,  mən  deyim:  səbəbi  bu  yaşda  sənin  təzə  eşqə 
düşməyindir.  (Hər  ikisi  gülür).  Sənin  bu  yaşda,  molla 
yanına gedib, dərs almağındır. Mollalıq hara, sən  hara, 
dəlləklik hara? Sən molla təhsilini almaqda, xeyir ola, a 
kişi?  Otur  yerində,  uşaqlığı  at,  başından.(  Hər  ikisi 
gülür) 
Molla Məşi: (Otaqda əlində təsbeh var-gəl edir, özünü 
tanınmış şeyx kimi göstərir) 
Doğrudur,  ay  Mizi.  Səndən  nə  gizlədim,  ay  Mizi?  Bu 
dəlləkxanada  baş  girləmək  üçün  oturmuşam.  Dostlar 
sağ  olsun!  Əlbəttə,  bu  dəlləklik  peşəsi  mənlik  deyil, 


Ömürdən düşən yarpaqlar 
 
181
amma, gələcək işlərimə xidmət etmək üçün, bir vasitə-
dir.  (Gülümsəyərək,  Miziyə  göz  vurur,  təsbeh  çevirir). 
İşlər  xatirinə  səndən  nə  gizləyim?  Dəllək  dükanını 
işlədə-işlədə mollalardan, axundlardan dərs alıram. Vay 
halıma ki, kommunistlər bunu bir gün bilə, dədəmə od 
vurarlar,  od.  Gah  bu  molla  yanında,  gah  o  molla  ya-
nında.  Bəli,  Mizi,  vaxtım  çatmır,  başqa  işlər  görməyə, 
dostlarla  görüşməyə.  Allah  Kərimdir,  görək  bu  işlərin 
axırı  nə  olacaq?  Eh,  ay  Mizi,  başım  nələr  çəkməyib? 
(Oğurluq, türmə həyatı). Nə bilim, nələr...  
(İstehzayla gülür, təsbeh çevirir, təkbir söyləyir) 
Mizi: Xəbərim var, a qardaş, xəbərim var. Çox başları 
daz qırxmısan, qulaq kəsmisən, evlər yıxmısan. (Stolda 
yayxınır, fikrə gedir,siqaret yandırır) 
Molla Məşi: Yox, məni elədə o boyda şişirtmə, kəndçi 
babayam.  Özümü  birtəhər  saxlayıram.  Amma,  o  qədər 
də  gərək  avam  olmayasan.  Dəllək  dükanına  əl  atıb, 
içindən  balaca  bir  “Sandıq  ədəbiyyatı”  çıxarır,  biraz 
vərəqləyir.  (Xəyala  gedir,  Mizidən  bir  siqaret  istəyir, 
yandırır). Mizi, ay Mizi, düzünə qalsa, mənim “ilahiy-
yat  elmi”  ilə  məşğul  olmağımın  vaxtı,  sənin  dediyin 
qədər də, az deyil. Çoxdan başlamışam, lap çoxdan. Elə 
Orta  Asiyada  ikən.  Amma,  bu  kommunistlərdən,  bu 
Allahın  lənətinə  gəlmişlərdən  qorxu-hürkü,  təhsilimi 
başa vurmağa imkan verməyib ki, verməyib.  
Mizi: Bu dərddir, filandır, sənin əlində heçnədir.  İnanı-
ram ki, bu girdiyin oyundan da, əliboş çıxmazsan.  
(Hər  iki  dost  əllərini  göyə  qaldırır,  dua  edirlər,  siqaret 
yandırırlar). Məşi, ay Məşi, sən sürgünə gedən vaxtlar-
da da, od idin, alov idin. O qumarxana sənin, bu çayxa-
na sənin idi. (Gülür) 
 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə