Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə25/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   21   22   23   24   25   26   27   28   ...   36

Məhəmməd Bəylər Aranlı  
 
164
 
HƏYAT 
 
Bir naşı, hərcayı sözdən-söhbətdən
Bax, dəymişim qaldı, kalı töküldü. 
Hörüyü əskidən, ipdən-ilmədən, 
Olan köhlənimin nalı töküldü. 
 
Qəribə işi var, dünyanın, anın, 
Çalış, qaralmasın heç  vədə qanın. 
Əzrayıl alanda gözəlin canın, 
Yanağım allandı, alı töküldü. 
 
Həyat gah şirindi, gah da ki, acı, 
Saymaqla qurtarmaz, dilənçi, acı. 
Dost olmaz nadürüst hər qardaş, bacı, 
Könlüm dilə gəldi, qalı töküldü. 
 
Həsrətindən qaçammadım, lal oldum, 
Xəstə düşüb, yatağımda sal qaldım. 
Geri dönüb, evinizə yol aldım, 
Yandı dilim, şəkər balı töküldü. 
 
 
                  
 
 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
165
 
HAQQ 
 
Haqqı beşiyində çox vədə boğduq, 
Kimə daş atdılar güldük, sevindik. 
Yandıq, külümüzü göyə sovurduq, 
Vicdan qarşısında  boylandıq dik-dik. 
 
Yanıb, yan tüstülən ürəyim, ürək, 
Gəlməz köməyinə hər vədə Tanrı. 
Haqqa tapınana göstərdik dirsək, 
Örkənin üstündə qurutduq darı. 
 
Haqqın kürəyində ocaq yandırıb, 
Oyuncaq dünyanı oyuna saldıq. 
Hallı-pulluları göyə qaldırıb, 
Hər iki dünyada avara qaldıq. 
 
Ay ürəyim, ağrılara hələ döz, 
Haqqa düşmən olanlara az yalvar. 
Çeynənmişi nə çözələ, nə də çöz
Dünya çaşıb, nə haqq ara, nə axtar. 
 
 
 
 
          
 
 


Məhəmməd Bəylər Aranlı  
 
166
 
DÜNYA BOŞ DEYİL 
 
Dostum axund Səxavətə. 
  
Sönməz ürəklərin alovu, odu, 
İdrak bulağından su içir kamal. 
Bu hansı səs nida, bu hansı haray?! 
Könlümdə bərq vurur, nurlu bir camal. 
 
Min haray, min sevinc keçir könlümdən, 
Sarvan ovun tutub, söz karvanında. 
Dincəlmir ürəyim toxtamır beyin, 
Məcrası dəyişib, canda, qanında. 
 
Ayıldım, düşündüm, özümə gəldim, 
İdrak işığında təsəlli tapdım. 
Nə yaxşı, hələ də, məğrurlar varmış, 
Köhləni talada dörd nala çapdım. 
 
Mən elə bilirdim, yatmışam artıq, 
Könlümü, qəlbimi ayıltmaz bahar. 
Bərq vuran işığın ziyası, nuru, 
Gətirdi ürəyə özü dörd çahar. 
 
Yanan ürəklərdən əskilməz alov, 
Qoru daşdan keçməz, kül olmaz odu. 
Ələnir üstümə saxta buz, alov, 
Görəndə iblisi, min sifət qurdu. 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
167
 
Duruxub çaşırıq, qorxuruq bəzən
Öz-özlüyümüzə tapınmayanda. 
Dönürük bir saman çöpünə hərdən, 
Sahil daşlarına çırpılmayanda. 
 
Təkcə məni  səslə, ey idrak dostum, 
Dünya bir tamaşa, bizsə, oyunçu. 
Gəlir imtahana söz, fikir ordum, 
Deyir sonbeşik ol, olma sonuncu! 
 
 
 
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
                     


Məhəmməd Bəylər Aranlı  
 
168
 
NAMUS 
 
Dövlətdə, parada axtarma namus
Namus damarlarda, axan qandadır. 
Başım üzərində dolaşan kabus, 
Göstər, o gədada qeyrət hardadır? 
 
Sifətdən qırmızı,yanağdan göyçək, 
Nadandan əl götür, axmaqdan əl çək. 
İtirməz əslini olsa, ağbirçək, 
Bəd əsil nadürüstdədi, xamdadır. 
 
Yüz yerə çəkmişəm, könlümü, qəlbi, 
Olmuşam dağlardan çox uca, qəlbi. 
İçimdə cövr edər hökmün tələbi, 
Qovur,qabağında, şərdi, xətadır. 
 
Saysız, hesabsızdır, qəmim, möhnətim, 
Biqeyrət görəndə, kəsilir ətim. 
Səmum yeli olum, gərək mən əsim, 
Namussuz dəryaya atılan daşdır. 
 
 
 
 
 
 
                     
 


Ömürdən düşən yarpaqlar 
 
169
 
DÜNYA 
 
Haqq-hesab çəkirəm,  özüm özümlə,  
Qəlbmin naləsi, hər sətir, cümlə. 
Zülmət ayaqladım səbir, dözümlə, 
Dünya təzadlardan doymayıb ancaq! 
 
Bələdəm həyatın dəsti-xəttinə
Əbədi bağlıyam Allaha, dinə. 
Düz yolu gedərkən düşdüm çətinə, 
Dünya təzadlardan doymayıb ancaq! 
 
Yüz oyun düzəlir bir haqqın üstə, 
Ədalət tapılmır, yoxdu heç kəsdə. 
Xalq malın dağıdan dəstəbədəstə, 
Dünya təzadlardan doymayıb ancaq! 
 
Mərmidən, bombadan səksənir insan, 
Necə də, sürətlə ötür saat, an. 
Acı xəbərlərlə sökülür hər dan, 
Dünya təzadlardan doymayıb ancaq! 
 
Yaxşı ki, hələ çox yaxşı adam var, 
Yoxsa, lap qudurar zatı-qırıqlar. 
İnsanı qocaldar qayğı, həya, ar, 
Dünya təzadlardan doymayıb ancaq! 
     
        


Məhəmməd Bəylər Aranlı  
 
170
 
TOBA 
 
Nələr gördüm haqsızlıqda, fələkdə, 
Toba, bir də, bu dünyaya gəlmərəm. 
Namərd mərdə dərs öyrədir, dərs keçir, 
Toba, bir də, bu dünyaya gəlmərəm. 
 
“Kələz”-ləri harınlamış çox gördüm, 
Yaman gündə dost əlində ox gördüm. 
Haqq başında Allahsızı çox gördüm, 
Toba, bir də, bu dünyaya gəlmərəm. 
 
Qılınc-qalxan kəsərində söz hanı, 
Od-alovlu kösöv hanı, köz hanı. 
O loxmada, o süfrədə duz hanı, 
Toba, bir də, bu dünyaya gəlmərəm. 
 
Duz-çörəyi bilən, kəsən düzdədi, 
Min sifəti olan adam üzdədi. 
Çaqqal qurdu asdı, kəsdi, izlədi, 
Toba, bir də, bu dünyaya gəlmərəm. 
 
“Su-suyu” tapar, doğru deyib atalar, 
Ət üzünə həsrət qalıb balalar. 
Başlar kəsir şər-şəbədə,xatalar, 
Toba, bir də, bu dünyaya gəlmərəm. 
 
Coş fırtına, qalx qasırğa, külək əs
İllər, aylar, bir-birindən gəlir nəhs. 
Ay ürəyim, sızıldama, tez ol, kəs, 
Toba, bir də, bu dünyaya gəlmərəm. 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə