Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə28/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   24   25   26   27   28   29   30   31   ...   36

Məhəmməd Bəylər Aranlı  
 
182
Molla  Məşi: Bəli, bəli, ay Mizi, atan rəhmətlik olsun. 
Sən  arif  adamsan.  Anadan  gəlmə  alimi-biəməlsən. 
(Güzgüdə  daranır,  gülür).  Belə  olmasaydı,  sən  o  qara 
zurnanı,  balabanı,  nağaranı  hardan  çala  bilərdin  və  bu 
avam millətə bu dəfə daraqlardan dərsi necə keçə bilər-
din? Bu hörməti izzəti necə qazana bilərdin? (Əl uzadır, 
Mizinin əllərini sıxır, gülür) 
Mizi:  Danışıq  dananı  qurda  verər  deyirlər,  xalqın  bu 
deyiminə min əhsən. Gəl, əsil mətləbə keçək, vaxt ke-
çir. Məni axtarmaqda fikrin nədir? Bu axtarışından hə-
ləki,  heç  nə  anlaya  bilmirəm.  (Siqaret  yandırır,  şirin 
təbəssümlə dostunu süzür). Mən xəstə, sən cavan, bığı-
burma oğlan. 
Molla Məşi: Sən Allah, elə demə, qadan alaram, öz üs-
tünə xəstəlik gətirmə. Çoxda evimiz, soyadımız ayrıdır. 
Atamın  goru,  səndən  söz  düşəndə  demişəm  ki,  o  kişi 
qardaşımdır, gözümün işığıdır. Gözümü istəsə, gözümü 
verərəm. (Ciddi baxışlarla Mizini süzür) 
Mizi: Yox, elə deyil, qardaş, elə deyil. Mən bilmək is-
təyirəm  ki,  sən  məni  axtarmaqla,  bu  canfəşanlıqda  ol-
mağın nədən ötrüdür? Cavanlığın yadına düşüb bəlkə?  
Şair demişkən: 
Könlüm, qəlbim oyanıbdır, 
Qızıl gülə boyanıbdır. 
Alan kimdir, satan kimdir
Peşman olub odlanıbdır. 
Mizi  Məşiyə:  Ə,  sən  belə  işlərin  qədrini,  mənasını 
bilməzsən, mətləbə keç. 
Molla Məşi: Yox, ay Mizi, sən hal əhlisən, dövrandan, 
vəziyyətdən  xəbərdarsan.  Dəfələrlə  “Tarixi-Nadiri” 
oxumusan,  özüdə  yarısınacan  (Gülür).  Hal  əhlinə  can 
qurban.  Onunla  cəhənnəmdə  olsan  da,  darıxmazsan. 


Ömürdən düşən yarpaqlar 
 
183
(Təsbeh çevirir). Çətin işdir, gərək biləsən kiminlə yola 
çıxasan.  İndi ki, tələsirsən,get, Keyvəninin(Mizinin xa-
nımı) dərmanını ver, qayıt gəl. Dağ boyda ürəkləri olan 
kişilərə  böyük  meydan  lazımdır.  Böyük  meydan  ki, 
söhbəti  açıb  xırt  edək,  bunun  üçün  gərək  gedək  bizə, 
əmiqızının südlü aş plovundan yeyə-yeyə, söhbət edək. 
(Gülür)Dur, Mizi, tez get, gəl! 
Mizi:  (Təngənəfəs  halda)  Salam,  ay  Məşi,  dur  gedək! 
Düz deyirsən, mən əmimqızı ilə çoxdandır görüşməmi-
şəm. Görüşüm lap böyük ziyarət olar. (Gülür, Məşiyə əl 
uzadır) Bildin də, biz neçə saat söhbət etmişik. Keyvəni 
məni  çox  danladı,  harda  qalmısan  bu  vaxtacan?  Mən 
ölürəm, sən kefdəsən. Beş saatdır ki, sən yoxsan. Mat-
məətəl qaldım. Divardakı nikolay saatına baxıb gördüm 
ki, düz üçün yarısıdır. Canına and olsun ki, evdə dava-
dalaş boğaza çıxmışdır. Bir təhər icazə alıb, geri qayıt-
dım. Çalış ki, söhbəti tez xırt edəsən, yoxsa, yenə dava-
ya düşərəm. (Hər iki dost gülür).  
Molla Məşi: Gəl gedək! (İki dost gülə-gülə yola çıxır-
lar) 
Mizi: Ay rəhmətliyin oğlu, sənin başında hələ də uşaq-
lığın vaxtındakı oyun-oyuncaqlar qalıb. Elə bilirsən ki, 
hələ də, o qarğı damdasan, o rəhmətliklər hələ də, ya-
nındadır, zənn edirsən. Hansı ki, onlar 1937-ci ilin rep-
ressiyasında çoxdan gəbəriblər. Artıq nə Stalin var, nə 
də onun repressiyası. İndi başqa vaxtdır. (Gülür).  
Molla  Məşi:  Ayə,  sən  nə  danışırsan?  İndi  ondan  da, 
ağır  vaxtdır.  Kommunistlər  pambıqla  baş  kəsir.  Düz 
demirsən. Söhbətimdə uzunçuluq yoxdur, günah o üzü 
qara sürgün həyatındadır, o qəribçilikdədir. O qədər in-
san  qəribçilikdə  sıxılıb  ki...Gördüyündən  ayrıla  bilmir. 
Az qalır görüb-görüşdüklərini ürəyinə qoysun, ürəyində 


Məhəmməd Bəylər Aranlı  
 
184
ona  yer  versin.  (Təsbeh  çevirir,  təkbir  söyləyir)  Deyə-
sən,  dedin  ki,  Keyvəni  yaxşıdır,  çox  sevindim,  şükür 
Xudaya! Hər şey Allaha bağlıdır. Sürgün həyatı da, bu 
görüşümüz də, çox şükür! 
Mizi:  Ə,  Məşi,  vallah  bu  gələn  Ağandır,  Ağan.  Gör 
odur, o deyil? Mənim gözüm bir az zəifdir.  
Molla Məşi: Ə, düz deyirsən, gələn Ağandır. Elə Ağanı 
çağırım,  gəlsin,  qaçaraq  evə  yollayım.  O  həm  başdan, 
həm ayaqdan qıvraqdır. (Təkbir söyləyir) 
Ağan: Xeyir ola, qağa, məni görüb sevinməyin? (Qul-
sayağı Məşinin qabağında durur) 
Molla Məşi: Ayə, bu vaxta qədər hardasan, harda?! Sə-
hərdən səni gözüm arayır, gəlmək bilmirsən. Xəstə qar-
daşımı da, yeməksiz-içməksiz əldən saldın. Bir işə ya-
rasana, ay yaramaz! (Əllərini qaldırır ki, Ağanı vursun, 
Mizi  Məşinin  əllərini  tutur)  Di,  onda,  qaç!  Qurban 
olasan, bu əmioğluma. Qaç, qaç, əmiqızına de ki, plov 
hazırlasın. Yaxşı başa sal ki, qağamın əzizdən əziz qo-
nağı var. Cavab gözləyirəm! 
Ağan: Bu saat qağa, gedərəm. Əmiqızına dediyini çat-
dıraram. Doğrusu, heç ağlıma gəlməzdi ki, Mizi ilə sən 
bir yerdə olarsan. Görüşünüzü Allah xeyirə calasın. Qa-
ğa,  qurban  olum,  getməyinə  gedəcəm,  amma,  bu  vax-
tacan evdə süd qalmaz. Yay ayı, 45 dərəcə qızmar isti. 
Süd  hara,  isti  hara?  Bəlkə  əmiqızı  başqa  nahar  hazır-
lasın? (Sakitcə dayanır, qorxa-qorxa qağasına baxır) 
Molla Məşi: Ay gədə, sənə nə dedimsə, get onu da, de! 
Onu  da  bişirsin!  Mənimlə  nə  höcət  edirsən?  De  ki, 
qağamın qonağı var!  
Ağan: Sizdə olmasa da, özüm axtarıb taparam, qonum-
qonşudan.  Sənə  də  qurban  olum,  qonağına  da.  (Ağan 
suyu süzülmüş halda, danlaqdan mütəəssir olub, gedir) 


Ömürdən düşən yarpaqlar 
 
185
Qapıda Xavəri çağırır. 
Xavər: Eşidirəm, Ağan, eşidirəm! (Ağan əlləri qoynun-
da  Məşinin  sifarişini  Xavərə  deyir)  Ağan,  sən  bilmir-
sən,  avamsan,  o  ki,  dünyanın  başına  min  corab  hörüb. 
Bu  vaxtı,  yayın  bu  istisində  süd  hara,  südlü  aş  hara? 
Məşini  Allahın  lənətinə  gəlsin!  Rədd  ol,  gözüm  səni 
görməsin.  (Qapıda  fır-fır  fırlanır)  Qonağı  kimdi?  Özü 
kimi tüfeyli olar yəqin! (Əsəbi halda, gülür) 
Ağan:Dedim, özü də, çox dedim, amma, məni dinləmə-
di, üstəlik məzəmmət etdi, günahkar bildi.                                      
Xavər:  Ədə,  Ağan,  plov  demir  qağan?  Bişirirəm.  Qo-
nağı kimdir? Get de, canın cəhənnəm, plovu bişirərəm, 
özünün də, qonağının da, gözünə soxaram.              
Ağan: Dedin qonağı kimdir? Mizidir!        
Xavər:  Dedin  Mizidir,  hə?  Dünyanın  bic  vələdi,  o 
Mizi, hə? Su suyu tapar, su da çuxurun. Ay sizin boyu-
nuza qəmiş ölçüm.   
Ağan gedir.  
Ağan Məşiyə: Qağa dedim, plov hazırdır.  
Molla  Məşi:  Mizi,  əmiqızı  tülək  tərlandır.  Onun  üçün 
nə  gecə  var,  nə  gündüz.  Səni  görəndə  gör  nə  qədər 
sevinəcək.  Çünki,  sən  evin  adamısan,  qardaşısan. 
(Təkbir söyləyir, gedək) 
Mizi:  Məşi,  düz  deyrsən,  Bizim  arvad  Keyvəni,  səni 
evin  bir  üzvü  bilir.  Sən  dənizin  o  tayında  olanda,  sən-
dən söhbət düşəndə, həmişə heyfislənirdi. (Hər ikisi gü-
lür)  
Molla  Məşi:  Hə,  gecikməyək!  Əmiqızı  çox  dəqiq 
adamdır.  Plov  hazırdır  ki,”gəlsinlər”-dedi.  Əlləri  qızıl-
dır, dili baldır, bal.                                         
Xavər:  (Qapıda  onları  görür,  Miziyə  “xoş  gəldin” 
deyir)  Nə  əcəb  ay  Mizi  qardaş?  Həmişə  sən  gələsən. 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə