Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə31/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   28   29   30   31   32   33   34   35   36

Məhəmməd Bəylər Aranlı  
 
194
nərik vağzalda, parkda. (Hər iki dost bazardan çıxır, vağ-
zala  tərəf  gedirlər,  əyinlərində  təzə  parusin  şalvar,  son 
dəbdə olan təzə ayaqqablarını geyib çölə çıxırlar) 
Mizi:  Məşi,  dedin  vağzala  gedək,  hə?  Gedək,  düz  deyir-
sən.  Çoxdandır  vağzalda  olmamışam,  vaqona  minməmi-
şəm, Fikirləşəndə görürəm ki, sənin bu xeyirxah səfərə ça-
ğırışında mən borcluyam. Kərim Allah elə etsin ki,bu bor-
cunu qaytara biləm.  
Molla Məşi: O gördüyün vağzaldır, gözəl çayçısı, aşxana-
sı  var.  Gedək  orda,  nə  qədər  istəyirsən,  ye,  iç,  xoşallan, 
yat!  Dünən,  bu  günkü  söhbətlərin  acısı  canından  çıx-
sın.(Gülür,  vağzal  çayxanası,  yeyən  kim,  içən  kim,  nərd 
atan kim, dostu  ilə zarafat edən kim)  
Mizi: Oturaq, ay Məşi. Ayağım dalımca gəlmir.  
(Otururlar) 
Molla  Məşi:  Ədə,  ay  çayçı,  ay  aşbaz!  Əmini  eşitsənə!  
(Oğlan  gəlir,  sifariş  alır,  çörəyin  yeyilən  şirin  vaxtında, 
Məşi  Maliki  görür,  çağırır)  Gəl,  gəl,  elimin  ağsaqqal 
kişisinin oğlu, gəl sənə canım  qurban, sənə iki gözüm qur-
ban, üstəlik sənə bu xəstə Mizi qurban. 
Mizi:  Ə,  adam  tapmadın  çağırmağa?  Bu  dədəsindən  də 
betərdir. (Hər ikisi bir anlıq susurlar) 
Malik:  Məşi əmi, pardon, pardon, nə xoş təsadüf, nə xoş 
görüş? Hara belə, yayın bu qızmarında? Özü də, elimizin 
eldar pəhləvanı ilə, sənətçisi ilə, Mizi əmimlə (Hər üçü gü-
lür) Bu səfərdə vallah, nəsə var, əsil hindlilər kimi geyin-
misiniz.  
Molla Məşi: Allaha min şükür, Malik, qardaşoğlu, görüş-
dük. Bu əsil ziyarətdir, ziyarət. Mən xahiş edirəm, ürəyiniz 
istəyirsə, sifariş verin, gəlsin. Mən ölüm, deyin, gəlsin! 


Ömürdən düşən yarpaqlar 
 
195
Mizi: (Limonatdan, çaydan, sudan içib, tövşüyür). Məşi, ə, 
nə gəlsin? Yeyib partdam-partdama düşmüşəm, deyim nə 
gəlsin?(Gülürlər) 
Malik:  Əmioğlu  Məşi,  əslində  bilginən  ki,  mən  “paxme-
ləm”. Evdən çıxdım ki, bir havamı dəyişəm. Elə odur ki, 
vağzala  gəldim.  Vağzal  bizim  həm  Parijimiz,  həm  də, 
Moskvamızdır.  (Qəhqəhə çəkib gülürlər) 
Molla  Məşi:  Malik,  mən  xahiş  edirəm,  qardaşoğlu,  sən 
əmi canı, bir bardaq pivə gətirsinlər, iç, yaxşı olar. Bütün 
baş ağrılarını götürər. (Hər üçü gülür) 
Mizi:  Ə, Məşi, molla hara, bu “resept” hara? Sən  hardan  
bilirsən, dadın bilmədiyin içkinin belə qədrini, ləzzətini? 
Molla  Məşi:  Qardaşlar, sizin canınıza and olsun, gələn o 
rus,  mənim  dostum  Saşadır.  Xahiş  edirəm,  tələsməyək, 
qoy gəlsin, maraqlı insandır. Tanış olmağınıza dəyər. (Hər 
üçü gülür) 
Saşa:  Salam, Məşi qərdeş. Bu dostlar kimlərdir, tanış ol-
maq olar? (İçkilidi, ayaq üçtə güclə dayanıb) 
Molla  Məşi:  Saşa,  stol  çək,  otur.  İş  vaxtı  sən  hara,  bura 
hara? Özü də ki, yayın bu qızmarında, çayçıda. 
Saşa: Məşi, bu gün, iş günüm deyil. Çıxdım ki, bir balaca 
“paxmeliste”edim.  Şükür  ki,  səninlə  də,  görüşdüm.  Çox-
dandır  ki,  səni  görmürdüm,  uzun  illərdir.  Bu  Malik  hara, 
sən hara?  
Molla  Məşi:  Malik  mənim  kəndçimdir  də,  sən  lap  ağlını 
itirmisən.  
Saşa: Məşi, yox eee, mən Maliki bir əhlikef oğlan kimi ta-
nıyıram. Amma, atası ki, var eee, xəsisin xəsisidir. Manata 
görə, qulağnı kəsdirər. (Məşi sərt halda, Saşaya baxır, Ma-
lik gülür)  
Molla Məşi: Saşa, sus, sus! Əə, nə çox danışırsan? İnsan-
san, mənim qardaşım haqqında, belə sözləri demə! İçirsən 


Məhəmməd Bəylər Aranlı  
 
196
iç, bu pivə zəhrimardan, araq zəhrimardan, amma, ağzına 
gələni danışma! (Dilxor görkəm alır, dodağını çeynəyir) 
Malik: Saşa, sənə ayıb olsun. Biz məclislərdə, xoş günlər-
də çörək kəsmişik dəfələrlə.Sən mənim papam haqqında, o 
hörmətli kişi haqqında nə danışırsan? Tfu sənə! 
Mizi: Məşi, gəlsənə,  bu söhbəti buraxağın. Səfər hara, ye-
yib-içmək  hara,  bu  dilxorçuluq  hara?  Gəlin  yerimizi  çöl-
dəki  stollara  dəyişəyin.  İçəri  istidir,  bəsdir  yeyib-içmək! 
(Qalxıb, yerlərini dəyişirlər) 
Molla Məşi: (Malikə, Miziyə, Saşaya baxır) 
Saşa,dedin ki, o kişi, kişi deyil, xəsisdir. Kişisən o sözü bir 
də təkrar elə! (Hamı sakit dayanır, Məşiyə baxır, Məşinin 
gözləri qaynayır) 
Malik:  Əə, ruslarda yedi-içdi, baş qalmır ki, əmioğlu, bu 
söhbəti burax getsin! 
Mizi: Əə, rəhmətliyin oğlu, nədir, yenə də, ağzın köpüklə-
nib, bir piyaniska rusun üstünə düşmüsən, bəsdir, qalxaq! 
Molla  Məşi:  Mənim  işimə  qarışmayın,  onun  qulağını 
kəsim, bilər ki, türk oğlu türkəm mən. O vaxt bilər, nə var, 
nə yox! 
Mizi: Əə,  gəl sən Allah, qan düşməmiş, gəl gedək! 
Molla  Məşi:  Yox,  bunun  dərsini  verməsəm,  gedəsi  deyi-
ləm. (Saşanın yaxasından tutub, vağzal parkına dartır, bir-
iki  şillə  Saşaya  vurub,  sinəsində  oturur,  cibindən  nəsə 
çıxarıb, Saşanın başına dirəyir) 
Saşa :  (Qışqırır) Öldürmə, bağışla! 
Mizi:  (Məşinin  qolundan  tutub,Saşanın  sinəsindən  qaldı-
rır) Əə, səndə heç ağıl yoxdur, sənə bayaq dedim, sənin bu 
piyanıska  ilə  nə işin  var?  Bu  Allahdan  can istəyir.  Gedər 
şikayət edər, gəl qurtar! 
Malik:  Hə,  qardaşlar,  mən  gedəsiyəm,  gedəsi  yerim  var, 
Saşanı da özümlə aparıram, bu axmaq İvanı. 


Ömürdən düşən yarpaqlar 
 
197
 (Çırtma vura-vura Saşanı dartır, Saşanın üzündən öpür) 
 Mənə qalan sən olacaqsan, gedək! 
Molla Məşi: Mizi, Allah atana rəhmət eləsin, Gəlib məni 
çəkməsəydin,  o  rusu  öldürəcəkdim.  İndi  gəl  silahı  qurtar, 
öz dərdin bir yana, silahınkı bir yana olacaqdı.  
(Üst-başını  çırpır)  Mizi,  bir  saata  baxsana,  artıq  gecədir. 
Çayçıda  çox  xoşallandıq,  aşxanada  çox  yedik,  apar-gətir 
bizi lap əldən saldı. Yolda sənə silah hekayətindən də, da-
nışaram.  
Mizi:  Ə,  mən  öyrəndim,  gələn  poyez,  həmin  poyezdir. 
Gəl, minək, görək başımıza nə gəlir.(Mizi oxuyur) 
“Təzadla doludur ana təbiət, 
 Qızıl quş qəfəsdə qabağında ot” 
(Qalxırlar, vaqona otururlar)  
Mizi: O silah nə silah idi? 
Molla  Məşi:  Ə,  Mizi,  sən  də,  qorxaqsan,  məndə  nə  ta-
pança, nə silah? Ə, otursana yerinə? 
Mizi: Məşi, bəxtin gətirdi ki, mən qalxdım yerimdən, yox-
sa o  rus qorxudan öləcəkdi yerində. Əə, adamsan, tapança 
nədir gəzdirisən üstündə? (Məşi qəşş eləyib gülür) 
Molla  Məşi:  İndi  ki,  belədir,  qulaq  as.  Papağını  çıxart, 
boğazına  keçib,  qoy  stolun  üstünə,  qulas  as  mənə.  Ədə, 
məndə nə tapança, nə bomba? Al, bu da, sənin olsun. 
 (Cibindən  böyük  samovar  şirini  çıxarıb,  stolun  üstünə 
atır) Həmin pistolet, həmin bomba budur, başa düşdün? 
Mizi:  Doğurdan da, uzun vaxt idi, mən səninlə ünsiyyətdə 
olmurdum.  Elə  bilirdim  yaş  keçdikcə,  sən  kamilləşərsən, 
amma,  belə  deyilmiş.(Gülürlər)  Nə  deyim,  day  sənə?  Sə-
nin  bu  işin  beş  yaşında  uşağın  işinə  bənzəyir.  İndi  söylə 
görüm,  Füzuli  rayonu  hara,  sən  hara?  Buna  sözün  nədir? 
Açıq söhbət elə! 
 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə