Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə35/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   28   29   30   31   32   33   34   35   36

Məhəmməd Bəylər Aranlı  
 
210
Mizi: Ə, hamısı cəhənnəm, belə getsə bu vaqonda boğulub 
öləcəyik. Vaqonda iyin əlindən oturmaq mümkün deyil.  
Molla Məşi: Ə, yəqin bu iy, vaqon keçən ərazilərdə, çölə 
atılmış heyvan leşlərinin iyidir. 
Mizi: Ə, nə danışırsan sən? Çöllə vaqonun nə əlaqəsi var 
ki? (Tfu sənə-deyir) 
Molla Məşi: Darıxma, bu iyə bir əncam çəkilər. 
(Əlini  atır  meşin  zənbilə,  başlayır  zənbilin  içini  boşaldıb, 
bayıra atmağa) 
Mizi:  Dəlisən,  nəsən?  Orada  nə  var  ki?  Orada  uşaqlara 
aldığım kitab-dəftərdən başqa heç nə yoxdur. 
Molla Məşi: Mənə bir imkan ver, sən atanın goru! Hamı-
sını tullayım, sonra deyərəm.  
Mizi:  A kişi, sən dəli olmusan ki?  
Molla  Məşi:  A  kişi,  belə  deyil  eee,  sən  bilirsən  ki,  mən 
itdən çox qorxanam. İstirahət etdiyimiz vaxtı istədim ki, su 
başına gedəm, Aşağı düşürdüm ki, gördüm bir it dayanıb 
qapıda şığıdı üstümə. Səndən nə gizlədim? Qorxudan özü-
mü  batırdım.  Gəlib,  paltarları  çıxarıb,  zənbilə  qoyası  ol-
dum. Bildin indi, iy nə iyidi? (Gülür) 
Mizi: A kişi, indi məndə pul yox, para yox ki, kitab dəftər 
alam.  Səndə  əmioğlunun  buğda  üçün  verdiyi  pulu  xərc-
ləmisən. Əmioğlu bilər, sən bilərsən, onunla işim yoxdu! 
Molla Məşi: Ə, vaxt keçir, qoy bələdçini çağırım, yatarıq, 
keçərik,  bizi  vaxtında  çağırsın.  Yatarıq,  yolu  keçərik! 
(Qalxır, bələdçini çağırır) 
Bələdçi: Eşidirəm sizi! 
Molla Məşi: Al bu xərcliyi, get bir restoranda dincəl, bizi 
vaxtında çağır, düşə bilək, yorulmuşuq! 
Bələdçi: Baş üstə,baş üstə! (Pul əlində, sevincək gedir) 
Mizi: (Yarı yuxulu, əsnəyə-əsnəyə deyir) Məşi, ayıq ol, yolu 
keçərik, pul-para da, yoxdur ki, hardansa geri qayıdaq. 


Ömürdən düşən yarpaqlar 
 
211
Molla Məşi: Ə, yat, narahat olma.  
Bələdçi: (Gəlir,qapını döyür, açan olmur, geri qayıdır, öz-
özünə)  Ə,  yəni  bunlar  düşdü?  Düşməsələr,  biabırçılıqdı. 
Mən bunlara nə deyəcəm? (Gəlir, qapını döyür, qapı açılır) 
Vay, siz burdasız ki, düşməmisiniz? 
Molla Məşi: Ə, nə düşmək, bəlkə yolu keçmişik? A nadü-
rüst oğlu, nadürüst! 
Bələdçi:  Hə,  sizi  çağırdım  cavab  vermədiniz,  elə  bildim 
düşmüsünüz.  Ta  neyləyim.  Burada  Saatlıda  düşərsiniz. 
(Əlləri qoynunda, üzr istəyir) 
Molla Məşi: Canına azar olsun, üzürünü apar sox babanın 
gözünə. (İstəyir ki,bələdçini vura) 
Mizi: Ə, bizi xataya salma, Saatlı elə də, uzaq deyil bizim 
üçün. Otur! (Bir bu çatmırdı) 
Molla  Məşi:  Ə,  götür  zənbili,  sübh  vaxtıdır,  stansiyaya 
çatmışıq, düşək. (Düşürlər) 
Mizi: Hansı tərəfə çıxaq? (Bu vaxtı arxadan gələn polislər 
Mizini tuturlar, Məşi qaçır ) 
Polislər:  Ə,  aparın  rəisin  kabinetinə  bu  əclafı.  Dünəndən 
günümüz  yoxdur,  ora  qaç,  bura  qaç,  bu  dələduz  kimdir 
gör? Axır ki, tutuldu!  
Mizi: A kişilər, nə oğru, nə dələduz? Mən xəstə adamam. 
Dost  evindən  evimizə  qayıdırıq.  Bu  mənim  zənbilim,  bu 
da, mən.  
Polislər:  A  kişi,  çox  danışma,  gedək!  Rəisə  cavab  verər-
sən. (Rəisin otağında  Mizi dindirirlir) 
Mizi: Mən bir dostumla Qarabağdan gəlirəm. Biz İmişlidə 
düşəsiydik,  Allahın  lənətinə  gəlmiş  bələdçinin  günahı 
üzündən, bir də mənim o qaçan həmyerlimin “paxmelliyi” 
ucbatından  belə  hadisə  baş  verdi.  Yatdıq  fil  qulağında, 
keçdik  ötdük  yolu.  Mən  filan  yerdənəm  (yaşadığı  ünvanı 
deyir),  o  qaçan  da  mənim  həmkəndlimdir,  özü  də,  molla, 


Məhəmməd Bəylər Aranlı  
 
212
həm də, dəlləkdir. 
Polislər:  Yaxşı.  (Bir-birinə  nəsə  deyirlər)  Ə,  bax  o 
pəncərəyə, düşən kölgə gör nəyin kölgəsidir?  
(Baxırlar, heç nə görmürlər) 
Mizi: Bəli, tanıyıram. Dostumdur, qardaşımdır. Bizim elin 
ağsaqqalıdır o, buralarda da  filankəslərlə dostdur.  
Polislər: Hə, bax, bunu düz dedin. Ta sənə sözümüz yox-
dur. O kişinin xətrinə səni buraxırıq, amma, bir də bu qə-
lətləri etməyəsən gərək!  
Mizi: Sağ olun, salamınızı da çatdıraram, sağ olun! (Polis-
dən çıxır, başıaşağı yol gedir, arxadan Məşi onu tutur, hər 
iki dost, sanki, heç nə olmamış kimi öpüşüb-görüşürlər) 
Molla  Məşi:  Sən öləsən, bildin də, nə qədər əziyyət çək-
dim, gecənin bu vaxtında “Enkebedenin”qapısını açdım. 
Mizi: Ə, özün öləsən. Məni filankəsov filankəsə görə bu-
raxdılar. 
Mizi: Ə, səhərdir, getməyə pul yox, para yox. 
Molla  Məşi: Ə, narahat olma, maşın saxlatdırıram, gedə-
rik.  Amma,  sənin  ağzın  əmanəti,  danışıb-dinmə,  nə  verə-
cəm, verməyəcəm, o sənlik deyil. Sakitcə düşərsən, gedər-
sən xarabana! 
 
 
 
 
 
 
 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
213
 
EPİLOQ 
 
Molla  Məşi:  Mizi,  sənə  bir  də  deyirəm,  ağzını  nə  yolda 
aç, nə də düşəndə! Pul da mənlikdir, sənlik deyil. Ancaq, 
səfərimiz  haqqında  nəbadə  kəlmə  danışasan,  ağzın  əma-
nəti.  Ağzını  kalafa-kalafa  qoyub,  hardasa  danışarsan,  on-
da, ta atamın goruna and olsun, məndən incimə, özündən 
inci! (Otururlar maşına, maşın tərpənir) 
Sürücü: Qardaşlar, hara gedəcəyik? 
Molla Məşi: Sür filan yerə.(Ünvanı deyir) 
Sürücü: Siz heç soruşmadınız ki, mən sizdən nə alacam, 
siz nə verəcəksiniz?(Yol haqqını nəzərdə tutur)  
Molla  Məşi:  A  kişi,  biz  İrəvandan gəlirik,  yol bizi  möh-
kəm yorub, yerin məlum. Arkadaşlardan təzəcə ayrılmışıq. 
Bir  imkanın  olsa,  yolda  saxlayarsan,  çay  içərik,  puldur, 
filan şeydir, o mənlikdir.  
(Çatırlar, qapıda Molla Məşi düşür, Mizi düşür ) 
Sürücü:  Pulu verin.(Təəccüblə Məşiyə və Miziyə baxır. 
Bu  vaxt Molla Məşi sürücünü çalağan alan kimi alır, bir-
iki şillə, sürücü qaçır maşına minir ) 
Molla Məşi: Mizi, nə sən məni görmüsən, nə də mən səni. 
Növbəti görüşədək! 
 
 
 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə