Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə30/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   26   27   28   29   30   31   32   33   ...   36

Ömürdən düşən yarpaqlar 
 
189
MollaMəşi: Belə olmaz əmiqızı, ədəbin-ərkanın olsun, 
qonağın  qarşısında  belə  olmaz.  Tərbiyə  yaxşı  şeydir! 
(Məşi təkbir deyir)               
Xavər:  Qarşıdan  məktəb  gəlir,  uşaqların  nə  geyimləri 
var, nə kitab dəftərləri. Sən aşdan, plovdan danışırsan. 
Sənin  öyrəndiyin  Qurani-Kərim  özünə  qənim  olsun! 
Dəlləkxanan başına dəysin.(Qapıdan çıxır)          
 Molla  Məşi:  Ay  Xavər,  imkan  ver,  bir  tikə  loxmanı,  
quru çörəyi rahat yeyək qoysana! A zalımın qızı, gəlib 
bu  dolmuş  külqabını  boşaltsana.  (Qalxır,  əsəbi  halda 
otaqda gəzişir)                
Mizi:  Əə  Məşi,  bu  qədər  uzunçuluq  nəyə  lazımdır? 
Deyəcəyini  de,  mən  bilim!  Bir  də  ki,  niyə  mənimlə 
getməlisən? (Səbri tükənmiş halda soruşur)                                          
Molla  Məşi:  Mizi, biz bir-birimizin halını əhvalını bi-
lirik.  Soruşursan  hara  gedəcəyəm,  bu  nə  sualdı?  Sən 
məni hara səsləsən, gedərəm. Dost dostun karına gəlsin  
gərək.  (Fikirlər  içində,  özü-özünə  danışırmış  kimi, 
otaqda var-gəl edir) 
Mizi:  Axır ki,  günü belə bada verdik, gedirəm. Ancaq 
bəxtini çağır ki, gedim görüm xəstəliklə çarpışan Key-
vəninin (xanımın) əhvalı  səhərkindən  yaxşıdır  (Gedir)                           
Molla Məşi: Mizi, dönə-dönə soruşursan ki, hara gedi-
rik,  niyə  gedirik?  Əə,  bizim  başqa  ölkələrə  gedəsi  im-
kanımız  var?  Biz  qəfəsdə  yaşayan  quşlar  kimi  yaşa-
yırıq.  Komunistlər  ölkəni  elə  parçalamayıb  ki,  üstəlik 
elə günə salmayıb ki, ayağını necə çölə atasan? Burdan 
Bakıya gedirsən yoxlama, qayıdırsan, yoxlama. (Sərhəd 
boyu yoxlama məntəqələrini nəzərdə tutur)                                      
Mizi:  Salamat  qal,  mən  getdim.  Harda.  Nə  vaxt,  saat 
neçədə görüşək? Vaxtı dəqiq təyin et. (Görüşərik)                  
 


Məhəmməd Bəylər Aranlı  
 
190
Molla Məşi: Səhər saat doqquzda, mənim dəllək dükanı-
mın qabağında. Allah əmanəti get! Bacıya məndən salam 
söylə.  Uşaqlara  məndən  salam  söylə,  inşallah,  əmiləri 
səfərdən  qayıdanda,  hər  birinə  ayrı-ayrı  pay  göndərər. 
(Təkbir söyləyir)                    
Mizi:  Elə  olsun  ki,  Məşi,  mən  gələndə  yubanmayaq. 
Vaxtı boşa verməyək, indidən yır-yığış elə ki, səhərə ha-
zır olasan! (Gedə-gedə gülür)             
Molla  Məşi:  (Səhər  saat  doqquzdur,  dəllək  dükanında-
dır, fikirlər, xəyallar içində boğulub, təkbir söyləyir, şü-
kür-səna edir)  Aha, gəldin, Mizi, çox şadam.    
Mizi:  Məşi, sən doğurdan da, Allah adamısan. Dünənki 
görüşümüzdən,  dərmandan  sonra,  getdim  gördüm  ki, 
Keyvəni dik-dik dingildəyir. Elə bil, ölən bu deyilmiş.  
Molla  Məşi:  (Dəllək  dükanındakı  “Sandıq  ədəbiyyatı”- 
nı götürüb vərəqləyir, dodağının altında mızıldayır, təzə-
dən yerinə qoyur”)  Mizi, canın haqqı, burda elə fikirlər, 
elə  təşbehlər  var  ki,  oxusan,  qardaşına  min  əhsən,  min 
əhsən deyərsən. (Qürurlanmış halda qalxır)               
Mizi:  Əə,  dur,  tez  dur  çıxaq.  Üz-baş  vurduran  olar, 
gecikərik.  Sən  adam  gördün,  əlindən  boşlayan  deyil-
sən.Vay mənim halıma, o da, mənim günümə düşər (Hər 
ikisi gülür, qalxırlar) 
Molla Məşi: Mizi, əhsən sənə, min əhsən! Varam sənin-
lə, vallah,  varam. Əə, sənin əlindəki “Meşin zənbil” çox 
mübarək!  Əə,  sən  lap  səfərə  çıxmaq    üçün  sinov  gedir-
sənmiş  ki?  Məni  sınayırdın,  a  zalım?  Əlindəki  zənbil, 
əsil  səfər  zənbilidir.  Buralarda  mən,  beləsini  görməmiş-
dim.  Əşi,  bu  səliqə-səhman  gərək  qanda  olsun,  qanda. 
Doğurdan da, sən həmşəhərli imişsən. Səfərə çıxanda da, 
sənə dedim, gərək kişi ilə çıxasan. (Qəhqəhə ilə gülür) 
 


Ömürdən düşən yarpaqlar 
 
191
Mizi:  Əə,  zənbil  sənin  üçün  deyil.  Keyvəni  verdi,  ma-
dam ki, qardaşın ilə gəzməyə gedirsən, məktəb yaxınla-
şır, uşağa kitab-dəftər al, paltar al! Görüm, imkanım çat-
sa alaram, çatmazsa da, yox. (Məşi gülür və deyir ki, pul 
məndə bir də ingilisdə) 
Molla  Məşi:  Getdik!  Maşına  demişəm  ki,  gəlsin,  bizi 
burdan  götürsün,  bazara  tez  çataq, bazarlıq  edək.  Gərək 
səfərə  çıxanda,  layiqli  çıxasan.  (Mizinin  çiynini  ovur, 
Mizi ağrıdan qovrulur, “bəsdi”- deyir) 
Mizi: Dediyin maşın harda qaldı? A zalım, iş-güc vaxtı-
dır. Gecikirik, tez ol, gedək! 
Molla Məşi: Düzdür. Düz sözə nə deyəsən? Bir düz min 
əyrini kəsir. Bax, o gələn “Pobeda” mən dediyim maşın-
dır.  Otur,  otur,  getdik!  (Maşına  əyləşirlər,  hər  iki  dost 
gülür) 
 
                            
 
 
 
 
 
 
 
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
192
 


Ömürdən düşən yarpaqlar 
 
193
 
İKİNCİ PƏRDƏ 
 
 Saat  on,  on  bir radələridir.  Maşın rayon  mərkəzinə  çatır. 
Hər iki dost maşından şahanə şəkildə düşürlər. Kolxoz ba-
zarı  tərəfə gedirlər.  
Molla Məşi: (Mizidən soruşur) Əə, heç demirsən hara ge-
dirik?  
Mizi:  Ə  Məşi,  nə  bilim  hara  gedirik,  mən  münəcciməm? 
De, bilim. Tələsmə, hər şeyi bazarda, dükanda, öz gözlə-
rinlə görəcəksən. Səbir edən Allahın dostudur. Mən bayaq 
sənə  dedim  səfərə  gedirik.  Özümüzə  fikir  verməliyik, 
ayaqdan, başadək!(Bazara çatırlar) 
Molla Məşi: Gəl içəri, gəl içəri! (Bazarın qapısını Miziyə 
göstərir) Beş-on dəqiqə tələsmə. Hər şeyi gözlərinlə görə-
cəksən.  (Əlində  təsbeh,  təkbir  söyləyir,  Miziyə  bazarda 
asılqandan asılmış pal-paltarı göstərir) Mizi, götür bunlar-
dan (Mizi gülür) 
Mizi: Məşi, dəli olmusan, nədir? Əə, məndə bu pal-paltara 
pul hardandır, pencək-papaq alam, şalvar alam? Yox, istə-
mirəm.  
Molla  Məşi: Mizi, sən adam deyilsən, qardaşın ölüb mə-
gər,  mən  dura-dura,  sən  pul  xərcləyəsən?  Sus,  danışma, 
gəl götür. Ürəyin istəyən pal-paltarı götür, pərdə arxasında 
geyin,  bax.  Əynindəki  nimdaşları  da,  çıxar,  qoy    meşin 
zənbilə. (Əsəbi halda gözlərini oynadır, dişlərini qıcayır) 
Mizi: Yaxşı qardaş, geyinək. Sən deyən olsun. (Hər ikisi 
təzə pal-paltar geyinir, daranırlar, bir-birinə baxıb, “müba-
rək olsun”-deyirlər) 
Molla  Məşi:  Gəl,  gedək  vağzala!  Orada  Allah  verəndən 
yeyək-içək,  gün-günortadan  keçib.  Qarnım  “qaradavoy” 
soldat kimi fit verir. Vaqon gələnədək, çörək yeyib, gəzi-


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə