Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə29/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   25   26   27   28   29   30   31   32   ...   36

Məhəmməd Bəylər Aranlı  
 
186
Eşitmişəm, bacım xəstədir, Allah şəfa versin.                                            
Mizi:  Bacı,  xoş  gününüzə  gəlmişəm.  Övrət  dedin,  elə 
bil  başıma  qaynar  su  tökdün.  Övrət,  nə  övrət!  İlin  beş 
günü  salamat  olur,  ya  olmur.  Ağzından  dərman  yerə 
düşmür.  Günüm apteklərdə, mollalardadır. Amma,mən 
evdən  dərman  üçün  çıxanda,  halı  yaxşı  deyildi.  Əmi 
oğlu  ilə  görüşüb,  evə  gedəndə  gördü  ki,  əhvalı  çox 
yaxşıdır. Əmioğlu Məşini min budaq olsun. Kişinin ağ-
zında dua var. Maşallah, maşallah! Getdim gördüm ki, 
dedikləri çin çıxıb. Övrət kefdə, damaqda. Səhərki zarı-
yan elə bil ki, o deyilmiş. (Hər üçü gülür).                 
.  
                        
Xavər:  Əmioğlu,  əzizimizi  ayaq  üstə  saxlama!         

                         
Molla  Məşi:  (Evdə)  Mizi,  pərvərdigara  o  pərvərdigar-
dır ki, gücünə güc çatmaz, işinə əl aparmaq olmaz! Kai-
natın mövlasıdır Allah!                                
Mizi: (Baxır saata, saat dörddür) Məşi, sən bilirsən ki, 
mənim  mədəm  uşaqlıqdan  xəstədir.  Sübh  azanında  bir 
tikə  yediyim  çörəyin  üstündəyəm.  Qarnım  qaradavoy 
soldat kimi fit verir. Nə varsa, de ki, zəhrimarı tez gətir-
sin. Tez!(Əlləriylə qarnını ovuşdurur)    
  Molla  Məşi:  Ayə, sən elə uşaqlıqda yaşadığın ağılla 
yaşayırmışsan, nə mədə, nə filan? Səbir elə, plov gəlsin, 
yeyək. (Sərt-sərt Miziyə baxır, qaş-gözünü oynadır). İş-
taha  dişin  altındadır,  aqillər  deyiblər.  Yedin  sənindir, 
yemədin, elindir. (Təsbeh çevirir, təkbir söyləyir)  
Mizi: Məşi, biraz xırt elə. Sən hara, mən hara, bu sağ-
lamlıq deyilən payda? Qardaş, can hamıya şirindir. Ba-
şım acından partlayır (Hər ikisi gülür)      
Molla  Məşi:  Mizi,  bayaq  dəllək  dükanında  dedim  ki, 
səni çoxdan axtarırdım, çoxdan. Sən öz ayağınla gəldin 
çıxdın,  şükür  xudaya!  Bizim  çörək  kəsdiyimiz  günün 
tarixi çox qədimdir, çox. Uşaqlıq dostuyuq, bir-iki il də


Ömürdən düşən yarpaqlar 
 
187
məktəb  yoldaşı  olmuşuq.  Səndən  mənim  gizlədəsi  nə-
yim var? (Gülürlər)   
Mizi:  Ayə,  tələssənə!  Vaxt  keçir,  aclıq  da,  bir  yandan 
məni əldən saldı. Qoymadın ki, o xaraba evimizdə şor 
çörəyimi  yeyəm,  gələm.  İndi  də,  başlamısan  yazdığın 
“Sandıq  ədəbiyyatı”ndan  söhbət  açmağa.  Mən  hara, 
ədəbiyyat hara? Mən hara, namaz hara? Xəstə adamam. 
Mənə  vaxtlı-vaxtında  Allah  verəndən  yeyib-içib,  yat-
maq lazımdı. Bu dünyanın ağı, qarası nəyimə lazımdır? 
(Siqaret yandırır, gülür) Qoy ölüm acından.    
Molla Məşi: İndi ki, tələsirsən, qulaq as! Sənə danışa-
cağım  bu  söhbəti,  bu  yaxınlarda  Daşkənddə  olarkən, 
məndən xahiş ediblər. Mən də, kişi oğlu kişiyəm, gərək 
sifarişi  yerinə  yetirəm.  Hər  kişiyə  söz  deməzlər,  zər 
qədrini zərgər bilər. (Dayanıb fikrə gedir) Mizi, ay Mi-
zi, canına and olsun, sənə deməzdim, amma, səni yaxın 
bildim, ürəyimi sənə açasıyam. (Təkbir söyləyir)              
 Mizi: Ayə, Məşi, sən atamın goru, nə deyəcəksən bil-
mirəm, plov cəhənnəm,  bir tikə quru çörək gətirsinlər, 
bir  qurtum  su  ilə  yeyim,  canım  cəhənnəm.  Bu  axşam 
mədəmin ağrısından yatası deyiləm. Belə getsə, Keyvə-
ni dərdini unudub, mənə xidmət eləyəcək. Ya öləm, ya 
qalam.                                
Molla  Məşi: Əə, Mizi,  nə tavansız adamsan, a zalımı 
çıxmış! Yeməməklə kim ölüb, söz başına qəhətdi? Da-
rıxma, Ağanı səsləyərəm, gətirər.  
(Miziyə əsəbi baxır, Ağanı çağırır)              
Ağan: (Gəlir) Qağa, oturun, çörək gəlir, yeyəcəksiniz, 
içəcəksiniz, o ki var, xoşallanacaqsınız!  
(Baş əyib, çölə çıxır)    
Xavər:  Əə,  nə  qağa-qağa  salmısan,  plov-plov  salmı-
san? Sizin ciyərinizə güllə dəysin. Sən görmədin ki, sən 


Məhəmməd Bəylər Aranlı  
 
188
gələndə  mən  çöldən  belimdə  meşok,  əlimdə  kətmən 
gəldim? İndi biş-düş vaxtıdır? Get, o şor, o da quru çö-
rək! Apar ver, gözlərinə soxsunlar!  
(Məşinin ünvanına qapıda deyinir)               
 Ağan: Vallah, mənlik heç nə yoxdur, əmiqızı!  
(Boynunu əyir, sakit durur)  
Xavər:  Ayə,  Ağan,  səni  mənim  qapıma  kim  çağırıb? 
Gorbagorun oğlu, səni kim vəkil seçib? Xarabana get!           
Ağan: Əmiqızı, getdim, Allah hamınızın əcirin versin! 
(Qapıdan çölə çıxır, gedir)    
Molla Məşi: Ağan, getmə! Əmiqızı onsuz da, beş dəqi-
qə  belədir,  beş  dəqiqə  elə.  (Ağan  qayıtmır)  Yaxşı  Xa-
vər, özün çörək gətir, məni biabır etmə, amandır! (Çə-
kinə-çəkinə)  Mizi  xəstəhaldır,  ona  çörək  ver!  (Qayıdır 
içəri, çöldən Xavərin səsi-qarğışı eşidilir)                                               
Mizi:  Məşi,  sən  Allah,  qoy  gedim.  Əə,  bu  vaxtı  nə 
plov, bu vaxtı nə aş? Sən bir lələsən, bir həsir, bir məm-
mədnəsir! (Siqaret yandırır, alnın ovalayır)                     
Molla  Məşi:  (Əlindəki  dəsmalla  tərini  silə-silə)  Mizi, 
pis  övrətin  üzü  ocaq  kösövü  kimi  qara  olsun.  Evi  ev 
edən, övrətdir. Mənimki dəlidir, dəli!           
Mizi: Mən Xavəri tanıyıram, ondan Allah verdiyi canı, 
kimsə ala bilməz!  
Molla Məşi: Allahdan gizlin deyil, səndən nə gizlədim, 
əmimqızı olsa da, ürəyimə bir yaradır hər sözü. Mənəm 
bu  dava-dalaşla  ömrü  başa  vurdum,  bu  günə  gəlib 
çıxdım.      
 Xavər: (Məşinin söhbətini eşidir, içəri girir) Məşi, ay 
Məşi,  plov  nədir,  çay  nədir?  Evə  nə  almısan,  nə 
gətirmisən? Utanmırsan, üstəlik qonaq gətirmisən? Tfu, 
tfu belə insanlara!                    
  


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə