Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə32/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   28   29   30   31   32   33   34   35   36

Məhəmməd Bəylər Aranlı  
 
198
Molla  Məşi:  Əə,  hələ  tələsmə,  yol  gedirik,  bir  rahatlan, 
məndə rahatlanım. (Hər ikisi uzanır) 
Mizi:  Səbrimi  tükəndirmə,  elə  olmasın  növbəti  vağzalda 
düşüm, geri qayıdım.  
Molla Məşi: Səbirli ol, qulas as.  
Mən bu yaxınlarda, Orta Asiyada oldum və əlüstü də, hə-
mişəki  kimi  geri  qayıtdım.  Sağolsun  dostları,  kirvələri, 
getməyimə  bir  təhər  getdim,  həmişəki  kimi.  Qayıdanda 
yaxşı yola saldılar. Və orda olduğum müddətdə, məclislə-
rin birində, bizimlə çörək kəsən ermənilərdən biri, biləndə 
ki, mən Qafqazdanam, sürgün həyatından vətənə qayıtmı-
şam.  Məndən  xahiş  etdi  ki,  mən  Türkiyədən  gəlmişəm, 
burdan da, geri qayıdacam, amma, mənim Qafqazda doğ-
ma bir bacım var. Bilmirəm, sən oraları tanıyırsan, yoxsa, 
tanımırsan.Ünvanı  budur.  Baxdım  ki,  Füzuli  rayonudur. 
Və  mən,  ona  söz  verdim  ki,  sənin  sifarişlərini,  sovqatla-
rını, bacına və bacın uşaqlarına çatdıraram.İndi anladınmı? 
Mizi:  Anladım,  bu  nə  sözdür?  Erməni  səni  ora  ünvan 
vermək üçün göndərir. Deyirsən ki, imkanlı bir erməni idi.  
Orta Asiyaya gələ bilir, Azərbaycana gələ bilmir? (Siqaret 
yandırır, düşünür) Yox, yox, müəmmal işdir, Allah axırını 
xeyir eləsin! (Oxuyur) 
Hamının taleyi bir deyil, anam, 
Talelər müxtəlif, adamlar kimi. 
Molla  Məşi:  Sən  qəribə  adamsan,  hər  şeyə  bir  qulp 
qoyursan.  Bu  sənin  günahın  deyil,  sənin  peşəndən  irəli 
gəlir. Hər  söhbətdən bir laqqırtı axtarırsan  
(Gözün ağardır) 
Mizi:  Yox,  elə  deyil.  Qulpu  sən  qoyursan.  Mən  bilməli-
yəm  ki,  hara  gedirik,  nə  üçün  gedirik.  Elədir,  elə  deyil? 
(Başını stolun üstündə, əllərinin arasına alır )  
 


Ömürdən düşən yarpaqlar 
 
199
Molla Məşi: Mən sənə dedim olanını, inanmırsan, inama. 
Həmin ermənidən, bacısına sifariş aparıram.  
(Əlini stola çırpır) 
Mizi: Təki belə olsun, bu ki, xırda bir işdir, mənə və qeyri 
mənlərə nə ehtiyacın vardı? Sən elə yol maşını ilə gedib, 
sifarişi  deyib,  gələ  bilərdin.  İki  gündür  ki,  biz  çək-çevir 
edirik. Dəlləkxanada boş məclis qurub, çay-plov hazırlan-
masına adam göndəririk. Bunlar hamısı artıq imiş! (Gülür) 
Molla Məşi: Əə, Mizi, görürəm, çox narahatsan. Qorxma, 
qərdeşim.  Qərdeşin  ölməyib.Burda  ya  dava  var,  ya  da, 
tutqu.  Nə  olsa,  hər  şey  mənlikdir.  Çox  bilirsən,  az  danış. 
Mənim bu yola tək çıxmağım, mənim üçün, qorxulu deyil. 
Ancaq,  tək  çıxmağımı  şəxsiyyətimə  sığışdırmıram.  Sənin 
ora mənimlə getməyin,sənin üçün, baş ucalığıdır. İnşallah, 
orada  görəcəksən  ki,  necə  gözəl  məclislər  bizi  gözləyir. 
(Təkbir söyləyir) 
Mizi:  Gəl, bir para saat yataq, başımız dincəlsin. Yol bə-
lədçisinə de ki, bizi vaxtında oyatsın. Bizə yarım stəkan da 
su  versin,  boğazım  lap  quruyub.  Bu  zəhrimar  siqaret 
mənim axırıma çıxacaq. (Saçlarını əli ilə darayır, dirsəyini 
stola söykəyib düşünür) 
Molla  Məşi:  Ayə,  ağzına  qurban  olum,  belə  de,  deyim, 
kişisən. Sənə bir stəkan su yox, çay gətizdirərəm. Əə, yola 
çıxmışıq,  bu  da,  bir  istirahətdir.  (Əlini  Mizinin  çiyninə 
qoyub,  düşünür,  deyir  darıxma,  bələdçini  çağıraram. 
(Bələdçini çağırır) 
Bələdçi:  Eşidirəm,  əmi.  Qulluğunuzdayam.  Nə  lazımdır, 
deyin,  gətirim,  təşkil  edim.  Çayından  arağına,  arağından 
kababına qədər. Ta nəbilim, nələr... 
Mizi:  Əhsən  sənə,  bu  başqa  şey!  Bir  stəkan  çay  içərəm, 
bəlkə də, halım düzəldi.  
 


Məhəmməd Bəylər Aranlı  
 
200
Molla  Məşi:  A  zalım  oğlu,  zalım,  sən  elə  bil,  lap  əfəl 
uşaqsan.  Bu  qədər  ufuldayıb,  sızlamaq  olar?  Mən  evdən 
çıxanda sənə demişəm, ürəyin nə istəyirsə, onu ye-iç!  
Mən hələ ölməmişəm. 
Bələdçi: Hə, nahar süfrəsi hazırdır, bu çay, çörək, tələsmə-
yin. Yeyin-için, hələ düşmə vaxtınıza çox var. Vaxt gəlib 
çatanda,  sizə  özüm  xəbər  verəcəm.  Sizin  kimi  gərəkli  ki-
şilərə xidmət etmək, mənim üçün şərəfdir. Verdiyiniz pul 
isə artıq şeydir, buna ehtiyac yoxdur. (Molla Məşinin çiy-
ninə əlini vurur gedir) 
Mizi:  Məşi,  bilirsən  ki,  mən  xəstəliklər  keçirmişəm,  səh-
hətim yaxşı deyil. Yoxsa, mən o sənəti buraxıb, evdə otur-
mazdım,  quru  təqaüdə  göz  dikməzdim.  Bir  sənətçi  kimi 
hallı-pullu yaşayardım. Bu da  ilahi qismətdir. 
Molla  Məşi:  Çayını-çörəyini  rahat  ye-iç!  Sənin  çaydan-
çörəkdən  doyan  vaxtın  deyil,  narahat  olma.  Bir  az  ye, 
dirsəklən,  mən  də,  dirsəklənim,  bələdçi  bizi  çağıracaq. 
(Yastığa dirsəklənir, təkbir söyləyir) 
Mizi: Əə, bayaq sənə deyim ki, bu yol o qədər də uzaq yol 
deyil. Bələdçiyə səs elə, keçib gedərik yoxsa. (Səs    gəlir) 
Bələdçi: Qardaşım, əmim, artıq çatmışıq, Horadizdir, Ho-
radiz.  Veşinizi,  zənbilinizi  götürün,  yadınızdan  çıxan  şey 
olar birdən. Tələsməyin, sizi özüm vağzalın qabağına qə-
dər  aparacam.  Zənbili  verin  mənə,  zənbilinizdən  olmaz, 
əsil  köhnə  kişilərin  zənbilidir,  özü  də  meşindən.  Hə,  hə, 
əsil  meşin  zənbildir,  xanların,  bəylərin  zənbili  bu  zənbil-
dən olub ancaq. (Vağzalın qapısını göstərir, bax, bura qa-
pıdır) Burdan aşağı keçən kimi, arxada taksilər durur. Hara 
istəsəniz,  onlara  minib,  gedə  bilərsiniz.  (Sağolun,  mən 
getdim) 
Molla  Məşi:  Təşəkkür  edirəm,  sağ  olun  bu  diqqətə  görə, 
Allah amanında olun.  


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə