Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə33/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   28   29   30   31   32   33   34   35   36

Ömürdən düşən yarpaqlar 
 
201
Mizi: Əə, gəl gedək, bu qədər  dərsə ehtiyac yoxdur. Gəl 
bir  dayanaq,  üzümüzə  su  vuraq,  əsil  cənnət  havası  var, 
Qarabağ torpağında.  
Bu  havaya,  suya  görə,  ermənilər  bu  torpaqdan  əl  çək-
mədilər, bundan sonra da, əl çəkməzlər. Yayın bu qızma-
rında, sanki, çiynimə, su çilənir. (Siqaret yandırır, dağlara 
boylanır) 
Molla  Məşi:  Mizi,  mənə  lazım  deyil,  bu  dərs  verməyin, 
mən Qarabağın nə olduğunu bilirəm. Burada yeyib-içdiyi-
min dadı-tamı, nə qədər ömrüm varsa, yadımdan çıxmaya-
caq. (Ovçuya ovu yox, dağı göstərərlər) Bir tələsmə, səhə-
rin  açılmasına  lap  az  qalıb.  Sənə  bir  gözəl  zavtrık  verə-
cəm, sonra gedərik. 
Mizi:  Hə,  düz  deyirsən,  səhərdir,  çayxanalar,  aşxanalar 
açılıb. Bu dağların ətəyində çay-çörək yemək, pis olmazdı. 
(Çırtma çalır, gülür) 
Molla  Məşi:  Əə,ürəyin  harda  istəyir,  oranı  seç,  orda 
oturaq. Ürəyindən keçənləri sifariş ver,  gətirsinlər, lələşin 
ölməyib.  Dünyanın  malı  dünyada  qalacaq,  dünya  beş 
günlükdür.  İkisi  bazar,  qalanı  iş  günüdür.  İndi  hünərin 
varsa, istirahətə vaxt tapırsansa, tap.(Təkbir söyləyir) 
Mizi:  Hə,  gəl oturaq, burda. Ancaq tələsmə, bu hava mə-
nim sinəmi açdı, Allaha min şükür, bu yaratdığı gözəlliyə 
görə. 
Molla  Məşi:  (Xidmətçini  çağırır)  Əə,  bura  çay  gətir,  bal 
gətir, yanında da, kərə yağı.(Stola yayxınır, təsbeh çevirir) 
Mizi: Tələsmə, doğurdan da, bura cənnətmiş, cənnət. 
Molla Məşi: Dur gedək, oturaq taksiyə, ya Allah. (Oturur-
lar taksiyə, maşını sürdürürər gedəcəkləri ünvana: Füzulu 
rayon kolxoz bazarı. Taksidən düşürlər, var-gəl edib, girir-
lər  bazara) 
 


Məhəmməd Bəylər Aranlı  
 
202
Mizi:  Ay Məşi, bazarda nə işimiz var? Gəlsənə gedək? 
Molla  Məşi:  Çox  danışma,  gəl  girək  bazara,  bir  xırda 
bazarlıq  edim,çıxaq.(Girilər  bazara,  Miziyə  üzünü  tutaraq 
deyir)  Bu  qarpızdan,  yemişdən,  hansını  ürəyin  istəyirsə, 
kəs, ye! Bıçağın yoxdursa, bıçaq verim.(Dayanırlar satıcı-
nın qabağında, qarpızın qiymətini soruşurlar)  
Əə, bu kala oxşayır, lap. Əə, adın nədir?  
(Qarpızsatan deyir ki, adım Əmikişidir. Tanış olurlar) 
Əmikişi: Deyəsən dediniz ki, qarpız kaldır. Hansını ürəyi-
niz  istəyirsə  kəsin,  kal  olsa  mənim,  dəymiş  olsa,  pulunu 
verəcəksiniz. 
Molla Məşi: Əə, nə bıçaq, nə kəsmək? Mənim barmaqla-
rım elə bıçaqdır, bıçaq! (Əmikişiyə sərt  sifət göstərir) Onu 
ver, onu. Qarpızını on yerdən deşsəm, nə deyəcəksən, nə? 
Əmikişi:  Mən  inanmıram,  barmaqlarınla  bu  qarpızı  deşə 
biləsən. Bu lax yumurta deyil ki, çırtma vurub sındırasan.  
Molla Məşi: Səninlə mərc etdik, neçəsini deşsəm mənim-
dir! Deşə bilməsəm, qarpızın pulun verəcəm özüm də, qal-
maq şərtilə. (İstehza ilə gülür) 
Əmikişi: Danışdıq, neçəsini deşsən sənindir, deşməsən, o 
çəkidə qarpızın pulunu verəcəksən. (Molla Məşiyə sərt ba-
xır, qarpızlardan üç-dördünü yığır Məşinin qabağına) 
Molla Məşi: (Ciddi görkəm alıb, gözlərinin həqədəsindən 
çıxacağı səviyyədə gözlərini oynadır,qarpızları barmağı ilə 
deşir ) Al, bu da, sənin qarpızların! 
Mizi: (Əmikişiyə) Əə, zalım oğlu, sən dəlisən, nəsən? Ta-
nımadığın adamla boş yerə mərcə girirsən. Lazımdırsa, sə-
nin piştaxtalarını da, deşsin! (Gülür) 
Əmikişi:  Hə,  qardaş,  məni  bağışla, Allah  verən  gücə  zor 
yoxdur.  
Mizi:  Allah  üç  şeyi  öz  dərgahından,  insana  bəxş  edir: 
gücü, səsi, gözəlliyi. Bilmirsənsə, a namərd oğlu, bil! 


Ömürdən düşən yarpaqlar 
 
203
Molla Məşi: Madam ki, deyirsən, gəl tanış olaq. (Əl verib, 
tanış olurlar, tərpənmək istəyərkən, Əmikişi saxlayır, “gə-
lin bir çayxanada oturaq”-deyir) 
Əmikişi:  Əə,  maşallah,  sən  zəmanəmizin  eldar  pəhlə-
vanısan. Boy-buxunun kimi, dil-tavanana da, söz yoxdur. 
Molla Məşi: Gəlişimi soruşdun, açım deyim, ə, mən qona-
ğam,  qonaq.  Bu  da,  əmim  oğludur.  Bilmək  istəsən,  mən 
bura  Türkiyədən  gəlmişəm,  yaxın  dostlarla  görüşmək 
üçün. (Dodağında stəkanı saxlayıb, düşünür)    
Əmikişi: A qardaş, nə Türkiyə, nə filan? Türkiyə hara, So-
vetlər  Birliyi  hara?  Tarixi  düşmən  olan  ölkələrdir  bunlar. 
Sən Allah, bir az yavaş danışın, polisə düşərəm mən. (Qor-
xur, Allahı çağırır) 
Mizi: Qorxma, zalım oğlu, qorxma, biz qorxulu adam de-
yilik. Sifarişi yerinə yetirmək üçün gəlmişik, rəsmi, sənəd-
li-sübutlu adamlarıq.  
Əmikişi:  Soruşduğunuz  Rakilin  dükanı  odur,  o,    həmin 
dükanın  zavmağıdır.  Hallı-pullu  dediyiniz  erməni  odur. 
Bizim  pulumuzu,  varımızı,  onlar  yeyir,  onlar.  Dövlət 
onların qayğısına qalır bir ayaqları Moskvada, bir ayaqları 
İrəvandadır.  Haranı  qurdalasan,  yerin  altından  da,  onlar 
çıxır, Qarabağda. 
Molla  Məşi:  Seçin  qarpızları,  yığın  maşına,  dost  evinə 
əliboş  getməzlər.  Aqillər  deyib  ki,  dost  məni  bir  çürük 
qozla saysın. Olmasın qoz, olsun qarpız (Təkbir söyləyir)  
Mizi: Ə, Əmikişi, kömək elə, qarpızları yığaq maşına.  
Molla Məşi: Oturun maşına, getdik, vaxt keçir. 
Əmikişi: Çatdıq dükana,maşını saxlayın.  
Molla Məşi: Hə, düşəyin. 
Əmikişi:  Gəlin,  Türkiyədən  gələn  qonaqlardır,  Türkiyə-
dən! 
 


Məhəmməd Bəylər Aranlı  
 
204
Molla  Məşi:  (Ciddi  görkəm  alır,  təsbeh  çevirir)  Arakel 
sizsiniz? 
Arakel: Bəli, mənəm.  
Molla  Məşi:  (Əl  uzadır)  Gəlin,  tanış  olaq,  hardan  gəldi-
yimi isə söyləyərəm. 
Arakel: Hardan  gəldiyinizi söyləsəniz, bilərəm. 
Molla  Məşi: Elə mənə siz lazım idiniz, yaxşı ki, tapdım, 
şükür xudaya! 
Arakel: Keçin mənim kişik otağımda oturaq, eşidim bilim 
ki, siz kimsiniz. (Keçib otururlar) Xoş gəlmisiniz.  
(Molla Məşi pencəyinin yaxasını açır, təsbeh  çevirir) 
Mizi:  Ə, Məşi, sən atanın goru, burda da, çox uzunçuluq 
eləmə, Arakel alıcıya satacağını satsın, gəlsin, söhbəti ta-
mam elə, gedək! 
Molla  Məşi:  Arakel,  mən  çox  uzun-uzadı  danışmaq 
istəmirəm. Mən sizə Türkiyədən sifariş gətirmişəm! 
Arakel:  Dediniz  ki,  Türkiyədən  gəlmişəm,  əşi,  nə 
Türkiyə? Nə münasibətlə bura gəlib çıxmısınız? Bir qədər 
müəmmalıdır, heç adamın inanmağı gəlmir.  
Molla Məşi: Bəli, Türkiyədən gəlmişəm, sizin ünvanınızı 
bilməsəm, başqa ünvandan adam axtarardım. Sizin yolda-
şınızın adı Anuşdur? (Fikrə gedir) 
Arakel: Bəli, Anuşdur.  
Molla  Məşi:  Belədirsə,  vaxt  itirməyək,  mənim  vaxtım 
yoxdur. İzn versəydiniz, mən Anuşla beş dəqiqəlik  görü-
şərdim, qayıdardım.  
Arakel:  Tələsməyin,  belədirsə,  evə  adam  göndərim,  ye-
mək hazırlasın, gedək, yemək yeyək.  
Molla Məşi: Etiraz eləmirəm, belə olsun. 
Arakel: (Evə adam göndərir, yemək hazırlamasını sifariş 
verir,  qonaqla  gələcəyini  deyir)  Hə,  üç-beş  dəqiqə  darıx-
mayın, mağazanı bağlayım, gedək! 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə