6
Sadiqi Füzulidən bəhs edərkən: “Təxminən otuz bin beyt əş’arı bar kim, bu həqir
öz xətti bilə mütaliə qıldım”
1
deyir ki, bu da Füzuli əsərlərinin saray kitabxanasında
olduğunu təxmin etməyə imkan verir.
Dünya muzeylərində olan Füzuli “Divan”ları içərisində qədim tarixi olan bitkin
nüsxələr çox azdır. Füzuli əlyazmaları haqqında məlumat verən prof. Y.E.Bertels
məşhur muzeylərdə olan əlyazmalarını belə təsvir edir:
“Füzuli əsərlərinin əlyazmaları olduqca çoxdur. Demək olar hər bir böyük
kitabxanada onun əsərlərindən bir neçə nüsxə vardır. Məsələ yalnız bu əlyazmalarının
keyfiyyətindədir. Mən, demək olar ki, bütün Avropa kitabxanalarının kataloqlarını
gözdən keçirmiş və aşağıdakıları müşahidə etmişəm. Avropada şairimizin yeddi
əsərinin 41 əlyazması vardır: zahirən bu say çoxdur, lakin bunlardan 13-ü nöqsanlı və
yalnız 9-u tarixlidir; belə ki, həmin əlyazmalarından üçü XVII əsrə, biri XVIII əsrə və
ikisi XIX əsrə aiddir”.
Sonra Bertels Sankt-Peterburq Şərqşünaslıq Institutunda olan yeni Füzuli
külliyyatının təsvirini verir və hicri 997-ci (miladi 1589-90) ildə yazıldığı təsdiq olunan
bu külliyyatın dünya muzeylərində olan Füzuli əlyazmalarının ən qədimi və ən
mükəmməli olduğunu söyləyir.
Bu məlumatdan aydın olur ki, məşhur muzeylərdə saxlanılan Füzuli əlyazmaları
içərisində ən qədimi Sankt-Peterburq nüsxəsidir. Bu nüsxəni təsvir edən Bertels eyni
zamanda katibin ərəb və Azərbaycan mətnlərini farscaya nisbətən yanlış köçürdüyünü
də qeyd edir. Buna görə də elm aləminə məlum olan Füzuli “Divan”larının ən etibarlısı
hesab ediləcək bu nüsxəni də tənqidi mətn hazırlamaq üçün əsas götürmək mümkün
deyildir.
Lakin Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları İnstitutunda saxlanılan bir
Füzuli “Divan”ı elm aləminə məlum Füzuli əlyazmaları içərisində ən qədim nüsxədir.
Həmin nüsxə fonda mərhum Salman Mümtaz tərəfindən bağşlanmışdır.
2062 №-li bu əlyazması 65 vərəqdən ibarətdir; həcmi 26,2 x 15, 2 sm-dir. Hər
səhifədə 20 misra vardır. Qalın, sarımtıl kağızda yazılmışdır. Mətn zər haşiyə içərisinə
alınmışdır. Nəstəliq xəttilədir. Dibaçə və qəzəllər birbirindən ayrılır. Hər ikisi kiçik,
zərif naxışlı bəzəklə başlanır.
Çox mükəmməl olan bu nüsxə yaxşı saxlanmışdır. Lakin bir sıra səhifələrdə bəzi
yerlər çətin oxunur. Iki yerdə tarix vardır. Birinci tarix dibaçənin, ikinci tarix isə
“Divan”ın sonundadır. Dibaçənin sonundakı tarix belədir:
“Təmam şod dibaçeyi-divani-Füzuli fi yovmis-salisi şəhri məhərrəmülhəram min
şühuri sənəyi səb’i tisini tis’əmiə (tərcüməsi: Füzuli “Divan”nın dibaçəsi doqquz yüz
yetmiş yeddinci ilin məhərrəmül-həram ayının üçüncü günü tamam oldu).
Bu, katibin “Divan”ı 1569-cu il iyun ayında başladığını aydınlaşdırır. Son tarixdə
katibin adı da məlum olur: “Təmmət həzəl-kitab biövni inayəti məlikil vəhhab əla yədi
Məhmud ibni Davud-əl-Uluyəvi, əşşəhir bis-Səidi qəfərə-l-lahü və li-valideynihi və
əhsənə ileyhima və alihi fi əvaxiri rəcəbilmürəccəb, sənəti səmaninə və tis’i miə-980”
(tərcüməsi: Bu kitab Allahın mərhəmətindən rəcəbül-mürəccəb ayının axırında, doqquz
yüz səkkizinci idə Səidi ləqəbilə məşhur Mahmud ibn-Davud Ülunyəvi əli ilə qurtardı.
Allah onu və onun valideynini bağşlasın və onlara əcr versin). Bu sətirlər həm də
əlyazmasının 1572-ci ilin noyabrında bitdiyini göstərir.
1
Sadiqi. “Мəcмəül-xəvas”, səh.21. Sankt-Peterburq Şərqşünaslıq Institutunda olan
əlyazмasının fotosurəti.
7
Deməli, həmin nüsxə elm aləminə məlum olan Füzuli “Divan”larının ən qədimi
olub, şairin vəfatından 16 il sonra yazılmışdır. Lakin bu
nüsxə təkcə qədimliyi ilə
deyil, öz mükəmməlliyi və düzgünlüyü ilə də dünyada ən nadir nüsxədir. Bu nüsxənin
əhəmiyyətini daha aydın təsəvvür etmək üçün onu Füzulinin çap olunmuş “Divan”ları
və foto surəti əlimizdə olan Sankt-Peterburq nüsxəsi ilə müqayisə edək.
Füzuli əsərləri İstanbul , Təbriz, Daşkənd və Misirdə dəfələrlə çap olunmuşdur. Bu
kitabların çoxu “Külliyyati-divani-Füzuli”, bəziləri “Divani-Füzuli”, “Divani-Füzuli
mə’ə Leyli və Məcnun” adları, bəzən də təkcə “Leyli və Məcnun” adı ilə nəşr
edilmişdir. Lakin biz bunların hamısını deyil, ən son və tanınmış bir nüsxəni nəzərdən
keçirəcəyik.
Bu nüsxə 1924-cü ildə M.F.Köprülüzadənin müqəddiməsi ilə çap olunmuş
“Müsəhhəhi-külliyyati-divani-Füzuli”dir. Müqayisədən əvvəl belə bir cəhəti də qeyd
etmək lazımdır ki, 1328-ci (1910-cu) ildə Çələbizadə Məhəmməd Münir Dağıstaninin
nəşr etdiyi külliyyatın mətni əsla dəyişdirilmədən bu çapda təkrar olunmuşdur. Ona
görə də çap üçün göstərəcəyimiz nöqsanlar eynilə Çələbizadə nəşrinə də aiddir. Başqa
nüsxələri isə yeri gəldikcə xatırlatmaq lazım gələcəkdir. Bizim nüsxədə olan
qəzəllərdən 30-u Sankt-Peterburq nüsxəsində, 11-I İstanbul çapında, 5-i Təbriz və 32-
si Daşkənd çapında yoxdur.
Göstərdiyimiz təkcə bu xüsusiyyətlər əlimizdəki nüsxənin elm aləminə məlum
Füzuli “Divan”ları içərisində mükəmməlı nüsxə olduğunu təsdiq edir.
Biz müqayisədə çap və əlyazma nüsxələrindəki təhriflərin hamısını nəzərdən
keçirə bilmərik. Bu halda Füzuli “Divan”ı boyda başqa bir əsər yarana bilərdi. Odur ki,
yalnız bir neçə əsas təhrifi göstərməklə, geniş yayılmış çap nüsxələrinin dəyərini
müəyyənləşdirib, onlar haqqında yürütdüyümüz fikri əsaslandırmağa çalışacağıq .
İstanbul nəşrindəki təhriflərin müəyyən hissəsi şairin işlətdiyi qədim Azərbaycan
sözlərini yeni sözlərlə əvəz etmək meylindən irəli gəlmişdir. Belə təhriflər bəzən
mənaya təsir etməsə də, şairin həqiqi dil ehtiyatını müəyyənləşdirməyə imkan vermir;
tarixi gerçəkliyi pozur, dil tariximiz üçün əhəmiyyətli olan xüsusiyyətlərin itirilməsinə
gətirib çıxarır. Məsələn, 140-cı səhifənin 14-cü sətrində oxuyuruq:
Dil çəksə nola canü təni xaki-kuyinə,
Xarü xəs artar onda ki, quş aşiyan tutar.
Bu beytin ikinci misrasındakı “artar” kəlməsi bizim nüsxədə “iltər”dir. “Iltər”
aparar deməkdir. Bu halda beytin mənası aydın olur: ürək can və bədəni sənin kuyinə
çəkir, necə ki quş yuvasına çör-çöp aparır. Demək, qədim Azərbaycan sözü “iltər”in
“artar”la əvəz olunması beytin mənasını itirir.
Yaxud 151-ci səhifənin 11-ci sətrində oxuyuruq:
Müqimi-kuyi-dərd eylər məni ahi-cigərsuzim,
Bu ahəngi-məlaləfzayə bundan xoş məqam olmaz.
İkinci misrada işlənən “xoş” kəlməsi bizim nüsxədə “yey”dir. “Yaxşı” mənasında
olan “yey” burada daha münasibdir. Yenə İstanbul nüsxəsində oxuyuruq:
Məgər qan içmək adət eyləmişdir nərgisi-məstin,
Bəsi mey nuş edənlər gördüm, olmaz böylə qan sərxoş.
Beytdə misralar arasında məntiqi münasibət yoxdur. Bizim nüsxədə isə ilk misra
belədir: