125
mişlər. Emiqrasiya etmək istəyənlərin əksəriyyəti gənclər və ali
təhsilli olanlar olmuşlar.
148
2007-ci ilin məlumatına əsasən dünyada komalarda
(xarabalıqlarda, viranələrdə, ucqar yerlərdə) yaşayan insanların
sayı 1 milyard nəfərə çatmışdır. Urbanizasiya prosesləri məhz
yaşayış
şəraitinin
yaxşılaşdırılması
və
sənayeləşmiş,
inzibatiləşmiş məskənlərdə və infrastrukturu yaxşı olan yaşayış
məskənlərində yaşamaq istəkləri ilə əlaqəlidir. Urbanizasiya
problemi
həmçinin
Azərbaycanda
da
mövcuddur.
Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına
əsasən, 2013-cü ilin əvvəli üçün 4,966 mln.nəfər şəhərlərdə,
4,390 mln.nəfər isə kəndlərdə yaşayır. Azərbaycanda kənd
təsərrüfatında müqayisədə aşağı gəlirlilik və əmək istehsalının
aşağı səviyyəsi mövcuddur.
149
Miqrasiyaya səbəb olan amilləri aşağıdakı kimi
ümumiləşdirmək olar:
Universal beynəlxalq amillər (digər dövlətlərin əhalisini
cəlb etmək üçün)
– sabit, möhkəm əsaslarla, eləcə də üfiqi və şaquli formada
davamlı inkişaf yaşayan dövlətin
mövcudluğu;
– dövlətin dünyada mövcud olan sabit və təhlükəsiz
statusu;
– dövlətin yerləşdiyi regionun ümumi sabitliyi;
– dövlətin digər dövlətlərlə “açıq qapı” siyasəti əsasında
əlaqələr qurması;
– dövlətin zəngin iqtisadi regionlarda, rayonlarda
yerləşməsi;
148
Иммиграция в Канаду. www.canada-ua.com
149
А.Халилов. Бесконечная урбанизация. Ввиду продолжающегося
технологического процесса, отток населения из сел в город будет
продолжаться. http://www.echo.az/article.php?aid=55526
126
– dövlətin ümumi iqtisadi inkişaf səviyyəsinin yüksək
olması;
– dövlətin dünyanın sənaye və iqtisadiyyat mərkəzlərindən
biri kimi mövcud
olan statusu;
– dövlətin regional təsir imkanları və yüksək gəlirlər
gətirmək potensialı;
– dövlətdə yaşayan xalqların multikulturalizm əsasında
mədəni əlaqələr strukturu;
– ölkədə milli eqoizmin qeyri-ifrat dərəcəsi;
– dövlətin beynəlxalq hüquqa olan hörməti, əməl etməsi,
beynəlxalq etik normalara uyğun davranışı;
– insan hüquqlarının yüksək səviyyəsinin mövcudluğu;
– dövlətin beynəlxalq təşkilatlarda geniş təsir imkanlarının
mövcudluğu;
– dövlətin dini tolerantlığı;
– ölkənin regional inteqrasiyasının və siyasi assosiasiyası-
nın mövcudluğu;
– ölkənin qanunvericilik bazasının güclü olması və ədalətli
məhkəmə sisteminin mövcudluğu və s.
(19 saylı qrafikdən də
struktur etibarilə tanış olmaq olar)
Konkret ölkədaxili amillər
–
iqtisadi inkişaf;
–
lazımi resursların (sosial resursların) mövcudluğu;
–
qanunvericiliyin mövcudluğu;
–
dini tolerantlıq;
–
mədəni müxtəliflik;
–
etnoçalarlılıq;
–
miqrantlar üçün mövcud olan şəraitlər;
–
elm və təhsilin yüksək keyfiyyəti amili;
–
səhiyyənin yüksək keyfiyyətdə olması;
–
bütün sahələrdə olan xidmətlərin nisbətən yüksək
səviyyəsinin mövcudluğu;