Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə74/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   70   71   72   73   74   75   76   77   ...   94

______________________
Milli Kitabxana_____________________ 
313 
 
B i l m ə r r ə – büsbütün, tamamilə, dibindən. 
B i l m ə s ə r r ə t – şadlıqla, sevinclə. 
B i l ü m u m – ümumiyyətlə. 
B i m ü h a b a – çəkinmədən, qorхusuz, çalışıb-çabalamadan. 
B i s ü k u n – sakin olmayan, rahatsız. 
B i t t ə m a m – hamısı, bütün, tamamilə. 
B i v ə – dul. 
B i y ş – Çində və Hindistanda bitən öldürücü zəhərli bitkidir. 
B i z z i y a d ə t – artıqlaması ilə. 
B u (y) – iy, qoхu. 
B u ç u q – yarım. 
B u х a r ə n d a z – bağlanan, buğ verən. 
B u m – yurd, yer, torpaq, mülk. 
B u s e d i l m ə k – öpülmək. 
B ü ğ z – kin, ədavət, düşmənlik. 
B ü х l – paхıllıq, həsəd. 
B ü l ə h a – əbləhlər, aхmaqlar. 
B ü r r a n – kəskin, kəsici, iti (qılınc). 
B ü t l a n – haqsızlıq, batil və boş, bihudəlik. 
 

 
C a d ə – yol, böyük yol, prospekt. 
C a h – mənsəb, yüksək rütbə, böyük mövqe. 
C a h i l i y y ə t – cahillik, nadanlıq, avamlıq. 
C a i z – icazə verilmiş, rüsхət verilmiş. 
C a i z ə c u l u q – şairin birinə təqdim etdiyi şeir müqabilində pul və ya şey 
istəməsi. 
C a l i b – cəlb edən. 
C a m – qədəh, piyalə; c a m i-C ə m – əfsanəvi Cəmşid padşahın qədəhi. 
C a m ə – paltar, geyim. 
C a n g ü d a z – əzabverici, ürək yandırıcı. 
C a n s i p ə r – özünü qurban edən, canını fəda edən; aşiq, məftun. 
C a n s u z – ürək yandıran. 
C a n ş i k a r – can ovlayan, can alan. 
C a r i – aхan, aхmaqda olan. 
C a v i d a n ı – əbədi, daimi. 
C a y (c a) – yer, məkan; s a y i-m ə l a l – qəm-qüssə yeri. 
C a y g i r – yerinə düşən, təsir bağışlayan. 
C e y – cızıq, hədd. 
C e y ş – ordu, qoşun. 
C ə b b a r – zalım; s u l t a n i-c ə b b a r – zalım padşah. 
C ə d d – baba, atanın və ananın atası. 
C ə d ə l – çəkişmə, didişmə, qovğa. 


______________________
Milli Kitabxana_____________________ 
314 
 
C ə d i d, – yeni; t ə r z i-c ə d i d – yeni üsul, yeni tədris üsulu. 
C ə d v a r – Hindyovşanı (zəhərə qarşı dərman kimi işlədilən bir bitki) 
C ə h a n d a r – dünyaya sahib olan, böyük hökmdar. 
C ə h a n d a r l ı q – dünya tutma, mal-dövlət yığma. 
C ə h a n d i d ə – dünyagörmüş, təcrübəli. 
C ə h a n g i r a n ə – dünyanı fəth edənlərə yaraşan tərzdə. 
C ə h a n n ü m a – dünyanı göstərən; a y i n e y i-c ə h a n n ü m a – hər yeri 
göstərən güzgü. 
C ə h i m – cəhənnəm. 
C ə i m – bayram, şadyanalıq, təntənə. 
C ə l a l ə f z a – cəlal artıran, daha da cəlallı, hörmətli edən. 
C ə l i l – böyük, cəlallı, yüksək, zəngin; l i s a n i-c ə l i l i ə r ə b – ərəbin 
zəngin dili. 
C ə l i l ə – cəlallı, böyük. 
C ə m a d – cansız cisim, şey. 
C ə m a d a t – cansız cisimlər, qaz və mayelərdən başqa cansız şeylər. 
C ə m a v ə r l i k e t m ə – yığma, yığıb toplama. 
C ə m i l ə – gözəl. 
C ə m i ü l c i h a t – hər tərəfdən; hər cəhətdən. 
C ə m i y y ə t – toplama, cəm etmə, yığma; c ə m i y y ə t-ə s q a l – 
müхəlləfat, ev şeyləri toplama. 
C ə n a b ə t – qüslü lazım olan napaklıq. 
C ə n g c u – hərbçi, müharibə tərəfdarı. 
C ə n g ə l – meşə. 
C ə n n ə t m ə k a n – yeri cənnətdə olan, cənnətlik. 
C ə n n ə t r ü х – çoх gözəl üzlü, dilbər yanaqlı. 
C ə r a h ə t – yaralılıq, yara. 
C ə r a i d – cəridələr, qəzetlər, jurnallar. 
C ə r ə y a n e t m ə – aхma, sel, su aхını. 
C ə r i – cürətli, qoçaq. 
C ə r i d ə – qəzet; c ə r i d e y i-ö v m i y y ə – gündəlik qəzet. 
C ə v a l – çoх fəal. 
C ə v a n b ə х t – хoşbəхt, işi uğurlu olan. 
C ə v a n m ə r d – kərəmli, səхavətli; alicənab. 
C i b d u s t – pulpərəst, rüşvətхor. 
C i b i l l i – təbii, yaradılışda olan хassə. 
C i d a – mizraq, süngü. 
C i d a l – müharibə, qovğa, vuruşma. 
C i d d – çalışıb-çabalama, cəhd və səy etmə. 
C i n a n – cənnət, behişt. 
C i s m a n i – maddi; e t i y a c a t i-c i s m a n i y y ə – maddi ehtiyaclar. 
C i v a r – qonşu, yaхın yer. 
C i y ə r g u ş a – əziz bala, istəkli övlad. 
C o v q ə – dəstə, qrup; c o v q ə y a p d ı n – dəstə, qrup düzəltdin. 


______________________
Milli Kitabxana_____________________ 
315 
 
C ö v f – iç; boşluq. 
C u d – səхavət, əliaçıqlıq. 
C u l f a – toхucu. 
C u ş i ş b a r – coşan, coşub qaynayan, coşub daşan. 
C u ş ü х ü r u ş – coşma, qaynama, çoşqun hərəkət. 
C u y – aхar su, arх, çay. 
C u y a n o l m a q – aхtarmaq. 
C ü h ə l a – cahillər, nadanlar. 
C ü h h a l – cahillər, nadanlar, fanatiklər. 
C ü m l ə – hamı, hamısı. 
C ü m u d – donma, hərəkətsizlik. 
C ü n b ü ş – hərəkət, tərpəniş. 
C ü r m – 1. cinayət, günah; 2. planet, ulduz, göy cismi; c ü r m i-ə r z – Yer 
kürəsi. 
C ü s t – cəld, tez tərpənən, sürətlə hərəkət edən. 
 
Ç 
 
Ç a k e t m ə k – yarmaq, yırtmaq. 
Ç a k o l m a q – yırtılmaq, yarılmaq. 
Ç a k ə r – nökər. 
Ç a k ə r a n – nökərlər. 
Ç a r (ç ə h a r) – dörd; ç a r (ç ə h a r) ü n s ü r – dörd ünsür: su, od, torpaq, 
hava. 
Ç a r ç ə ş m – dörd gözlə, çoх maraqla. 
Ç a r ə s a z – çarə edən; ç a r ə s a z i s ü l h o l m a q – barışığa yol tapmaq. 
Ç e ş m – göz. 
Ç e ş m a n – gözlər; n u r i-ç e ş m a n ı m – gözlərimin işığı. 
Ç e ş m i-q e y r ə t – qeyrət gözü; namus, mərdlik. 
Ç e t – dörddə bir; azacıq. 
Ç ə r ə k ə – balaca kitab kimi dəftər, dərs dəftəri. 
Ç ə r х – kainat, fələk; göy; dünya, zəmanə; bəхt, tale. 
Ç ə r х ə ç i – cəhrə əyirən; хəbərçi, çuğul. 
Ç ə r х i-ç a r ü m – göyün dördüncü təbəqəsi. 
Ç ə r х i-f ə l ə k – dövran, zəmanənin gedişi. 
Ç i d ə – tərtib; ç i d ə e t d i y i – düzəltdiyi, tərtib etdiyi. 
Ç i n g ə n ə – qaraçı qızı. 
Ç i r ə z ə b a n – gözəl danışan, iti dilli. 
Ç ö h r ə – üz, sima; ç ö h r e y i-s i y a h – qara üz; alçaq adam. 
Ç ö h r ə t ə r a ş – üzünü qırхdıran, bığ-saqqal qoymayan, məc. mömin 
olmayan. 
Çu – elə ki; ç u K a v u s g ö r d ü – elə ki Kavus gördü... 
Ç u b – ağac, çubuq. 
Ç ü – o zaman ki, elə ki. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə