__________________ Milli Kitabxana_________________________
149
BİR AGAC YIXILDI
Bir ağac yıxıldı yol qırağında,
Bir hənir yox oldu yol qırağından,
Bir igid qaməti gərildi yerə,
Bir gəlin saçları sərildi yerə.
Bir bulaq ağladı hey xısın-xısın,
Tutuldu gözləri o yetim qızın.
Qırıcı qırğılar marıq itirdi,
Balalı sərçələr qoruq itirdi.
Baxışlar zilləndi o aşan yerə,
Bir zaman nəşələr toplaşan yerə
Baxdılar; təəccüb...
Baxdılar: təəssüf...
Bir vaxt kölgəsində tumarlanardı,
Bir vaxt kölgəsində xumarlanardı,
Onlar, o birilər... sənlər və mənlər...
Onun kölgəsində dinclik əmənılər
Dibi oyulanda görməzdi onu,
Dibi yuyulanda görməzdi onu.
Kökü əziləndə titrəməsindən,
Zoğu kəsiləndə büdrəməsindən
Zövq alardılar. Onda bunlar nəydi? -
əyləncəydi.
Onu neçə səmtə qanırardılar,
Qollu-biləklilər tanınardılar!
Onda bunlar nəydi? -
əyləncəydi.
Talelər uçuran bu "əyləncələr",
Bu "qəlbi incələr, ruhu incələr"
Elə baxarlar ki, donar gözləri,
Donar baxışları, donar özləri;
Qoldan yapışana təəccüblənər,
Qıçdan yapışana təəssüflənər...
Elə heyrətlənər, heyrətlənərlər,
Elə heyrətlərdə qeyrətlənərlər.
__________________ Milli Kitabxana_________________________
150
ŞAHDAĞI
Qar əridi, sinən coşdu sinəmtək,
Nə gözəldir ilk baharın, Şahdağı.
Elsiz olsan selin olar göz yaşı,
Budur gəldi obaların, Şahdağı.
Gördüm Bazaryurdu, Yataqdərəni,
Keçdim quş keçməyən dağı, dərəni;
Döysə də yay günü boran, qar məni,
Od oldu qəlbimdə qarm, Şahdağı.
Könlüm dilə gəldi elin səsindən,
Səs aldım gurşadın, selin səsindən,
Yüz qız nəğməsindən, gəlin səsindən
Duydum nəfəsini yarın, Şahdağı.
Omrün-günün dərdsiz-qəmsiz deyildi,
Çox ananın dərdi sənə deyildi.
Çox şah gəlib ətəyində əyildi,
Əyilmədi şah vüqarın, Şahdağı.
1956
__________________ Milli Kitabxana_________________________
151
DAĞLARA QAR DÜŞDÜ
Dağa qar düşdü, qar düşdü
Yada yar düşdü, yar düşdü...
(El sözü)
Dağlara qar düşdü, qar düşdü yenə,
Məhzunluq ələndi oda-ocağa.
Çaylar vida deyib gülüşlərinə,
Başladı aramla gumuldanmağa.
Dağlara qar düşdü, uyudu dağlar,
Dağlar həm qocaldı, həm ucaldılar.
Mələyə-mələyə quzu bulaqlar
Daşların dibində yetim qaldılar.
Sanki bir-birindən küsdü zirvələr,
Qayalar necə də boynu buruqdur!
Kiminsə yolunda quyu qazdı şər,
Kiminsə qəsdinə hicran durubdur.
Dəli uçurumlarda ütülü görkəm,
Qartal qıyıjtısı itib dərində,
Hamilə qadıntək yuxusu möhkəm,
Qucağı doludur dərələrin də.
Dağlara qar düşdü,
deyirəm yəqin:
Adamlar bu saat
kövrəkdir, mumdur.
Hamı cızığından çıxıb fitnənin,
Harayı bir-biriylə hal-əhval tutur.
Dağlara qar düşdü... görüşlər, ahlar,
Vidalı baxışlar yadıma düşdü.
Çoxdan görmədiyim dostlar, qohumlar,
Simsarlar, tanışlar yadıma düşdü.
__________________Milli Kitabxana_________________________
152
Gəncliyim atından nə zaman yenib,
Elə doluxsundum uşaq sayağı...
Sürüşə-sürüşə dağlardan enib
Gəlirdi elə bil qocalıq çağım.
Dağlara qar düşdü, elə qəmginəm...
Dağlara qar düşdü... bilirəm bu dəm
Anamın qəbri də qar altındadır,
Anamın qəlbi də qar altındadır.
Neçə demədiyi əfsanə, nağıl
Onun sinəsində - qar altındadır".
Neçə oxunmamış bayatı, ağı
Donub sinəsində - qar altındadır
Tək bircə baş daşı tənha, mükəddər
Qardan baş qaldırıb yolumu gözlər...
Dağlara qar düşdü, qəribsəyirəm,
Qəlbimə bir həmdəm qəlb istəyirəm.
Yalta, 1968
__________________ Milli Kitabxana_________________________
153
ŞƏHRİYAR GƏLMƏDİ
Bu şeir çoxdan - böyük Vaqifın anadan olmasının 250 illiyini bayram etdiyimiz ildə, son
təntənə günündə, bir axşamda yazılıb; o vaxt xalqımızın bu boyük bayramına ustad Şəhriyarı da
dəvət eləmişdik. Lakin o zamankı sahlıq üsul-idarəsi Azorbaycanın işığını, böyük nailiyyətlərini
Şəhriyarın görməsini istəmədi, onun gəlməsinə mane oldu. Bu kitabın şeirlərini toplarkən
arxivimdə qalmış həmin yazı ilə rastlaşdım. Bir də o günlərə qayıtdım... Şeri olduğu kimi
köçürüb bu kitaba daxil etməyi, keçən təəssüf hisslərimi oxucuiarla bölüşməyi məsləhət bildim.
Baxışlar asıldı təyyarələrdən,
Ümidlər yollara sərili qaldı.
Bu ağır xəbərdən, bu nəs xəbərdən
Güllər güllüklərdə dərili qaldı,
Şəhriyar gəlmədi...
Gümanlar diplomat paltarı geydi,
Gümanlar özündən yollar düzəltdi.
Gümanlar bır soldat paltarı geydi, -
Dənizə gözətçi, göyə gözətçi...
Gümanlar açmamış qapı qoymadı,
Gümanlar siyasət sapı qoymadı,
Dartıb çözələdi, düyünlər açdı,
Hardasa sap qaçdı, düyün dolaşdı,
Hansı "hiyləninsə" dodağı qaçdı,
Hansı "niyə"ninsə barmağı "çaşdı",
Qələm "olmaz" atdı, "olar" yerinə,
"O", borclu da qaldı "onlar" yerinə.
Eşitdim səsini mən Əlibəyin:
"Ay ata, bu sənin bəxtindi yəqin,
Sənin şənliyinə o tac gəlmədi,
Sənin şənliyinə o tay gəlmədi."
Şəhriyar gəlmədi.
Bu həqiqətdi.
İnandıq, inanmaq istəməsək də,
Həsrətlər boynunu birdən dikəltdi.
Dostları ilə paylaş: |