Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə29/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

93 
 
 
 
Nizaminin şairlik məqamı və əsərləri  
Əgər bütün məşhur şairləri bir-biri ilə ölçsək Vəhid Dəstgerdi demişkən onda gərək 
bu ölçünün fövqundə Nizami dayana. Digər tərəfdən Nizami elə farsdilli şairdir ki, o, 
Firdovsi və Sədi ilə fars dilinin təkamülündə istisna rol oynamışdır. Onun farscası çox 
anlaşıqlı bir üslubda yazılmışdır. O, sözləri yerli-yerində  işlətməkdə, istiarə  və 
bənzətmələrdə fövqəladə qələmə malikdir. Nizami sözün hər bir mənasını duyan və onu 
yerli yerində işlədən bir şairdir. Onun əndazəsiz bir şeir yazma qabiliyyəti var ki, bunu 
heç kəs edə bilməmişdir.  Şairin  ən böyük imtiyazi şeirdən dastan yaratmağıdır. Onun 
təsir qüvvəsi 5 dastan vasitəsiylə o qədər oldu ki, sonrakı şairlərin hamısı onun yolunu 
getmək istədi, ancaq ona çata bilmədilər.  
Hətta,  Əmir Xosrov Dəhləvi, Cami, Vəhşi Bafti, Salman Savcı, Xacu Kermani, 
onlarla başqaları Nizami qədər şeirin qüdrətini ucalda bilmədilər. Digər tərəfdən farsın 
böyük şairləri Nəzir Mölanə, Sədi və Hafiz də bu zirvəni fəth edə bilmədilər.  
 
Nizaminin müasirləri  
Nizaminin müasirlərinin hamısı ondan bəhrələnmişlər. Çünki, Nizamidən sonra 
gələn yazıçı  və  şairlərin hamısı onun əsərlərini oxumuşlar.  Şairin  ədəbi təsiri onların 
yaradıcılığına etkisiz ötüşməmişdir. O şairlərdən aşağıdakıların adlarını çəkə bilərik:  
Nasir Xosrov, Məşud Səid Səlman M., Xəyyam, Həkim Sənayi, Xacə Nizam-
Əlmülk, Xacə Abdulla Ənsari, İmam Məhəmməd Qəzali, Bəhayəddin Bağdadi və s.  
Ancaq Nizaminin özünün yaşadığı dövrdə belə ədəbi fəaliyyətlə məşğul olan şairlər 
onunla dostluq etmiş, onun yazdıqlarına qibtə etmişlər. Onlardan: Ənvəri, Mücirəddin 
Beyləqani, Cəmaləddin  İsfahani, Zəhir Farabi, Fələki  Şirvani, Xaqani Şirvani və s. 
göstərmək olar.  
Nizamiyə qiymət verənlər  
Nizami yüksək qiymətləndirən şəxslər aşağıdakılardır:  


94 
 
 
1.
 
Məlik Fəxrəddin Bəhramşah idi ki, o, Mənqucəki sülaləsindən idi. Onlardan eyni 
zamanda Gürcüstan və Bizansda hökmranlıq edirdilər. Bu sülalənin ən mühüm xanədanı 
Fəxrəddin Bəhramşah 1155-1218 miladi tarixində yaşamışdır. O, ağıllı sərkərdə olmaqla 
bərabər şeir və ədəbiyyatı çox sevmişdir. O, Xaqaniyə hüsnü-rəğbət bəsləmiş. Nizamiyə 
xüsusi ehtiramla yanaşmış  və Nizamidən xahiş etmişdir ki, ona bir dastan həsr etsin. 
Nizami özünün xəmsədəki ilk əsəri «Sirlər xəzinəsi»ni məhz Fəxrəddin Bəhram  şaha 
572-ci il h.q. həsr etmişdir. Bunun müqabilində Bəhram şah şairə 5 min pul mükafatı, bir 
sürü qatır və bahalı paltarlar göndərmişdir.  
2.
 
Əbutalib Toğrul Arslan padşah Səlcuqi və Atabəy  Şəmsəddin  Əbu Cəfər 
Məhəmməd Eldəgiz, oğlanları Cahan Pəhləvan və Atabəy Qızıl Arslan bunlar 
Azərbaycan, Həmədan və  İraqa qədər böyük bir hökmranlıq edirdilər. Nizami ikinci 
dastanı «Xosrov və  Şirin»i Cahan Pəhləvanın sifarişi ilə yazmışdır. Bunun mükafatı 
olaraq onlar Nizamiyə Həmdünyan kəndini bağışlamışlar.  
3.
 
Əbzəlmüzəffər  Şirvanşah Asitan Mənuçehr  İbn Asitan Nizamiyə üçüncü əsəri 
«Leyli və  Məcnun» yazmağı xahiş etmişdir.  Şair bu xahişi yerinə yetirib 584-585-də 
təhvil vermişdir.  
4.
 
Nizaminin dördüncü dastanı «Yeddi Gözəl»i Əlaəldin Məhəmməd Kürp Arslanın 
göstərişinə yazıb və onunla şəxsən görüşmüşdür.  
5.
 
Atabəy  Əzəm Məlik Nüsrəddin  Əbubəkir Səlcuqi, Cahan Pəhləvanın oğlu kimi 
Azərbaycanda hakimiyyətə  gəlmişdir və  İraqda da padşahlıq edirdi. «İskəndərnamə» 
əsərinin «Şərəfnamə» hissəsi ona həsr edilmişdir. Bu 593-cü ildə baş tutmuşdur.  
6.
 
Məlik  İzəddin Məsud  İbn Arslan Səlcuqi ki 599-cu ildə padşahlıq edirdi 
Nizaminin oğlu Məhəmmədin təhriki ilə  «İskəndərnamə» dastanının ikinci hissəsi 
«İqbalnamə» ona həsr edilmişdir.  
Beləliklə, Nizami öz xəmsəsindəki  əsərləri yəni bu beş poemanı  zəmanəsinin 
şahlarına həsr etməsi aydın görünür. Lakin Nizami heç vaxt saraya gedib məddahlıqla 
məşğul olmur. Onun yaradıcılığının ilk nümunələri qəzəl, qəsidə, rübai və s. şeir 
formaları olmuşdur. Elə bu şeirlər xoşa gəldiyi üçün Nizamidən xoşları gələn kütlə və 


95 
 
 
şahlar daha çox şeylər gözləmişlər ki, nəticədə  şeiriyyət xəzinəsinin incisi «Xəmsə» 
meydana gəlmişdir.  
Nizaminin əsərləri  
1.
 
«Sirlər xəzinəsi». 2260 beytdir. Bu əsər Nizami şəxsiyyəti, irfan və  əxlaq 
haqqında geniş  təsəvvür yaradır. Alimlər bu əsəri həqiqət təsviri adlandırırlar. Burada 
ayrı-ayrı hekayələrdən bəhs edilsə  də, bütövlükdə kamil bir əsər yaranır. Bu məsnəvi 
səri bəhrində yazılmışdır.  
2.
 
«Xosrov və  Şirin». 6500 beytdən ibarət olub, müsəddəs bəhrində yazılmışdır. 
Sasani sülaləsindən olan Xosrov Pərvizdən bəhs edən bu əsər eşq barəsində yazılan 
dastanların ən yüksəyidir. Eyni zamanda türk gözəli Şirindən Ərmən hökmdarından bəhs 
edir. Bu əsər 576-cı ildə ərsəyə gəlmişdir.  
3.
 
«Leyli və Məcnun». 4720 beyt həcmində olub 584-cü ildə yazılmışdır. Nizami bu 
əsəri 4 ay müddətinə hazırlamışdır. Bu dastan ərəb şifahi xalq ədəbiyyatında olmuş və 
tarixi həqiqətlər üzərində qurulmuşdur. Qeys ibn Məluh, Bəni Amer qəbiləsindən 
olmuşdur. Leyli Binti Səid də həmin qəbilədəndir.  
Nizami mövcud olan bu nəsr  əsərindən möhtəşəm fars dilli nəzmin  əsasını 
qoymuşdur.  
4.
 
«Yeddi gözəl». Bu dastan yeddi qadının hər birinə inşa edilmiş künbəzlərin sayı 
ilə əlaqədardır. Bunları Bəhrəmşah tikdirmişdir. Əslində Bəhrami Gur olan bu şah qəsrin 
divarlarındakı təsvirləri qadınların gözəlliyi və onların ölkələrinin iqliminə uyğun təsvir 
etdirmişdir. Bu əsər 5136 beyt olmaqla 593-cü ildə yazılıb tamamlanmışdır.  
Sasanilər sülaləsindən olan Bəhram Gur uşaqlıqdan qocaq olmuş bir çox vərdişləri 
və bacarığı ilə hamını heyran etmişdir. Bəhram yeddi kümbəzi tikdirib 7 qadınla evli 
olduğundan həftənin bir gününü onlarla keçirir. Onlarda öz növbələrində axşamlar 
Bəhrama bir hekayə danışırlar.  
Bəhram Gurun vəziri  şahın eyş-işrətə qarışdığını görüb ölkəyə zülm etdirir. 
Nəhayət Bəhram bunu duyub vəzir Rast Rövşəni cəzalandırır. Bu əsərlə Nizami əslində 
zülmə və çoxarvadlılığa qarşı çıxmışdır.  


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə