Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə28/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

90 
 
 
Nizaminin «Sirlər xəztnəsi» əsəri yuxarıda deyilənləri təsdiq edir.  
Bu dövrün şairlərindən Xaqani,Əbu Əla Gəncəvi, Cəmaləddin Əbdülrəzzaq öz nalə 
və şikayətlərini etsələr də, onlar Nizami qədər real və kəskin söyləyə bilməmişlər. Lakin 
Nizami saraya getməsə belə, bilik, bacarıq və  şeriyyatının gücü ilə diqqətdən kənarda 
qalmamışdır.  
Nizaminin həyat və əsərlərinin şərhi 
Tanışlıq:  ümumən onun adı  «İlyas  İbn Yusif İbn Zəki  İbn Müəyyəd» kimi zəbt 
edilmişdir. Tağıəddin  Əvhədi, Nizamini «Əhməd  İbn Yusif İbn Müəyyəd» digər 
müəlliflər onun Cəmaləddin adı olduğunu, Ləbəllübab  şairin adının «Həkim  Əlkamil 
Nizami Gəncei» olduğun vurğulayır. Qədim müəlliflər ümumən Nizami adı ilə 
yazanların çoxluğunu nəzərə alıb ona «Mərtəzi» adının verildiyini söyləyirlər. İranda və 
başqa yerlərdə VI əsrdə xeyli «Nizami» adına rast gəlirik. Nizami Ərvəzi Səmərqəndi, 
Nizami  Əsiri Nişapuri, Nizami Mənizi Səmərqəndi; Bu imtiyazı Nizamiləri 
fərqləndirmək üçün Nizami Gəncəvini «Mətrəzi» adlandırmışlar.  
Nizaminin dünyaya tanınmış adı elə «Nizami» qəbul edildiyindən və o biri 
Nizamiləri kölgədə qoyduğundan dəyişməmiş və bu günə qədər qalmışdır.  
Onun anasının adı «Rəisə» olduğu və kürd tayfalarına mənsubluğu artıq 
ədəbiyyatşünaslar və tarixcilər tərəfindən təsdiqini tapmışdır.  
Bunu «Leyli və Məcnun» dastanında şairin özü təsdiq edir:  
Gər madəre mən Rəiseye kord  
Madər sefətane pişəm mord. (103-19)  
Tərcüməsi: Kürd Rəisəsi olan anam, qarşımda ana sifətində öldü.  
Nizaminin dayısı Xacə Ömərin adı fəxrlə çəkilir. Çünki, Nizami kiçik yaşlarından 
valideynlərini itirir. Onun təhsili və yaşayışı ilə  məhz dayısı Xacə Ömər məşğul olur. 
Ona yaxşı müəllimlər tutur, onun tərbiyəsi ilə məşğul olur. Yazılanlara görə Xacə Ömər 
böyük tacir və zəmanəsinin sayılan adamlarından imiş.  
Digər tərəfdən Nizaminin atası  İraqdan Gəncəyə mühacirat etmişdir. Hər halda 
şairin ailəsi savadlı  və dövrünün mütərəqqi  şəxslərindən olmuşlar. Nizaminin Qivami 


91 
 
 
adlı qardaşı olmuş ki, o da həmin dövrdə Qivami Mütrəzi təxəllüsü ilə yazmış 
şairlərdəndir. Elə Nizaminin Mütərzi ləqəbi götürməsi də bununla əlaqələndirilir. Lakin 
mərhum V. Dəstgerdi bunu rədd edir.  
Nizami üç dəfə evlənsə  də, onun ancaq bir Məhəmməd adlı  oğlu var idi ki, ona 
nəsihəti bunu sübut edir. «Sirlər xəzinəsi»  əsərindən başqa qalan dastanlarında 
Məhəmmədin 7,14,20 yaşında olduğu vaxt şeirlər yazıb ona vəsf etmişdir. Nizaminin 
«Xosrov və  Şirin», «Leyli və  Məcnun» və  «İqbalnamə» yazarkən qadınları ömürlərini 
qeyb etmişlər.  
Nizaminin döğum tarixi ayrı-ayrı  ədəbiyyatşünas və  şərqşünaslar tərəfindən 
müxtəlif illərlə göstərilir. Şairin təvəllüd tarixini Ripka və Bertels 535, Şəbli, Moin və 
Vəhid 533, Nəfisi 540 qəbul edir. Müxtəlif məcmuələrdə 533 lə 544 arasında verilir. 
Sovetlər məzar daşında 535 tarixini həkk etmişlər. Ölüm tarixində  də biz 576-614 
arasında qalırıq. Sovetlər həmin qəbir daşında 599 yazmışlar.  
Doğulduğu yer Gəncədir, vəfat etdiyi yer də oradır. Gəncədən kənara demək olar 
ki, çıxmamışdır. Nizaminin daimi iqamətgahı elə Gəncədir.  
Bir dəfə Qızıl Arslanın xahişi ilə o, qısa səfərə çıxmışdır. O da «Xosrov və Şirin» 
dastanını  Məhəmməd Cahan Pəhləvana həsr etdiyindən padşahın da əcəl ölümü buna 
imkan vermədiyi üçün onun qardaşı ilə görüşür. Bu görüşü Qızıl Arslanla Nizami 
əsərində qeyd edir.  
Nizami Gəncədə doğulub boya-başa çatsa da, onun hərdən ata yurdu İraq 
düşündürmüş və bu barədə «Sirlər xəzinəsi» dastanında qeyd etmişdir.  
 
Nizaminin məsləyi 
Nizaminin müsəlman olması və sünni məsləkliyi aydın görünür. Nizaminin allaha, 
qurana, Məhəmməd Peyğəmbərə inamı bütün əsərlərində  tərənnüm edilmişdir. Amma 
bəzi alimlər o cümlədən Dövlətşah Səmərqəndi onu Sufi təriqətinə inamını təsdiq edir. 
Ehtimal edilir ki, Nizami «əxi» qardaşları cəmiyyətinin fəal üzvlərindən biri olmuşdur. 
Lakin Nizami əsərlərində bunlar çox cüzi bir şey təşkil edir. Şairin dünyəvi olduğu onun 


92 
 
 
yazdığı real hadisələrlə ölçülür. Nizamidə guşəneşinlik olmayıb, ona görə elə onu sırf 
sufi adlandırmaq da doğru olmaz. Bu üzdəndir ki, Nizamiyə «Arif», «Həkim» deyilmiş, 
nəinki Sufi.  
Nizaminin şəxsiyyəti  
Nizami elə bir şəxsiyyətdir ki, o, fitri şairlik istedadı ilə kifayətlənməmiş, dövrünün 
tarixi, onun simaları, ictimai, siyasi məsələləri öz ölməz xəmsəsində əks etdirmişdir. O, 
dövrünün adamlarının bütün təbəqələrindən yazmış, şeirin və hikmətin vəhdətini təşkil 
edərək öz işinin dəyərini bilmişdir. Nizami dənizi o qədər dərindir ki, bu dənizdən 
damla-damla oğurlasalar belə qurtarıb bitən deyil. «Yeddi gözəl»i yazarkən Nizami yaşa 
dolduğunu etiraf etsə də, bunu müdrükləşəndə daha yaxşı yazacağına əmin idi. Təbii ki, 
belə də oldu. Nizami oğlu Məhəmmədə nəsihət verərkən ona savadlı bir peşə seçməyi 
tövsiyə edir, həkim olmasını arzulayır. Savadlı  sənətkar Nizamiyə görə  şairlikdən 
yüksəkdir.  
Nizami pulla şeir yazanlara qarşı çıxır, onları qızıl və gümüşə satılmamağa çağırır. 
Çünki, onda söz qiymətdən düşür. Neçələrini görmüşəm ki, qızılla bəzədilsə də, qılıncla 
başları kəsilib. O, işarə etmişdir ki, qızıl karvanı eşqdir.  
 Şərəfnamədə şair deyir: «Mən qızıl-gümüş hərisi deyiləm eşq aləminin hərisiyəm 
ki, orada hər şey vardır». Buradan Nizaminin təbiəti və amalı aydın olur. Bu baxımdan 
o,  şahlardan qaçır, özünü onlardan yüksəkdə sayır. «Xosrov və  Şirin» yazılıb  şaha 
təqdim edildikdə Nizami məcburən  əyilmək istəyib təzim etmək fikrini şah görüb 
qoymur.  Əvəzində «Həmduniyan» adlı bir kəndi  şairə baxışlayır. Məlum olur ki, bu 
kəndi Abxazlar qarət edib, xırda bir kənddir, ancaq kiçik əkin sahələri var.  
Cavanlıq köç edəndə Nizami hiss edir ki, çöhrəsinin qızartısı saralmaya doğru 
gedir. Qocalıqdan şikayət edən şair cavanlıqda oyaq və huşyar olmağı tövsiyə edir.  
Beləliklə, Nizamiyə nəzər saldıqda əxdaqı, şairliyi, səbri, iffəti, qaneliyi, nəzakəti, 
evə-ailəyə münasibəti,  şəhərinə vurğunluğu, qohumlara istiqanlılıq, qısa danışıqlı 
şəxsiyyət ancaq məsum ola bilər. Bu nöqteyi-nəzərdən Nizami zəmanəsindəki bütün 
insanların ən ümdəsi sayılır.  


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə