Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə30/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

96 
 
 
5.
 
«İskəndərnamə».    İskəndərnamə iki hissədən ibarətdir: «Şərəfnamə» və 
«İqbalnamə». «Şərəfnamə»  İskəndərin  şan-şöhrəti və ölkələri tutmasından bəhs edir. 
«İqbalnamə» isə onun dünyadan heç nə aparmadığından danışır. Bəzən «İqbalnamə» 
«Ağılnamə» də adlanır.  
«Şərəfnamə» 6800 beyt olub 597-ci ildə tamamlanmış, «İqbalnamə» 599 da 
yekunlaşıb 3680 beytdir. Beləliklə də Nizaminin yazdığı bu 5 dastan ədəbiyyat aləmində 
xəzinə adlandırılıb və «Xəmsə» kimi bütün dünyada şöhrət qazanmışdır.  
Şərqşünaslar və Nizami  
Yan Ripka «Yeddi Gözəl»in tərcüməsi müqəddəməsində yazır: «Bəziləri 
Nizaminin adını eşidib, onun əsl və həqiqi mənada kim olduğunu bilmir. Çoxları onun 
əsərlərini oxuyub, ancaq təhlil edə bilməməsi şüurunun Nizami səviyyəsində olmaması 
ilə izah edilə bilər».  
Nizami Avropada şərqşünaslar tərəfindən Firdovsi, Sədi, Xəyyam və Hafizdən gec 
tanınmışdır. Yalnız Alman şərqşünası Vilhelm, Nizaminin dərk edib onun əsərləriylə 
maraqlanmışdır. Bu gəncəli şair ancaq 1786-cı ildən etibarən tanınmağa başladı. Həmin 
il Kələküttə də «Asiya döyüşü» adlı bir kitab çap oldu ki, İran ədəbiyyatı müntəxəbatı 
kimi Nizaminin «Sirlər xəzinəsi» poemasından 20 hekayə  də orada mövcud idi. Daha 
sonra 1802-ci ildə Almaniyanın Leypisik şəhərində bu 20 hekayə Latın dilində  nəşr 
edildi. Bundan sonra Hindistan alimləri Bədr  Əli və Mir Hüseyn Əli tərəfindən  şairin 
«İskəndərnamə» dastanı şərhlərlə birlikdə çap olundu. Bu tərcümə və çaplar Gəncə soz 
ustadının Avropada yayılmasına səbəb oldu.  
1826-1828 illərdə Qazanda rus şərqşünası Fransua Ardman tərəfindən 
«İskəndərnamə» çap oldu və «Ruslarla döyüş» adı ilə oxucu kütləsinə çatdırıldı.  
1836-cı ilə  qədər Nizamini ancaq «Sirlər xəzinəsi» və  «İskəndərnamə» müəllifi 
kimi tanıyırdılar. Bu illərdə İngilis şərşünası J.Atkinson «Leyli və Məcnun» poemasını 
ingilis dilinə  tərcümə etdi.  Sonralar Londonda 1894-1895-ci illərdə yenidən nəşrinə 
müvəffəq oldu.  
1852-ci ildə Hindistan şərqşünası Ağa Məhəmməd Şüştəri tərəfindən çap edildi.  


97 
 
 
1881-ci ildə «Nizami xəmsəsinin xülasəsi» adlı  şeirlər kitabı Lidən  şəhərində 
çapdan çıxdı. Beləliklə Avropada sonralar «Xosrov və  Şirin», «Yeddi gözəl» çap 
olmağa başladı.  
Eyni zamanda Vilhelm Baxer «Nizaminin tərcümeyi-halı və əsərləri» adlı kitabını 
yazıb Almanca çapına nail oldu.  
Nizaminin həyat və yaradıcılığı haqqında  ən geniş  və müfəssəl yazıb elmi 
araşdırmalar aparan böyük rus alimi və  şərqşünası Bertels olmuşdur. O, Nizaminin 
«Xəmsə»sini ruscaya tərcümə etmiş, XX əsrdə Nizamidən  ən çox yazıb araşdırmalar 
aparan şərqşünasdır.  
Ümumiyyətlə götürsək indinin özündə də bütün dünya şərqşünasları Nizamini tam 
açmaq üçün böyük maraq göstərirlər. Çünki, Nizami elə bir dühadır ki, onda hələ 
açılmayan mətləblər çoxdur. Onu dərk etmək üçün yalnız özünün səviyyəsində 
olmalısan.  
Nizaminin etiqadı  
Çox nadir şair, yazıçı hətta mütəfəkkir filosof ola bilər ki, səhv etməmiş olsun. Belə 
böyük işləri görən Nizami də istisna deyil. Belədirsə onda aşağıdakıları  nəzərə almaq 
lazımdır:  
1.
 
Nizami bütün tarixi faktları tam olduğu kimi verməmişdir. Bu, onunla əlaqədardır 
ki, şair onu öz təxəyyülü ilə açıqlamışdır. İskəndər, Azərbaycana gəlməmişdir. Şair isə 
onu Nüşabə ilə qarşılaşdırır.  
2.
 
İslamda olan bəzi dini ayinlər Xristianlıqda yoxdur. Ancaq Nizami İskəndərin 
müsəlman qaydalarına əməl etməsini göstərir. Halbuki, İskəndərə bu iş yaddır. Məsələn, 
kənizin İskəndərin əlinə su tökməsi ki, o, əlini yusun. Məsihidə (xristianlıqda) belə adət 
yoxdur.  
3.
 
Nizamidə həyatla din arasında bəzi anlaşılmazlıqlar mövcuddur.  
4.
 
Nizami xürafata etiqat etməsə də bəzi hekayələrində bu hal görünməkdədir.  
5.
 
Nizami  əsərlərinin sonunda qocalıqla  əlaqədar kəmhövsələliyə, tələskənliyə yol 
vermişdir. Bu hal «İqbalnamə» dastanında özünü göstərir. Görünür şair ömür vəfa 


98 
 
 
etməsə, əsəri bitirməməsindən qorxmuşdur. Ancaq cəsarətlə demək lazımdır ki, Nizami 
əsərləri sözün əsl və  həqiqi mənasında daim bəşəriyyəti düşündürən hikmət və  əxlaq 
dəryasıdır. Hər kəsin bundan faydalanması vacibdir.  
 
II  FƏSİL 
NIZAMI GƏNCƏVI ƏSƏRLƏRINDƏ HIKMƏT 
Fəlsəfə  və hikmət vəhdət təşkil edir. Bilik, elm, alimlik, irfan, mərifət, alilik 
Firdovsi  əsərlərində, Nasir Xosrov, Kəlilə  və Dimnə, Gülüstanda öz əksini tapmışdır. 
Bundan əlavə doğruluq, düzlük, ağıl və hökm də burada yer almışdır. 
Hikmət və elm “Qurani Kərim”də  də  işlədilmişdir. Fəlsəfi baxımdan hikmət-
həqiqət deməkdir. 
Xacə  Nəsir demişdir: «Hikmət mərifət  əhlində  ağıl-kamala çatmaqdır. Fəlsəfəni 
qədimdən məziyyət və hikmət bilmişlər.  Ərəstu,  Əflatun fəlsəfəsi  şeyx  Şəhabəddin 
tərəfindən yayılmışdır». 
Nizami «İqbalnamə» də göstərir ki, Ərəstu ölüm ayağında ikən  şagirdləri başına 
toplaşır və  Ərəstu onlara deyir ki, nə  qədər ömr etdim fələyin işlərindən baş  çıxara 
bilmədim, indi görürəm ki, heç nə bilmirəm. 
Əflatun 113 il yaşayıb ölüm vaxtı deyir ki, mən hələ cavan arzularımla yaşayıram, 
yeni  şeylər  düşünmək istəyirəm. Nizami deyir ki,  insan ancaq gördüyünü dərk edə 
bilər, görmədikləri elə bağlı olaraq qalacaq. Dünyanın varlığını ancaq xaliq dərk edə 
bilər. Çünki kainatı o özü xəlq etmişdir və özü bilir ki, necə xəlq etmişdir. 
Qərb fəlsəfə tarixində fəlsəfə 5 hissəyə bölünür: 
Məntiq, camal elmi, əxlaq, siyasət və  təbiət elmləri. Məntiq, fikrin əsasında 
cəmləşir. Camal elmi real görünüşün təcəssümüdür.  Əxlaq, kamal, ağıl bəhrəsidir, 
siyasət ideyalar məcmuəsidir. O, cəmiyyəti dəyişməyə qadirdir. Təbiət elmi 
gördüklərimizin inikiasıdır. Yəni insan bunları görür və hiss edir. Hikmət  əxlaqın 
içərisindən nəşət edib çıxır. 
Bütün bunları Nizami öz şeriyyatında açıqlaya bilir. 


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə