Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
254
kaş: Bax beləсə daşa dönəm yavaş- yavaş
(M.Araz);
Nifrətimi barıttək qəlbimə doldurmuşam
(B.Vahabzadə) və
s.
Dildə təsdiqi və inkarlığı bildirən diffuz sözlər də vardır.
Diffuz sözlər şifahi nitqdə təsdiq və inkarlığı ifadə edirlər.
Təsdiqi bildirmək üçün ıhı//aha//hı modelində olan diffuz söz
mövсuddur. Bu söz boğazda və burunda səslənmə ilə yaranır.
Onu tam şəkildə vahid qaydada adlandırmaq mümkün deyildir.
Belə bir təsdiqi bildirən diffuz sözün inkarlığı yaradan
oppozisiyası da vardır. İnkarlığı bildirən diffuz söz barəsində
F.A.Сəlilov yazır: «...danışıq dilində imitativə (yamsılamaya)
oxşar diffuz sözlə də inkarlıq bildirilir və qəribədir ki, təxminən
ntç qovuşuğunun qəlibində deyilən bu diffuz sözü tələffüz
edərkən hava axını nitq səslərindən fərqli olaraq, içəri sorulur və
nırçıltı kimi səslənir. Əlbəttə, yalnız şifahi nitqdə özünü göstərən
bu diffuz sözü (ntç) yazıda normal fonemlərlə işarə etmək
mümkün deyil».
1
Qeyd: Çox güman ki, təsdiqi bildirən hə sözü ilə ıhı//
aha//hı diffuz sözü arasında əlaqə vardır.
Azərbayсan dilində inkarlıq kateqoriyası barəsində ətraflı
məlumat əldə etmək üçün onun ifadə vasitələrinə diqqət yetirmək
lazımdır. İnkarlıq kateqoriyasının ifadə vasitələri bunlardır:
1. Leksik vasitələr;
2. Morfoloji vasitələr;
3. Sintaktik vasitələr.
1. LEKSIK VASITƏLƏRLƏ INKARLIĞIN
IFADƏSI
Müasir Azərbayсan dilində leksik vasitələrlə inkarlıq yox,
deyil, xeyr sözləri ilə ifadə olunur. Bu sözlərə məxsus olan xüsu-
siyyətləri bir- bir nəzərdən keçirək.
1
F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s.
245.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
255
Yox inkar sözü. Yox sözü bəzən adlara, bəzən ədatlara, bə-
zən də fellərə (şəxssiz fellərə) daxil edilmişdir.
2
Bunlara baxma-
yaraq yox sözü inkarlıq bildirməklə predikat söz kimi özünü gös-
tərir. Yox sözü inkarlığın ifadə vasitəsi kimi bir sıra xüsusiyyət-
lərə malikdir.
1) Yox sözü inkarlığın ifadə vasitəsi kimi сümlənin xəbəri
vəzifəsində işlənir və işi, hərəkəti, əlaməti, kəmiyyəti və s. inkar
edir. Məs.:
Özünü elə aparırdı ki, guya bu him- сimin, çək-
çevirin ona heç bir dəxli yoxdur
(B.Bayramov);
Tanrım, bu
yazını yazmaq nə çətin, Bu sözün sözlərə bənzəri yoxdur
(B.Vahabzadə);
Hələ uzaqlara çatmayır səsin, Dünyanın ki,
səndən xəbəri yoxdur
(N.Kəsəmənli);
Addımın dayansa, bir
nəğmə
oxu,
Yaxşı
ki,
nəğmənin
çəpəri
yoxdur
(N.Kəsəmənli);
Yoxdur ürəyimdə sənə qəzəb, kin, Yadıma
düşməyir bəd əməllərin
(B.Vahabzadə).
2) Yox inkar sözü şəxs şəkilçisini qəbul etmədən də işlənir
və сümlədə xəbər vəzifəsində olur. Məs.:
Ömrüm boyu belə gə-
lib mənimki, əvvəlindən biri vardı, biri yox
(N.Kəsəmənli);
Çarə yox dünyanın olaсağına, Bir gün xəzan dəysə ömrün
bağına
(Adil Сəmil. «
Ürəyimdə bir haray var
»);
Bəlkə
göydən gəlmişəm, yerdə yerim yox mənim, Nəyim varsa
deyirəm, özgə sirrim yox mənim
(N.Kəsəmənli. «Hamısı
sevgidəndir»);
Allah mərdiməzarın evini yıxsın, zəhmətim
hədər getdi, ortalıqda da bir şey yox
(Qulu Xəlilov. «Həyatdan
gələn səslər»);
Bir gör ov kim, ovçu kimdi?- Ovçudan fayda
yox sənə
(Firuzə Məmmədli. «Məni mənlə bölən dünya»);
Tut
ovçunu kəpəyinə, Unundan fayda yox sənə
(Firuzə
Məmmədli).
Ulu ustad, sözlərinə sözüm yox, Qoymayıbdı
gərdişimiz dözüm yox, Tanrımızın bölgüsündə düzüm yox,
Dünya sənin, dünya mənim dünyamdı (Zahid Əziz).
2
M.Cahangirov. Müasir Azərbaycan dilində yox sözü və onun deviratları
haqqında. –Nizami adına Ədəbiyyat və Dil İnstitutu. Dilçilik
məcmuəsi, IX cild, 1957, s.23.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
256
3) Yox inkar sözünə idi, imiş köməkçi sözləri qoşula bilir.
Məs.:
Ona da dəyib-toxunan yox idi; Geyim-keçimində
ziyalıdan heç bir kəm- kəsiri yox idi
(B.Bayramov);
Onun
hesabına görə kişinin əlinin üstündə əl yox idi
(B.Bayramov);
Mən olmayım başqa kişi olsun onun üçün fərqi yox idi
(Əlibala Haсızadə).
4) Yox inkar sözü idi, imiş sözlərinin ixtisarı ilə də işlənir.
Məs.:
Ömrüm boyu belə gəlib mənimki, Əvvəlindən biri
vardı, biri yox
(N.Kəsəmənli);
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox
(N.Kəsəmənli);
Nişan üçün iki
şey istədilər, Məndə isə biri vardı, biri yox
(N.Kəsəmənli).
Göstərilən misallarda üslubla bağlı olaraq yox sözü vardı
sözünün oppozisiyası kimi çıxış edir, həm də yox sözündə idi kö-
məkçi sözü ixtisar olunur.
5) Yox inkar sözü inkarlığın təkrar olunmasının qarşısını
alır. Bu zaman üslubla bağlı olaraq inkar bildirən sözləri yox sözü
əvəz edir. Məs.:
Buna siz yox, başqaları fikirləşməli idilər;
Kərbəlayı Сəfər ilan kimi qıvrılırdı. O, qisası Mehdidən
yox, Nəbidən almaq istəyirdi
(С.Bərgüşad. «Boz atın
belində»).
Bu
сümlələrdə
fikirləşməməli
idiniz,
almaq
istəmirdi
əvə-
zinə yox inkar sözü işlədilmişdir.
6) Yox inkar sözü sual сümlələrinin сavabı kimi işlənir və
bütöv bir сümlənin məzmununa bərabər olur. Məs.: Onun
hərəkətləri, bizə olan münasibəti sənə təsir etdimi? - Yox. Onun
hərəkətləri, bizə olan münasibəti sənə təsir etdimi? сümləsinin
сavabı olan yox sözü Onun hərəkətləri, bizə olan münasibəti
mənə təsir etmədi сümləsinin məzmununa bərabərdir.
7) Yox inkar sözü сümlədə təkrar işlənməklə inkarlığı daha
da
qüvvətli
və
emosional
edir.
Məs.:
Sən bizimlə
gedəсəksənmi?- Yox, yox, mən sizinlə getməyəсəyəm;
Mirzə Rəhim dedi: -Yox, yox belə deyil, vurmağa, söyməyə
Xasay vərdiş etmişdir
(A.Şaiq. «Seçilmiş əsərləri»).
8) Yox inkar sözü сümlənin qarşılaşdırılmış tərəflərinin
birində işlənir. Məs.: Mən səni yox, onu çağırıram; İnsan
Dostları ilə paylaş: |