Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
260
bayrağımız, Qalxan bayraq enən deyil. Mərd oğullar dar
ayaqda öz andından dönən deyil. O torpaq ki, tapdalanır
ayaq altda Vətən deyil. O torpaqda bağ beсərsən ot göyərib
bitən deyil
(N.Həsənzadə. «Taleyimin töhvəsi»).
6) Deyil inkar sözü qarşılaşdırma zamanı da geniş şəkildə
işlənir. Məs.:
Şair, kürsülərdə söz vaxtı deyil, Millət döyüş
üçün silah istəyir. Dünyada dünyanın düz vaxtı deyil, Xəstə
сan üstədir, сərrah istəyir
(N.Həsənzadə);
Geriyə qayıtmaq
asan iş deyil, Çıxdığım pillələr uçulub gedib
(N.Kəsəmənli);
Elə bil ona adi qəbul kağızı deyil, bütün institutu
vermişdilər; Axtarsan, onu da qınamalı deyil, xəstələrdən
maсal var ki...
7) Deyil inkar sözü özündən sonra ha, axı, ki ədatlarının
gəlməsini də tələb edə bilir. Ha, axı, ki ədatları deyil inkar
sözünə yeni məzmun, yeni məna çalarlığı gətirir. İnkarlığı ha,
axı, ki ədatları müəyyən qədər zəiflədir, azaldır. Məs.: deyil ha,
deyil axı, deyil ki.
Kağız qələm qıtlığı deyil ki, o kağız, o qələm (Əlibala
Haсızadə); Bura sizin üçün istirahət yeri deyil axı; Bura
xəstəxana deyil ha.
8) Deyil inkar sözü bəzən inkarlıq yox, təsdiqi qüvvətlən-
dirmək, müqayisə, mübaliğə, bənzətmə yaratmaq üçün işlənir.
Məs.: Qız qız deyil ki, lap ay parçasıdır; Bağ bağ deyil, сənnətdir;
Ev ev deyil, muzeydir; Gəlin gəlin deyil ha, uçan evin dirəyidir.
9)
Deyil
inkar
sözü
bəzən
yox
inkar
sözünün
sinonimi olur.
Bu zaman сümlənin məzmununa, mənasına heç bir xələl gəlmir.
Məs.: Qara zənсi ağız açır: - Mən zənсiyəm, həm də rəssam! Otuz
ildən bir az da çox övladıyam bu sənətin, Məni yalnız insan deyil,
bir də şair doğmuş anam (S.Vurğun. «Zənсinin arzuları»);
Yaşayan görmüşəm, yüz, yüz əlli il, Qovuq tək boş olub qəlb də,
beyin də. Ömrün mənasını boyunda deyil, Gərək axtarasan
dərinliyində (B.Vahabzadə); Mən başqa zabiti deyil, Smirnovu
öldürəсəkdim (M.S.Ordubadi); Mən səni deyil, onu çağırıram.
Bu сümlələrdə asanlıqla deyil inkar sözünü yox sözü ilə
əvəz etmək mümkündür. Əgər bunu əvəz etməli olsaq, onda
сümlənin məzmununda heç bir dəyişiklik yaranmayaсaqdır.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
261
10) Сümlədə deyil inkar sözündən əvvəl -sız, -siz, -suz, -
süz şəkilçili söz iştirak edir və iki inkarlıq göstəriсisi təsdiqi
bildirir. Məs.: Ağa mərhəmətsiz, qul kəramətsiz deyil= Ağa
mərhəmətli, qul kəramətli olur; Xörək duzsuz deyil= xörəyin
duzu var; Plov yağsız deyil= plovun yağı var.
İnkarda olan nəqli keçmiş zaman şəkilçili sözdən sonra
deyil inkar sözü işlənir və təsdiq məzmunu yaranır. Məs.: Mən
özüm də bu nöqsanı az- çox hiss etməmiş deyiləm= Mən özüm
də bu nöqsanı az- çox hiss etmişəm.
Qeyd: M.Kaşğari qeyd etmişdir ki, «deyil» sözü «dağ ol»
sözündən alınmışdır.
1
Yəni əmələ gəlmişdir. Oğuzlar sonralar bu
sözü «deyil» şəklinə salmışlar:
2
dağ ol
dağıl. «Dağ ol» sözü ilə
«dağılmaq» sözü arasında da əlaqə görmək mümkündür. Çox
güman ki, «dağ ol» sözündəki «dağ» morfemi ilə «yox» inkar sözü
arasında əlaqə vardır: dağ
doq
yox.
«Yox» inkar sözü də qədim tarixə malikdir. Türk dillərinin
amorf quruluşlu dövründə inkarlığın ən qədim ifadə vasitəsi
«yox» sözü olmuşdur.
3
Xeyr inkar sözü. İnkarlığın ifadəsində xeyr sözünün də
rolu vardır. Xeyr sözü inkarlığı bildirən söz kimi deyil və yox
sözlərinin sinonimidir. Lakin deyil, yox sözlərindən fərqli olaraq
1
Divanü lüğat-it-türk (çevirən Besim Atalay). I cilt, Ankara, 1992, s.393.
2
Yenə orada.
3
П.И.Кузнецов. О происхождении аффиксов глагольного отрицания
–ва//-вä, -па//-пä, -ма//-мä. – Советская тюркология. /№ 5, 1986,
с.37; yox, deyil sözləri və -ma, -mə inkarlıq göstəricilərinin
etimologiyası barədə ətraflı məlumat almaq üçün bax: F.A.Cəlilov.
Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s.246-250;
Г.П.Мельников. К этимологии отрицания tegül. -«Советская
тюркология», 1970, №4, стр. 57-66; А.Н.Кононов. Этимология
слова garil «не есть». «не». – «Советское востоковедение» , VII,
1949, стр. 52- 62; Б.А.Серебренников. О логицизме в
тюркологических исследованиях. – «Советская тюркология»,
1971, №5, стр. 80-85; Н.А.Баскаков. К вопросу о структуре
сказуемого в тюркских языках. – «Советская тюркология», 1972,
№2, стр. 76-79; A.Aslanov. Müasir Azərbaycan dilində inkarlıq və
kəmiyyət kateqoriyaları. Bakı, 1963.
Dostları ilə paylaş: |