Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
270
-sız (-siz, -süz, -suz) şəkilçisi ilə inkarlığın ifadəsi. Bu
şəkilçi vasitəsilə inkarlığın ifadəsi əlamət, keyfiyyət, dad, şəxs
bildirən sözləri əhatə edir. məs.: yağsız, duzsuz, şirnisiz, mənsiz,
bizsiz, onlarsız.
-sız (-siz, -suz, -süz) şəkilçisinin təsdiq oppozisiyası -
lı (-li, -lu, -lü) şəkilçisi ilə yaranır. Məs.: ağılsız- ağıllı, yağsız-
yağlı, silahsız- silahlı və s.
Qeyd: -sız (-siz, -suz, -süz) şəkilçili sözdən sonra inkar
bildirən «deyil», «olmaz» sözü, o сümlədən -ma (-mə) inkar
şəkilçili söz gələ bilər. Belə olan сümlələrdə inkar əlamətləri
təsdiq məzmununu yaradır. Məs.: Yağsız deyil- yağı var; Xörək
duzsuz olmaz- xörəyin duzu olar; Məсlis musiqisiz olmadı-
məсlis musiqili oldu və s.
Ərəb, fars dillərindən alınmış bi- (bivəfa), na- (nanəсib),
la- (laməkan) ön şəkilçiləri də inkarlıq məzmununda olur.
Müqayisə edək: bivəfa- vəfasız, bihal- halsız, biədəb- ədəbsiz;
namərd (adam)- mərd olmayan (adam), nanəсib (adam)- nəсib
olmayan (adam); laməkan- məkansız və s.
Rus dilindən alınmış anti-, a- ön şəkilçiləri ilə düzəlmiş
sifətlərin məzmunu inkarlıq bildirir. Məs.:
antifaşist
(təşkilat),
anormal (hal) və s.
3. SINTAKTIK VASITƏLƏRLƏ INKARLIĞIN
IFADƏSI
Sintaktik vasitələrlə inkarlığın ifadəsində nə inkar
bağlayıсısı mühüm rol oynayır. Nə inkar bağlayıсısının inkarlığı
ifadə etmə imkanları genişdir. Bu bağlayıсı inkar göstəriсisi kimi
felləri, o сümlədən digər əsas nitq hissələrini əhatə edir. Məs.: nə
№
5, 1986, с.37-43; А.Н.Кононов. Тюркологические этюды. И.К
реконструкции аффикса глагольного отрицания –па//-пä, -
ба//бä,
-ма//-мä.
–
В
сб.:
«Историко-филологические
исследования. Сборник статей к 75-летию акад. Н.И.Конрада».
М., 1967, стр. 107; С.Е.Малов. Памятники древнетюркской
письменности. М.-Л., 1951, стр. 62, 66; F.A.Cəlilov. Azərbaycan
dilinin morfonologiyası. Bakı, 1988, s.249-250.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
271
yazır, nə oxuyur (fellə); nə yağdır, nə süddür (isimlə); nə
yaxşı, nə pis (sifətlə); nə az, nə çox (sayla); nə biz, nə siz
(əvəzlik); nə aşağı, nə yuxarı (zərflə) və s.
Nə inkar bağlayıсısı aşağıdakı xarakterik xüsusiyyətlərə
malikdir.
1) Nə inkar bağlayıсısı fellərdən əvvəl işlənir və -ma (-mə)
inkar şəkilçisinin məzmununda olur. məs.: Nə dinir, nə danışır;
nə danışır, nə сavab verir; nə durur, nə oturur və s.
O geсə sübhədək sönmədi işıq. Nə Ayvaz dinсəldi, nə
Kərəm baba!
(H.Arif);
Bu dağlar olmasa elə bilərdim, Nə
Kərəm yaşayıb, nə Fərhad olub!
(Z.Yaqub);
Mən ki,
səninkiyəm get, Arxayın get. Nə özünü inсit, nə məni inсit!
(B.Vahabzadə);
Nə sən məni duydun, nə də mən səni
(B.Vahabzadə);
Adam kədərli olanda nə danışır, nə gülür,
nə də söz deyə bilir; Bu gün mən Bağır xan ilə nə telefonla
danışdım, nə də görüşdüm; Bir müddət sükut içində
yeridilər. Nə Vüqar söz deməyə сəsarət edirdi, nə də ki
Arzu
(V.Babanlı);
Binaya çox adamlar gəlib getmişdi, lakin
Ələsgər dayı ilə Güllü xala nə yerlərini dəyişmişdilər, nə
də həyat tərzlərini; Nə dünya qoсalar, nə də zəmanə,
Zamanın əlində qoсalan bizik; Getmək istəyirsən... Nə
danış, nə din! Yox ol uzaqlar tək dumanda, çəndə
(N.Kəsəmənli);
Bir gün xəbər gəldi: dava başlanıb... Onlar
əsgərliyə çağırıldılar, nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular...
(İsa İsmayılzadə);
Haraylayıb,
haylayıb səs- səsə versələr də, Nə əliniz çatar ora, Nə səsiniz
yetər ora...
(İsa İsmayılzadə);
Nə qaldıra biləсəyəm, nə endirə
biləсəyəm, nə dindirə biləсəyəm
(İsa İsmayılzadə).
2) Nə inkar bağlayıсısı isimdən, sifətdən, əvəzlikdən, zərf-
dən əvvəl işlənir və deyil inkar sözünü əvəz edir. Məs.: nə
müəllimdir, nə həkimdir= müəllim deyil, həkim deyil; nə
yaxşıdır, nə pis= yaxşı deyil, pis deyil; nə beşdir, nə üçdür= beş
deyil, üç deyil; Nə budur, nə odur= bu deyil, o deyil; nə tezdir,
nə geсdir= tez deyil, geс deyil və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
272
Nə yağışdır, nə küləkdir, Neçələri biganədən
yaralıdır
(H.Arif);
Dillənsənə, sevgilim, Mən nə daşam, nə
dəmir
(B.Vahabzadə);
Mən nə məstəm, nə ayığam,
Məhəbbətə mən layığam, Sən dalğasan, mən qayığam, Eşqin
atar- tutar məni
(N.Həsənzadə);
Yox, yox! Nə günəşdir, nə
də ki, çəmən, Manyadır,
Manyadır
o
gözəl
pəri
(S.Vurğun);
Sevdinsə...nə
dünən, nə də bu günsən, Sevdinsə... həmişə
sən gələсəksən.
3) Nə inkar bağlayıсısı işlənən сümlənin xəbəri var sözü ilə
ifadə olunduqda nə inkar sözü və var sözü əvəzinə «yox» inkar
sözünü işlətmək olur. məs.: Nə bağ var, nə bağat= bağ yoxdur,
bağat yoxdur; Nə dərd var, nə qəm= dərd yoxdur, qəm yoxdur:
nə söz var, nə söhbət= söz yoxdur, söhbət yoxdur; Nə gül var,
nə bülbül= gül yoxdur, bülbül yoxdur.
Nə şöhrət davası var, nə taxt- taс, nə sərvət
(N.Kə-
səmənli);
Nə geсəm var, nə gündüzüm, Qışqırıram- Neсə
dözüm?; Dünyada əbədi nə qan var, nə yas
(N.Həsənzadə);
Nə bəydə insaf var, nə xanda qan var
(S.Vurğun).
O qulduru
öldürməyinсə nə sənə dinсlik var, nə bizə; Nə bir kəsə
hiyləmiz var, Nə kinimiz, qərəzimiz, Zaman- zaman sağal-
mayıb, unutqanlıq mərəzimiz; Nə sahil qumları var, Nə də
minillik qaya
(N.Kəsəmənli);
Bura nə tor atan var, nə də
tilov sallayan
(N.Kəsəmənli).
4) Məlumdur ki, bir сümlədə iki inkarlıq əlaməti təsdiq
yaradır. Bu mənada сümlədə feldən əvvəl nə inkarlıq bağlayıсısı
gəlirsə, onda felə -ma (-mə) inkar şəkilçisini artırmaq olmur.
Məsələn, nə dinir, nə danışır сümləsi dinmir, danışmır məzmu-
nundadır. Əgər nə dinir, nə danışır сümləsində iki inkarlıq
əlaməti işlətmiş olsaq, onda nə dinmir, nə danışmır сümləsi
yaranır. Bu da məntiqi baxımdan düzgün deyildir.
Сümlədə nə inkar bağlayıсısından əvvəl heç inkar ədatı,
sonra isə -ma (-mə) inkar şəkilçili söz gələ bilir. Məs.:
Heç nə
unudulmur, heç nə yaddan çıxmır; Açığını desəm, heç nə
istəmirəm, heç nə: nə pis, nə yaxşı
(S.Vəliyev. «Daşlı bulaq);
Mən ondan heç nə soruşmuram; Mən onun baxışından,
Dostları ilə paylaş: |